Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

Yeni  təlim  texnologiyaları  ilə  keçirilən  dərslərin  üstün  cəhətlərindən  biri 

şagirdləri  sosial  cəhətdən  inkişaf  etdirməkdir.  Belə  dərslərdə  təşkil  edilən 

kooperativlər  (qruplar)  şagirdlərin  sosial  formalaşmasında  mühüm  rol  oynayırlar. 

Qrupu təşkil edən şagirdlər arasında yaranan münasibət, ünsiyyət, qrupdaxili davranış 

qaydaları  ilə  tənzimlənir.  Belə  qaydalar  şagirdlərin  əxlaqi-mənəvi  cəhətdən  for-

malaşmalarında gərəkli rol oynayır. Qrup davranış qaydaları aşağıdakı kimidir: 

Qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəyyənləşdirmək; 



Qrup liderini seçmək; 

Qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və dinləmək; 



Hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq; 

Problemin həlli üçün birgə yollar axtarmaq; 



Qrup işində fəallıq göstərmək; 

Artıq  hərəkətlərə  yol  vermədən  müəllimin  verdiyi  mövzu  ətrafında 



müzakirələrdə iştirak etmək; 

Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək; 



Digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək. 



 

 

5. İnteraktiv təlim metodu ilə keçilən dərslərin 

mərhələləri və səciyyəvi xüsusisiyyətləri 

 

İnteraktiv təlim metodu ilə keçilən dərs bir neçə bir-birilə üzvi şəkildə bağlı olan 

mərhələlərdən ibarətdir. Həmin mərhələləri aşağıdakı kimi qruplaşdırmaq olar: 

Dərsin I mərhələsi - “Motivasiya, probleminin qoyulması” adlanır. 

Hər  bir  dərsin  əvvəlində  tədqiqatı  başlamaq  üçün  problem  müəyyənləşdirmək 

lazımdır. Yəni mövzu ətrafında problem qoyulmalıdır. Əsl problem həmişə çoxsaylı 

fərziyyələr,  ehtimallar  doğurur  və  bunları  da  yoxlamaq  üçün  ilk  növbədə  tədqiqat 

sualları  formalaşdırılmalıdır.  Məhz  tədqiqat  sualı  yeni  biliklərin  kəşfinə  aparan 

bələdçi,  “yolgöstərən  ulduz”  rolunu  oynayır.  İnteraktiv  təlimin  ilk  mexanizminə 

əsasən  məhz  problemin  olması  şagirdlərin  idrak  fəallığının  yaranmasının  başlıca 

addımı olur. 

Bəs  nə  üçün  biz  dərsin  bu  mərhələsini  motivasiya  adlandırırıq?  Psixoloji  amil 

kimi  motivasiya  hər  hansı  fəaliyyətin  mexanizmini  işə  salan  sövqedici,  təhrikedici 

qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və  onun həlli tələbatı fəal 

dərsdə  təfəkkür  prosesini  işləməyə  sövq  edən  və  şagirdlərin  idrak  fəallığını  artıran 

amil kimi çıxış edir. 

Bu  prosesin  ən  mühüm  nailiyyətlərindən  biri  düşünmənin  sərbəstliyi  və 

müstəqilliyidir:  Uşaq  öz  fikrini  "Zənnimcə…",  "Mənə  belə  gəlir  ki,…",  "Mən  belə 

hesab edirəm ki,…" sözlərindən istifadə etməklə ifadə edir. 



Motivasiya mərhələsi aşağıdakı hissələrdən ibarətdir: 

 

Problemi qoymaq üçün sual və ya tapşırıq verilir; 

 

Yönəldici suallar təklif olunur; 

 

Fərziyyələr irəli sürülür




Motivasiyanı yaradan amillər sırasında aşağıdakılar da vardır: 

 

Müxtəlif fərziyyələri yaradan problem situasiya; 



 

Obyektin  xüsusiyyətləri  (qeyri-adilik,  sərbəst  düşüncə  və  maraq  yaradan 



xüsusiyyət); 

 

Tədqiqat imkanının olması; 



 

Yaradıcılıq imkanının olması. 



Motivasiya  əsasən  iki  prinsip  əsasında  qurulur:  1)  problemlilik                        

2) məqsədyönlülük.  

Motivasiya dərsin təlim nəticələri ilə uzlaşmalıdır. Motivasiyanı qurmamışdan 

əvvəl  “Alt  standartlar”,  sonra  isə  “Dərsin  təlim  nəticələri”  müəyyən  olunmalıdır. 

Tədqiqat  sualı  motivasiyanın  nəticəsində  yaranır.  Motivasiya  qısa  və  mərhələli  ola 

bilər. Qısa motivasiya yalnız bir tədqiqat sualından ibarət olur. Mərhələli motivasiya 

ən azı iki mərhələni özündə ehtiva edir.  

Bir  daha  vurğulayaq  ki,yönəldici  suallar,  tapşırıqlar  təlim  nəticələrinə 

yönəldilir,şagidlərin  dərsin  aktiv  imkandaşıyıcılarına  çevrilməsi  üçün  təsiredici 

amillər    daha  da  gücləndirilmiş  olur.  Tədqiqat  sualını  tərtib  etmək  üçün  müəllim 

öncə,  dərsin  sonunda  olan  ümumiləşdirməni  müəyyən  etməlidir.  Motivasiya 

mərhələsi  tədqiqat  sualına  uyğun  irəli  sürülən  fərziyyələr  ilə  bitir.  Dərsin  sonunda 

ona qayıtmaq vacibdir.  Motivasiyanın nəticəsi olan tədqiqat sualı təlim nəticələrinə 

xidmət  etməlidir.  Bu  prosesdə  dərsin  mövzusu  yalnız  vasitə  rolunu  oynayır.  Mövzu 

vasitə olsa da, müəyyən hallarda motivasiyanın məzmununa təsir edə bilir.  

Motivasiyanın yaradılması üçün iş planı belədir

1.

 



Dərsin mövzusunu müəyyənləşdirmək; 

2.

 



Dərsin gözlənilən təlim nəticələrini diqqət mərkəzinə çəkmək; 

3.

 



Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini 

dürüstləşdirmək (müəyyənləşdirmək); 

4.

 

Dərsin  nəticələrinə  uyğun  olaraq  tədqiqat  sualını  düzgün  (şagirdlərin  anlaq 



səviyyələrini nəzərə almaqla)müəyyənləşdirmək, ifadə etmək; 

5.

 



Problem 

situasiyasının 

yaradılması 

üçün 


tapşırıqları 

– 

sualları,məsələləri,çalışmaları və s. hazırlamaq. 




Motivasiyanın  yaradılmasının  bütün  mümkün  yollarını  üç  əsas  qrupa 

bölmək olar: 

1.

  R



əmzi (simvolik) materialın şə

rhi

  (müəllim  bu  materialı  təqdim  edərkən 

şagirdlərə  aşağıdakı  suallara  cavab  verməyi  təklif  edir:  “Bu  nəyi  bildirir?”, 

“Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”). 

2.

  Sual  verm



ə

y

ə

  h

ə

v

ə

sl

ə

ndirm

ə

.

  Təfəkkürü  aktuallaşdıran  sualların  3 

növündən istifadə etmək faydalıdır: 

 

Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar – “.... 



haqqında  biz  nəyi  bilirik  və  nəyi  bilmirik?....”.  Sualvermə  zamanı  müəllim 

fasilitasiyanın  köməyi  ilə  şagirdlərin  təfəkkürünü  lazımi  məcraya  yönəldir. 

Suallar verilib qurtarıldıqdan sonra onların arasından aparılan tədqiqata uyğun 

olanları  seçib  ayırırlar.  Müəllimə  yalnız  bu  qalır  ki,  tədqiqat  sualını 

dəqiqləşdirmək  üçün  şagirdləri  sözügedən  sualı  daha  dürüst  ifadə  etməyə 

yönəltsin. 

 

Açıq suallardan (iki və daha çox cavab variantı olan suallardan) istifadə olunur. 



 

Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir (açar sözlər – 



xassələr,  xüsusiyyətlər,  funksiya,  növlər,  tiplər,  rol,  əhəmiyyət,  səbəb,  nəticə, 

əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.). 

3.

 



Problemin  müxtəlif  yollarla  həll  edilməsi  (məsələn,  müxtəlif  yollarla  təsnif 

edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli  və s.). 



Motivasiyanı qiymətləndirmək üçün aşağıdakı meyarlara istinad olunur: 

 

Motivasiyanın məqsədəuyğunluğu; 



 

Motivasiya nəticəsində problemin və müxtəlif fərziyyələrin yaranması; 

 

Motivasiyanın yığcamlığı, qısa vaxt ərzində həyata keçirilməsi



 

Onun hazırlanmasına müəllimin az vaxt və qüvvə sərf etməsi; 

 

Uşaqlar  tərəfindən  orta  çətinliklə  dərk  edilməsi  (onların  yaş  və  bilik 



səviyyəsinin nəzərə alınması).  

 

Dərsin II mərhələsi – “Tədqiqatın aparılması” adlanır. 

Problemin  həlli  üzrə  irəli  sürülən  fərziyyələri  təsdiq  və  ya  təkzib  edən,  habelə 

qoyulan  tədqiqat  sualına  cavab  verməyə  kömək  edə  biləcək  faktları  tapmaq  zərurəti 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə