zərəsinin təməlində dura biləcək konseptual əsasların ax
tarışlarına təkan verdi. Avropa və Asiyanın yalnız geosiyasi
məkan deyil, həm də mədəni-tarixi məkan kimi həm qitədə,
həm də bütün dünyada ümumi və fərqli inkişaf qanunauy
ğunluqlarına malik olduğu qızğın müzakirələrin mövzusuna
çevrilmişdi. Klassik Avrasiyaçılığın bəzi nəzəri müddəala
rı, müasir dövrdə “vahid dünya və müxtəlif xalqlar” ni
zamının formalaşması işində verdiyi cavablardan daha çox,
gündəmə gətirdiyi suallarla diqqəti cəlb edə bilər. Məsələn,
bir fikri yada salaq: “Avrasiya məkanı çərçivəsində yaşa
yan insanlar və xalqlar qarşılıqlı anlaşmanın elə səviy
yəsinə, qardaşlıq münasibətlərinin elə formalarına malik
dirlər ki, dünyanın başqa yerində buna çətin nail olmaq
olar”.
“Avrasiya” mövzusunun doğurduğu digər səthi tə
səvvürlərdən biri də belədir ki, “Avrasiyaçılıq prinsipi
müxtəlifliyin, unikallığın zərurətini vurğulayır, deməli, uni-
versalizmin, ümumbəşəri prinsiplərin əleyhinədir” .
Zənnimcə, Dialoq məramı başlanğıc prinsipi kimi
vurğulanması bu təsəvvürlərə ən yaxşı cavab və həm də
mövqedir. Dialoq - dünya inkişafının əsas meyillərini həm
əks etdirə, həm də onu davam etdirə bilən konseptual
prinsipidir. Bugünkü qlobal cəmiyyətin təsisatları, bəşəriy
yətin qarşısında duran problemlərin həllini tapmağa, onun
dayanıqlı inkişaf yollarını müəyyənləşdirməyə çalışmalıdır.
Əgər qarşılıqlı təsir gedirsə və bu təsir uğurlu səmtə, məc
raya doğru yönəlmirsə, vəziyyət artıq müsbət deyil, mənfi
nəticələr verə bilər. Çünki bütövlüyü, tamlığı get-gedə daha
da əyaniləşən dünya sisteminin yalnız bir elem enti, bir
mədəniyyət modeli inkişaf etdirilirsə, bu sivilizasiyanın
- 1 2 2 -
böhranının başlanğıcıdır. Hər bir ölkənin inkişafı milli və
bəşəri, qlobal və lokal aspekt və maraqların vəhdətini nə
zərə alaraq davam edərsə, narahatlıq üçün əsas da yaranmır.
Dialoq vasitəsilə keçmişin yolları təhlil edilir, indi
nin problemləri aydınlaşdırılır, gələcəyin əsas meyillər is
tiqamətinə yönəlməsi təmin edilə bilir.
Avropa və Asiyanın, Qərbin və Şərqin, müxtəlif
xalqların dünyagörüş və dəyərlər sisteminin “bir araya sığ
maz olm asf’na dair fikirlər də mövcuddur. Burada R.Kıp-
linqin “Qərb qərbdir, Şərq də şərq” deyimi, yaxud
O.Şpenqlerin “ərəb heç vaxt çinli ola bilməyəcək” kimi
fikirlərini yada salsaq kifayətdir. Dialoqun inkişaf yolu
kimi potensialı məhz burada aydın sezilir. Dünyagörüş və
dəyərlər sisteminin bir araya sığmazlığını dramatikləşdir-
mək qeyri-məqbul yoldur. Bəşəriyyətin uzunmüddətli inki
şaf tarixi göstərir ki, əbədi həqiqət və dəyərlərə dair hər bir
xalqın mədəniyyətində kifayət qədər ümumi sayıla biləcək
fikirlər
mövcuddur. Mədəniyyətlərin ümumi mövqeyə,
ortaq məxrəcə gəlməsini qeyri-mümkün hesab edən “kulıur
relyativizm", buradakı böyük intellektual, mənəvi po
tensialı görə bilməmişdir. Bunun əsas səbəbi də milli və
bəşəri qatlar arasında varislik və dialoq kimi faktorların
əhəmiyyətinin sezilə bilməməsi olmuşdur. M üxtəlif xalqla
rın dünyagörüşündə, bütün insanların birgəyaşayışını, vəh
dətini təmin edə biləcək dəyərlər hökmən mövcuddur. Bır
anlığa təsəvvür edək ki, əvvəlki sivilizasiyalarla bizim
aramızda heç bir varislik, əlaqə və s. yoxdur və olmamışdır.
Hər bir xalq, mədəniyyət öz-özlüyündə qapalı mövcuddur.
O.Şpenqlerin
tipologiyasındakı
“m onada-sivilizasiyalar"
məhz belə görünürdü. Lakin biz bilirik ki, bu, belə deyil.
-
123
-
İnsanlar, sivilizasiyalar arasında bağlılıq və əlaqəni müm
kün edən dəyər və amillər bütün mədəniyyətlərdə vardır.
Bu dəyərlər həm dəyişən əsrlər və epoxalar üzərindən, həm
də konkret tarixi zaman və məkan çərçivəsində körpü ro
lunu oynayan, keçən əsrlərin də mədəni sistemlərinə müna
sibətimizi bildirməyə imkan verən, fasiləsizliyi təmin edən
ünsiyyət və dialoqdur.
Bir-birindən fərqli düşünən, müxtəlif mədəni dəyər
lərə malik olan insanların, yalnız bu fərqlərə görə bir-birini
inkar etməsi qeyri-real bir mövqedir. Unutmaq olmaz ki, bu
fərqlik və müxtəliflik yalnız müxtəlif xalqlara və mədəniy
yətlərə deyil, eyni mədəniyyət daxilindəki insanlar üçün də
xasdır.
Məsələn, kim isə həmişə düzgün həqiqəti söyləməyi
üstün tutur və ya həqiqət söylədiyini iddia edir və s. Lakin
bütün hallarda bənzərsiz münasibətlər, baxışlar, mövqelər,
dəyər və təsəvvürlər birgə müzakirə mövzusu ola bilər və
olmalıdır. Bəzən hər bir insanın öz qəlbində də müxtəlif
hiss, düşüncə və fikirlərin mübarizəsi gedir. Bu, o demək
deyil ki, bu fikirlərin biri həqiqi, gərəkli, digəri yalan və
gərəksizdir. Müxtəlifliklərin qarşılıqlı təsiri, insan və cə
miyyətə xas olan təbii-obyektiv, ontoloji bir keyfiyyətdir.
Ümumiləşdirmə aparsaq, mənsub olduqları mədəniyyətdən
asılı olmayaraq, yalnız şər hissi deyil, xeyir hissi də əzəli
olaraq bütün insanlar üçün xasdır.
Bəşəriyyətin XXI əsrə gəlib çıxmasını mümkün edən
ümumbəşəri və milli dəyərlər, onun sonrakı gələcəyinin də
təminatçısı ola bilər. Onların əbədiyaşar potensialı yalnız
dialoq və ünsiyyət prosesində üzə çıxa, aşkarlana bilər.
M üasir dünyanın bütün intellektual-mənəvi poten
-
124
-
sialı bu istiqamətdə əlindən gələni edə bilər və etməlidir.
Dialoq Avrasiya bu xətti qətiyyətlə reallaşdıran qurumlar
sırasındadır.
Müasir politoloji ədəbiyyatda, “Avrasiya" mövzusu
nun, eləcə də Avrasiyaçılığın qatı antiqərb mahiyyətli möv
qe, düşüncə tərzi kimi qiymətləndirilməsi cəhdlər fikrimiz-
cə yanlışdır (Məs: Brzezinski Z. The Grand Chessboard.
New-York, 1998; Clover C. Dreams o f Eurasian Heartland.
Foreign Affairs, 1999, v.78, N°2 və s.).
Zənnimizcə, Avrasiyaçılığın - sivilizasiyanın inkişaf
yolu və modellərinə dair intellektual, mədəni ictimai bir is
tiqamət kimi dəyərləndirilməsi daha obyektiv və məqsədə
uyğundur. Formalaşmaqda olan yeni dünya düzəni və pla
netar təfəkkürdə Avrasiyaçılığın da potensialı olmamış
deyil. Avrasiya qovşaq sivilizasiya kimi yalnız geosiyasi,
iqtisadi deyil, həm də başlıca olaraq özünəməxsus mədəni-
mənəvi məkandır. Etiraf edək ki, bu müddəa qloballaşma
prosesi ilə əlaqədar olaraq “geosiyasət” anlayışının məz
mun və mahiyyətinin böyük dəyişikliklərə uğraması aspek
tində çox aktualdır. Bu müddəada geosiyasi və iqtisadi
sahədə mövcud olan ziddiyyətlər, mədəniyyətlərin bir-
birinə açıqlığı və onların dialoqu müstəvisinə keçir. M ədə
niyyətlərin zaman-məkan kontiniumunda dialoqun insan və
bəşəriyyətin yaşam tərzinə çevrilməsi səyləri baxımından
bu səylər alqışlanmalıdır.
Avrasiya - qovşaq, sintez, aralıq sivilizasiya kimi
bənzərsiz dəyərlər sistemini formalaşdırmışdır. Bunların ən
mühümü elmi ədəbiyyatda vurğulandığı kimi, “çoxçalarlıq
və m üxtəlifliyə” xüsusi önəm verilməsi, onun zəruri şərt
hesab edilməsidir. Qovşaq sivilizasiya özündə ehtiva etdiyi
-
125
-
Dostları ilə paylaş: |