Yer kürəsinin təbiəti uzun müddətli inkişaf mərhələsi keçməklə, çox



Yüklə 206 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix02.01.2018
ölçüsü206 Kb.
#19552
1   2   3   4   5   6   7   8

istilik  və  işıqlanma  qurşaqları  yaranır.  Sutka  ərzində  gecə  və  gündüzün 

davamiyyəti dəyişir, bu zaman aşağıdakı əlamətdar hadisələr baş verir. I yaz gecə-

gündüz  bərabərliyi,  II  yay  gündönümü,  III  payız  gecə-gündüz  bərabərliyi,  IV  qış 

gündönümü.  Tam  dövr  etmə  müddətində  günəş  ancaq  23°27’  şımal  və  cənub 

enlikləri arasında zenitdə olur. Bu paralel çevrələri müvafiq olaraq şımal və cənub 

tropikləri  adlanır.  Tropik  sözü  «geri  qayıtma  nöqtəsi»  deməkdir.  Yerin  günəş 

ə

trafında hərəkətinin bir nəticəsi də şımal və cənub qütb dairələrindən başlayaraq 



qütblərə doğru qütb gecə və gündüz hadisəsinin baş verməsidir. Yerin fırlanma oxu 

onun  kütləsinin  (nüvənin)  mərkəzindən  keçən  düz  xəttə  deyilir.  Yerin  fırlanma 

oxunun yer səthi ilə təmas nöqtələrinə isə «coğrafi qütblər» deyilir. Şimal qütbü elə 

qütbdür  ki  onun  tərəfindən  baxdıqda  yer  saat  əqrəbinin  əksi  istiqamətində  dövr 

edir. Ekvator müstəvisi fırlanma oxuna perpendikulyar olan böyük çevrə xəttinə və 

ya  qütblərdən  bərabər  uzaqlıqda  olan  çevrəyə  deyilir.  Müstəviləri  ekvator 

müstəvisinə  paralel  olan  kiçik  konsentrik  çevrələrə  paralellər  deyilir.  Hər  bir 

nöqtənin ekvatordan uzaqlığı onun «coğrafi enliyidir». Coğrafi qütbləri birləşdirən, 

ekvator  müstəvisinə  perpendikulyar  olan  yarım  çevrə  xəttinə  isə  «meridian» 

deyilir. Bildiyimiz kimi şərti olaraq Qrinviç rəsədxanasından keçən meridian kimi 

başlanğıc  meridian  götürülür  (əvvəllər  başlanğıc  meridianı  kimi  Kanar 

adalarındakı Ferro burnu, Paris, Berlin meridianları, Rusiyaya Sankt-Peterburqdakı 

Kunts-kameradan  keçən  meridian  1839-cu  ildən  sonra  isə  Pulkovo 

rəsədxanasından  keçən  meridian  götürülmüşdür.).  Başlanğıc  meridiandan  verilən 

nöqtədən keçən meridiana qədər olan məsafə coğrafi uzunluq adlanır. Yerin öz oxu 

ə

trafında  tam  dövr  etməsinin  asağıdakı  əhəmiyyəti  var:  I  sutka  –  gecə-gündüz 



yaranır. 

II  hərəkət  edən  cisimlər  şimal  yarım  kürəsində  sağa,  cənub  yarımkürəsində 

sola  meyl  edirlər III Yerin  Günəş  radiianası  ətrafında  fırlanması  təbii  zonalarının 

qərb-şərq  uzunluğunu  müəyyən  edir.  IV  Yerin  fırlanması  nəticəsində  müxtəlif 

ə

razilərdə  qərarlaşmış  qalxan  və  enən  hava  cərəyanları  əsasən  spiralvarı  hərəkət 



forması  alırlar.  Şimal  yarımkürəsində spiral  sola,  cənubda sağa  meyl  edir.  V  Yer 

kürəsində  yerin  öz  oxu  ətrafında  fırlanması  nəticəsində  vaxt  müxtəlifliyi  anlayısı 

Melikov Behruz



yaranır. Bildiyimiz kimi , 1884-cü ilə qədər yer kərəsində vahid vaxt anlayısı yox 

idi.  Öz  oxu  ətrafında  yer  qərbdən  şərqə  doğru  hərəkət  etdiyindən  günəş  suaları 

şə

rqdən  başlayaraq  meridianlar  üzrə  yer  səthini  işıqlandırırlar.  Bu  zaman  yerin 



fırlanma  sürətindən  asılı  olaraq  günəş  suaları  şərqdən  qərbə  doğru  4  dəqiqədə  1° 

surət ilə hərəkət edirlər Yəni 1° qərbdə yerləşən meridian şərqdəkindən 4 dəq sonra 

günəş  şuaları  düşür.  Bu  isə  qonşu  meridianlar  arasında  vaxt  fərqi  yaranmasının 

səbəbidir.  Məlumdur  ki,  coğrafi  enlikdən  asılı  olmayaraq  bir  meridian  xətti 

üzərində vaxt eynidir. Bu yerli vaxtdır. Deməli meridianlar arasında yerli vaxt fərqi 

4 dəq olmaqla şərqdəki meridianın vaxtı həmişə qabağ olur. Yer kürə olduğundan 

1°=lik  fərq  nəzərə  alınmaqla  360°  yerli  vaxt  məfhumu  anlayış  mövcuddur.  Yerli 

vaxtla bağlı olan mürəkkəbliyi aradan qaldırmaq üçün 1884-cü ildə Yer kürəsində 

vahid vaxt anlayısı – qurşaq vaxt anlayısı qəbul olunmuşdur. 

Bu  məqsədlə  Qrinviç  meridianı  mərkəz  olmaqla  qərbdən  şərqə  doğru  yer 

kürəsi  hər  biri  15°  olmaqla  24  qurşağa  ayrılmışdır.  Bu  zaman  hər  bir  qurşaq 

daxilində  vaxt  onun  orta  meridianına  görə  hesablanır,  yəni  orta  meridianın  yerli 

vaxtı  yerləşdiyi  qurşağın  qurşaq  vaxtına  uyğun  gəlir.  ki  qonşu  orta  meridian 

arasındakı  dərəcə  fərqi  15  dərəcə  olduğundan  qonşu  qurşaqlar  arasındakı  qurşaq 

vaxt  fərqi  1  saatdır.  Günəş  yer  kürəsini  şərqdən  qərbə  doğru  işıqlandırdığından 

şə

rqdə  yerləşən  qurşağın  qurşaq  vaxtı  qərbdəkindən  bir  saat  irəlidə  olur.  Saat 



qurşaqları  qərbdən  şərqə  doğru  nömrələnirlər.  Bu  zaman  şərti  olaraq  qəbul 

olunmuşdur ki, yer kürəsində hər bir yeni sutka 180°=lik meridiandan başlayır və 

qərbə  doğru  irəliləyir.  Bu  meridian  «sutkanın  dəyişilmə  xətti»  kimi  qəbul 

olunmuşdur.  O  heç  bir  yerdə  quru  səthini  kəsmir.  Bu  xəttin  qərbi  ilə  şərqi 

arasındakı vaxt fərqi bir sutkadır. 

Yerin  günəş  və  öz  oxu  ətrafında  Ayla  birlikdə  sistem  şəklində  hərəkətinin 

digər  nəticəsi  də  qabarma  və  çəkilmə  hadisəsidir.  Qabarma  və  çəkilmənin  hər 

birinin  davamiyyəti  təqribən  6  saat  12  dəq,  30  saniyədir.  Hər  bir  qabarma  və 

çəkilmə sikli təqribən 12 saat 25 dəq-dir. 2 qabarma və çəkilmədən ibarət tam sikl 

isə  24  saat  50dəq  -dir.  Yəni  1  sutka  ərzində  təqribən  2  dəfə  qabarma  və  2  dəfə 

çəkilmə hadisəsi olur. 

Melikov Behruz




Bu təbiət hadisəsinin yaranmasının əsas səbəbi ayın cazibə qüvvəsidir Dünya 

okeanında  qabarma  və  çəkilmə  amplitudası  orta  hesabla  5-10m  arasında  dəyişir. 

Ə

n  yüksək  qabarma  hadisəsi  (18m)  Şimali  Amerikanın  şimal-şərq  sahillərində 



Fandi və Men körfəzi sahillərində müsahidə olunur. Qabarma və çəkilmə hadisəsi 

materiklərdə də müsahidə olunur (Şərqi Avropa platforması daxilində). Okeanlarda 

nisbətən zəif qabarma və çəkilmə daxili dənizlərdə müşahidə olunur (Aralıq, Qara, 

Baltik).  Xəzər  dənizində  qabarma  və  çəkilmənin  amplitudu  10-20  sm  arasında 

dəyişilir. 

 

Melikov Behruz




Yüklə 206 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə