Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 27,39 Kb.
Pdf görüntüsü
tarix29.09.2017
ölçüsü27,39 Kb.
#2405


“Mədəni-maarif”.-2010.-№4.-S.26-28.

Mədəni antropologiya kulturoloji tədqiqat istiqaməti kimi

İradə MƏMMƏDBƏYOVA,

Pedaqoji elmlər namizədi, dosent.

Hər bir mədəniyyət özünün məkan və zaman parametrləri ilə yaradıcısı olan xalqla (etnos, etnokonfessional

birliklər)  sıx  vəhdət  təşkil  edir.  İstənilən  mədəniyyət  əsas  hissələrə  (elementlərə)  bölünərək  müvafiq  funksiyaları

yerinə yetirir.

Mədəniyyətlərin  inkişaf  və  yaşanması  sosial  (yaxud  mədəni)  insan  fəaliyyətinin  xüsusi  üsulu  ilə  təmin

olunur.  Mədəniyyət  ayrı-ayrı  xalqların  həyat  tərzi  spesifikasının,  davranışının,  dünyanı  dərk  etməyin  xüsusi

üsulunu  əsatir,  əfsanə,  dini  inam  və  dəyər  meyarları sistemində  ifadə  etməklə  insanın  mövcudluğunun  mənasını

qabarıq şəkildə təzahür etdirir.

Mədəniyyətlərin  yaşamasında  müxtəlif  inkişaf  səviyyələrinə  dini  inanc  kompleksləri  də  (animizm,

totemizm, magiya, politeizm və dünyəvi dinlər) ciddi təsir göstərir. Çox vaxt din (bu mənəvi mədəniyyətin ən vacib

elementlərindən biri hesab edilir) mədəniyyətlərin özünəməxsusluğunun müəyyənləşməsində aparıcı amil və insan

birlikləri sistemində əsas nizamlayıcı qüvvə kimi çıxış edir. Beləliklə, mədəniyyət insanın həyat fəaliyyətinin əsas

forması olub,  rəngarəng  həyat  tərzlərinin  üzə  çıxarılmasında,  mənəvi  -  maddi  dəyərlərin  yaradılmasında  başlıca

stimuldur.

"Böyük  coğrafi  kəşflər"  dövründən  sonra  "orta  əsrlər  yuxusu"ndan  yenicə  oyanmış  avropalıların  gözü

önündə  mədəni  formalar  və  həyat  tərzi  xüsusiyyətlərinin  rəngarənglikləri  ilə  zəngin  və  dolu  olan  yeni  bir  dünya

açıldı.  XIX əsrdə mədəniyyətin rəngarəng növləri, Afrika, Şimali və Cənubi Amerika, Okeaniya və bir çox Asiya

ölkələrindəki spesifik mərasim və inamların  təsviri  mədəni  sosial  antropologiyanın inkişafı üçün  bünövrə  yaratdı.

Bu  fənlər  lokal  mədəniyyətlərin,  bunların  bir-biri  ilə  qarşılıqlı əlaqəsi,  hava  şəraitlərinin  bu  mədəniyyətlərə  təsir

xüsusiyyətlərinin  tədqiqatının  geniş  əhatəsini  təşkil  edir.  O  zaman  lokal  mədəniyyətlərin  çoxluğu  mədəni-tarixi

prosesin iki forması növündə təqdim olunmuşdu:

1  .Tərəqqipərvər  xarakterli  (nisbətən  sadə  cəmiyyətlərdən  daha  mürəkkəblərinə)  düzxətli  mərhələli

təkamül;


2. Mədəniyyətlərin müxtəlif tiplərinin çox-xətli inkişafı.

Sonuncu  halda  ayrı-ayrı  xalqların  mədəniyyətinin  özünəməxsusluğuna,  hətta  unikallığına  xüsusi  diqqət

yetirilir, mədəni proses isə, müxtəlif şərtləndirilmiş tarixi tiplərin həyata keçirilməsi kimi nəzərdən keçirilir.

XX  əsrin  30-cu  illərində  mədəni  antropologiyadan  şəxsiyyət  və  müxtəlif  tip  mədəniyyətlərin  qarşılıqlı

təsirini özünün tədqiqat obyekti kimi seçən yeni və xüsusi antropoloji fənn - psixoloji antropologiya yarandı. Başqa

sözlə deyilsə, kulturologiyada şəxsiyyət amili də nəzərə alınmağa başladı. Qeyd etmək vacibdir ki, bütün mədəni -

antropoloji  biliklər  daha  çox  etnologiya  kimi  adlandırılır.  Etnologiya  müxtəlif  mədəniyyətlərin  təhlilini  ümumi

nəzəri və konkret-tepirik (etnoqrafik) səviyyələrinin vəhdətdə tədqiqidir.

"Antropologiya"  termini  iki  əsas  mənada  işlədilir.  Birincisi  bu  termin  adı  altında  mədəniyyət  və  insan

haqqında ümumi bir elm başa  düşülür. Bu mənada, həmin termindən XIX əsrdə mədəniyyət tədqiqatçıları istifadə

etmişlər.  Bununla  yanaşı, antropologiya  dedikdə,  həm də  mədəni  antropologiya,  psixoloji  antropologiya  və  sosial

antropologiya da başa düşülürdü.

Mədəniyyətin  antropoloji  cəhətdən  öyrənil-məsi,  ümumiyyətlə,  kulturoloji  biliklərin  özəyini  təşkil  edir.

"Mədəniyyət" anlayışının təhlilində antropoloji yanaşmanın  tərəfdarları bu  mövqedən  çıxış edirlər  ki,  mədəniyyət

insanın qeyri-bioloji fəaliyyətinin bütün növlərini, eləcə də onun nəticələrini əhatə edir.

Mədəniyyət - insanın yaratdığı hər şey deməkdir. Mədəni antropologiya elmi tədqiqatların xüsusi bir sahəsi

olub, diqqətini insan və mədəniyyət qarşılıqlı əlaqələr prosesinə cəmləndirir. İdrakın bu sahəsi XIX əsrdə Avropa

mədəniyyətində yaranmaqla həmin əsrin sonuncu rübündə qəti şəkildə formalaşmış oldu.

Xarici elmi mətbuatda bu elmin predmet xəttinin müəyyənləşməsi ilə bağlı yanaşmalar mövcuddur. Mədəni

antropologiya  anlayışından  insan  adətlərinin  öyrənilməsi,  bəşəriyyət  haqqında  elm,  birlik,  mədəniyyətlərin

müqayisəli təhlili ilə bağlı dar bir sahənin yerinin dəqiqləşdirilməsi məqsədi ilə istifadə olunur.

Mədəni  antropologiya  əsas  diqqətini  füogenetik  və  ontogenetik  planda  mədəniyyətin  yaradıcısı  və

yaradılmasında xüsusi yeri olan insanın genezisi problemləri üzərində cəmləşdirir.

Mədəni  antropoloji  tədqiqatların  başlıca  problemləri  insanın  mədəniyyət  fenomeni  kimi  təşəkkülü  ilə

bağlıdır;  bunlara  insanın  əsas  instinktlərinin  mədəni  cəhətdən  formalaşması,  insanın  spesifik  konstitusiyasının

təşəkkülü,  mədəni  mühitlə  bağlı insanın  bədən  quruluşunun  formalaşması, insanın  davranışı,  onun  sosial  mədəni

münasibətlər sisteminə daxil olması ilə əlaqədar norma, qadağa və təşəkkülü, inkulturasiya prosesləri, mədəniyyətin

cinsi  dimorfizm,  ailə  və  nigaha  təsiri,  məhəbbət  mədəni  fenomen  kimi,  insanın  dünyagörüşünün  təşəkkülü,

mifologiya mədəni hadisə kimi və s. aiddir.

Müasir  dövrdə  insan  ekologiyası  və  mədəniyyət  məsələləri,  mədəni  sistemlərin  mövcudluq

qanunauyğunluqlarının tədqiqi də az əhəmiyyət kəsb etmir, belə ki, insanın  mədəniyyətin aparıcısı kimi təşəkkülü



onun təbiətinin mühafizəsindəki yeri və rolunu daxil etməyə bilməz.

İnsan  və  mədəniyyət  tədqiqatlarının  nəzəri  proqramının  təşəkkülü  üçün  E.Taylorun  tayların  "İbtidai

mədəniyyət",  "İnsan  və  sivilizasiyaların  öyrənilməsinə  giriş  ("Antropologiya")",  "Bəşəriyyətin  tarixə  qədərki

məişəti və sivilizasiyanın başlanğıcı" və digər əsərlərinin çox böyük əhəmiyyəti olmuşdur.

Bu  əsərlərdə  E.Taylor  evolyusionizm  mövqeyindən  çıxış  edərək  mədəniyyətə  antropoloji  şərh  verməklə

mədəni  antropoloji  tədqiqatların  əsasını  qoymuş  oldu.  Evolyusionizm  istiqamətində  F.Frezerin,  C.Mak-Lennan,

C.Lebbok, İ.Lippert və digərlərinin tədqiqatları inkişaf etdirildi.

Mədəni antropologiyanın tədqiqat obyektini, hər şeydən əvvəl, ənənəvi cəmiyyət, predmetini isə, yuxarıda

qeyd etdiyimiz kimi, qohumluq sistemləri, dil və mədəniyyətin qarşılıqlı əlaqələri, qida, yaşayış, nigah, ailə, iqtisadi

sistemlərin müxtəlifliyi, etnomədəni birliklərdə din və incəsənətin əhəmiyyətini təşkil edir.

Mədəniyyətin  antropoloji  cəhətdən  öyrənilməsi  mütləq  şəkildə  özündə  aydın  və  aydın  olmayanın

ziddiyyətlərini,  ənənəvi  və  müasir  cəmiyyət  tiplərinin  müqayisəsini  əks  etdirir.  Ənənəvi  mədəniyyət  (yaxud

cəmiyyət tipi) cəmiyyətdə nizamlanmanın adət, ənənələr, qaydalar əsasında həyata keçirilməsindən ibarətdir.

Müasir cəmiyyətin mövcudluğu isə kodeks halına salınmış, hüquq, xalq tərəfindən seçilmiş  qanunvericilik

orqanlarının vasitəçiliyi ilə yaradılan, yaxud dəyişdirilən qanunlar toplusu ilə gerçəkləşdirilir.

Ənənəvi  mədəniyyət  bir  nəslin  həyatında  dəyişiklikləri  hiss  edilməyən  cəmiyyət  üçün  xasdır.  Belə

cəmiyyətlərdə  nəsildən-nəslə  qorunub  saxlanılan  və  ötürülən  ənənə  aparıcı  yer  tutur.  Cəmiyyətin  bu  tipi

özünəməxsusluğun,  mədəni  spesifikliyin  qorunmasına  istiqamətləndirilmişdir.  Bu  cür  cəmiyyətdə  bilik  və

bacarıqların əsas mənbəyi yaşlı nəsil hesab olunur.

Mədəniyyətin  müasir  tipi  isə  fasiləsiz  modernləşmə  prosesində  kifayət  qədər  sürətli  dəyişikliklərlə

xarakterizə  edilir.  Belə  bir  cəmiyyətdə  bilik,  bacarıq,  mədəni  vərdişlərin  mənbəyini  tərbiyə  və  təlimin

stimullaşdırılmış sistemi təşkil edir.

Ənənəvi  mədəniyyətdə  başlıca  məşğuliyyət  növünü  kənd  təsərrüfatı  təşkil  edir.  Hətta  indiyədək  elə

mədəniyyətlər mövcuddur ki, burada ovçuluq və toplayıcılıq hələ də qalmaqdadır.

Ənənəvi  mədəniyyət  haqqında  müxtəlif  məlumatlara  C.Mordakın  1967-ci  ildə  nəşr  edilmiş  "Etnoqrafı

atlas"ında  rast  gəlinir.  Hətta  600-dən  çox  ənənəvi  cəmiyyətlərin  (mədəniyyətlərin)  kompyuter  bankı  da  tərtib

edilmişdir. Ənənəvi mədəniyyətlər, indiyədək Cənubi Amerika, Afrika, Avstraliyada mövcud olmaqdadır.

Ənənəvi  və  müasir  mədəniyyət-mədəniyyətlərarası  tədqiqatların  geniş  mənada  iki  qütbünü  təşkil  edir.

Bunların arasından öz mədəni ənənələrini saxlamış sənaye modernləşməsi şəraitində yaşayan digər qarışıq mədəni

tipi də üzə çıxarmaq olar.

Mədəniyyətin  bu  ənənəvi  sənayeləşmiş  qarışıq  tipində  modernləşmə  elementləri  ilə  davranış, həyat  tərzi,

ənənəvi  stereotipləri  milli  xüsusiyyətlərinin  harmonik  vəhdətini  görmək  mümkündür.  Bu  tip  mədəniyyətlərə

Yaponiya, Cənubi-Şərqi Asiyanın bəzi ölkələri və Çini misal göstərmək olar.

Beləliklə,  mədəni  antropologiyanın  kulturologiyanın  ayrıca  bir  istiqaməti  kimi  meydana  çıxması

cəmiyyət-mədəniyyət,  insan-cəmiyyət,  insan  -  mədəniyyət  qarşılığının  dərindən  öyrənilməsində  tarixi  əhəmiyyət

kəsb  edir.  Azərbaycanda  kulturologiyanın  bu  istiqamətinin  öyrənilmə  səviyyəsinə  diqqət  artırılır.  Çünki  yuxarıda

qeyd  etdiyimiz  kimi,  kulturologiya  problemlərin  bir  çoxunun  tarixi  məqamları,  məhz  mədəni  antropologiya  ilə

bağlıdır.



Ədəbiyyat

l. Белик А.А. Культурологи. М. 1998.

2. Гуревич П.С. Культурологи. М. 1996.

3. Оргова Э.А. Введение в социальную культурную антропологию. М. 1994.



4. Ионин Л.Т. Социология культуры. М. 1996.

Yüklə 27,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə