§ 11. Azərbaycan: universal inteqrasiya
modeli və milli praktika
,
Azərbaycan iyirm i birinci əsrə Avropa
ailəsi kim i qədəm qoymuşdur. M ədəniyyətim i
zin üfüqlərini bu geniş m əkana qədər yaymaq,
onu tanıtmaq, qarşılıqlı bəhrələnm ək və zən
ginləşm ək üçün dövlətim iz və cəm iyyətim iz
qarşısında mülıiim vəzifələr durur.
Bu vəzifələr həmin m əkanın spesifika
sım dərindən dərk etm əyi irəli sürür.
Regionda dinamik inkişafın lideri mövqeyini əldə edən
dövlətimiz öz avrostatusunu müəyyənləşdirmək istiqamətində
çoxşaxəli siyasəti həyata keçirir. Bunların içərisində mədəniy
yət siyasəti ən önəmli yer tutur.
Tarix boyu mütərəqqi, dünyəvi dəyərlərə açıq olan
Azərbaycan bugünkü qarşılıqlı əməkdaşlığın perspektivlərinə
böyük nikbinliklə yanaşır, inteqrasiyaya münasibətlərin xüsusi
keyfiyyət mərhələsi kimi önəm verir.
Azərbaycanda nəhəng Avropanın tarix boyu arzuladığı,
can atdığı, dərin bəşəri ideallara doğru çox uzun bir yol gəl
mişdir. Bu yolda Avropa dövlətlərinin üzləşdiyi faciələr, tale
yinə düşən ağrı-acılar, Azərbaycanın da taleyinə nəsib olmuş,
zaman keçdikcə həmin tarixi problemləri bir-birinin ardınca
dəf edə bilmişdir. Bunun ən mühüm vasitələrindən biri bəşəri
ideyaların, dünya mədəniyyətinin müqəddəs və universal irsi
-
106
-
ilə çox yaxından səsləşən, onlann daşıyıcısı olan mədəni-tarixi
ənənələrimiz, yaşadığımız coğrafi məkanın özünəməxsus mis
siyası olmuşdur. Faşizm kabusu ilə ölüm dirim mübarizəsində,
ülvi ideyalara səsləyən mütəfəkkir mədəniyyət dühalarımızın
sovet repressiya siyasəti nəticəsində məhv edildiyi sürgün və
həbslərdə milyonlarla qurbanlar vermişdir. XX əsrdə Azər
baycan öz qarşısında duran tarixi məqsədlərə nail olmağa hər
vəchlə mane olan xarici və daxili maneələri dəf etmək kimi
tarixi vəziyyətini, nəhayət, XX əsrin sonunda Azərbaycan tarix
boyu can atdığı müstəqillik məqsədinə nail olmaq yolunda ulu
öndər Heydər Əliyevin başçılığı ilə bu müqəddəs mübarizəyə
əngəl olan bütün xarici və daxili maneləri dəf etmək kimi tarixi
vəzifəni həyata keçirdi, gerçəkləşdirdi.
Azərbaycanlıların indiki nəsli Prezident İlham Əliyevin
rəhbərliyi ilə qarşıda duran fərqli, yeni vəzifələrin həlli üçün
səfərbər olaraq, tariximizdə iyirmi birinci yüzilliyin yalnız uğur
və nailiyyətlər əsri kimi qalması istiqamətindən əlindən gələni
etməkdədir.
Qarşılıqlı inteqrasiyanın məhz uğurlara xidmət etməsini
təmin etmək üçün Azərbaycanda hər bir vətəndaşın iki mə
sələyə dair aydın təsəvvürləri olmalıdır: birincisi, Azərbay
canın Avropa üçün əhəmiyyəti, rolu və mövqeyi nədən iba
rətdir? İkincisi, Avropaya inteqrasiya Azərbaycanın müstəqil
liyini, dünyada nüfuz və rolunun artması üçün nə kimi im
kanlar və prespektivlər açır?
Birinci sualı cavablandırmaq üçün deyə bilərik ki,
regionda intensiv inkişafın lideri kimi qəbul edilən Azərbaycan
Avropa üçün çox böyük əhəmiyyət kəsb edir.
Həm regionda, həm də bütün dünyada sülhün və sabit
liyin təmin olunması, təhlükə və təhdidlərə qarşı əməkdaşlıq.
-
107
-
beynəlxalq terrorizmə qarşı bir cəbhədən çıxış etmək üçün
Azərbaycan Avropaya lazımdır.
Öz coğrafi mövqeyinə görə, dünyəvi dəyərlərinə malik
olan tarixi-mədəni ənənələrinə görə Azərbaycan Avropanın
strateji partnyorudur.
Müasir dünyanın qlobal enerji layihələrinin gerçəkləş
diyi məkan, Şərqlə Qərb arasında nəqliyyat dəhlizi, qlobal
təhlükəsizliyin təşkilatı üçün Azərbaycan Avropaya lazımdır.
Qarşılıqlı inteqrasiyanın bərabərhüquqlu subyektləri ki
mi çıxış etmək bu prosesin nüfuzunu daha da artırır. Azər
baycan vətəndaş cəmiyyəti, demokratik və hüquqi dövlət
quruluşu istiqamətində Avropa hüquq formalarına doğru hər
gün daha da inamla addımlayır. Lakin öz siyasətini yalnız özü
müəyyən edir. Avropa Komissiyası, Avropa Şurası və Avropa
Parlamentində səsvermələr hamısı demokratik prinsiplərə əsas
lansa da, orada ən dərin sayğı və diqqət göstərilsə də, Azərbay
can öz qarşısında duran milli inkişafını, strategiyasını özü
müəyyən edir.
XXI əsrdə Azərbaycanda zamanın inkişafının başlıca
meyilləri aşkar təzahür edir. Azərbaycan siyasi, iqtisadi,
mədəni özünütəsdiq mərhələsini yeni əməkdaşlıq formalarının
yaradılması ilə uğurlu şəkildə tamamlayır.
Müasir dünyanın taleyüklü problemləri elmi-texnoloji
vasitələrdən çox sosial-mədəni vasitələrlə çözülə bilər. Qlobal
inteqrasiya prosesi şəraitində milli mədəni siyasət keyfiyyət
dəyişikliklərinə uğrayır. Sosial-mədəni dinamikanı məqsədəuy
ğun məcraya yönəltmək üçün, mədəni siyasət dəyişikliklərinin
miqyasına və sürətinə adekvat olmalıdır. Ən mühüm məqam
odur ki, yaxın keçmişdə mədəni siyasətdə milli imperativlər
aparıcı rol oynayırdısa, bu gün daxili və xarici mədəni siyasət
-
108
-
arasında sərhədlər silinir, onların vəhdəti önə keçir. Bu vəhdət
mədəni siyasətdə xarici şərtlərin əhəmiyyətinin artmasından
xəbər verir. Qlobal mədəni məkana güclü mədəni potensiala və
mənəvi eneıjiyə malik olan, regionda və dünyada mədəni şə
raitin nizamlanmasına qabil olan bərabərhüquqlu tərəfdaş kimi
daxil olmaq üçün məqsədyönlü konsepsiyaya əsaslanan mədəni
siyasət hazırlanmalıdır. Bu da diqqəti aşağıdakı məqamlar üzə
rində cəmləməyi nəzərdə tutur:
- mədəni inkişafın və onun prinsiplərinin müxtəlifliyin
vəhdəti üzərində qurulması;
- bəşəriyyətin gələcəyini həll edən problemlərin çözül-
məsində mədəniyyətlərin birliyinə əsaslanan yeni dünya düzə
ninin formalaşması;
- müasir texnoloji inqilabın gətirdiyi təsirlər nəticəsində
mədəni identiklikdə baş verən proseslərin təşkili və həlli, elek
tron vasitələrin interaktiv potensialının mədəni ekspansiyaya
deyil, inteqrasiyaya xidmət etməsi.
Müasir mədəniyyətin təcrid olunmuş şəkildə mövcud
luğu qeyri-mümkündür. Bir çox ölkələr müxtəlif şəkildə başqa
mədəniyyətlərin fəal təsiri və müdaxiləsinə qarşı dura biləcək
tədbirlər həyata keçirir. Bu tədbirlərin görülməsi müəyyən
optimal hədd çərçivəsində aparılmalıdır. Əsas məsələ isə başqa
mədəniyyətlərin təsirinin məhdudlaşdınlmasına sərf olunan za
manın və vəsaitin, öz mədəniyyətinin dünyada təbliğinə və təs
diqinə yönəldilməsidir. Mədəni siyasət və idarəetmənin aydın
konsepsiyasının olmasıdır.
Azərbaycan tarixən öz coğrafi geostrateji mövqeyi ilə
həllinə Şərq və Qərb mədəniyyətlərinin qovşaq məkanı ol
muşdur. Mədəniyyətimizə xas olan qarşılıqlı təsirlərə açıq
olmaq xüsusiyyəti buradan irəli gəlir. Qlobal təsirləri indi du
-
109
-
Dostları ilə paylaş: |