Yeni nəsil dərsliklərin yaradılması İSTİfadə olunmuş ƏDƏBİyyat



Yüklə 435,88 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü435,88 Kb.
#73362
növüDərs


 

 



Yeni nəsil dərsliklərin 

yaradılması

 

 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



1.A.Mehrabov-“Müasir təhsilin konseptual problemləri”  

2.A.Mehrabov-“Azərbaycan təhsilinin müasir 

problemləri” 

3.A.Əhmədov,T.Şərifov,Ə.Abbasov–“Şagird nailiyyətlərinin 

qiymətləndirilməsi, kurikulum jurnalı”  

4. İ.Cavadov- “Monitorinq və qiymərləndirmə” 

5. Təhsilə aid hüquqi normativ sənədlər ( Təhsil Qanunu; 

Təhsil sahəsində İslahat proqramı; Azərbaycan Təhsil 

sistemində Dərslik konsepsiyası və s. ) 

 

 

 


 

 



2005-ci ildə qeyri-hökumət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla 

“Ümumi  təhsil  sistemində  dərslik  siyasəti”  sənədi  hazırlanaraq  Azərbaycan 

Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra Nazirliyin 23.01.2006-cı il 

tarixli,  33  nömrəli  əmrilə  təsdiq  edildi.  Qeyd  edək  ki,  ümumi  təhsil  sistemində 

dərslik  siyasəti  Azərbaycan  hökumətinin  fəaliyyətinin  prioritet  istiqamətlərindən 

biridir.  “Ümumi  təhsil  sistemində  dərslik  siyasəti”  sənədində  bu  siyasətin  əsas 

prinsipləri, dərsliklərin məzmununa verilən əsas tələblər, dərsliklərin dili, Dərslikləri 

Qiymətləndirmə  Şurası,  yeni  dərsliklərin  yaradılması,  təsdiqi  və  nəşri,  müəllif  və 

nəşriyyatların  hüquqları,  dərsliklərin  alınması  və  şagirdlərə  çatdırılması,  dərslik 

fondu,  elektron  dərsliklər,  dərslik  siyasətinin  həyata  keçirilməsində  Təhsil 

Nazirliyinin  funksiyaları,  təhsil  orqanları  və  məktəblərin  vəzifələri  ətraflı  izah 

olunur. Əsas yeniliklərdən biri də budur ki, yeni yaranan dərsliklər yalnız Dərslikləri 

Qiymətləndirmə Şurası tərəfindən ekspertizadan keçirilib müsbət qiymətləndirildiyi 

halda Nazirliyin əmri ilə təsdiq olunur. Sənədə əsasən “Dərslikləri Qiymətləndirmə 

Şurasının  Əsasnaməsi”,  “Dərsliklərin  qiymətləndirilməsi  meyarları”,  “Yeni 

dərsliklərin  yaradılması  qaydaları”  və  “Dərsliklərin  texnoloji  və  gigiyenik 

standartları”  sənədləri  hazırlanmış,  Təhsil  Nazirliyinin  müvafiq  əmrləri  ilə  təsdiq 

edilmişdir.  “Ümumi  təhsil  sistemində  dərslik  siyasəti”  sənədinin  əsas 

müddəalarından  biri  ondan  ibarətdir  ki,  dərsliklər  əvvəlki  kimi  subyektiv 

mülahizələrə  əsasən  formal  deyil,  təsdiq  olunmuş  konkret  meyarlara  əsasən 

qiymətlərdirilir.  Bu  mexanizm  dərslik  müəllifliyi  sahəsində  inhisarçılığın  aradan 

qaldırılmasına,  müsabiqəyə  təqdim  olunan  dərsliklərin  seçiminin  obyektiv 

aparılmasına imkan yaratmaqla yanaşı, onların fənn kurikulumlarına uyğunluğunu 

təmin edir. 

Qeyd  edək  ki,  ümumi  təhsil  sistemində  dərslik  siyasəti  Azərbaycan 

hökumətinin  fəaliyyətinin  prioritet  istiqamətlərindən  biridir.  "Ümumi  təhsil 

sistemində  dərslik  siyasəti"  sənədində  bu  siyasətin  əsas  prinsipləri,  dərsliklərin 

məzmununa  verilən  əsas  tələblər,  dərsliklərin  dili,  Dərslikləri  Qiymətləndirmə 

Şurası,  yeni  dərsliklərin  yaradılması,  təsdiqi  və  nəşri,  müəllif  və  nəşriyyatların 

hüquqları,  dərsliklərin  alınması  və  şagirdlərə  çatdırılması,  dərslik  fondu,  elektron 

dərsliklər, dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları, 

təhsil orqanları və məktəblərin vəzifələri ətraflı izah olunur. Əsas yeniliklərdən biri 

də  budur  ki,  yeni  yaranan  dərsliklər  yalnız  Dərslikləri  Qiymətləndirmə  Şurası 

tərəfindən  ekspertizadan  keçirilib  müsbət  qiymətləndirildiyi  halda,  nazirliyin  əmri 

ilə  təsdiq  olunur.  Sənədə  əsasən  "Dərslikləri  Qiymətləndirmə  Şurasının 

Əsasnaməsi",  "Dərsliklərin  qiymətləndirilməsi  meyarları",  "Yeni  dərsliklərin 


 

 



yaradılması  qaydaları"  və  "Dərsliklərin  texnoloji  və  gigiyenik  standartları" 

sənədləri  hazırlanmış,  Təhsil  Nazirliyinin  müvafiq  əmrləri  ilə  təsdiq  edilmişdir. 

"Ümumi  təhsil  sistemində  dərslik  siyasəti"  sənədinin  əsas  müddəalarından  biri 

ondan  ibarətdir  ki,  dərsliklər  əvvəlki  kimi  subyektiv  mülahizələrə  əsasən  formal 

deyil,  təsdiq  olunmuş  konkret  meyarlara  əsasən  qiymətlərdirilir.  Bu  mexanizm 

dərslik  müəllifliyi  sahəsində  inhisarçılığın  aradan  qaldırılmasına,  müsabiqəyə 

təqdim  olunan  dərsliklərin  seçiminin  obyektiv  aparılmasına  imkan  yaratmaqla 

yanaşı,  onların  fənn  kurikulumlarına  uyğunluğunu  təmin  edir.  Digər  mühüm 

məsələ yeni dərsliklərin komplekt şəklində nəşr edilməsi idi. Bu, dərslik hazırlığına 

tamamilə  yeni  yanaşma  olmaqla  bərabər,  təhsil  prosesinin  əsas  iştirakçıları  olan 

şagirdlər,  müəllimlər  və  valideynlər  üçün  son  dərəcə  əhəmiyyətli  bir  addımdır. 

Komplektə  daxil  olan  dərslik  şagirdlərin  təlim  marağını  gücləndirir,  onları 

axtarışlara, yeni məlumatlar əldə etməyə sövq edir, məntiqi və yaradıcı təfəkkürü 

inkişaf  etdirir,  tətbiqi  xarakter  daşımaqla  zəruri    həyati  bacarıqların 

formalaşdırılmasına zəmin yaradır, fəndaxili və fənlərarası inteqrasiya imkanlarını 

genişləndirir, fəal təlim şəraitinin yaradılmasını tələb edir, şagirdlərin fərqli idraki 

imkanlarının  nəzərə  alınmasına  şərait  yaradır.  Müəllim  üçün  vəsait  isə 

müəllimlərdə 

motivasiya 

yaratmaqla 

yanaşı, 

onların 

yaradıcılıq 

və 

təşəbbüskarlığını artırır, hər bir dərsə daha fərdi yanaşmasına imkan verir, tədris 

prosesini  daha  səmərəli  və  maraqlı  qurmasına  imkan  yaradır.  Yeni  dərslik 

siyasətinə  uyğun  olaraq  hazırlanmış  dərslik  komplekti  valideynlər  üçün  də  böyük 

əhəmiyyətə malikdir. Belə ki, əgər əvvəllər valideynlər öz mülahizələrinə əsasən və 

bacarıqları  çərçivəsində  övladlarının  təlimində  iştirak  edirdilərsə,  indi  onların  bu 

prosesdə iştirakı daha ardıcıl, məqsədyönlü və sistemli olur. 

Dərslik siyasəti sənədi və onun əlavələrinin təsdiqi böyük bir işin başlanğıcı idi. 

Əlbəttə, ilk vaxtlar dərsliklərin qiymətləndirilməsinin şəffaf və dəqiq aparılması 

təcrübəsi yox idi və bu işin öyrənilməsi çox vacib idi. Məhz bu məqsədlə qabaqcıl 

dünya ölkələrinin bu istiqamətdə təcrübələri araşdırıldı. Dərslikləri qiymətləndirmə 

mexanizmi və təcrübəsi olan Türkiyə Respublikasında qiymətləndirilmənin 

öyrənilməsi məqsədilə bu ölkəyə tədris səfərləri təşkil edildi. Onu da qeyd etmək 

lazımdır ki, tədris səfərləri dərslikləri qiymətləndirmə sahəsində praktik 

bacarıqların əldə edilməsində, bu sahədə çalışanların səriştələrinin artırılmasında 

müstəsna rol oynadı. Məhz bu təcrübə sonradan Dərslikləri Qiymətləndirmə 

Şurasının ciddi qərarlar qəbul etməsinə zəmin yaratdı. 1999-cu ildən aparılan 

islahatlar və dünya təcrübəsi göstərirdi ki, dərsliklər yeni, daha səmərəli məzmun 

və forma tələb edir. Aparılan məqsədyönlü islahatlar nəticəsində inkişaf etmiş

 

Yüklə 435,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə