Yer Kürəsi tarixinin kritik bir anında, bəşəriyyətin öz gələcəyini seçməli olduğu bir dövründə yaşayırıq



Yüklə 52,58 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü52,58 Kb.
#7128


Yer Kürəsi Nizamnaməsi 

 

 



ÖN SÖZ

  

 

Yer Kürəsi tarixinin kritik bir anında, bəşəriyyətin öz gələcəyini seçməli olduğu bir dövründə yaşayırıq. 



Dünya getdikcə daha da qarşılıqlı asılı və həssas olduqca gələcək indidən böyük bir təhlükə ilə qarşı 

qarşıyadır. Mədəniyyətlərin və həyat tərzlərinin müxtəlifliklərinin əhatəsində irəliləmək üçün eyni taleyə 

sahib olan bir bəşər ailəsi və vahid Yer Kürəsi cəmiyyəti olduğumuzu bilmək məcburiyyətindəyik. 

Təbiətə, universal insan hüquqlarına, iqtisadi ədalətə və sülh mədəniyyətinə hörmət əsasında qurulmuş 

davamlı qlobal cəmiyyəti meydana gətirmək üçün birgə işə başlamalıyıq.  Bu cəhdlə biz, Yer Kürəsi 

insanları olaraq bir-birimizə, daha geniş bir cəmiyyət həyatına və gələcək nəsillərə qarşı məsuliyyətimizi 

bəyan etməliyik. 

 

Yer Kürəsi - Bizim Evimiz 

Bəşəriyyət daim inkişaf edən nəhəng kainatın bir hissəsidir. Bizim evimiz olan Yer Kürəsi vahid həyat 

cəmiyyəti ilə mövcuddur. Təbiət qüvvələrinin yaşamın varlığını  təhlukəli və etibarsız bir macəraya 

çevirməsinə baxmayaraq, Yer Kürəsi həyatın təkamülü üçün əhəmiyyət kəsb edən şərtlərin əsasını təmin 

etməkdədir. Həyat cəmiyyətinin möhkəmliyi və insanların rifahı bütün ekoloji sistemlə sağlam 

biosferanın, zəngin çeşidli bitkilərin və heyvanların,  münbit torpaqların, təmiz suların və təmiz havanın 

qorunmasından asılıdır. Məhdud ehtiyatlara sahib olan qlobal ətraf mühit bütün insanların ortaq 

qayğısıdır. Yer Kürəsinin həyatiliyinin, müxtəlifliyinin və gözəlliyinin qorunması müqəddəs borcdur. 

 

Qlobal vəziyyət 

İstehsal və istehlakda hökm sürən nümunələr ətraf mühitin viran qalmasına, sərvətlərin tükənməsinə və 

çox sayda heyvanların kökünün kəsilməsinə səbəb olmaqdadır. Bəşəriyyət sarsılmaqdadır. İnkişafın 

faydası cəmiyyətdə ədalətlə bölünməməkdə, varlı ilə kasıb arasında boşluq getdikcə artmaqdadır. 

Ədalətsizlik, yoxsulluq, nadanlıq və konfliktlər geniş yayılmaqda və çox sayda əzab-əziyyətə səbəb 

olmaqdadır.  Dünya əhalisinin sürətli artımı ekoloji və sosial sistemlərin həddən artıq ağırlaşmasına 

gətirib çıxartmışdır. Qlobal təhlükəsizliyin əsasları təhdid altındadır. Bu cərəyanlar risqlidir, amma 

qarşısıalınmaz deyil.  

 

Irəlidəki çağırışlar 

Seçim bizimdir: Yer Kürəsinin və bir-birimizin qeydinə qalmaq üçün qlobal əməkdaşlığı formalaşdırmaq 

və ya özümüzü və həyatın müxtəlifliyini risqə atmaq. Dəyərlər sistemimizdə, qurumlarımızda və həyat 

tərzimizdə əsaslı dəyişikliklərə ehtiyacımız var. Dərk etməliyik ki, başlıca tələbatların qarşılanması insan 

inkişafının daha çox şeyə malik olması deyil, hər şeydən öncə daha cox mövcud olması deməkdir. Ətraf 

mühitə mənfi təsirimizi azaldacaq və hamıya çatacaq qədər bilik və texnologiyaya sahibik. Qlobal 

vətəndaş cəmiyyətinin yaranması demokratik və humanist dünyanın qurulmasına yeni imkanlar 

yaratmaqdadır. Ekoloji, iqtisadi, siyasi, sosial və mənəvi çətinliklərimiz qarşılıqlı əlaqəlidir və birlikdə 

ümumi həll yollarını tapa bilərik.  

 

Ümumi məsuliyyət 

 

Bütün bu cəhdləri reallaşdırmaq üçün özümüzü bütün yer kürəsi cəmiyyətinə bərabər tutaraq ümumi 

cavabdehlik hissi ilə yaşamaq qərarını verməliyik. Biz eyni zamanda fərqli millətlərin, yerli və qlobal 

cəmiyyətin birləşdiyi bir dünyanın vətəndaşlarıyıq. Bəşər ailəsinin və geniş yaşam dünyasının indiki və 

gələcək rifahı üçün hərkəsin bölüşdüyü bir məsuliyyət vardır. Mövcudluğumuzun sirrinə hörmətlə 

yanaşaraq, yaşam hədiyyəsinə minnətdar olaraq, insanın təbiətdəki yerinə itaət göstərərək insan 

həmrəyliyini  və qardaşlığını gücləndirə bilərik.  



Meydana gəlməkdə olan dünya cəmiyyətinə etik bir qurum yaratmaq üçün təcili olaraq əsas dəyərləri 

özündə əks etdirən ortaq bir görüntüyə ehtiyacımız var. Bu səbəbdən bütün fərdlər, təşkilatlar, işgüzar 

dairələr, hökümətlər və transmilli insitutlar tərəfindən rəhbər tutulmalı olan və davranışlarının 

qiymətləndirilməsi üçün davamlı həyat tərzinin qarşılıqlı prinsiplərinin ümumi standartları kimi aşağıdakı 

prinsipləri təsdiq edirik:  

 

Yer Küresi Nizamnaməsi 



 

Prinsiplər  

 

I. HƏYAT BĠRLĠYĠNƏ HÖRMƏT VƏ QAYĞI 

1. Yer kürəsinin və həyatın müxtəlifliyinə hörmət etmək. 

a. Bütün varlıqların qarşılıqlı əlaqəli olduğunu qəbul etməli və həyatın hər mövcudiyyəti insanlar üçün 

əhəmiyyətindən asılı olmayaraq qiymətləndirilməlidir. 

b. Bütün insan varlıqlarının daxili ləyaqətə və bəşəriyyətin intellektual, bədii, etik, mənəvi potensialına 

etibarı təsdiq edilməlidir.    

 

2. Həyat cəmiyyətinə anlayış, şəvqət və sevgi ilə qayğı. 

 

a. Təbii sərvətlərə sahib olmaq,  onları idarə və istifadə etmək haqqı ilə birlikdə, ətraf mühitə zərərin 



qarşısı alınmalı və insan hüquqlarını qorumaq üçün vəzifə borcları yarandığı qəbul edilməlidir. 

b. Geniş yayılmış azadlıq, bilik və güc ilə birlikdə ictimai faydanı inkişaf etdirmə məsuliyyətinin 

meydana gəldiyi sübut edilməlidir. 

 

3. Ədalətli, davamlı və dinc demokratik cəmiyyət qurmaq. 

a. Bütün səviyyələrdə icmalar, insan haqlarını və təməl azadlıqları təmin etməli və hər kəsə öz 

potensialını reallaşdırmaq imkanına zəmanət verilməlidir. 

b. Ekoloji cavabdehliyi olan təhlükəsiz və mənalı bir yaşam yaradılmasına imkan verilərək, sosial və 

iqtisadi ədalət inkişaf etdirilməlidir.  



 

4. Indiki və gələcək nəsillər üçün  Yer Kürəsinin səxavətliliyini və gözəlliyini qorumaq 

a. Hər bir nəslin fəaliyyət azadlığı gələcək nəsillərin ehtiyacları ilə müəyyən olunduğu dərk edilməlidir.  

b. Yer kürəsinin insan və ekoloji icmalarının uzun müddətli çiçəklənməsini dəstəkləyəcək dəyərlər, 

ənənələr və qurumlar gələcək nəsillərə ötürülməlidir.  

Bu dörd böyük öhdəçiliyi yerinə yetirmək üçün aşağıdakılar zəruridir:  

 

II. EKOLOJĠ BÜTÜNLÜK 

5. Həyatın mövcudluğunda əsas rol oynayan təbii proseslərə və bioloji müxtəlifliyə xüsusi qayğı  

göstərilərək, Yer Kürəsinin ekoloji sistemlərinin bütünlüyü qorumaq və bərpa etmək.  

a. Bütün səviyyələrdə ətraf mühitin tamlığını saxlayan və bərpasını təmin edən davamlı tərəqqi planları və 

nizamnamələri qəbul edilməlidir. 

b. Yer Kürəsinin yaşamı dəstəkləyən sistemlərini qorumaq, biomüxtəlifliyi saxlamaq və təbii mirasımızı 

hifz etmək üçün yabanı torpaqlar və su əraziləri də daxil olmaqla  davamlı təbiət və biosfer ehtiyatları 

bərqərar olunmalı və qorunmalıdır.   

c.Təhlükəyə məruz qalmış heyvan  növlərinin  və ekosistemlərin bərpası inkişaf etdirilməlidir.  

d. Yerli cinslərə və ətraf mühitə zərərli olan genetik şəklini dəyişmiş ziyanlı orqanizmlər yoxlanılmalı və 

kökü kəsilməli; bu cür zərərli organizmlərin qəbulunun qarşısı alınmalıdır.  



e. Regenerasiyanın artmasının qarşısını almaq və ekosistemin sağlamlığını qorumaq üçün su, torpaq, 

meşə və dəniz məhsulları kimi yenilənə bilən  sərvətlərdən istifadə etməyə nail olunmalıdır.  

f. Minerallar və üzvi yanacaqlar kimi tükənən sərvətlərin əldə edilməsi və istifadəsi, tükənməsini 

azaldacaq və ətraf mühitə ziyan verməyəcək bir şəkildə idarə edilməlidir. 



 

6. Ətraf mühitin qorunmasının əsas metodu kimi ziyanın qarşısı alınmalı və elmi məlumat məhdud 

olduğu halda önləyici mövqelərə müraciət edilməlidir. 

a. Elmi biliyin natamam və ya əsassız olduğu bir halda belə, ciddi və ya səthi ziyanlardan qaçmaq üçün 

hərəkətə keçmək lazımdır. 

b. Təklif edilən fəaliyyətin önəmli bir zərərə səbəb olmayacağını mubahisə edənlərə qarşı

 

dəlillər irəli 



sürülməli  və cavabdeh tərəflərə ətraf mühitə verdiyi ziyana görə məsuliyyət daşıdığı qəbul etdirilməlidir.  

c. Qərar qəbulu proseslərinin, insan fəaliyyətlərinin birgə, uzun müddətli, dolayı, uzun məsafəli və qlobal 

nəticələrə unvanlandığına zəmanət verilməlidir.  

d. Ətraf mühitin istənilən hissəsindəki çirklənmənin qarşısı alınmalı, radioaktif, zəhərli və digər zərərli 

substansiyaların tikilməsinə imkan verilməməlidir.  

e. Ətraf mühitə zərər verən hərbi fəaliyyətlərin qarşısı alınmalıdır. 



 

7. Yer Kürəsinin regenerativ bacarığını, insan haqlarını və ictimaiyyətin sağlamlığını qoruyan 

istehsal, istehlak və təkrar istehsal nümunələri qəbul edilməlidir.  

a. Istehsal və istehlak sistemlərində istifadə edilən materiallar ixtisar edilməli, təkrar istifadə olunmalı və 

yenidən istehsal edilməli; qalıqların ekoloji sistem tərəfindən assimilyasiya edilməsi təmin edilməlidir.  

b. Enerjidən təmkinliklə və səmərəli istifadə olunmalı, günəş və külək kimi tükənməz enerji mənbələrinə 

daha çox güvənilməlidir.  

c. Ekoloji cəhətdən qüsursuz olan texnologiyaların inkişaf etdirilməsi, qəbul olunması və onların bərabər 

bir şəkildə ötürülməsi həyata keçirilməlidir.   

d. Xidmətlərin və malların ekoloji və sosial dəyərləri satış qiymətlərində əks olunmalı və ən yüksək sosial 

və ekoloji standartlara cavab verən məhsulların istehlakçılar tərəfindən müəyyənləşdirilməsi təmin 

edilməlidir. 

e. Reproduktiv sağlamlığı və məsuliyyət daşıyıcısı olan təkrar istehsalı həyata keçirtmək üçün universal 

səhiyyə imkanlarına zəmanət verilməlidir.  

f. Sonu olan bir dünyada maddi kafiliyi və həyat keyfiyyətini vurğulayan yaşam tərzlərı qəbul 

olunmalıdır. 



 

8. Ekoloji dayanıqlığın tədqiqini inkişaf etdirmək və əldə olunmuş bilgilərin geniş tətbiqini və açıq 

şəkildə mübadiləsini təmin etmək.  

a. İnkişaf etməkdə olan xalqların ehtiyaclarına xüsusi diqqətlə yanaşmalı, davamlılığa dair beynəlxalq, 

elmi və texniki əməkdaşlığa dəstək olunmalıdır.  

b. İnsan rifahına və ətraf mühitin mühafizəsinə yardım edən bütün mədəniyyətlərdəki ənənəvi və dini 

inanclar tanınmalı və qorunmalıdır.  

c. Genetik informasiya da daxil olmaqla, insan sağlamlığına və ətraf mühitin mühafizəsinə həyati 

əhəmiyyət gətirən informasiyanın ictimaiyyətə çatdırılmasının mümkünlüyünə inanılmalıdır.  

 

III. ĠCTĠMAĠ VƏ ĠQTĠSADĠ ƏDALƏT



  

9. Yoxsulluğun etnik, ictimai və ətraf mühitdən doğan zərurilik olmasını kökündən kəsmək.

 

a. Əldə olunan milli və beynəlxalq resursların bölüşdürülməsi yolu ilə içməli su, təmiz hava, qida 

zəmanəti, çirkləndirilməmiş torpaq, sığınacaq və təhlükəsiz sanitariya xidməti ilə təmin olunmaq hüququ 

verilməlidir. 

b. Hər bir şəxsə təhsil almaq və lazımi səviyyədə həyat sürmək üçün şərait yaradılmalı və özlərini təmin 

etmək iqtidarında olmayanlara sosial təminat göstərilməli və təhlükəsizliyi qorunmalıdır. 




c. Diqqətdən kənarda qalanlara qayğı göstərilməli, zəiflər qorunmalı, yardıma ehtiyacı olanlara kömək 

edilməli, onlara öz bacarıqlarını inkişaf etdirmək üçün yol göstərilməli və onların bu yolda təşəbbüsləri 

izlənilməlidir.  

 

10. Bütün səviyyələr üzrə iqtisadi müəssisələrin bərabər və davamlı tərzdə insan inkişafına 



köməklik göstərəcəyinə əmin etmək. 

a. Millətlər daxilində və millətlərarasında sərvətin bərabər sayda bölünməsi dəstəklənməlidir. 

b. İnkişaf etməkdə olan millətlərin intellektual, maddi, texniki, sosial resurslarla təmin olunmasına imkan 

yaradılmalı, onlara çətinlik törədən beynəlxalq borclardan azad edilməlidir.  

c. Hər bir ticarətin davamlı resurs istifadəsinə, ətraf mühitin qorunmasına və proqressiv əmək 

standartlarına müvafiq olduğuna zəmanət verilməlidir.  

d. İctimaiyyət qarşısında şəffaf davranmaq və davranışımızın nəticəsinə qarşı məsuliyyət daşımaq üçün 

çoxmillətli əməkdaşlıqlar və beynəlxalq maliyyə təşkilatlarının yaradılması tələb edilməlidir. 



 

11. Lazımi dərəcədə inkişaf etmək üçün ilk öncə gender bərabərliyini təsdiq etmək, təhsil, səhiyyə 

və iqtisadi imkanlara ümumi axını təmin etmək. 

a. Qadınların və qızların insan hüquqları qorunmalı və onlara qarşı zorakılığa son qoyulmalıdır. 

b. Qadınların tam və bərabərhüquqlu, ortaq qərar qəbul edən, lider və haqlardan yararlanan şəxslər kimi 

həyatın bütün iqtisadi, siyasi, sivil, mədəni və ictimai aspektlərində fəal iştirakı təmin edilməlidir.  

c. Ailələr möhkəmləndirilməli, bütün ailə üzvlərinin təhlükəsizliyi təmin edilməlidir.  

 

12. Yerli xalqların və milli azlıqların hüquqlarına xüsusi diqqət ayıraraq və heç bir ayrıseçkilik 

yaratmadan, hamının təbii və ictimai mühitə, sağlam bədənə və mənəvi dəstəyə olan haqları 

qorunmalıdır.  

a.  Ayrıseçkiliyin hər bir növü, məs: irqi, cinsi, cinsi oriyentasiya, dini, dil və milli, etnik və ya sosial kimi 

ayrıseçkiliklər aradan götürulməlidir. 

b. Yerli xalqların dinə, təhsilə, torpaq və resurslara və düzgün yaşam tərzinə dair hüquqları təsdiq 

edilməlidir. 

c. Cəmiyyətimizdəki gənclər davamlı cəmiyyət yaratmaqda öhdələrinə düşənləri yerinə yetirməyə kömək 

edilərək dəstəklənməlidir. 

d. Xüsusi əhəmiyyət daşıyan dini və mədəni məkanlarımız qorunmalı və bərpa edilməlidir.  

 

IV. DEMOKRATIYA, QEYRI-ZORAKILIQ VƏ SÜLH 

13. Bütün instansiyalarda demokratik qurumlar gücləndirilməli, idarəetmədə şəffaflıq və hesabat 

verə bilmələri, qərar qəbul etməkdə və haqq-ədalət əldə etməkdə iştirakı təmin edilməlidir. 

a. Hər bir kəsin öz maraq dairəsinə uyğun olaraq bütün inkişaf planlarından və fəaliyyətlərindən xəbərdar 

olmaq və ətrafda baş verənlərlə bağlı dəqiq və aydın məlumat almaq hüququ inkişaf etdirilməlidir.  

b. Yerli, regional və qlobal mədəni cəmiyyətləri dəstəkləmək və qərar qəbul etməkdə maraqlı olan hər bir 

şəxs və təşkilatın iştirakına şərait yaradılmalıdır. 

c. Fikir və özünüifadə azadlığı, sərbəst toplaşma, yığışma və müxalifət hüqüqları qorunmalıdır. 

d. Inzibati və müstəqil məhkəmə proseslərində effektiv iştirakı, problemin həlli yolları da daxil olmaqla 

təmin edilməlidir.   

e. Dövlət və özəl müəssisələrdə korrupsiyanın qarşısı alınmalıdır. 

f. Yerli cəmiyyətlərdə ətraf mühitin qayğısına qalmaq imkanları artırılmalı və bununla bağlı öhdəliklər 

daha böyük səmərə verə biləcək dövlət səviyyəsinə qaldırılmalıdır. 

 

14. Davamlı həyat tərzi sürmək üçün lazım olan dəyərlərin, bilik və bacarıqların həyat boyu 

öyrənilməsi və formal təhsilə inteqrasiyası.  

a. Davamlı inkişafa fəal köməklik etmək üçün, hami, xüsusilə uşaqlar və gənclər tədris imkanları ilə 

təmin edilməlidir. 

b. Davamlı təhsildə dəqiq elmlərlə yanaşı, humanitar elmlərin də iştirakı təmin edilməlidir.  

c. Ekoloji və ictimai çətinliklər haqqında  məlumatlandırmaqda kütləvi informasiya vasitələrinin rolu 

xüsusi olaraq genişləndirilməlidir.  

d. Sağlam həyat sürmək üçün əxlaqi və mənəvi təhsilin vacibliyi qəbul edilməlidir. 



 

15. Bütün canlılara hörmətlə və düşüncəli bir şəkildə davranılmalıdır. 

a. Cəmiyyətdə saxlanılan heyvanlara qarşı qəddarlığın qarşısı alınmalı və onlar zorakılıqdan 

qorunmalıdır. 

b. Dözülməz və qaçılmaz əziyyətə səbəb olan ovçuluq, tələqurma, balıqçılıq kimi usullardan vəhşı 

heyvanlar qorunmalıdır. 

c. Nəsli kəsilməkdə olan heyvanların məhvinin mümkün dərəcədə qarşısı alınmalıdır.  

 

16. Tolerantlıq, qeyri-zorakılıq və sülh mədəniyyətinin geniş yayılması. 

a. Millətlərdaxili və millətlərarası bütün fərdlər arasında qarşılıqlı anlaşma, birlik və əməkdaşlıq təmin 

edilməlidir.  

b. Zorakılıq hallarının qarşısını almaq üçün hərtərəfli strategiya həyata keçirilməli, ətraf muhitlə bağlı 

münaqişə və başqa ziddiyyətləri aradan qaldırmaq üçün əməkdaşlıq üsullarından istifadə edilməlidir. 

c. Milli təhlükəsizlik sistemləri qeyri-provokativ müdafiə səviyyəsinə çatdırılmalı, ekoloji bərpaetmə də 

daxil olmaqla, hərbi resurslar sülhməramlı məqsədlərlə istifadə edilməlidir.  

d. Nüvə, bioloji və bu kimi zəhərli kütləvi qırğın silahları məhv edilməlidir. 

e. Orbital və digər kosmik vasitələrin ətraf mühitin və sülhün qorunmasına yardım etməsi təmin 

edilməlidir.  

f. Insanların özləri ilə, digərləri ilə, digər mədəniyyətlərlə, digər həyat və Yer Kürəsi ilə və hər şeyin bir 

parçası olduğu daha geniş bir bütünlə birlikdə sülhün düzgün münasibətlər əsasında qurulan bir bütünlük 

olması tanınmalıdır. 

 

 

 

Ġ R Ə L Ġ    G E D Ə N    Y O L 

 

Tarix boyu olmadığı bir tərzdə, ümumi tale bizi yeni başlanğıc axtarmağa vadar edir. Bu yenilik 



göstərdiyimiz Yer Kürəsi Nizamnaməsinin prinsiplərinin özülünə çevrilir. Bu məqsədə çatmaq üçün biz 

Nizamnamənin dəyər və məqsədlərini qəbul etməyə və yaymağa məcburuq. 



 

 

Bu da öz növbəsində qəlbdə və ağılda dəyişiklik tələb edir. Bu qlobal daxilimüstəqillik və ümumi 

məsuliyyət tələb edir. Sağlam həyat tərzinin yerli, milli, regional və qlobal görüntüsünü təsəvvür və tətbiq 

etməliyik. Mədəni irsimiz

 

vacib və qiymətlidir, hər bir mədəniyyətin bu görüntünü dərk etmək üçün öz 



üsulları vardır. Dünya Nizamnaməsini ümumiləşdirən qlobal dialoqu dərinləşdirməli və 

genişləndirməliyik, bu yolla həqiqət və müdrikliyə dair bundan sonrakı əməkdaşlıqdan çox şey öyrənə 

bilərik.

 

 

Vacib dəyərlər arasında həyat hər zaman gərginlik doğurur. Bu isə müxtəlif seçimlərə gətirib çıxarır. 



Bununla belə, biz müxtəliflik və vahidlik, azadlıq hissi ilə ümumi mükəlləfiyyət, qısamüddətli niyyətlərlə 

uzunmüddətli məqsədlər arasında ahəngdarlıq yaratmalıyıq. Hər bir fərdin, ailənin, təşkilatın və birliyin 

özünəməxsus həyat yolu var. Humanitar və dəqiq elmlər, din və təhsil müəssisələri, kütləvi informasiya 

vasitələri, biznes təşkilatları, qeyri-hökümət və hökümət təşkilatları yaradıcı idarə olunmanı təyin 

etməlidir. Daha münasib idarəçilik üçün hökümət, cəmiyyət və biznes əməkdaşlığı daha böyük əhəmiyyət 

daşıyır. 



 

 

Davamlı qlobal birlik yaratmaq üçün dünya xalqları BMT-yə olan öhdəlikləri yeniləməli, mövcud 



beynəlxalq sazişlərə dair öz öhdəliklərini yerinə yetirməli, ətraf mühit və inkişafa dair beynəlxalq qanuni 

vasitlərlə birgə Yer Kürəsi Nizamnaməsinin prinsiplərini dəstəkləməlidir.  



 

Qoy bizim vaxtımız həyat üçün yeni yaradılışın oyanması, davamlılığın qazanılması, ədalət, sülh və şən 



həyat uğrunda mübarizənin sürətlənməsi dövrü olsun.  

 

Yüklə 52,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə