emosional reaksiyam da mədəniyyət müəyyənləşdirir. Burada
siyasi mədəniyyət, hüquq mədəniyyəti, biznes etikası və s. kimi
nəhəng mədəni sistemin ünsürləri iştirak edir.
Bu baxımdan informasiyanın ötürülməsi və qəbul edil
məsində həssas məqamlan nəzərə alan “informasiya mədə
niyyəti” kimi yeni elmi istiqamət kimi inkişaf edir. Son illərdə
kütləvi informasiya vasitələrində informasiyanı verən tərəf
üçün adi sayılan, “söz azadlığı” pərdəsi ilə maskalanan cəhdlər
üzündən Avropada iğtişaş və qalmaqallar seriyası səngimək
bilmir. Bütün bunlar hər hansı bir mədəniyyətə yabançı olan
informasiya verilməsi üsullarının mövcudluğunu, siyasi, kom
mersiya və s. fəaliyyətin yad standartlarını qəbul edən ölkədə
münasibət kimi problemə həssaslıqla yanaşmanı
gündəmə
gətirir.
Müasir Qərbdə ictimai şüurun və rəyin formalaş-
dınlmasının məqsədyönlü sistemi artıq yüz ilə yaxın tarixə
malikdir. “Public relation” kimi mövcud olan sahənin mütəxəs
sisləri bu gün malik olduqları nəzəriyyə və təcrübəni ən fəal
surətdə tətbiq edirlər. Belə ki, şüura təsir etmək, insanların
dəyərlər sistemini dəyişdirməyə cəhd etmək, sözün əsl məna
sında, ətrafdakı maddi aləmi dəyişdirməyin nəticələri ilə
müqayisədə daha artıq mənfəət gətirir. Məcazi mənada deyilsə,
maddi nemətləri, qızıl, və s. sərvətlərin ələ keçirilməsi daha
sərfəli olmuşdur. İnformasiya bir tərəfdən, hər bir insana öz
şüurunu məqsədyönlü inkişaf etdirmək imkanını yaratsa da,
digər tərəfdən, ənənəvi mənada idarəetmə və nəzarəti qeyri-
mümkün edir.
Şüura təsir texnologiyalarının, nəzəriyyə və praktikanın
zənginliyi, tarixi təcrübə, mədəniyyət məqamına da təsir baxı
mından qeyri-bərabər imkanlar formalaşdırır. Bu sadə təcrübə
-
5 6
-
hər bir dövlətin mədəniyyət siyasətinə, milli maraqlarına mane
olan problemlər dairəsini daraldır və əksinə təsir imkanlarını
çox artırır. Yəni, bir tərəfdən, qarşıda duran strateji vəzifələrin
həllinə bütün qüvvələri cəmləməyə imkan verir; digər tərəfdən
isə, təsir obyektləri arasında, ayn-aynlıqda iş aparmaq ehtiya
cından azad edir. Ayrılıqda hər kəsi məcbur etməyə ehtiyac
qalmır, birtərəfli informasiya axınına başlanğıc verilir, nəticədə
insanlar özləri, könüllü surətdə cavab təşəbbüsünü göstərirlər.
Hər kəsin zövqünü, tələbatını, dünyagörüşünü dəyiş
dirməyə göstərilən cəhd nəticəsində, bütöv insan kütlələrinin
rəyi dəyişdirilə, yeniləşdirib bilər. Nəticədə insanla həyati
vacib məsələlərə biganəlik göstərə və əksinə, vecsiz faktlardan
məmnunluq duya, onları seyr etməyə üstünlük verə bilərlər.
Bütün bunlar sosial texnologiyaların mədəniyyət və
dünyagörüşünə təsirini ardıcıl olaraq təkmilləşdirməyə, tətbiq
dairəsini genişləndirməyə səbəb olmuşdur. ABŞ-da XX əsrin
90-cı illərindən belə bir deyim geniş yayılmışdır: “Varlı olmaq
istəyirsənsə, yeni din yarat və təbliğat et!". Bu gün artıq bu bir
zarafat deyil, gerçəklikdir. İctimai şüura təsir texnologiyaları
həm lokal, həm də beynəlxalq, qlobal səviyyələrdə aparılır.
Siyasi, iqtisadi, sosial, mədəni maraqların müdhiş çulğaşması
şəraitində aparılan "informasiya müharibələri" bu prosesin
başlıca spesifikasını təşkil edir.
Təbiəti, dünyanı dəyişməklə inkişaf elməkdən, daha çox
öz dünyagörüşünü, şüurunu dəyişməklə inkişafa meyillənmək
- bu yaşanılan bütün inqilabların (mədəni, mental, informasiya
və s.) müqəddəm şərti, əsas spesifikasıdır. Əsas problem
müasir dünyanın, inqilabların gedişatı və qanunayuğun nəticə
lərinin hələ tam dərkedilmə səviyyəsindən çox uzaqda olma
sıdır.
-
5 7
-
Şüurun formalaşdın İmasına təsir edən miqyaslı, xaotik
və çoxşaxəli proseslər burada tarixən
formalaşmış
reallıq
anlayışının, insanın yaşadığı, dayaqlandığı sabit məkan anlayı
şını tamamilə unutdura bilər. Düşüncədə, fəaliyyətdə aydın
hədəflərin və müəyyənliyin itməsi, bu gün ayaqlar altındakı
torpaq-məkanın itməsi deməkdir.
Yaşanılan tarixi-mədəni məkanın unutdurulması, real
dünyanın real problemlərini ikili standartlara yol vermədən həll
etmək əvəzinə, onları texnoloji imkanlara əsaslanaraq virtual,
təbliğat və mədəni məkana müdaxilə vasitəsilə həll etmək
cəhdində özünü göstərir.
-
5 8
-
§ 8. Dünyanı dəyişən inqilablardan,
dünya görüşü dəyişdirən
texnologiyalara...
Öz inkişafında görünm əm iş yüksəkliyi \>ə
m ürəkkəbliyi qət edən sivilizasiya, bu gün həm
də sanki miqyaslı və ziddiyyətli problem lərin y a
ratdığı uçurum qarşısındadır. Bu vəziyyət ilk
növbədə, dünyaya m ünasibətim izə, dünyaya b a
xışım ıza yenidən nəzər salmağı tələb edir.
Deməli, dünyanın gələcəyi birmənalı şəkildə
dünyagörüşün m əzm unundakı dəyərlərdən, m ə
dəniyyətdən. təhsil səviyyəsindən, onların m əz
m unlu və geniş yayılm asından birmənalı şəkildə
asılı olacaqdır.
Yeni dünyada davranışın ümumi, birgəyaşayış qayda
larını müəyyənləşdirmək üçün, ilk növbədə, baş verənlər dərk
olunmalı, yaşanılan indiki məqam gərgin seçimlər, gələcək isə
sonsuz imkanlar məkanı kimi təsəvvür edilməlidir.
Həyatın bütün sahələrinə nüfuz etsə də, dəyişikliklər,
ilk növbədə, insana ünvanlanmış olur. Çünki bunu dərk edən
də, ən həssas və ağrılı münasibəti hiss edən də insandır.
Mədəniyyətin inkişafı və təkamülündə yeni sistemlərin
yaranması, avtonomluğa və lokal sərhədlərdə
mövcudluğa
ehtiyac duyması meyilləri kimi differensiasiyaya və əksinə,
bir-birini tanıma, əməkdaşlıq və bağlılıq meyillərinin ifadə
etdiyi inteqrasiya prosesləri tarixən, bir-birini əvəzləmişdir.
-
5 9
-
Dostları ilə paylaş: |