Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   2   3   4   5   6   7   8   9   ...   38

Sxemdən  görünür  ki,  müəllimin  funksiyalarına  dizayner  anlayışı  da  daxil 

edilmişdir.  Burada  dizayner  müəllimin  təhsil  prosesinin  məzmunu  ilə  bağlı 

kurikulumlara  uyğun  mövzu  və  onun  məzmununun  müəyyənləşdirməsi,  onu 

şagirdlərin imkanlarına uyğunlaşdırması mənasında başa düşülməlidir. 

Müəllimin fasilitasiya bacarıqlarına aşağıdakılar daxildir: 

müəllim və şagirdlərin birgə əməkdaşlığı, 



onların qarşılıqlı hörmət və etibarı, 

şagirdlərin  olduqları  kimi  qəbul  edilməsi  və  müəllim  tərəfindən  onların  daim 



dəstəklənməsi, 

şagirdlərin qabiliyyətlərinə inam, 



təfəkkürün stimullaşdırılması, 

şagirdlərdə öyrənmə stimulunun və motivasiyasının yaradılması, 



onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması. 



 

2. Yeni təlim texnologiyalarının prinsipləri 

 

Təlim prosesi mürəkkəb prosesdir. Onun məqsədəuyğun şəkildə təşkili vacibdir. 

Təlimin məqsədəuyğun təşkilində prinsiplər mühüm rol oynayır. 

Didaktika 

təlim 

nəzəriyyəsi 



olmaqla 

təlimin 


obyektiv 

qanunlarını, 

qanunauyğunluqlarını aşkara çıxarır, onlardan istifadə yollarını müəyyənləşdirir. Təlim 

prinsipləri təlim qanunlarından irəli gəlir. 

Prinsip  didaktikanın  qanunlarına  uyğun  təlim  fəaliyyətini  təşkil  etmək  üçün 

qəbul  edilmiş  ideyalar  toplusudur.  Prinsip  dedikdə  həmçinin  didaktikada  mövcud 

olan  qanunlardan  istifadə  etmək,  fəaliyyəti  həmin  qanunların  tələblərinə  uyğun 

şəkildə təşkil etməkdir. 

Təlim prinsipləri didaktikanın mühüm vəzifələrinin həyata keçirilməsinə xidmət 

edir.  Prinsiplər  müəllimin  qarşısına  elə  vəzifələr  qoyur  ki,  o  bunlara  əməl  etməklə 

şagirdlərin yüksək tədris uğuruna nail olur. 

Təlim  zamanı  müəllimin  fəaliyyətinin  ümumi  istiqamətini  müəyyən  edən 

prinsiplər pedaqoji ədəbiyyatda müxtəlif cür təsnif edilir. 

V.A.Slasteninin digər müəlliflərlə birgə yazdığı “Pedaqogika” dərsliyində təlim 

prinsiplərinin  aşağıdakı  kimi  təsnifi  verilmişdir:  elmilik;  tərbiyəedici  təlim;  təlimin 

tətbiqi; təlimin ardıcıllığı və sistemliyi; təlimdə fərdi yanaşma; təlimdə yaşauyğunluq; 

təlimdə  yaradıcı  inkişafın  təmin  edilməsi;  təlimin  çətinlik  dərəcəsinin  nəzərə  alın-

ması;  əyanilik;  mürəkkəblik  dərəcəsindən  asılı  olaraq  mövzunun  imkana 

uyğunlaşdırılması . 

Y.K.Babanski  təlim  prinsiplərinin  aşağıdakı  kimi  təsnifini  vermişdir:  elmilik; 

təlimin həyatla əlaqələndirilməsi; sistematiklik və ardıcıllıq; əyanilik; təlim prosesində 

müxtəlif metodlardan istifadə etmə, təlimin asan (anlaşılıqlı) mənimsədilməsi prinsipi . 

B.Əhmədova görə, təlimin aşağıdakı prinsipləri vardır: təlim materialının onun 

məqsədi  zəminində  seçilməsi;  təlim  vasitələrinin  onun  məzmunu  zəminində 

seçilməsi;  təlim  metodlarının  onun  vasitələri  zəminində  seçilməsi;  təlimdə  şagirdin 

imkanının nəzərə alınması; elmilik; şüurluluq; fəallıq və müstəqillik; sistematiklik və 

ardıcıllıq;  fənnin  daxili  məntiqinin  gözlənilməsi;  biliyin  möhkəm  mənimsədilməsi; 

reproduktiv və produktiv təfəkkürün vəhdəti; biliklə fəaliyyətin birliyi və s. 




Prinsiplərin  təsnifatı  ilə  əlaqədar  göstərdiyimiz  nümunələr  əsasında  onu  demək 

olar  ki,  istər  ənənəvi,  istərsə  də  müasir  pedaqoji  ədəbiyyatda  təlim  prinsipləri  öz 

həllini  tam  tapmamışdır.  Ona  görə  ki,  pedaqoqlar  prinsiplərə  müxtəlif  aspektlərdən 

yanaşırlar. Mütləq olanı odur ki, təlim prosesində müəyyən mexanizm vardır, onu bil-

məsək bu prosesdə məqsədə nail ola bilmərik, bilsək də keyfiyyətli təlim ola bilməz. 

Təlimdə  müvəffəqiyyət  qazanmağa  imkan  verən  mexanizm  təlim  prinsipləridir. 

Təlim  metodları  və  ya  texnologiyaları  dəyişsə  də  bunlara  uyğun  prinsiplər  həmişə 

olacaqdır. 

Yeni  təlim  texnologiyaları  əsasında  həyata  keçirilən  təlim  prosesinin  də  özünə 

məxsus prinsipləri vardır. Bu prinsipləri iki yerə qruplaşdırmaq olar: 

a)

 

Şagirdi rəqabətəqabil , sosial, hərtərəfli inkişaf etdirməyə xidmət edən təlim-



tərbiyə prinsiplərinə; 

b)

 



İnteraktiv təlim zamanı rəhbər ideyalar kimi qəbul edilməli prinsiplərə. 

Şagirdi  rəqabətəqabil,  sosial,  hərtərəfli  inkişaf  etdirməyə  xidmət  edən  təlim-

tərbiyə  prinsipləri  “Azərbaycan  Respublikasında  Təhsil  İslahatı  Proqramı”nda  öz 

əksini tapmışdır. Bunlar aşağıdakılardır. 

1.

 

Demokratikləşdirmə  -  təhsil  prosesinin  demokratikləşdirilməsində  maraqlı 



olan bütün tərəfləri, dövlət strukturları və ictimaiyyət nümayəndələrini (müəllimləri, 

şagirdləri, valideynləri) təhsil prosesinə fəal iştirak etməyə cəlb etmə deməkdir; tədris 

müəssisəsinin “şəffaflığı” prinsipinin həyata keçirilməsidir. 

2.

 



Humanistləşdirmə  –  təhsilin  humanistləşdirilməsi  şagirdə  münasibətin 

dəyişilməsini  nəzərdə  tutur,  o  cümlədən  yaradıcı  inkişaf  qabiliyyətli  və  humanist 

yönümlü  şəxsiyyətin  formalaşdırılması;  əqli  və  fiziki  imkanlarından,  öyrənmə 

qabiliyyətindən  asılı  olmayaraq  şagirdin  şəxsiyyətinə  hörmətlə  yanaşma;  şagirdin 

qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin yara-

dılması. 

3.

 

Diferensiallaşdırma – təlimin diferensiallaşdırılması şagirdlərin imkanlarının 



nəzərə alınması ilə qurulur. 

4.

 



Fərdiləşdirmə  –  təhsilin  fərdiləşdirilməsi  şagirdlərin  fərdi  maraq  və 

tələbatlarının nəzərə alınmasıdır. 

5.

 

İnteqrasiya  –  təhsilin  inteqrasiyası  fənlərin  öyrənilməsi  zamanı  fənlərarası 



əlaqələrin aşkar edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vəcibliyini 

nəzərdə tutur. 

6.

 

Humanitarlaşdırma  –  təhsilin  humanitarlaşdırılması  şəxsiyyətin  yaradıcı 



inkişaf prosesinin şərti kimi çıxış edir və təhsilin məzmununun formalaşmasına yeni 

yanaşmanı  nəzərdə  tutur.  Bu  ümumbəşəri  dəyərlərin  yaradılması  ilə  bağlı  fənlərin 

rolunun artmasını, öz xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin də-

yərləri ilə tanışlığı ifadə edir. 

İnteraktiv  təlim  üsullarının  tətbiqi  zamanı  istiqamətverici  ideyalar  kimi  qəbul 

edilərək praktikada tətbiq edilməli prinsiplər isə aşağıdakılardır: 



1.

 

Şagirdə yönəlmiş təlim prinsipi: şagird təlim prosesinin mərkəzi obyekti kimi 

çıxış  etməlidir;  təlim  uşağın  imkan  və  qabiliyyətlərinə,  onun  biliyinə,  maraq  və 

tələbatlarına yönəlməlidir; 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə