Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə54/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   50   51   52   53   54   55   56   57   ...   106

və  müvafiq  olaraq  “fövqəlsəylər"  tələb  edir.  Azərbaycanın 
müasir  dövrdə  inkişafının  məqsədi  və  mənası  kimi  bu  mə­
sələ  ətrafında  bütün  qüvvələrin  milli  birliyinin  təmin  olun­
masının  ideya əsasım  təşkil  edir.
Bütün  bu  məsələlər  milli  intellektual  elitadan  inki­
şafın  yeni  strategiyasının,  qlobal  tarixi  layihənin  təşəbbüs­
karı  və  subyekti  olmaq  kimi  məsuliyyəti  üzərinə  götürməyi 
tələb  edir.
İnnovasiyalara  əsaslanan  cəmiyyətin  ideoloji  əsas­
ları,  onlara  həssas  ictimai  şüurun,  mühitin  formalaşması 
üçün  ən  mühüm  təsəvvürlər  sistemli  şəkildə  izah  olunmalı­
dır.  Belə  cəmiyyətin  əsas  həlqələri,  resursları,  institutları, 
elm,  təhsil,  mədəniyyət,  təşkilatlanma  formaları  barədə 
strateji  maarifləndirmə  fəaliyyəti  aparılmalıdır.
Humanitar  intellektin,  lıumanitariyanın  üzərinə  dü­
şən  məsuliyyət,  elmi  elitanın  təsnifatında  onun  birinci 
yerdə  durmasının  səbəbi,  məhz  dəyişikliklərin  avanqardı 
kimi  çıxış  etməsi  zərurəti  olduğu  dərk  edilməlidir.  Bu  gün 
cəmiyyətin  də,  insanın  da  fasiləsiz  problemlər  məkanında 
mövcud  olduğu  diqqət  mərkəzində  saxlanılmalıdır.  Bu  baş­
lıca  olaraq  yenilik,  sürət  və  dəyişiklikliyin  hər  şeyə  qadir 
gücü  və  təzyiqinə qarşı  dura  biləcək  yeni  insanın  formalaş­
masıdır.
Məlumdur  ki,  gec,  yaxud  tez  istənilən  sistem  zaman 
keçdikcə  dəyişir.  Paradoks  bundadır  ki,  müasir  dövrdə 
dəyişmək  və  yeniləşmək  qlobal  inkişafın  aparıcı  meyillərin- 
dən  birinə,  alternativi  olmayan  uğurlu  cəmiyyət  modelinə 
çevrilmişdir.  Dəyişiklik  baş  verdikdən  sonra  ona  məcburi 
uyğunlaşmaq,  reaksiya  vermək  şəraitində,  “öndə  gedənlərə" 
yetişmək  arzusu  həmişə  arzu  olaraq  qalır.  Əksinə,  yenilik-
- 2 1 8 -
lori  daimi,  çevik  qəbul  etmək  rejimində,  dəyişikliklərə  tə­
kan  verən  mühitdə  yaşamaq  proseslərin  önündə  getmək  de­
məkdir.  İnnovasion  inkişaf modeli  məhz bu  cürdür.
tnnovasion  cəmiyyət,  həyatın  bütün  sahələrində  key­
fiyyət  dəyişikliklərinə  nail  olmağı  nəzərdə  tutan,  onlara 
ictimai  şüuru  sövq  edən,  quruculuq  əzminin  ən  yüksək 
olduğu  cəmiyyətdir.
XIX 
əsrdə  elmə  gələn  innovasiya  anlayışı  ilk  əvvəl 
mədəniyyətdə  baş  verən  prosesləri,  “ənənəyə"  qarşı  olaraq 
yenilikləri  təhlil  etmək,  qəbul  edib-etməmək  kimi  problem­
lərin  çözülməsi  üçün  tətbiq  olunmuşdur.
Bu  gün  anlayışın  mahiyyəti  və  məzmunu  miqyasına 
görə  çox  genişlənmiş,  yeniləşmişdir.  Sosial,  qlobal  dəyişik­
liklərin  təkamül,  inqilab,  islahat  və  s.  tiplərindən  fərqli 
olan,  inkişaf  prosesində  müəyyən  bir  mərhələ  olan  mənada 
işlənən  innovasiya  XXI  əsrdə  tamamilə  yeni  keyfiyyət  kəsb 
etmişdir.  Bəşəriyyətin  inkişafının  əsas  modelinə,  metodu  və 
prinsipinə  çevrilmişdir.  Yeniliyin  yaradılması,  tətbiqi,  möh­
kəmləndirilməsi  və  geniş  yayılmasını  ifadə  edən  innovasiya 
kortəbii  deyil,  şüurlu  surətdə  həyata  keçirilən  proses,  həyat 
tərzi  kimi  mövcuddur.  Çoxşaxəli  istiqamət  və  sahələrə, 
humanitar,  sosial,  texnoloji,  iqtisadi,  siyasi,  mədəni  və  s. 
innovasiyaları  əks  etdirən  bu  prosesin  sosial  effekti  insan 
həyatında  mütərəqqi  təsiri  baxımından  heç  nə  ilə  müqayisə 
edilə  bilməz.  Onun  uğuru  isə  yalnız  və  yalnız  innovasiya- 
lan  çevik  qəbul  etməyə  hazır  olan  həssas  sosial  mədəni 
mühitin  formalaşmasından  asılıdır.  Əks  təqdirdə,  sosial 
həyatda  durğunluq  və  tədricən  tənəzzül  prosesi  başlanğıcını 
götürür.  Belə  cəmiyyət  gələcəyin  dövlətləri  sırasında  yer 
tuta bilmir.
- 2 1 9 -


Məhz  buna  görə  innovasion  cəmiyyət  quruculuğuna 
keçid  texnoloji  mənada  başa  düşülən,  bəsit  problem  deyil, 
hər şeydən  əvvəl,  humanitar,  sosial-mədəni  problemdir.  Hər 
bir cəmiyyətin  mənəvi,  iqtisadi  tərəqqisi  bu  problemin  həlli 
ilə  təmin  olunur.  Cəmiyyətdə  zamanın  tələbləri  ilə  ayaqlaşa 
bilməyən,  qlobal  inkişaf  meyillərinə  uyğun  gəlməyən  hər 
şeyin  yenidən  yaradılması,  innovasion  infrastrukturun  for­
malaşdırılması  deməkdir.
Azərbaycan  dövləti  dünya  təcrübəsində  mütərəqqi 
olan  nə  varsa,  ondan  bəhrələnmək,  dünya  elm  cəmiyyətinə 
inteqrasiya  etmək  yolunu  seçmişdir.  Lakin 
inkişaf  üçün 
dövlət  qayğısının  və  sərmayənin  olmasını  kifayət  hesab 
edənlər  yanılırlar.  Bu  zamanın  ən  mühüm  tələblərinin  başa 
düşülməməsi  deməkdir.  Xammal  iqtisadiyyatından  bilik  iq­
tisadiyyatına  keçid  alındığı  dövrdə  ən  böyük  sərmayə  insan 
resursları,  vətəndaş  fəallığı,  mütəxəssis  təşəbbüskarlığı,  tə­
rəqqi  əzmi,  beyin  kapitalıdır.  Milli  intellektual  elita  bu 
tələblər  fonunda  həm  özü  dəyişməli,  həm  də  innovasion 
islahatların  institutsional  modelini,  şüurlara  ünvanlanmış, 
biliyə  əsaslanan,  aşkar sezilməyən  sosial  energetikam  Azər­
baycanın  tərəqqisinin  başlıca  resursuna  çevirə  bilən  kon­
sepsiyanı  müəyyənləşdirməlidir.
Artıq  çox  gec  ola  bilər.  Çünki  “innovasion  baryer” 
adlanan  fenomen  konkret  ölkəni  inkişafdan  birdəfəlik  kə­
narlaşdıra  bilir  və  formalaşan  uçurumu  dəf  etmək  qeyri- 
mümkün  olur.  Dünyanın  qabaqcıl  və  inkişaf  etməkdə  olan 
bəzi  ölkələri  arasında  məsafənin  genişlənməsi  də  bununla 
bağlıdır.  Çünki  nə  qədər  arzulasalar  da,  onlar  50  il  ərzində 
modem-innovasion  dövlət  yarada  bilməmişlər.  Dünya 
təcrübəsində  isə  bu  mərhələ  30-40  il  ərzində qət oluna  bilər.
-
2 2 0
-
“Qlobal  rəqabət  şəraitində  intellektual  səviyyənin 
daim  artırılması  üçün  zəruri  mühit  yaradılması  son  dərəcə 
vacibdir.  Gündəlikdə  duran  ümdə  məsələləri,  informasiya  -  
kommunikasiya  texnologiyalarının  və  nanotexnologiyaların 
diktə  etdiyi  müasir  dünyada  Azərbaycanın  bu  yarışda 
iştirak  etmək  üçün  lazımi  təməl  yaratması  zəruridir.
Təhsil  və  elm  zəruri  səviyyədə  olmasa,  milli  inkişa­
fın  perspektivləri  və  Azərbaycan  dövlətçiliyinin  davamlı  in­
kişafı  barədə  düşünməyimiz  çətin  olacaqdır.  Bu  gün  aşkar 
görünür  ki,  Prezident  İlham  Əliyev  qarşıdakı  illərdə  məhz 
millətin  intellektual  bazisinin  yeniləşdirilməsi  və  genişlən­
dirilməsi  üçün  inkişaf strategiyasını  müəyyən  edir”  (R.Meh­
diyev.  Gələcəyin  strategiyasım  müəyyənləşdirərkən...).
Dövlət  üzərinə  düşən  bütün  vəzifələri  yerinə  yetirir. 
Ölkəmiz  dinamik  iqtisadi  potensialın  inkişaf  göstəricilərinə 
görə  ən  yüksək  reytinqə  malikdir.  Milli  intellektual  elita  bu 
inkişaf  və  zamanın  tələbləri  fonunda  insan  potensialımızın 
dünyada  etiraf  ediləcək  səviyyəyə  çatdırılması  üçün  hansı 
tədbirləri  görür,  proqram  və  fəaliyyət  planına  malikdir?
Bu  gün  bütün  dünyada,  qabaqcıl  ölkələri  lider  möv­
qelərinə  yüksəldən  xüsusi  intellektual-  təbəqə  forma­
laşmışdır.
Alimlər  bu  ziyalı  təbəqəsinə  “kreativ  s in if ’  adı  ver­
mişlər.  Kreativ  intellektual  təbəqə  “hər  bir  ölkənin  gələ­
cəyini  yaradan  insanlar”  hesab  edilir.  Onların  bütün  fəaliy­
yəti  elm,  təhsil,  mədəniyyət,  biznes,  siyasət  və  s.  sahələrdə 
yeniliklər  yaratmaq,  nəyinsə  xatirinə  deyil,  dövlətin  gələcə­
yi,  rəqabətədavamlılığı  naminə  inkişafa  təkan  verməkdir. 
Yaradıcılıq  (kreativ)  əzmi  ilə  yaşayan  bu  intellektual  tə­
-221
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə