Yeni NƏŞRLƏr qafqaz regionuna həsr olunmuş ensiklopediYA



Yüklə 32,09 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü32,09 Kb.
#37115


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

YENİ NƏŞRLƏR 

 

QAFQAZ REGİONUNA HƏSR OLUNMUŞ ENSİKLOPEDİYA 

 

Ensiklopedik nəşrlərin hazırlanması və nəşri hər bir xalqın mədəniyyətinin və 

elminin səviyyəsini müəyyən edən mühüm faktorlardan biridir. Bu nəşrlərin yara-

dılması çox mürəkkəb və zəngin elmi informasiya bazasına söykənən, konkret fakt və 

hadisələr haqqında bitkin məlumatların toplusudur. Ensiklopediyalar tarixən kitabın 

bir tipi kimi formalaşmışdır. Universal və sahəvi, mövzu xarakterli Ensiklopedik 

nəşrlər daha geniş yayılmışdır. Ensiklopediya yaratmaq bütövlükdə yazı  və kitab 

mədəniyyətinin formalaşmasında müəyyən bir mərhələni təşkil edir. Bəşər mədəniy-

yəti tarixinə çox qiymətli incilər bəxş etmiş Azərbaycan xalqının Ensiklopedik nəşrlər 

yaratmaq sahəsində çox zəngin təcrübəsi vardır.  

Ensiklopediyaların informasiya bazasının mükəmməlliyi və dolğunluğu, 

onların dünya kitabxanalarının soraq-biblioqrafik nəşrlər fondunun əsasını  təşkil 

etməsinə gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, dünyanın məşhur kitabxanalarında 

bu tipli nəşrlər xüsusi şəraitdə mühafizə edilir və bir qayda olaraq onların mütailəsi 

kitabxana şəraitində mümkün olur.  

Görkəmli alim, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası 

təhsil nazirinin müavini, əməkdar müəllim  İradə Hüseynovanın bu günlərdə oxu-

culara təqdim olunan “Qafqazın tarix ensiklopediyası” monumental əsəri məhz bu 

qəbildən olan nəşrlərdəndir və Ensiklopediyalar haqqında qeyd etdiyimiz fikirləri bir 

daha tamamlayır.  

İradə Hüseynovanın “Qafqazın tarix ensiklopediyası” bəşər mədəniyyətinin 

ilk məskənlərindən biri olan Qafqaz regionuna həsr edilmişdir. Bu soraq – məlumat 

kitabı bütövlükdə Qafqaz haqqında universal informasiya mənbəyidir və öz miqyası, 

tərtibatı, metodikası, elmi informasiyaların sistemləşdirilməsi, ümumiləşdirilməsi və 

təqdim olunması metodikasının müvəffəqiyyətli həlli baxımından təqdirə layiqdir.  

Oxucuların istifadəsinə verilən bu Ensiklopediya Qafqaz regionunda ilk insan 

məskənlərindən bu günümüzə  qədər yaşayan etnos və xalqların tarixini kompleks 

şəkildə xarakterizə edən ilk universal Ensiklopedik mənbə kimi çox böyük elmi, 

siyasi və mədəni əhəmiyyətə malikdir. 

Ensiklopediyanın elmi redaktorlarından olan M.V.Lomonosov adına Moskva 

Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nər-

giz Paşayeva ensiklopediyaya ön söz yazmış və əsəri yüksək qiymətləndirərək onun 

milli elmə, eləcə də dünya elminə sanballı töhvə olduğunu xüsusi qeyd etmişdir. 

İradə Hüseynovanın “Qafqazın tarix ensiklopediyası”nın elmi redaktorların-

dan biri də tarix elmləri doktoru, professor Tofiq Vəliyevdir. 

Təqdirəlayiq haldır ki, şox zəngin milli, siyasi, mədəni və etnik xüsusiy-

yətlərə malik olan Qafqaz xalqlarının tarixi inkişaf proseslərini kompleks şəkildə 

 222



öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən bu əsər Azərbaycan Milli Elmlər 

Akademiyasının hesabatında mühüm elmi nailiyyət kimi qeyd edilmişdir. 

Təqdim olunan nəşrin elmi yenilyi ondan ibarətdir ki, ilk dəfə olaraq Qafqaz 

regionunda baş verən hadisələr kompleks şəkildə, onların vəhdəti və qarşılıqlı əlaqəsi 

konteksində konseptual baxımdan öz həllini tapmışdır.  

Elə əsl, həqiqi tarixin də missiyası məhz ondan ibarətdir ki, bir sıra millətlər-

arası, etnik münaqişələrin obyektiv həllində, millətlərarası münasibətlərdə pozitiv 

meyllərin yaranmasında tolerantlığın formalaşmasında, cəmiyyətin demokratik və 

hüquqi  əsaslarla möhkəmlənməsində, sosial-iqtisadi sferada nailiyyətlərin  əldə edil-

məsində mühüm rol oynasın.  

Ensiklopediya tarixi faktların zənginliyi, ayrı-ayrı tarixi hadisə, fakt və pro-

seslərə yeni baxışların ümumiləşdirilməsi, tarixi xronologiyanın mükəmməlliyi, 

Qafqaz xalqlarının etnogenezi, dövlətçiliyinin təkamülü konteksində materialların 

dürüst və dolğun təqdim edilməsi ilə də diqqəti cəlb edir. 

Əsərdə dünyanın nadir tarixi və coğrafi arealı olan Qafqaz, onun xalqları və 

etnoslarının formalaşması proseslərini izləmək üçün qiymətli məlumatların verilməsi 

həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün çox maraq doğurur. 

Milli Ensiklopediyanın direktoru Tofiq Nağıyevin fikrincə, “ “Qafqazın tarix 

ensiklopediyası” son dərəcə qiymətli, nüfuzlu tarixi mənbə, tarix elminin inkşafı yo-

lunda yeni uğurlu addımları təcəssüm etdirən stolüstü kitabdır”. Təcrübəli tədqiqatçı 

alim, professor İradə Hüseynova Qafqaz xalqlarının təsərrüfat və  mədəni həyatında, 

onların sosial-iqtisadi sistemində, dillərində, adətlərində, ənənələrində tarixi inkşafın 

müxtəlif dövrlərində baş vermiş dəyişiklikləri təhlil etməyə müvəffəq olmuşdur. 

“Azərbaycan” qəzetinin 2010-cu il tarixli 07 oktyabr sayında  əsər haqqında 

yazılmış  rəydə göstərildiyi kimi, müəllif bu nəşrdə Qafqaz regionunun bütün tarixi 

inkşaf dövrünü əhatə edir. İstedadlı alim qədim tarixə geniş ekskurs edərək etnosların 

yaranması, onların qarşılıqlı münasibətləri, qarşılıqlı  təsiri və  mədəniyyətlərin bir-

birinə nüfuz etməsi problemlərinə toxunur, konkret tarixi faktlar və hadisələr nümu-

nəsində Qafqaz xalqlarının çoxşaxəli həyatını işıqlandırır. 

Yüksəl milli, mənəvi-əxlaqi və ümumbəşəri dəyərləri  əsas tutan müəllif 

müasir mərhələdə uğurlu daxili və xarici siyasət yeridən, dünya səhnəsində mehriban 

qonşuluq,  əməkdaşlıq və tolerantlıq prinsiplərinə  əsaslanaraq öz münasibətlərini 

quran Azərbaycanın lider mövqeyini şərtləndirmiş amilləri hərtərəfli və  dərindən 

təhlil edir. O, tamamilə haqlı olaraq görkəmli dövlət xadimi və siyasi xadim, xalqı-

mızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılma-

sında və möhkəmlənməsində müstəsna rol oynadığını göstərir.  

Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev kursunu ləyaqətlə da-

vam etdirən İlham Əliyevin ölçülüb-biçilmiş siyasəti və yorulmaz fəaliyyəti sayəsində 

Respublikamız dünyanın inkşaf etmiş və Qafqazın lider dövlətlərindən birinə çevril-

mişdir. Azərbaycan mühüm beynəlxalq və regional inteqrasiya proseslərinin təşəb-

büsçüsü olmuş, təkcə öz xalqının deyil, bütövlükdə regionun rifah səviyyəsinin 

artmasını təmin etmişdir. 

İradə Hüseynovanın “Qafqazın tarix ensiklopediyası”-nın informasiya tutu-

munun genişlənməsində əsərin sonunda “Ərazi və demoqrafik məlumatlar”, “Qafqaz 

regionu: tarixi hadisə və faktlarda”, “Hadisə və terminlərin kataloqu”nun verilməsinin 

oxucular üçün çox böyük əhəmiyyəti olduğunu qeyd etmək lazımdır. 

 223



“Ərazi və demoqrafik məlumatlar” yardımçı aparatında cənubi və şimali Qaf-

qazın respublikaları, onların  ərazisi,  əhalisi, paytaxtları haqqında müfəssəl məlu-

matların verilməsi Qafqaz regionunda olan dövlət və xalqlar haqqında oxuculara 

operativ informasiya əldə etməyə imkan verir.  

İkinci köməkçi göstərici “Qafqaz regionu: tarixi hadisə və faktlarda” adlanır. 

Ensiklopediyanın dəyərini artıran bu bölmə çox böyük zəhmətin bəhrəsidir və 

Qafqazın  ərazisində  qədim dövrdən müasir dövrə  qədər baş verən  ən mühüm tarixi 

hadisə və faktlar üzrə sinxron cədvəl şəklində tərtib edilmişdir. 

 Ensiklopediyada diqqəti cəlb edən cəhətlərdən biri də “Hadisə və terminlərin 

kataloqu”dur. Bu kataloq iki hissədən ibarətdir. Birinci hissədə tarixi hadisə  və 

faktların əlifba siyahısı verilmiş və onlar haqqında ensiklopediyanın hansı səhifəsində 

bəhs olunduğu qeyd edilmişdir. Təqdimatın bu forması ensiklopediyadan istifadəni 

asanlaşdırmaq üçün tərtib edilmişdir və ona müraciət edən mütəxəssislərin vaxt 

itkisinin qarşısını almağa xeyli kömək edəcəkdir. 

Bu bölmənin ikinci hissəsi isə Ensiklopediyada adı keçən tarixi-ictimai termin 

və anlayışların  əlifba siyahısından ibarətdir. Bu yarımbölmə “Qafqazın tarix ensik-

lopediyası” adlı  nəşrin müasir elmi və  məlumat  ədəbiyyatının hazırlanmasında çox 

zəruri olan və  təəssüf ki, az istifadə edilən köməkçi aparatdır. Onun ən mühüm 

əhəmiyyəti ondan ibarətdir ki, ensiklopediyanın termin və anlayış aparatının dairəsini 

müəyyən etməyə imkan verir. Mükəmməl tərtib olunmuş bu hissənin də ensiklopedik 

və digər bu tipli məlumat nəşrlərində istifadə edilməsini arzu etmək olar. 

 “Qafqaz tarix ensiklopediyası” zəngin informasiya baza əsasında yaradıl-

mışdır. Burada Azərbaycan və rus dillərində 844 adda Qafqaz regionu haqqında qay-

naq, o cümlədən siyasi, tarixi, elmi-metodoloji, mədəniyyət, təhsil, etnoqrafiya, bey-

nəlxalq münasibətlər, beynəlxalq hüquq, ədəbiyyat, folklor, etnopsixologiya, konflik-

tologiya və digər sahə  və problemlər üzrə görkəmli dövlət xadimləri və tanınmış 

alimlərin  əsərlərindən istifadə olunmuşdur. Bu da region haqqında ensiklopedik 

məlumat kitabının arxitekturasının mükəməlliyini, elmi çəkisinin obyektivliyini təmin 

etməyə imkan verir. 

Müasir elmi, nəzəri, metodoloji və tarixi yanaşmanın yeni konsepsiyasına 

əsaslanan müəllif dünya düzənində  və Qafqazda uğurlu siyasətin inkişafina böyük 

töhfələr vermiş ümummilli liderimiz Heydər  Əliyevin  əsərlərini ensiklopediyanın 

elmi aparatına daxil etmiş, bu da əsərin informasioloji və elmi dəyərini artımışdır. 

Təqdim olunan materiallar içərisində Azərbaycan mədəniyyətinin, elminin, təhsilinin, 

incəsənətinin, bütövlükdə cəmiyyətin sosial həyatının bütün sferalarının inkişafı üçün 

son illər böyük xidmətlər göstərmiş Mehriban xanım Əliyevanın şəxsi fəaliyyətinə və 

onun prezidenti olduğu Heydər  Əliyev fondunun fəaliyyətinə mühüm yer ayrılması 

xüsusilə qeyd edilməlidir. 

“Qafqaz tarix ensiklopediyası” Qafqaz regionunun tarixi, etnoqrafiyası, mə-

dəniyyəti, elmi, təhsili, regionda geosiyasi vəziyyəti, inkşaf meylləri, region xalqla-

rının adət-ənənələri, folkloru, ədəbiyyatı, incəsənət ilə maraqlanan alim və mütəxəs-

sislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulması onu da arzulamağa imkan 

verir ki, bu sanballı  əsərin müəllifi onu həm Azərbaycan, həm də ingilis dilinə  tər-

cümə edərək ondan daha geniş istifadə imkanlarını yaratmağa müvəffəq olacaqdır. 

Digər bir arzumuz isə Ensiklopediyanın çox böyük əhəmiyyətini nəzərə ala-

raq müvafiq icra hakimiyyəti orqanlarının 12 mindən çox kitabxanası olan Respub-

likamızda bu nəşrdən ictimai istifadəni səmərəli təşkil etmək üçün tədbirlər həyata 

 224



keçirməsi ilə bağlıdır. Nəşrə oxucuların böyük tələbatını  nəzərə alaraq onun Mədə-

niyyət və Turizm Nazirliyi kitabxanalarına, Təhsil Nazirliyi sistemi kitabxanalarına, 

kitabxanası olan digər ali və icra hakimiyyət orqanlarının kitabxanalarına göndəril-

məsi ölkə vətəndaşlarının Qafqaz regionu haqqında biliklərini genişləndirər, onlarda 

bizim apardığımız ədalətli mübarizəyə inamı bir daha möhkəmləndirər və gənc nəslin 

vətənə məhəbbbət ruhunda tərbiyə olunmasına qiymətli töhvə olar.  

Müəllif ensiklopediyanın quruluşu haqqında yazır: “Ensiklopediyanın qurulu-

şu bir-biri ilə  məntiqi və qarşılıqlı  əlaqədə olan bölmələrdən ibarətdir. Onlar əsas 

informasiya kütləsi, cədvəl formalı ümumiləşdirici materiallardan, tarixi-biblioqrafik 

mənbə bazası və həmçinin illustrativ blokdan ibarət axtarış sistemindən ibarətdir”. 

Nəşrdə diqqəti cəlb edən əsas məsələlərdən biri də ondan ibarətdir ki, infor-

masiyanın bir hissəsi Qafqaz xalqlarının tarixi keçmişində, müasir dövrdə böyük xid-

mətləri olan görkəmli dövlət xadimləri haqqında olan məlumatlardır.  

 

 Abuzər Xələfov



əməkdar elm xadimi,  

BMT yanında Beynəlxalq İnformasiyalaşdırma  

Akademiyasının akademiki, tarix elmləri doktoru, professor,  

BDU-nun Kitabxanaşünaslıq kafedrasının 

müdiri 

  

İsmayılov Nadir,  



pedaqoji elmlər namizədi, dosent,  

BDU-nun Biblioqrafiyaşünaslıq  

kafedrasının müdiri  

 

 



 225

Yüklə 32,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə