Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 29,11 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü29,11 Kb.
#7501


«Qanun».-2013.-№ 7 (225).-S.31-33.

HAKİM İYYƏTİN BÖLGÜSÜ PRİNSİPİ VƏ HAKİMİYYƏTİN LEGİTİMLİYİ

Səfərov Elnur Namiq oğlu,

Milli Aviasiya Akademiyasının magistrantı



Açar  sözlər:  hakimiyyətin  bölgüsü  prinsipi,  hakimiyyətin  legitimliyi,  hakimiyyətin  vahidliyi,

qanunvericilik hakimiyyəti.



Ключевые  слова:  принцип  разделения  власти,  легитимность  власти,  единство  власти,

законодательная власть.



Keywords:  the  principle  of  separation  of  power,  legitimacy  of  power,  unity  of  power,  legislative

power.


Demokratikləşmə  şəraitində  cəmiyyətin  inkişafını təmin  edən  bəşəri  qanunauyğunluqları dərk  ctmək,

bu  aspektdə  beynəlxalq  norma  və  prinsiplərlə  yanaşı  milli  dəyərlərin  qiymətləndirilməsi  və  öyrənilməsi,  bu

münasibətlərin qarşılıqlı uzlaşması, demokratik dəyərlərə əsasən  dövlətin  idarəetmə  metodlarının mənimsənilməsi

və fəaliyyətə tətbiqi insan cəmiyyətinin ən vacib elementlərindən biridir.

Dövlətin  idarə  olunmasında  hakimiyyətin  bölgüsü  prinsipi  xüsusi  əhəmiyyət  kəsb  edən

məsələlərdəndir,  çünki  hakimiyyətin  mahiyyəti  məhz  bu  bölgü  prinsipinin  nə  dərəcədə  yerinə  yetirilməsindən

asılıdır.  İlk  növbədə,  onu  qeyd  etmək  lazımdır  ki,  hakimiyyət  bölgüsü  prinsipinə  əsasən  hakimiyyətin  həyata

keçirilməsində bütün qollar müstəqildir və vəhdətdə mövcud olur. Bu vəhdət onların səlahiyyətləri bölgüsünü təmin

cdir və hakimiyyətin balanslı idarəçiliyinin həyata keçirilməsinə şərait yaradır.

C.Look vo L.Ş.Monteskye tərəfindən irəli sürülmüş  hakimiyyətin bölgüsü ideyasının əsas müddəaları

ondan  ibarətdir  ki,  siyasi  azadlığı  təsdiq  etmək,  sosial  qrup  və  ya  ayrı-ayrı  şəxslər  tərəfindən  hakimiyyətdən

sui-istifadəni aradan qaldırmaq üçün dövlət hakimiyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölmək

zəruridir (5, s. 62, 65-66, 83-86; 6, s. 289-298.).

C.Look  hesab  edirdi  ki,  əsas  insan  hüquqlarını  təmin  etmək  məqsədi  ilə  siyasi  hakimiyyəti

məhdudlaşdırmaq və müəyyən çərçivəyə salmaq, icraedicilik hakimiyyəti qanunvericilik hakimiyyətindən ayrılmalı,

qanunverənlərin özləri isə müəyyən etdikləri qanunlara tabe olmalıdırlar (5, s. 83-84).

Hakimiyyətin  qolları  ayrı-ayrılıqda  müstəqildir  və  birinin  fəaliyyəti  məntiqi  olaraq  digərinin

fəaliyyətini  tamamlayır, vəhdət  təşkil edir.  Hakimiyyətin  icra  və  məhkəmə  qollarının  öz  müstəqil  fəaliyyət  sahəsi

olsa da, onlar qanunvericilik hakimiyyətinin fəaliyyətinin nəticəsi olan  qanunun  adından  çıxış cdir  və  onun  icrası

naminə  fəaliyyətlərini  həyata  keçirirlər.  Hesab  edirik  ki,  hakimiyyətin  qollarının  hansının  birinci,  ikinci  və  ya

üçüncü olmasını iddia etmək mahiyyət baxımından düzgün deyil, çünki hakimiyyətin qolları ayrı-ayrılıqda nə qədər

müstəqildirlərsə, bir о qədər də bir-birlərindən nisbi olaraq asılı fəaliyyətdədirlər.

Hakimiyyətin  vahidliyi  bu  və  ya  başqa  dövlət  orqanı  tərəfindən  dövlət  hakimiyyətinin  həyata

keçirilməsi  üsullarında  fərqlər  olmasını  və  bu  hüquqi  əsasda  hakimiyyətlərin  mümkün  ittifaqlarını  istisna  etmir.

Yəni  nəzərə  almaq  lazımdır  ki,  hakimiyyətin  bölgüsü  prinsipinə  uyğun  olaraq  hakimiyyətin  müxtəlif  qollarının

olması dövlət  idarəçiliyinin  həyata  keçirilməsi  zamanı müəyyən  fərqlərin  olmasına  zəmin  yaradır.  Buna  görə  də

dövlət  siyasətinin  cəmiyyət  üçün  prinsipal  əhəmiyyət  kəsb  edən  məsələlərinin  həllində  bütün  hakimiyyət  qolları

vəhdətdə yekdil fəaliyyət göstərməlidirlər.

Demokratik dövlətlərdə hakimiyyət bölgüsü prinsipinə əməl olunması hakimiyyət funksiyasını həyata

keçirən dövlət  orqanlarının statusunu dəqiq müəyyənləşdirir və onların səlahiyyət  hədlərini də müəyyən edir.  Hər

bir hakimiyyət  orqanı öz səlahiyyətləri çərçivəsində dövlət  vəzifələrini  icra  edir  və  digər  orqanın fəaliyyəti  ilə  öz

səlahiyyətini uzlaşdırır.

Qanunverici hakimiyyət dövlət həyatının və ictimai həyatın hüquqi əsaslarını, ölkənin daxili və xarici

siyasətinin  əsaslarını  müəyyən  etdiyinə  görə,  deməli,  həm  də  nəticə  etibarı ilə  icra  və  məhkəmə  hakimiyyətinin

fəaliyyətlərinin hüquqi təşkilini və formasını müəyyən etdiyinə görə aliliyə malikdir.

İ.Məmmədov  parlamentin  fəaliyyəti  ilə  əlaqədar  olaraq  qeyd  edir  ki,  müasir  demokratik  hüquqi

dövlətlərdə qanunverici orqan kimi fəaliyyət göstərən parlament xalqın suveren iradəsini ifadə edən ali ümumxalq

təmsilçiliyi  orqanıdır.  Yəni  əhalinin  bəyənərək  seçdiyi  şəxslərin  parlamentdə  özünə  yer  almasına,  müxtəlif  sosial

qrupların,  təbəqələrin  öz  nümayəndələri  vasitəsilə  bu  orqanlarda  təmsil  olunmasına  görə  qanunverici  orqan



təmsilçilik  funksiyasını  yerinə  yetirir,  həmçinin  qəbul  ctdiyi  qanunlar  vasitəsilə  xalqın  iradəsinin  təmsilçiliyini

həyata keçirir (3, s. 414).

Azərbaycan  Respublikasında  qanunvericilik  hakimiyyətini  AR  Milli  Məclisi  həyata  keçirir.  AR

Konstitusiyasının 81-ci maddəsində bu birbaşa təsbit olunmuşdur.

8  oktyabr  1991-ci  ildə  qəbul  olunmuş  «Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında»

Konstitusiya  aktının  13-cü  maddəsinə  görə,  Azərbaycan  Respublikasında  dövlət  hakimiyyəti  hakimiyyətin

bölünməsi  prinsipinə  əsaslanır  və  qanunvericilik  hakimiyyəti  Azərbaycan  Respublikasının  parlamenti  tərəfindən

həyata keçirilir.

Qanunverici  hakimiyyətdən  fərqli  olaraq,  icraedici  hakimiyyət  öz  mahiyyətinə  görə  törəmə  xarakterə

malikdir.  Bu  о  anlamdadır  ki,  icra  fəaliyyəti  qanunvericinin  qəbul  etdiyi  qanunlar  əsasında  həyata  keçirilir.  İcra

hakimiyyətinin məhdudlaşdırılmasına, habelə onun nümayəndəli dövlət hakimiyyət orqanları qarşısında məsuliyyəti

və hesabat verməsi vasitəsi ilə nail olunur.

Ədalət mühakiməsini həyata keçirən məhkəmə hakimiyyəti hüququ, dövlət həyatının və ictimai həyatın

 əsaslarını,  kimin  törətməsindən  asılı  olmayaraq,  hər  hansı  pozuntudan  mühafizə  etmək  səlahiyyətinə  malikdir.

Hüquqi dövlətdə ədalət  mühakiməsi yalnız məhkəmə orqanları vasitəsi ilə həyata keçirilir.  Ədalət  mühakiməsinin

müstəqilliyi və qanuna tabe olması vətəndaşların hüquq və azadlıqlarının, bütövlükdə hüquqi dövlətçiliyin mühüm

təminatıdır.

Beləliklə,  məhkəmə  hakimiyyəti,  dövlət  hakimiyyətinin,  bir  qayda  olaraq,  məhkəmə  iclasalarında

hüquq haqqında mübahisələrin kollegial baxışını və həllini aşkar, çəkişmə yolu ilə həyata keçirən spesifik müstəqil

qoludur.


Hakimiyyətlərin  bölgüsü  prinsipi  həm  də  hakimiyyətin  legitimliyini  şərtləndirən  zərurəti  yaradır.

Legitimlik dedikdə, сəmiyyət üzvlərinin hər hansı bir hərəkətinin, şəxsin hadisə və faktın, hakimiyyətin ictimaiyyət

tərəfindən tanınması, qəbul edilməsi prosedurudur, siyasətdə isə legitimlik hakimiyyətin tanınmasıdır. Hesab edirik

ki, hakimiyyətin qanuniliyinin tanınması legitimlikdən kcçir.

Legitimlik  özü  də  mahiyyət  baxımından  müəyyən  meyarlara  malik  olur,  belə  ki,  bu  baxımdan

legitimlik  ənənəvi  cəmiyyətin  normalarına  əsaslanan  irsi  hakimiyyət  tipinə,  şaxələnmiş  bürokratik  aparata  malik

legitimlik,  xarizmalı  legitimlik,  xalq  hakimiyyətinin  bütün  mərkəzi  orqanlarının  seçilməsi  ilə  formalaşan

liberal-demokratik, yeni konstitusion legitimlik və etnik legitimliyə bölünür (2, s. 134-135).

Deməli,  hakimiyyətin  idarəetmə  formalarından  asılı  olmayaraq,  hakimiyyətin  bölgüsü  idarəetmədə

xüsusi  əhəmiyyət  kəsb  edir  və  hakimiyyətin  formalaşması  qaydasını  ehtiva  edir.  Klassik  idarəetmə  formalarına

əsaslanaraq  qeyd  edə  bilərik  ki,  qanunverici  hakimiyyət,  icra  hakimiyyəti  və  məhkəmə  hakimiyyəti  hakimiyyətin

müstəqil  qolları  olmaqla  yanaşı,  həm  də  vəhdətdə  mövcud  olur.  Hakimiyyətin  qolları  ayrı-ayrılıqda  nə  qədər

müstəqildirlərsə,  hesab  edirik  ki,  hakimiyyətin  həyata  keçirilməsində  bir-birlərindən  bir  о  qədər  də  nisbi  asılı

olurlar,  yəni  hakimiyyətin  qolları  müstəqil  fəaliyyətləri  ilə  biri  digərinin  fəaliyyətini  bu  və  ya  digər  formada

tamamlayır, bunsuz hakimiyyətin həyata keçirilməsi mümkün deyildir.

Hesab  edirik  ki,  cəmiyyət  toplum  olaraq  hər  bir  fərdin  maraqlarını  təmin  etmək  üçün  ümumi

maraqların təmin olunmasını həyata keçirməli  və dövlətin idarə edilməsində fərdi və ümumi maraqların vəhdətini

təmin  etməlidir,  əks  halda  cəmiyyətdə  insanların  mənafeləri  toqquşmaqla  xaos  yarada  və  həmin  cəmiyyətin

varlığına son qoya bilər. Cəmiyyətdə ümumi maraqların qanunvericilk səviyyəsində təmin olunması və qorunması

dövlətin  demokratik  imicini  formalaşdırır  və  idarə  etməni  həyata  keçirən  dövlət  orqanlarının  mahiyyətinin

demokratikliyini təmin etmiş olur.

İstifadə edilmiş mənbələr:

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2010.

2. Əmirov M. İnsan və cəmiyyət. Bakı, 2010.

3. Məmmədov İ.A. Dövlət və hüquq nəzəriyyəsi. Bakı, 2005.

4. Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. Bakı: “XXI”- Yeni nəşrlər evi, 2003.

5. Лоок Дж. Избранные философские произведения в двух томах. Т.2, М.: Наука, 1960.

6. Монтескье Ш.Л О духе законов. М.: Мысль, 1999.

Сафаров Эльнур

Принцип разделения власти и легитимность власти

Резюме

В  статье  анализируется  сущность  принципа  разделения  власти  и  особое  внимание  уделено




значению этого принципа в легитимности власти.

Safarov Elnur

The principle of separation of power and the legitimacy of power

Summary

The paper analyzes the essence of the principle of separation of powers and special attention is given



to the importance of the principle of legitimacy.

Rəyçi: h.ü.f.d. E.Nəsirov 

Təqdim edən: h.e.d., prof. M.Ə.Cəfərquliyev 

Daxil olma tarixi: 06.06.2013 

Təkrar iş lənmə tarixi: 21.06.2013 

Çapa imzalanma tarixi: 12.07.2013

Yüklə 29,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə