hələ də “ikili növ" vətəndaşlar kimi mövcuddur. Bu və
ziyyəti düzəltmək üçün tədbirlər görülsə də, dünyagörüşü
stereotipləri onların səmərəsini azaldır.
Azərbaycanda multikulluralizmin beynəlxalq mədəni
inteqrasiyanın milli modeli və Avropa təcrübəsi kimi təh
lilinə hələlik rast gəlinmir, yaxud yox dərəcəsindədir. Bə
zən bu yalnız müsbət konsepsiya kimi dəyərləndirilir.
Əslində, bəhs olunan məqamlar göstərdi ki, hazırda,
XXI əsrin əvvəllərində bu sahədə o qədər böyük olmayan
(cəmi yarım əsr) tarixi təcrübəyə yenidən baxılır. Burada
tənqidi mövqe üstünlük təşkil edir və əsasən iki istiqamətdə
qruplaşır. Bir mövqeyə görə multikulturalizm müəyyən şə
raitdə mədəni-etnik insan birliklərinin özlüyündə qapan-
masını və insanlar arasında süni sərhədlər yaradılmasını
şərtləndirir, “könüllü qapalı dairə” formalaşır. Yaxud mə
dəni identikliklərin mütləqləşdirilməsi bəzilərinin fikrinə
görə, mədəniyyətin arxaik cizgilərinə üstünlük verərək şəx
siyyətin azad inkişafına əngəl törədə bilər.
M ultikulturaiizmin digər tənqidçiləri "mədəni hege-
moniya” mövqeyini müdafiə edərək, hakim yerli mədəniy
yətə imtiyazlar verilməsini tələb edir. Azlıqların mədəni
azadlığını “boş görüntü” hesab edir. Bu, əlbəttə, qeyri-kon
struktiv yanaşmadır.
M ultikulturalizm əleyhdarları mədəni identiklik na
minə, özlərinin “müstəsna” xüsusiyyətlərinin mühafizəsinə
bütün enerjisini sərf etməyi qeyri-məqbul mövqe hesab
edir.
İnteqrasiyanın yalnız sosial-mədəni determinasiyası-
nın vurğulanması, onların müasir cəmiyyət üçün təhlükəli
olan etnik “balkanizasiya” effektini yaradır. Ənənəvi adət
- 9 8 -
lərin xeyrinə sosial-mədəni problemlərə biganəsizliyi şərt-
landirir. Bəzən ola bilər ki, etnik birliyin adətləri, nəinki
Avropada qəbul edilmiş adi normalara, həmçinin burada
tarixən formalaşmış etika və əxlaqa dönük təsəvvürlərlə
ziddiyyət təşkil edir (dini ayinlər, nikah praktikaları, çox-
arvadlılıq, qeyri-ənənəvi ərzaq məhsulları və s.). Bunlar da
insanlararası münasibətlərdə ahəng deyil, çaşqınlıq yaradır.
Mühüm məqamlardan biri də konkret etnik icma üzvlərinin
seçim hüququnun, mədəni oriyentirləri azad müəyyənləş
dirmək hüququnun olmamasıdır. Belə icma daxilində dav
ranış və münasibətlər onların özlərinin ixtiyarına və ya "Al
lahın ümidinə” buraxılır və demokratik ölkələr üçün ciddi
nəticələr ortaya çıxır.
Bir sözlə, identikliyin mütləq dəyər kimi bəyan edil
məsi mədəni fraqmentasiyaya səbəb olur.
Bu da dəyərlərarası inteqrasiyaya mane olur və nəti
cədə nəinki siyasi hüquqi, həmçinin dünyagörüşü problem
lərini ortaya çıxarır.
Fransada "baş örtüyü” mövzusu ətrafında gərgin dis
kussiyalar vəziyyətin mürəkkəbliyini bir daha qabartdı.
Fransa filosofu Alen Turenin bu barədə fikri səciyyəvidir:
“Cəmiyyətin dünyəvi xarakterinin, ictimai əxlaq
prinsipinə çevrilməsi ən yaxşı halda - konformizmə, ən pis
halda - repressiyalara gətirib çıxara bilər”.
İnsanların yaşamaq üçün gəldikləri ölkənin adət və
dəyərlərinə həssaslıq göstərməyərək, yalnız identiklik prob
lemi üzərində düşünməsi, sosial mədəni inteqrasiyanı və
sabitliyi pozan amilə çevrilir. Şimal tərəfdə irqi bərabərlik
üzrə komissiyanın sədri T.Fillipsə görə, multikulturalizm
artıq ötən yüzilliyin hadisəsidir. Hər bir vətəndaş yaşadığı
- 9 9 -
məkanda oriyentirlərini özü müəyyən etməlidir.
Bu konsepsiyanın müasir demokratiyanın sosial in
stitutları üçün böyük təhlükə olduğunu düşünənlər də var.
Məsələn, Avstraliyada bu siyasətin reallaşmasına sərf edi
lən 7,2 milyard dolların nə dərəcədə səmərə gətirməsini bu
ölkənin alimi sual verir. Ç.Makkenziyə görə dilə, etnik və
dini ümumiliyə görə, fraqmentlərə görə parçalanma,
cəmiyyətdə sosial həmrəylik və mədəni inteqrasiyam zəif
lədir, sosial ədalət və hüquqlar uğrunda birgə səyləri çətin
ləşdirir. Nəticədə birləşmə ideologiyası kimi düşünülən
multikulturalizm, sosial müstəsnalıq və fraqmentasiya ideo
logiyasına çevrilir.
Bu gün bütövlükdə multikultural praktika və mo
dellərin böhran yaşamasını söyləmək olar. Lakin onun tən
qidi rasional obyektiv dəlillərdən çox, emosional əhvala
əsaslanır. Son illərə qədər tənqidə məruz qalsa da, bu kon
sepsiyanın, müasir çeşidli mədəniyyətlərin yaşadığı cəmiy
yətlərdə sosial-mədəni inteqrasiyanın alternativ modeli həl
lin axtarış mərkəzindədir.
İnteqrasiya prosesləri Qərb demokratiyası dövlət si
yasətinin və sosial proqramlarının əsas istiqamətini təşkil
edir.
Müsəlman dünyasına, islam mədəni ənənəsinə maraq
yüksələn xətlə gedir, onun mədəni irsi geniş yayılır. Bir çox
ideya və mədəni simvollar dizayn, arxitektura və sənət
əsərlərinin mərkəzi mövzusuna çevrilir.
Sosial mədəni inteqrasiya hər bir ölkənin tarixi
təcrübəsi ilə də sıx bağlıdır. Məsələn, Fransada dövlət və
ənənəvi din bitərəf münasibətdədir və burada başqa din
nümayəndələrinə xüsusi diqqət və imtiyazlar veriləcəyini
-
100
-
gözləmək əbəsdir. İngiltərədə isə dövlət və dinin qarşılıqlı
münasibətləri institusionallaşdığı və ideya-siyasi məzmun
yükündən, azad olduğu üçün burada başqa dini-mədəni bir
liklər qəbul oluna və ünvanlı dəstəyə ümid edə bilər.
İnteqrasiya modellərinin bütün demokratik amillərdə
yenidən nəzərdən keçirilməsi yeni, alternativ hesab edilən
yanaşmalara zərurət doğurur. Məsələn, hindistanlı iqtisadçı,
Nobel mükafatı laureatı A.Sen “mədəni azadlıq” konsep
siyasını təklif edir. Dünya alimlərinin müsbət qiymətlən
dirdiyi bu konsepsiyanın təməl ideyaları aşağıdakılardır:
- Ənənələrə sadiqliklə öyünmək və dünyanı mədə
niyyətlərin toqquşması ilə hədələmək əvəzinə, mədəniyyət
sahəsində azadlığın rolu məsələsinə diqqət verilməlidir, bu
növ azadlıqlar müdafiə edilməli və dəstəklənməlidir;
- mədəni azadlığı məhdudlaşdıran amillər arasında
xüsusi formanı: “iştirakdan məhrum elmək” və “həyat tər
zinə görə müstəsna sayılmaq” kimi formaları fərqləndir
mək;
- mədəni azadlıq: insanlara öz şəxsi, azad seçiminə
uyğun olaraq yaşamaq və fəaliyyət göstərmək, başqa va
riantları da qiymətləndirmək imkanına malik olmaq dem ək
dir. “Dünyada haqsızlıq və ədalətsizlik ona görə mövcuddur
və yayılır ki, insanlar öz qurbanlarını, başqa həyat seçmək
imkanından məhrum edərək, müttəfiq olmağa məcbur
edirlər. Hətta başqa bir həyatın mövcudluğunu bilməyə də
mane olurlar”.
- mədəni müxtəliflik - mütləq məqsəd deyil, mədəni
azadlığın reallaşdırılması vasitəsidir, onun sayəsində sosial-
mədəni həyat məkanı genişlənir, seçim imkanları çoxalır.
Mədəni azadlığın həyata keçirilməsi hətta mədəni müxləlif-
-
101
-
Dostları ilə paylaş: |