Yer kürəsinin təbiəti uzun müddətli inkişaf mərhələsi keçməklə, çox



Yüklə 206 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix02.01.2018
ölçüsü206 Kb.
#19552
  1   2   3   4   5   6   7   8


Mühazirə 1 

G R Ş 

 Yer  kürəsinin  təbiəti  uzun  müddətli  inkişaf  mərhələsi  keçməklə,  çox 

mürəkkəb  şəraitdə  formalaşıb.  Yeri  bütövlükdə  və  ya  hissələr  üzrə  aşağıdakı  Yer 

elmləri  öyrənir:  Planetin  formasını,  onun  hərəkət  qanunauyğunluqlarını,  digər 

səma  cisimləri  ilə  qarşılıqlı  əlaqəsini  –  geodeziya  və  astronomiya.  Yerin  daxili 

quruluşunu  və  tərkibini  geologiya  və  geofizika,  atmosferi,  orada  baş  verən 

hadisələri  və  yer  kürəsinin  iqlimini  meteorologiya  və  iqlimşünaslıq,  hidrosfer, 

onun  tərkib  hissələrini  hidrologiya,  okeanologiya  və  qlyasioloqiya,  bitkilərin 

coğrafi  paylanmasını  biocoğrafiya,  yer  səthinin  relyefini  geomorfologiya,  torpaq 

örtüyünü,  torpaq  coğrafiyası,  təbii  komplekslərin,  landşaftların  inkişaf 

qanunauyğunluqlarını lanndşaftşünaslıq və s. öyrənir. 

Fiziki coğrafiyanı öyrərdiyi məkanın hüdudlarını və onun digər yer elmləri ilə 

sıx əlaqəsini öyrənmək həmişə tədqiqatlarının diqqət mərkəzində olmuşdur. 

Bildiyimiz  kimi  fiziki  coğrafiyanan  tədqiqat  obyektinə  Yerin  bir-birilə 

qarşılıqlı  əlaqə  təsirdə  olan  xarici  təbəqələrin  (yer  qabığı,  hidrosfer,  atmosfer, 

biosfer, coğrafiya təbəqə) aiddir. 

Planetin daxili maddələrinin differensiasiyası hesabına yer qabığı və hidrosfer 

ə

mələ  gəlmişdir.  Yer  ilə  günəşin  qarşılıqlı  təsirindən  qaz  təbəqəsi  –  atmosfer 



yaranmışdır.  Yerin  qədim  xarici  təbəqəsini  qarşılıqlı  təsiri  nəticəsində  həyat 

meydana gəlmiş və biosfer yaranmışdır Yerin bu xarici təbəqələrinin arasında baş 

verən maddə və enerji mübadiləsi nəticəsində coğrafi təbəqə yaranmışdır. Təqribən 

50-55  km  qalınlığına  malik  olan  coğrafi  təbəqə  mürəkkəb  quruluşa  malik  olan 

vahid  bölünməz  təbiii  geokomplekslərdir.  Bütün  bu  təbəqələr  birlikdə  fiziki 

coğrafiyanın  tədqiqat  obyektidir.  Lakin  ayrılıqda  götürülmüş  bu  təbəqələrin 

öyrənilmə  sistemi  bütövlükdə  aydınlaşmır,  onu  tamamilə  dərk  etmək  üçün  ayrı-

ayrı təbəqələri bütövlükdən ayırmaq lazımdır. 

I coğrafi obyektlər müxtəlif səviyyədə öyrənilmişdir. 

II Fiziki coğrafiya xüsusi coğrafiya elmlərindən regional coğrafiya və ümumi 

yerşünaslıqdan ibarətdir. 

Melikov Behruz




IIICoğrafiya  bütöv  hissə  olan  ümumi  yerşünaslığın  coğrafi  təbəqəsini  vahid 

təbii sistem şəkildə öyrənən yeganə elm sahəsidir. 

IV Burada coğrafi təbəqənin öyrənilməsi zamanı ona daim inkişafda olan təbii 

sistem kimi baxılır. 

Coğrafiya  elmlər  sisteminə  həmçinin  də  kartoqrafiya,  ölkəşünaslıq,  hərbi 

coğrafiya,  tibbi  coğrafiya  və  s.  elm  sahələri  daxildir  ki,  bunlara  da  birlikdə 



coğrafiya elmləri sistemi deyilir. 

 

Melikov Behruz




Mühazirə 2

 

Yerin günəş sistemindəki mövqeyi 

Günəş  və  onun  planetlərinin  daxil  olduğu  ulduz  sistemi  «qalaktika»  və  ya 

«kəhkəsan» adlanır. Bildiyımız kimi, Qalaktika tərkibinə 100 milyardan çox ulduz, 

qaz  və  toz  olumanlıqlarının  daxil  olduğu  mürəkkəb  quruluşlu  səma  sistemdır. 

Qalaktikanın  mərkəzi  müstəvisi  qalaktika  ekvatoru  adlanır.  Qalaktikanın  mərkəzi 

müstəvisi  bizim  günəş  sisteminin  mərkəzindən  çox  uzaqda  –  30000  işıq  ili 

məsəfəsində yerləşir Günəş Sistemi qalaktikanın mərkəzi simmetriya oxu ətrafında 

saat əqrəbinin hərəkətinin əksi istiqamətində saniyədə 250km sürətlə dövr edir və 

tam dövrənitəqribən 180mln ilə başa verir. 

Günəş sisteminin özü bir ulduzdan və 9 planetdə (hal-hazırda 8 planet və bir 

cırtdan  planet  -  Pluton)  və  çoxlu  sayda  digər  səma  cisimlərindən  (peyk  meteorit, 

komet, asteroid, qaz və toz dumanlığı) ibarətdir. Günəş sisteminin yeganə ulduzu 

olan Günəşin diametri 132000 kmdir, onun kütləsinin 70% hidrogen, 29% helium 

və  1%  digər  qazlar  təşkil  edir.  Günəşin  sıxlığı  1,41q/sm

3

  –  dir.  Onun  səthində 



temperatur  5-7  mln  C°  arasında  mərkəzində  isə  18-20mln  C°  arasında  dəyişir 

Günəş  atmosferi  3  laydan  ibarətdir  (aşağıdan  –  yuxarı)  I  –  100-300km  arasında 

fotosfer, II - 14000 km-ə qədər yüksəkliyədək xromosfer və III yer səthinə qədər 

gəlib  çatan  günəş  tacı.  Bütün  planetlərin  Günəşlə  birlikdə  götürülmüş  çəkisinin 

99,8%-nə  malik  günəş  nəhəng  cazibə  qüvvəsinə  malik  olmaqla  günəş  sisteminə 

daxil  olan  bütün  cisimləri  öz  təsir  zonasında  saxlayır.  Günəş  sistemində  olan 

planetlər  2  qrupda  birləşmişdir:  Yer  və  ya  daxili  planetlər  qruppu  (Merkuri, 

Venera,  Yer,  Mars),  xarici  və  ya  nəhəng  planetlər  qrupu  (Yupiter,  Saturn,  Uran, 

Neptun).  Cırrtdan  planet  olan  Pluton  da  xarici  planetlər  qrupuna  aiddir.  Günəş 

sisteminə  daxil  olan  planetlərin  bir  qrupunun  onların  ətrafında  hərəkət  edən 

peykləri  var  Merkurının  və  Veneranın  peyki  yoxdur.  Yerin  -1  (Ay),  Marsın  –  2, 

Yupiterın  – 16,  Saturunun  – 19,  Uranın –  15,  Neptunun –  8, Plutonun  – 1  peyki 

var.  Yer  tipli  planetlər  ağır  elementlərdən  ibarətdir.  Lakin  onların  ölçüsü  böyük 

deyil Nəhəng planetlərin isə əksinə sıxlığı azdır. Günəş sistemi və ona daxil olan 

planetlərin yaranması daima tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Bu haqda 

Melikov Behruz




çoxlu  sayda  kosmoqonik  fərziyyələr  irəli  sürülmüşdür.  Elmin  inkişaf 

mərhələsindən  asılı  olaraq  günəş  sisteminə  daxil  olan  planetlərin  əmələ  gəlməs 

haqqındakı  fərziyyələrin  mahiyyəti  də  dəyişmişdir.  Günəş  sisteminin  mənşəyi, 

tərkibi, quruluşu haqqında ilk elmi fərziyyələr bizim eramızından əvvəl yaranmağa 

başlamışdır. Günəş sisteminin quruluşu haqqında ilk fərziyyəni eramızın II əsrində 

yaşamış  Ptolomey  irəli  sürmüşdür.  Özünün  «Astronomiyanın  böyük  riyazi 

quruluşu»  əsərində  o  bütün  planetlərin  yerin  ətrafında  dairə  üzrə  hərəkət  etdiyini 

göstərmişdir  və  beləliklə  də  geosentruk  nəzəriyyənın  əsasını  qoymuşdur.  Bundan 

sonra  1543-cü  ildə  polşalı  alim  Nikolay  Kopernik  «Göy  çixmlərinin  fırlanması 

ə

sərində» ilk dəfə olaraq heliosentrik nəzəriyyəni irəli sürmüşdür. Bu nəzəriyyəyə 



görə  yer  də  daxil  olmaqla,  bütün  planetlər  günəş  ətrafında  hərəkət  edirlər.  Bu 

nəzəriyyəni ilk müdafiə edənlərdən biri də italyan alimi Jordano Bruno olmuşdur 

(1548-1600).  Heliosentrik  nəzəriyyə  öz  təsdiqini  Qalileo  Qalileyin  (1564-1642) 

teleskopunun  tətbiqi  ilə  tapdı  Alman  alimi  Kepler  planetlərin  hərəkətinin  dəqiq 

sxemini  tərtib  etdi.  Nyuton  (1643-1720)  isə  ümumdünya  cazibə  qüvvəsini  kəsf 

etməklə,  planetlərin  günəş  ətrafında  hərəkətinin  mexanizmini  açmışdır.  Məhz  bu 

dövrlərdə  Günəş  sisteminə daxil  olan planetlərin və  Günəşin yaranması haqqında 

çoxlu kosmoqonik fərziyyələr yaranmağa başladı. Bu fərziyyələri məzmununa görə 

II  qrupa  bölmək  olar:  I  fərziyyənin  tərəfdarlarının  fikrinə  görə  günəş  və  günəş 

sisteminə  daxil  olan  planetlər  təqribən  4,5  –  5  milyard  il  bundan  əvvəl  qızmar 

kosmik  qaz  və  toz  dumanlığından  əmələ  gəlmişdir.  Bu  fikrin  tərəfdarlarının 

ş

ırasına  qırmaz  dumanlıq  nəzəriyyəsinin  banisi  olan  Kant  və  isti  kosmik 



dumanlıqlar  nəzəriyyəsinin  davamçısı  olan  Laplas  aiddir.  Bu  fərziyyəyə  görə 

qızmış  kosmik  qaz  və  toz  dumanlığı  tərkibində  ümumdünya  cazibə  qüvvəsinin 

təsiri  ilə  baş  verən  xaotik  hərəkət  nəticəsində  maddi  hissələrin  ifrat  həddə  qədər 

cəmləşməsi  baş  vermişdir.  Bu  hərəkətin  mərkəzində  daha  böyük  çəki  və  kütləyə 

malik  olan  günəş,  onun  ətrafında  isə  qızmar  atmosferdəki  maddələrdən  yaranan 

planetlər və digər səma cisimlərini təşkil edən maddələrin sıxlıqlarının artırması və 

yaranan qarşılıqlı mərkəzə qaçma və mərkəzdən qaçma təcillərinin təsiri ilə onlalr 

günəş ətrafında öz müasir mövqeylərini almışlar. 

Melikov Behruz



Yüklə 206 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə