Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 25,03 Kb.

tarix20.09.2017
ölçüsü25,03 Kb.


«Region plus».-2013.-№ 13 (167).-S.44-47.

DAVOS BAKIYA GƏLİR

AZƏRBAYCAN DÜNYANIN ƏN NÜFUZLU İQTİSADİ FORUMUNA EV SAHİBLİYİ

EDƏCƏK

Ceyhun NƏCƏFOV 

Bakı

"Məmnunluq", "islahatlar", "ehtiyatlı optimizm". Britaniyanın "Guardian" qəzetinin yazdığına görə, bu üç

söz yaxın günlərdə Davosda keçirilmiş  Dünya  İqtisadi Forumunda  ən  çox  işlənən  sözlər  sırasında olub.  Britaniya

qəzetinin  jurnalistləri  diqqəti  ona  yönəldiblər  ki,  forum  iştirakçılarının  böyük  əksəriyyəti  dünyadakı  iqtisadi

durumun  sabitləşməsindən  məmnunluq  bildirib,  amma  bununla  yanaşı,  əldə  edilənlərlə  kifayətlənməməyə  və

islahatları  davam  etdirməyə  çağırıblar.  Bir  sözlə,  hər  bir  kəs  qlobal  iqtisadayyatın  böhrandan  çıxması  ilə  bağlı

ehtiyatlı optimizm nümayiş etdiriblər.

Oxşar  mövqeləri  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  Davos  görüşlərində  də  müşahidə  etmək  olar.

Amma bir fərqlə. Azərbaycanın özü ilə əməkdaşlıq barədə söhbət düşəndə ehtiyatlı optimizm, inamlı optimizm ilə

əvəz olunurdu.



Əlverişli meydança

Bəlkə də elə bununla bağlıdır  ki, bu ilin aprel  ayında  Dünya İqtisadi Forumunu Bakıda  keçirmək qərara

alınıb.  Bu  barədə  razılaşma  Azərbaycan  Prezidenti  ilə  Davos  Forumunun  banisi  və  icraçı direktoru  Klaus  Şvabın

görüşü zamanı əldə edilib. Şvab ümid etdiyini bildirib ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz

və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcək.

Görüşdə qeyd edilib ki, son illərdə Azərbaycanla Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlıq yeni

inkişaf mərhələsinə qədəm qoyub. Həmçinin forumun Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığa göstərdiyi

müsbət təsiri də qeyd olunub.

Bütünlükdə, İsveçrənin Davos şəhərində baş  tutmuş  sayca 43-cü Dünya İqtisadi Forumunda Azərbaycan

Prezidenti İlham Əliyev ölkənin yaxın illərdəki prioritetlərini əks etdirən bir sıra görüşlər keçirib.

Qeyd  edək  ki,  bu  il  dünyanın  ən  nüfuzlu  iqtisadi  meydançasına  100-dər  çox  ölkədən  üç  mindən  artıq

nümayəndə gəlmişdi ki, onların sırasında da 50-yə yaxın ölkənin prezidentləri və hökumət başçıları yer alırdı. İndiki

 forum "Çevik dinamizm" dev altında keçirilib ki, bu da sammitin leytmotivi ilə bağlıdır: avrozonanın xilas edilməsi

və  dünyada  iqtisadi  böhranın  qarşısının  alınması.  Eyni  zamanda,  forumda  "ərəb  bahar"ının  nəticələrinə  aid

məsələlər,  dünyanın  mühüm  bölgələrinin  inkişaf  perspektivi  enerji  təhlükəsizliyinin  təmin  edilməsi  və  s.  də

müzakirə ediləcək.

Azərbaycan  Davos  Forumun  inkişaf  etməkdə  olan  iqtisadiyyata  və  sosial  infrastruktura  malik,  geniş

sərmayə imkanları olan, borc yükünün girdabına girməyən, enerji resurslarının ixracatçısı olan bir ölkə kimi iştirak

edir. Bakı forumda sabit və perspektivli mövqeyi olan azsaylı iştirakçılardan biridir. Bu il Prezident İlham Əliyev

Azərbaycanın  müxtəlif  iqtisadiyyat  sahələrinin  sərmayə  imkanları  və  əməkdaşlıq  perspektiləri  ilə  dünyanın  siyasi

və iqtisadi elitasını tanış etmək üçün bu meydançadan maksimum yararlanıb.

Prioritetlər

CNN  telekanalına  müsahibəsində  Azərbaycan  Prezidenti  bildirib  ki,  Dünya  İqtisadi  Forumu  ölkənin

lazımınca  təqdim  edilməsi,  sərmayələrin  cəlbi,  yeni  iqtisadi  tərədaşlar  ilə  əməkdaşlıq  qurmaq  baxımından  ən

əlverişli məkandır.

Dövlət  başçısı,  həmçinin  dünyanın  "bp"  kimi  nüfuzlu  enerji  oyunçusu  ilə  münasibətlərə  də  aydınlıq

gətirib.


İ.Əliyev  bildirib  ki,  Azərbaycanla  "bp"  arasındakı  dostluq,  əməkdaşlıq  və  tərəfdaşlıq  münasibətləri,

demək olar ki, 20 illik tarixə malikdir və "bizim münasibətlər ən azı daha 20 il də davam edəcək". O vurğulayıb ki,

bu  Britaniya  neft  nəhəngi  tərəfindən  gerçəkləşdirilən  layihələr  gələcəyə  ünvanlanıb  və  Britaniya  şirkətinin  başqa

tərəfdaşları ilə, o cümlədən "Rosneft"lə münasibətləri Bakıda narahatlıq doğurmur.

Yeri  gəlmişkən,  "bp"  ilə  münasibətlər  Azərbaycan  Prezidentinin  birbaşa  bu  şirkətin  sədri  Karl-Henrik

Svanberq  ilə  də  görüşündə  müzakirə  edilib.  Tərəflər  "Azəri-Çıraq-Günəşli",  "Şahdəniz"  və  Transanadolu  qaz




kəməri (TANAP) layihələri çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi ediblər və İlham Əliyev ümid etdiyini

bildirib ki, bu əlaqələr gələcəkdə də genişlənəcək.

"Total"ın  rəhbəri  Kristof  de  Marjeri  ilə  görüşdə  dövlət  başçısı,  həmçinin  bu  şirkətlə  də  Azərbaycanın

çoxillik  əməkdaşlığı  barədə  məmnunluq  ifadə  edib.  "Total"la  ikitərəfli  əməkdaşlıq  Azərbaycan-Fransa  iqtisadi

münasibətlərinin inkişafına öz töhfəsini verir.

Bununla  yanaşı,  həm  ayrı-ayrı  danışıqlarda,  həm  də  CNN-ə  müsahibəsində  İlham  Əliyev  Azərbaycan

iqtisadiyyatının  daha  da  şaxələndirilməsində,  ölkənin  neftdənkənar  bölməsinə,  xüsusilə  də  yüksək  texnologiyalar,

informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə sərmayə cəlbində maraqlı olduğunu vurğulayıb.

Nəzərdə tutulan bu məqsədlərə uyğun olaraq, dövlət başçısı Davosda "Microsoft International" şirkətinin

prezidenti  Jan-Filipp  Kurtua  ilə  də  görüşüb.  İnformasiya  agentliklərinin  məlumatına  görə,  görüşdə  Azərbaycanda

"Elektron  hökumət"  layihəsinin  gerçəkləşdirilməsi  istiqamətinda  bu  şirkət  tərəfindən  təklif  edilən  xidmətlərin

önəmi  vurğulanıb.  Həmçinin  "Microsoft  International"  ilə  Azərbaycan  arasında  gələcəkdə  Bakıda  şirkətin

informasiya  mərkəzinin  yaradılması  üzrə  strateji  əməkdaşlıq  haqqında  saziş  bağlanmasının  perspektivləri  də

müzakirə edilib.

"Thales Alenia Space" şirkətinin prezidenti Jan-Lyo Qalleye ila görüşdə isə dövlət başçısı Azərbaycanın

ikinci telekommunikasiya peykinin orbitə buraxılmasına aid məsələləri müzakirə edib.

"Booz&SO"  şirkətinin  baş  icraçı  direktoru  Çezare  Maynardi  ilə  danışıqların  mövzusu  Azərbaycanda

informasiya-kommunikasiya texnologiyalarının inkişafı məsələləri olub.

Dünyanın  iri  telekommunikasiya  şirkətlərinin  rəhbərləri  ilə  mütəmadi  fikir  mübadiləsi  bu  sahənin

Azərbaycan  üçün  prioritet  olmasının  göstəricisidir.  Prezident  İ.Əliyevin  Davosdakı görüşləri  isə  onun  elan  etdiyi

İnformasiya-Kommunkasiya Texnologiyaları ili baxımından xüsusilə aktualdır.

Davosda  Azərbaycan  Prezidentinin  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankının  (AYİB)  rəhbəri  Suma

Çakrabarti ilə görüşü isə investisiyalar cəlbi baxımından xüsusilə önəmlidir.

AYİB Azərbaycanı ən etibarlı və perspektivli tərəfdaşlardan sayır. Azərbaycanla AYİB arasındakı çoxillik

məhsuldar  əməkdaşlıq  qeyd  edilib,  informasiya-kommunikasiya  texnologiyaları,  sənaye,  kənd  təsərrüfatı,  turizm,

energetika  və  iqtisadiyyatın  başqa  sahələrində  əlaqələrin  inkişaf  perspektivləri  müzakirə  olunub.  Yeri  gəlmişkən,

AYİB prezidenti bildirib ki, Azərbaycana səfər etmək niyyətindədir.

Qeyd  edək  ki,  hələ  2009-cu  ildə  qlobal  maliyyə  böhranının  ilk  vaxtlarında  Kiyevdə  keçirilən  forumda

AYİB-in  ekspertləri  bildirmişdilər  ki,  Azərbaycan  böhranı maksimum  az  itkilərlə  yola  verəcək  bir  neçə  ölkədən

biridir.  AYİB-in  tədqiqatlarında  Azərbaycan  iqtisadi  perspektivlər  baxımından,  bir  qayda  olaraq,  həmişə  yüksək

qiymət alır.

Davosda  Azərbaycan  Prezidenti  ilə  Beynəlxalq  Maliyyə  Korporasiyasının  icraçı direktoru  Cin-En  Kay,

"Holcim Group" şirkətinin rəhbəri Bemar Fontan, həmçinin tanınmış konsaltinq şirkəti "McKinsey&Sompany"nin

prezidenti  Dominik  Barton  arasında  keçirilmiş  görüşlər  də  bundan  sonrakı  investisiya  cəlbi  və  Azərbaycanda

gerçəkləşdirilən layihələrdə iştirak məsələlərinə həsr edilmişdi.

Davos sammiti çərçivəsində İlham Əliyev İsveçrə Konfederasiyasının rəhbəri Uli Maurer ilə də görüşüb,

İsrail  prezidenti  Şimon  Pereslə  ikitərəfli  əməkdaşlıq  məsələlərini  müzakirə  edib,  həmçinin  Türkiyə  xarici  işlər

naziri  Əhməd  Davudoğlu  ilə  TANAP  layihəsinin  gerçəkləşdirilməsindən  danışıb.  Prezident,  həmçinin  müxtəlif

sessiyalarda çıxış edib, sammitdə iştirakından Azərbaycanın uğurlarının nümayiş etdirilməsi, iqtisadi potensialının,

sərmayə imkanlarının təqdim edilməsi üçün məhsuldar istifadə olunub.

Prezident  İlham Əliyevin  Davos  Forumu  çərçivəsində  görüşlərinin  ənənəvi  dolğun  qrafiki  öz-özlüyündə

aparıcı  dünya  şirkətlərinin,  iri  ölkələrin  və  beynəlxalq  təşkilatların  Azərbaycana  və  onun  iqtisadiyyatına  böyük

marağından  xəbər  verir.  Forumun  43-cü  sessiyası da  istisna  olmayıb.  Bundan  başqa,  həm  də  Azərbaycan  dünya

iqtisadiyyatının problemlərinin müzakirə meydançası kimi seçilib. ■





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə