Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə22/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   18   19   20   21   22   23   24   25   ...   106

nəlxalq  sənədləri  imzalamayan  yeganə  ölkədir.  Lakin  bu 
mövqe  ölkəni  nə  Korsika  separatizmindən,  nə  qapalı  dini, 
etnik  birlik  formalarının  mövcudluğundan,  nə  də  şovinist- 
yönlü  siyasətçilərə  seçicilərin  dəstəyindən  azad  etmir.
Demokratik  inkişaf  yolunu  seçmiş  əksər  ölkələrdə 
mədəni  assimilyasiya  ideyasının,  mədəni  müxtəlifliyin  dəs­
təklənməsi,  yaxud  mullikulluralizm  konsensiyası  əvəz 
etmişdir.  Bu  ideya  hələ  1951-ci  ildə  Yunanıstanın  Konsti­
tusiyasında  dolayısı  ilə  əks  olunmuşdu.  Lakin  mullikultu- 
ralizm  rəsmi  bəyan  edildiyi  ilk  ölkə  Kanada  olmuşdur 
(1971-ci  il).  Sonradan  Avstraliya  (1973),  İsveç  (1975)  bu 
xətti  davam  etdirmişdir.  Bundan  başqa  ABŞ-da  qəbul 
edilən  “siyasi  ədəb”  (political  correctness)  doktrinası  bəyan 
edir  ki,  “bu  ölkə  insanların  mədəni  müxtəlifliyinə  böyük 
dözümlülüyün  tərəfdarıdır”  (Диалоги  об  этничности  и 
мультикультурализме.  М.,  2005,  s.38).
Bu  və  ya  başqa  şəkildə  mullikulluralizm  bir  çox 
Qərb  ölkələrinin  və  İngiltərənin  siyasi  praktikasına  daxil 
olmuşdur.
İnsanların  həm  vətəndaş,  həm  də  milli-etnik  hüquq­
larının  dəstəklənməsini  tədqiq  edənlərin  fikrinə  görə,  “mul- 
tikulturalizmin  alternativi  mövcud  deyildir”  (Мультикуль- 
турализм  и  трансформация  постсоветских  обществ. 
М . 
2002,  S.36).
Bununla  yanaşı,  bu  ideya  müasir  dövrdə  mədəni 
inteqrasiyanın  ən  çox  mübahisələr  doğuran  modeli  kimi 
tanınmışdır.  Bu  təbiidir.  “Siyasi  dövlət,  milli  dövlət  və 
sosial  dövlət”  kimi  anlayışların  məzmununda  insanların 
birliyini  təmin  edən  amillərin  vəhdətini  təşkil  edə  biləcək 
modelin  müəyyənləşməsi  asan  məsələ  deyil.  Ənənəvi  birlik
-
9 0
-
ideallarının  məzmunu  zənginləşməli  və  tamamlanmalıdır. 
Ən  ümumi  aspektdə  multikulturalizm  siyasi  ideologiya  və 
sosial-mədəni  praktika  kimi,  milli  dövlət  üçün  ümumi  olan 
siyasi,  sosial  və  hüquqi  məkanı  dəstəkləyən  ideya  kimi 
qəbul  olunur.  Başlıca  məqsəd,  çeşidli  mədəni,  etnik  və  dini 
oriyentasiyalara  malik  olan  insanların,  birlik  və  qrupların, 
fərdlərin  birgəyaşayışını  və  inteqrasiyasını  təşkil  etməkdir. 
Söhbət  fərqli  dəyərlərin,  təsəvvür  və  ənənələrin,  həyal  tərz­
lərinin  vətəndaş  cəmiyyəti  çərçivəsində  bir  araya  gəlməsi 
mexanizmlərinin  bərqərar olmasından  gedir.
Hər  halda,  heç  bir  ölkədə  mullikulluralizm  xalis  for­
mada  mövcud  deyil  və  müxtəlif təzahürlərlə,  əks  meyillərlə 
qiymətlənmiş  şəkildədir.
Kanadada  bu  konsepsiyanın  dövlətin  rəsmi  siyasəti 
kimi  vurğulanması  XX  əsrin  70-ci  illərində  Fransanın  və 
ingilis  dilli  əhalinin  qarşıdurması  zəminində  diqqət  mərkə­
zinə  gəlmişdir.
Digər  ənənəvi  immiqrasiya  ölkəsi 
sayılan  Yeni 
Zelandiyada  dövlət  siyasətinin  prinsipi  kimi  bikulturalizm 
bəyan  edilmişdir.  Bu  modelə  görə  milli  identikliyin  məz­
munu  iki  mədəniyyətin  -   yerli  maorı  xalqı  ilə  avropalı  im- 
miqrantlar  nəsli  arasındakı  inteqrasiya  münasibətləri  ilə 
müəyyən  olunur.
Ən  kütləvi  işçi  qüvvəsi  axınını  müşahidə  edilən  öl­
kədə  -   ABŞ-da,  2005-ci  ildə  rəsmi  qeyd  olunan  miqrant- 
lardan  əlavə  yeddi  milyondan  (dövlət  statistikasına  əsasən) 
12  milyonadək  (elmi  mərkəzin  hesabatına  görə)  qeyri-leqal 
miqrant  yaşayır.
Dövlət  siyasətinin  mühüm  istiqamətlərindən  birini 
sosial-mədəni  baxımdan  əlverişsiz  vəziyyətdə  olan  qruplara
-91
  -


“pozitiv  diskriminasiya”  mövqeyindən  dəstək  verilməsi  ol­
muşdur.  Bu  prinsipə  görə,  dövlət  qulluğuna,  polisə,  yerli 
idarəetmə  orqanlarına,  ali  təhsil  sisteminə  işə  qəbul  zamanı 
həmin  qruplara  üstün  imkanlar  yaradılır.  Lakin  pozitiv  dis­
kriminasiya  əks  mövqe  və  tənqidi  müqavimətlə  qarşı­
laşmışdır.
Amerika  cəmiyyətinin  obyektiv  mənzərəsini  əks  et­
dirsə  də,  multikulturalizm  burada  milli-mədəni  inteqrasiya­
nın  əsas  ideologiyasına çevrilə  bilməmişdir.
Hər  şeydən  öncə,  ona  görə  ki,  fərdi  identiklik  as­
pekti,  qrup  ıdentikliyindən  həmişə  öndə  olmuş,  ondan  üstün 
tutulmuşdur.  Amerika  xalqı  mədəni  etnik  birliklərin  deyil, 
vətəndaşların  “ümumi  evi"  kimi  təsəvvür  edilir.  XX  əsrin 
sonlarından  ispandilli  əhalinin  kütləvi  axını  bu  ənənəni 
dəyişməyə  vadar  etmişdir.  Latın  Amerikası  mədəni  ənənə­
sinin  daşıyıcıları,  “amerikalı”  olmağa  tələsmir,  vətənlə  bağ­
lı  humanitar-mədəni  layihələri  həyata  keçirirlər.  ABŞ-ın  30 
şəhərində  mcksikalıların  600  assosiativ  birliyi  əlaqəli 
fəaliyyət  göstərir.  Dil  və  mədəniyyətin  öyrənilməsi  üçün 
İspaniyadan  mütəxəssislər dəvət  olunur.
ABŞ-ın  müsəlman  əhalisinin  sayı  6  milyonu  ölm ək­
dədir.  Ölkədə  1751  islam  assosiasiya  və  təşkilatları  (m ər­
kəzlər,  məscidlər,  məktəblər,  müsəlman  icmaları  və  s.) 
fəaliyyət  göstərir.  Ən  çox  müsəlman  Nyu-Yorkda  məskun­
laşmışdır  (bir  milyona  yaxın).  Asiya  mənşəli  müsəlmanlar 
32  faiz,  avroamerikanlar  29  faiz  təmsil  edir.  Əksəriyyət 
elektron  sənayesində,  kompyuter  texnologiyaları  sferasın­
da,  maşınqayırma  sahəsində  məşğuldur,  yəni  yüksək  ixti­
sasa  malikdir 
(М.Ба-Юнус,  К.Коне.  Американские  му­
сульмане.  Демографический  отчет.  / /   Мусульмане  в
-
9 2
-
публичном  пространстве Америки.  М.,  2005,  s.406-409).
ABŞ-da  mədəni  inteqrasiya  dinlərarası  dialoq  səviy­
yəsində,  xristian  və  yəhudilərlə  dialoq  yolu  ilə  təşkil  edilir. 
Bir çox  şəhərlərdə onlar birlikdə  fəaliyyət  göstərirlər.
İngiltərədə  “ümumi  rifah  dövlətinin”  yaradıldığı 
dövrdə  müxtəlif  mədəniyyət  vəhdəti  ideyası  gündəmə  gəl­
mişdir.  Sosial-mədəni,  etnik  birliklərin  mədəni  təşəbbüsləri 
yerli  qurumlar  (communities)  tərəfindən  dəstəklənir,  on­
ların  təmsilçiləri  təhsil  və  səhiyyə  sisteminə  göndərilirdi. 
Bu  ərəfədə  dini  məktəblərin  (faith  scholls)  sayı  çoxaldı. 
Burada  dövlət  təhsil  sisteminin  standartlarına  riayət  olunur, 
maliyyələşmə  dövlət  büdcəsindən  aparılırdı.  2005-ci  ildə 
hər  üçüncü  ibtidai  məktəb  və  beşinci  orta  məktəb  (o  cüm­
lədən  62  müsəlman  məktəbi)  bu  sistemdə  işləyirdi  (И.Бэг- 
6u.  Мечеть  u  публичное  пространство.  M.,  2004,  s.418; 
həmçinin,  B.Alvarez-Miranda.  Muslim  comminities  in 
Europe.  Recognition  o f   Religions  difference  in  Britain, 
Germany and France.  2005).
Bu  qəbildən  olan  təhsil  müəssisələrinin  böyük  əksə­
riyyəti  ingilis  kilsəsinin  himayəsi  altındadır.  Tədqiqatçıla­
rın  fikrinə  görə,  bu  münasibətlər  mədəni  icmaların  qarşı­
lıqlı  inteqrasiyasına  kömək  edir,  bələdiyyələrin  ayırdığı  ün­
vanlı,  məqsədli  yardım  proqramları,  dini-mədəni  mərkəzlə­
rin  dəstəklənməsi  fəal  dialoqa  xidmət edir.
İngiltərənin  paytaxtı  London  şəhərində  əhalinin  otuz 
faizi  “ağ  dərili”  deyil,  Birmingemdə  yaşayanların  50  faizi 
müsəlmanlardır.  İngiltərədə  700  mədrəsədə  100  min  nəfər 
təhsil  alır  (J.Klausen.  The  islamic  challenge.  Politics  and 
religion  in  vestern  Europe.  Oxford  University  Press,  2005, 
s.136).
-
9 3
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə