Bu çox həssas problemin bir yaxı çərçivəsində əhatəli şərhi
və izahı çox çətin olsa da, onun əsas müddəalarına dair öz
münasibətimizi bildirməklə müəyyən təsəvvür yaradıla
cağına ümid edirik.
Şübhə yoxdur ki, qloballaşma prosesləri dövlətçilik,
yəni milli dövlətçilik məsələlərinə ciddi sirayət edir və bu
baxımdan, prosesin mahiyyəti milli dövlət fenomeninə və
milli suverenlik prinsipinə toxunulmadan düzgün anlaşıla
bilməz. Müstəqilliyinin ikinci onilliyinə qədəm qoyduğu
muz, milli dövlətçiliyimizin əsaslarının yaradıldığı bir
dövrdə milli və bəşəri, lokal və qlobal amillərə, düzgün
elmi əsaslara söykənən münasibətin formalaşdırılması çox
mühüm məsələdir. XX əsrdə ən böyük tarixi nailiyyətimiz
olan milli dövlətçiliyimiz və suverenliyimizin qədrini, də
yərini dərk eldiyimiz bir dövrdə “milli-dövlət” anlayışının
böhran yaşaması, “milli suverenlik” prinsipinin “transfor
masiyası” kimi məsələlərin gündəmə gəlməsi, elmi ədə
biyyatda da tez-tez səslənməsi real təhlükədənmi xəbər ve
rir? Bu baxışlarda həqiqət vardırmı? Hər tərəfdə milli qu
rumlara laqeydliklə müşayiət olunan qloballaşma, modern
ləşmə kimi səciyyələndirilən proseslərin getdiyi bir vaxtda,
milli suverenliyin əvəzsiz, qeyd-şərtsiz dəyərə malik olması
fikrinə köklənən xalqın ictimai şüurunda bu əks mahiyyətli
məqamlar ziddiyyət və şaşqınlıq yarada bilərmi?
Dünyanın klassik modelinin dəyişdiyi və dünya sis
teminin çoxtərəfli transformasiyaya uğradığı şəraitdə milli
dövlətçilik ideyası, onun gələcək perspektivləri yeni baxış,
yem münasibət tələb edir. Qlobalizmlə regionalizm arasın
da qarşıdurma nəticə etibarilə milli dövlətçilik ideyasına Öz
təsirini göstərəcəkmi, demokratik rejimləri, milli suve-
-
170
-
rcnliyi qorumaq əzmində olan dövlətlərin varlığı təhlükəyə
məruz qalacaqmı?
Dünyanın restrukturizasiyası heç bir regiondan yan
keçmir, ölkələri, siyasi təşkilatları, ictimai hərəkatları əhatə
edərək proseslərə öz təsirini göstərir. Əslində, bəşəriyyətin
tarixi, müxtəlif mərhələlərdə siyasi, ideoloji, iqtisadi, hərbi
maraqların təsiri və təzyiqi altında sərhədlərin pozulması
müəyyən dövlətlərin məhv olması, yenilərinin yaranması
tarixidir.
Bəlkə bugünkü proseslərə də “hər bir yeni - çoxdan
yaddan çıxardığımız köhnədir” prinsipi ilə yanaşmalıyıq.
Sivilizasiyanın sürətli inkişafı ilə insanın gedən proseslərə
adaptasiya imkanlart arasındakı ziddiyyət bizdə bu şüb
hələri yaratmırmı? Suallar çox olsa da, bu bir həqiqətdir ki,
bu gün dünyada gedən qloballaşma proseslərinin bütün
regionlarda milli dövlətlərə göstərdiyi əsas təsirin nəticələri
məlumdur: Oxşar və fərqli cəhətlərə baxmayaraq, əsasən,
milli dövlətlər öz səlahiyyət və funksiyalarının bir qismini
“yuxarı” - dövlətlərarası, beynəlxalq qurumlara, digər qis
mini “aşağı”, ərazi və bələdiyyə (munısipal) orqanlara ötü
rür, dövlətin forma və prioritetləri dəyişir, demokratik
meyillər artır. Bundan əlavə, iqtisadi-maliyyə, informasiya-
kommunikasiya və s. tipli beynəlxalq qarşılıqlı inteqrasiya
sahələri milli suverenlik çərçivəsində baş verən hadisələrin
ənənəvi sərhədlərini xeyli genişləndirmişdir. Qloballaşma
milli dövlət suverenliyi müstəvisində prinsipial olaraq yeni
bir məqamı üzə çıxarır: Tarixi olaraq yalnız dövlətin müstə
qil qərar qəbul etdiyi dövlətdaxili məsələlərə ümumdünya,
transnasional qurumların fəal nüfuzu, iri sərmayənin qlobal
məkanda maneəsiz axını, hərbi-siyasi sahədə qərarların
-
171
-
beynəlxalq hüquq normalarına əsaslanaraq qəbul edilməsi
tələbi və s. suverenliyin ənənəvi başa düşülən mənasını və
hüdudlarını “daraldır". Dünya iqtisadiyyatı və siyasətinin
yeni, qeyri-dövlət subyektləri qismində çıxış edən qurum
ların ortaya çıxması ilə beynəlxalq maliyyə institutları və
transnasional birliklərin getdikcə artan təsiri, dövlətlərarası
sərhədlərdən sərbəst axan informasiya amilini önə çəkən
kütləvi informasiya vasitələrinin geniş vüsətli inkişafı, milli
dövlətçiliyin fəaliyyət spektrində öz əks-sədasını verir,
onun çərçivəsinin daha aydın müəyyonləşdirilməsini şərt
ləndirir.
Milli dövlət qərarların qəbul edilməsi müstəvisində
ortaya çıxan yeni beynəlxalq qarşılıqlı fəaliyyət subyekt
lərini nəzərə alaraq, öz münasibətlərini bir neçə səviyyəyə
yönəltməli və qaydaya salmalı olur. İlk növbədə də bu
“fövqəlmilli”, dövlətlərarası struktur və qurumları ənənəvi
hakimiyyət iyerarxiyasına ahəngdar şəkildə daxil etməklə
yeni, özünəməxsus idarəetmə sisteminin formalaşması ilə
müşayiət olunur.
Baş verən proseslər diqqətlə izlənilərsə, qloballaş
manın siyasi nəticələri sırasında milli dövlətin suverenli
yinin nəinki məhdudlaşdırılması, əksinə onun əməli, gerçək
siyasi subyekt, həm də qlobal tamlığın təzahür etdiyi dün
yada siyasi qərarların qəbul edilməsi sahəsində ən mühüm,
əvəzsiz həlqə kimi mühüm statusa malik olduğu aydınlaşır.
Ənənəvi məlum olan hərbi-siyasi funksiyalar, siyasi, iq
tisadi və ictimai fəaliyyətin hüquqi çərçivəsinin müəyyən
edilməsi, qanunların icrasını diqqət mərkəzində saxlamaq
və s. kimi geniş müstəviyə, qlobal cəmiyyət və dövlətin
üzvü olmaqdan irəli gələn vəzifə, öhdəlik, məsuliyyət və tə
-
172
-
ləblər də əlavə olunur. Qloballaşma, milli dövlətinin fəaliy
yətinin tamamilə fərqli, yeni bir beynəlxalq mühitdə qurul
masını
hər an diqqət mərkəzinə çəkir.
Bütün bunlar milli suverenlik prinsipinin “tənəzzü
lü", “aradan çıxması” kimi baxışlara təkan verir. Lakin bir
məsələ var ki, burada söhbət suverenlik prinsipinin “köh
nəlməsindən” deyil, dünya miqyasında baş verən köklü də
yişikliklərdən gedir. Yəni, milli suverenliyin (tarix boyu
dəfələrlə olduğu kimi) başqa dövlətlər tərəfindən pozulma
sı, ona qəsd edilməsi deyil, milli və bəşəri, qlobal və lokal
tale və müstəvilərin bir-birinə hədsiz yaxınlaşması və çul -
ğaşması nəticəsində yerdəyişmə baş vermişdir: əgər əv
vəllər dövlətin mənafeyi birinci, beynəlxalq birliyin tale və
mənafeyi məsələsi ikinci (arxa planda) idisə, hazırda dün
yanın ümumi-qlobal taleyi və mənafeyi önə çıxmışdır.
Başqa sözlə, bu iki aspektin bir-birindən təcrid edilmiş
şəkildə təhlili qeyri-realdır. Milli dövlətçiliyin maraq və
mənafeyi yalnız konkret milli dövlətlərin deyil, dünya bir
liyinin qəbul etdiyi beynəlxalq münasibət və hüquq norma
larının nəzərə alınması ilə gerçəkləşdirildiyi üçün yeni
münasibətlərin bütün hallarda - qlobal cəmiyyətin bilava
sitə daxili problemi olduğu məlum olur.
Bu baxımdan qlobal cəmiyyət sistemində dövlətlər-
arası, beynəlxalq münasibətlərin əhəmiyyəti, aktuallığı get
dikcə daha çox artır, lakin bunlar dövlətlərarası problem ol
maqdan daha çox, qlobal cəmiyyətin ümumi daxili proble
mi kimi də qəbul edilir. Belə problemlərə beynəlxalq qu
rumların təsiri və marağı, onların həlində iştirakı, gedişa-
tına “m üdaxilə” etməsi, milli suverenlik prinsipinin yox ol
ması, böhranı kimi deyil, ümumi tale və mənafeyin diktə
-
173
-
Dostları ilə paylaş: |