Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   2   3   4   5   6   7   8   9   ...   38

2.  Ənənəvi  təlimdə  hazır informasiyanın  çatdırılması ilə onun mənimsənilməsi 

üçün şərait yaradılması müəllimin başlıca funksiyasını təşkil edir. 

3.  Müəllimin  şagirdlə  rəftarında  avtoritar,  avtokratik  iş  üsulu,  üslubu  qabarıq 

şəkildə  təzahür  edir.  Ənənəvi  təlimdə  hər  bir  dərs  hazırlığın  yoxlanması,  yeni 

materialın izahı və dərsin möhkəmləndirilməsi mərhələləri ilə səciyyələnir. 

Ənənəvi dərs tipində mövzuların tədrisi zamanı sinifdə ümumi gərginlik hökm 

sürür,  tədris  prosesi  şagirdlərin  deyil,  daha  çox  müəllimin  aktual  hesab  etdiyi 

məsələlərin həllinə yönəlir. Bu zaman şagirdlərin əksəriyyəti təlim prosesində passiv 

iştirak edir. Ona görə də dərslər eyni tipli olub, şagirdlər üçün darıxdırıcı keçir. Hər 

bir dərs öz predmeti səciyyəsində tədris olunur, bu zaman həm də fənlərarası əlaqəyə 

az diqqət yetirilir.Bu prosesə interaktiv deyil, interpassiv deyilir. 

Ənənəvi təlimin müəyyən imkanları da vardır. Belə ki, ənənəvi pedaqoji prosesi 

təsvir  edəndə  biz  ilk  növbədə  lövhənin  qarşısında  duran  müəllimi  və  onun  sakit 

dinləyiciləri olan şagirdləri görürük. Bu zaman müəllim çalışır ki, bilikləri çatdırsın, 

şərh etsin və misallar gətirsin. Sagirdlər isə bu məlumatları passiv şəkildə qavrayır, 

anlayırmənimsəyir, sonra bilikləri möhkəmləndirmək üçün bunları təkrarlayır və ya 

məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni, ənənəvi dərsdə şagirdlər məlumatları 

yadda saxlamağa çalışırlar, müəllim isə nəticələri özü çıxararaq bilikləri hazır şəkildə 

şagirdlərə çatdırır. Öyrədici fəaliyyət ilk növbədə müəllimin fəallığı əsasında həyata 

keçirilir.  Ənənəvi  təlimin  bu  xüsuiyyətinə  görə  onu  izahedici-illüstrativ  və  ya 

reproduktiv  (təkraredici)  təlim  adlandırırlar.  Bunu  aşağıdakı  sxem  əsasında  təsvir 

etmək olar. 

 

Ənənəvi təlim 

 

 



 

 

 



 

 

Hamıya  məlum  olduğu  kimi,  hər  hansı  bir  məlumat  real  həyatda  tətbiq  edilən 



zaman  əsaslı  biliyə  çevrilir.  Şagirdin  cavabına  qoyulan  tələblərin  əsasını  əslində 

biliklərin  mənimsənilməsinin  yoxlanılması  yox,  verilən  məlumatların  yadda 

saxlanılması  təşkil  edir.  Eyni  zamanda  ənənəvi  təlim  prosesində  biliklərin  praktiki 

tətbiqini təsəvvür etmək üçün şagirdə müvafiq imkanlar yaradılmır. 

Beləliklə,  dərsin  məzmunu  adətən  daha  çox  nəzəri  öyrənilir  və  həyatın 

tələbatlarına  uyğunlaşdırılmır.  Şagirdin  şəxsi  təcrübəsi,  onun  tələbatları,  maraqları, 

qabiliyyətləri və fərdi xüsusiyyətləri nəzərə alınmır. 

Belə dərs prosesinin nəticəsində heç kim əmin ola bilməz ki, bütün şagirdlər bu 

bilikləri  lazımi  səviyyədə  dərk  edəcək.  Şagirdin  hazır  bilikləri  mənimsəməsi  nəinki 

onun  təfəkkürünün  inkişafı  üçün  stimul  yaratmır,  eyni  zamanda  idrak  prosesini 

kütləşdirir,  uşağı  yaradıcılıqdan,  sərbəstlik,  müstəqillik,  təşəbbüskarlıq  kimi 

keyfiyyətlərdən  məhrum  edir.  Nəticədə  təlimin  səmərəliliyi  azalır,  çünki  onun 

MÜƏLLİM 

İnformasiyanı 

ötürən 

ŞAGİRD 

İnformasiyanı 

qəbul edən 

  

MÜƏLLİM 

İnformasiyanı 

ötürən 



keyfiyyəti  şagirdin  əqli  qabiliyyətlərinin  və  hafizəsinin  inkişaf  səviyyəsi,  idrak 

motivasiyasının olub-olmaması kimi psixoloji amillərdən birbaşa asılı olur. 

Deməli,  ənənəvi

 

təlim  zamanı  şagirdlərin  dərketmə  fəallığı  passiv,  reproduktiv 



xarakter daşıyır. Belə dərsdə yalnız informasiyaların toplanmasına və yaddaşın məşq 

etdirilməsinə  yönəlmiş,  həyatın  real  tələbatlarından  kənar  olan  təhsil  şəraitində 

müasir dövrün şəxsiyyətinin, hərtərəfli inkişaf etmiş insanın formalaşdırılması çətin-

dir. Belə dərslərdə şablonçuluq, formalizm, əzbərçilik geniş yayılmış olur. 

Ənənəvi  təlim  sisteminin  ən  mürəkkəb  problemlərindən  biri  istifadə  olunan 

pedaqoji  texnologiyaların  konservatizmi,  qeyri-çevik,  şablonçu  olmasıdır.  Müasir 

informasiya  –  kommunikasiya  dövründə  elmin  müxtəlif  sahələrində  toplanmış  bilik 

kütləsi  elə  sürətlə  artır  ki,  təlimin  ənənəvi  sxem  və  prinsiplərinə  əsaslanaraq  onları 

həm öyrənənə çatdırmaq, həm də mənimsətmək əslində çox çətin bir prosesə çevrilir. 

Fəal  təlim  metodu  elə  təlim  metodudur  ki,  dərs  prosesində  müəllimlə  şagird 

arasında  qarşılıqlı  əlaqə,  münasibət,  ünsiyyət,  müəllim-şagird  əməkdaşlığı  vardır. 

Şagirdlər  passiv  dinləyici  deyillər.  Onlar  dərsin  fəal  iştirakçılarıdır,  müəllimin  yaxın 

köməkçisidirlər. Əgər passiv təlim metodunda müəllim əsas fiqur, əsas sima idisə, indi 

müəllim və şagird birlikdə dərsin əsas qurucusu, təşkilatçılarıdır. 

Fəal təlimdə müəllim və şagird eyni səviyyədə, eyni dərəcədədirlər. Əgər passiv 

dərs  avtoritar,  avtokratik  üsulda  qurulursa,  fəal  dərs  tipində  əməkdaşlıq,  işgüzarlıq, 

demokratik prinsiplər öz əksini tapır. 

Fəal  təlimdə  müəllim  şagirdə  təsir  göstərdiyi  kimi,  şagird  də  müəllimə  təsir 

göstərir.  Fəal  təlimdə  müəllim  şagirdə  öyrətdiyi  kimi,  müəllim  özü  də  şagirddən 

öyrənir.  Fəal  təlimdə  qarşılıqlı  dialoq,  əməkdaşlıq  hökm  sürür.  Fəal  təlimi  sxem 

şəklində aşağıdakı kimi göstərə bilərik. 

 

Fəal təlim 

 

 



 

 

 



 

Fəal təlimin prinsiplrini aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.

 

Şəxsiyyətə yönəlmiş təlim prinsipi 



2.

 

Fəal idraki prinsip 



3.

 

İnkişafetdirici təlim prinsipi 



4.

 

“Qabaqlayıcı təlim” prinsipi 



5.

 

Təlim-tərbiyənin çevikliyi prinsipi 



6.

 

Əməkdaşlıq prinsipi 



7.

 

Dioloji təlim prinsipi 



Fəal  və  interaktiv  təlim  anlayişlarının  bir  çox  cəhətləri  bir-birilə  çox  yaxın  və 

ümumidir. Belə ki, hər iki metodla keçilən dərs şagirdləri fəallışdırmağa yönəldilmiş, 

hər  ikisində  şagirdlərə  hazır  biliklər  verilmir,  onlar  axtarıcılığa,  tədqiqatçılağa  sövq 

edilir, hər ikisində müəllim şagird münasibətləri, ünsiyyət və dialoqlar hökm sürür. 



Müəllim 

istiqamət verir 

və öyrədir 

 

Şagird öyrənir 

və ondan 

öyrənilir 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə