Yer kürəsinin təbiəti uzun müddətli inkişaf mərhələsi keçməklə, çox



Yüklə 206 Kb.

səhifə4/8
tarix02.01.2018
ölçüsü206 Kb.
1   2   3   4   5   6   7   8

Mühazirə 4-5 

Yerin daxili quruluşu. Yerin geoloji inkişaf tarixi. 

Planetar  inkişaf  mərhələsinin  sonunda  yəni  təqribən  4-4,5  mlrd  il  bundan 

ə

vvəl ilkin nazik yer qabığının əmələ gəlməsindən sonra yerin geoloji-inkişaf tarixi 



başlanmışdır.  Bu  mərhələnin  əvvəlində  yer  qabığı  hətlə  çox  mütəhərrik  idi.  O 

asanlıqla mantiyadan qalxan ərimiş maddələrlə parçalanırdı. Lakin səthdə soyuyan 

lavaların qalınlığı artdıqca yer qabığında böyük qalınlığa malik olan nisbətən sabit 

hissələr yaranmağa başladı. Həmin sahələrdə səthə çıxan lavaların miqdarı kəskin 

azaldığından  səthə  yaxın  dərinlikdə  intruziv  mənşəli  maqmatik  süxurların 

yaranması baş verdi. Bu dövrdən başlayaraq yer qabığı quruluşuna və mənşəyinə 

görə  bir  birindən  kəskin  fərqlənən  iki  tərkib  hissəyə:  qalın,  sabit,  nisbətən  az 

parçalanmış  platformalara  və  mütəhərrik  vulkan  püskürmələrinin  və  zəlzələlərin 

fəal  baş  verdiyi  geosinklinallara  bölündü.  Bundan  sonra  yer  qabığının  geoloji 

inkişaf  tarixi  bu  iki  tərkib  hissəsi  arasındakı,  mübarizə  tarixidir.  Geoloji  inkişaf 

tarixinin  ilk  mərhələsindən  yəni  arxey  erasında  artıq  yerin  daxili  quruluşu 

formalaşmıc  oldu.  Bildiyimiz  kimi,  yerin  mərkəzində  qalınlığı  3500  km-ə  çatan 

daxili və xarici nüvəyə bölünən temperaturun 3500-5500°C –yə bərəbər, atmosfer 

təzyiqi 1000000-300000 atmosfer arasında dəyişilən çox ağır «nüvə» yerləşmişdir. 

Onun  tərkibindəki  ərimiş  lakin  bərk  vəziyyətdə  olan  maddələrin  85-90%  dəmirli 

birləşmələrdən ibarət olduğu güman olunur.  

Nüvəni hər tərəfdən qalınlığı 2800 km-dən artıq olan maddələri ərimiş, lakin 

plastik  vəziyyətdə  olan  «mantiya»  əhatə  etmişdir.  Fiziki  və  kimyəvi 

xüsusiyyətlərinə  görə  mantiyanı  2  hissəyə  alt  və  üst  mantiyaya  bölürlər.  Üst 

mantiyada yer səthindən 100-135 km dərinlikdə «astanosfer» yerləşmişdir. Orada 

maddələr  ərimiş,  lakin  yumşaq  haldadır.  Fəaliyyət  göstərən  vulkanların  vulkan 

ocağı  və  dərin  fokuslu  zəlzələlərin  hiposentri  astenosferdə  yerləşir.  Mantiyanın 

tərkibi  əsasən  maqnezium  olan  maqnezium  –  oksiddən  dəmir  oksiddən,  silisium 

oksiddən  ibarətdir.  Oradakı  maddələrin  8%  -  i  dəmirli  birləşmələr  olduğu  qəbul 

olunmuşdur.  Səthdəki  bərk  təbəqə  isə  qalınlığı  1-5  –  70-90km  arasında  dəyişən 

«yer  qabığıdır».  Yer  qabığı  ilə  mantiyanın  arasındakı  sərhəd  bazalt  təbəqəsi  ilə 

Melikov Behruz



astanosfer arasında olan sərhəddir və o «Moxo sərhəddi» adlanır. Bazalt təbəqəsi 

ilə qranit arasındakı sərhəd Qutenberq, çökmə süxür ilə qranit arasındakı sərhəd isə 

«Konrad sərhəddi» adlanır. Beləlikdə yer qabığı üç laydan ibarətdir: çökmə, qranit, 

bazalt.  Okeanda  isə  tədricən  qranit  təbəqəsi  yoxa  çıxır.  Yer  qabığının  ən  nazik 

hissəsi orta okean silsilələrində olan rift dərələrindədir. Orada mantiya yer səthinə 

1-3 km – dək yaxınlaşır. Dərin Sulu okean növlarında isə okean tipli yer qabığının 

qalınlığı təqribən 5km-dir. Okean yatağı düzənliklərinin yaxınlığında yer qabığının 

qalınlığı  10-15km-dək  artır.  Düzənliklərdə  yer  qabığının  qalınlığı  15-35km, 

Qafqaz  dağlarında  50-55  kmdir,  Mərkəzi  Asiyada  70-90km-dir.  Vulkan 

ocaqlarının  və  dərin  fokuslu  zəlzələ  ocaqlarının  yerləşdiyi  üst  mantiyanın  üst 

hissən  ilə  birlikdə  yer  qabığı  litosfer  adlanır.  Onun  qalınlığı  50-90km-lə  200-

250km  arasında  dəyişilir.  Litosferin  üst  mantiya  ilə  alt  sərhədi  Benyoff  sərhəd 

adlanır. Litosfer bütöv bir təbəqə olmayıb dərinlik qırılmaları vaistəsi ilə ayrı-ayrı 

hissələrə:  litosfer  tavalarına  bölünür.  Bu  tavaların  təmas  zonasında  baş  verən 

endodinamiki proseslər yer qabığının və yer səthinin müasir strukturunu müəyyən 

edir. 


Son  4,5-5  mlrd  il  ərzində  baş  verən  geoloji  prosesləri  tədqiq  edən 

mütəxəssislər yerin geoloji inkişaf tarixini aşkarlamışlar. Bu hadisələrin baş vermə 

mexanizmini açmaq üçün isə müxtəlif geotektonik nəzəriyyələr irəli sürülmüşdür. 

Bunlardan ən geniş yayılanlardan: geosinklinallar nəzəriyyəsi,  materiklərin dreyfi 

nəzəriyyəsi,  rotasiya  nəzəriyyəsi,  konvensiya  və  XX  əsrin  60-cı  illərində  inkişaf 

etdirilən «yeni qlobal tektonika» və ya «litosfer tavaları «nəzəriyyəsini» göstərmək 

olar. 

 

Yer maqnitizmi haqqında 



Sürətlə  fırlanan  plastik  elektrik  keçirən  maye  yer  nüvəsində  sürətlə  hərəkət 

etməklə  yerin  ətrafında  yaranan  maqnit  sahəsini  induksiyalaşdırır.  Yerin  maqnit 

sahəsi  yer  ətrafı  fəzada  bir  neçə  yer  radiusu  qədər  məsafədə  yerləşir.  Yerin 

geomaqnit  sahəsi  Günəş  küləyi  ilə  əlaqəyə  girərək  Yerin  maqnitosferini  əmələ 

gətirir.  Bu  təbəqə  yer  səthini  həyat  üçün  təhlükəli  olan  yüklü  günəş  küləyindən 

Melikov Behruz




qoruyur Yer səthindən təqribən 4400km məsafə də zəfləyir 90000km məsafədə isə 

onun  təsiri  itir.  Bu  yer  maqnitosferinin  üst  sərhəddidir.  Maqnitosferin  ilkin 

yaranma tarixi ay erasına yəni təqribən 4-4,5 mlrd il bundan əvvələ təsadüf edir. 

 

Melikov Behruz




Mühazirə 6-7 

Yer qabığının quruluşu. Litosfer tavaları nəzəriyyəsi. 

Bildiyimiz  kimi  yer  səthinin  bərk  cisimlər  kompleksinə  yer  qabığı  deyilir 

Kant-Laplas  fərziyyəsinə  görə  Yer  qabığının  ilkin  ərimiş  yerin  soyuması 

nəticəsində  əmələ  gəlməsi  güman  edilirdisə,  müasir  elmdə  isə  onun  mantiyanın 

ə

rimiş maddəsinin yer səthində soyuması nəticədə əmələ gəldiyi fikri qəbul olunur. 



Eyni  zamanda  səthə  çıxan  lavadan  su  buxarı  və  yüngül  qazlar  ayrılıdıqdan  sonra 

ilkin  bazaltdan  ibarət  olan  bərk  yer  qabığı  formalaşmağa  başlamışdır.  Bildiyimiz 

kimi,  yer  qabığının  əmələ  gəlməsi  və  inkişafı  haqqında  hamı  tərəfindən  qəbul 

edilən  tektonik  nəzəriyyə  yoxdur.  Onların  arasında  aşağıdakıları  qeyd  etmək 

lazımdır. 

I Fiksizlər nəzəriyyəsi (hərəkətsiz, dəyişməyən) 

Onun  tərəfdarlarının  firinə  cörə  materiklər  həmişə  hazırda  onların  tutduqları 

yerdə  qalmışlar.  Onlar  relyefin,  paleo  iqlimin  və  üzvi  aləmin  bütün  tarixini  bu 

mövqedən izah etməyə çalışırdılar. 



II Mobilistlər (hərəkətli) nəzəriyyəsi 

Bu  nəzəriyyənin  tərəfdarları  sübut  edirlər  ki,  litosfer  tavaları  mövcüddür. 

Onlar daim hərəkət edirlər və yer səthində gedən bütün endogen proseslərin kökü 

litosfer  tavalarının  hərəkətindədir.  Bu  fərziyyə  özünün  təsdiqini  okean  dibindən 

ə

ldə olunan ən yeni faktik materiallarda tapmışdır. 



III Okean dibinin hesabına materiklərin böyüməsi nəzəriyyəsi 

IV Geosinklinallar nəzəriyyəsi: dağları əmələ gəlməsi yolu ilə quru sahəsinin 

bölünməsi 

V Rotasiya nəzəriyyəsi 

Madam ki, yerin forması riyazi sferoid səth ilə uyğun gəlir və qeyri-bərabər 

fırlanması ilə əlaqədar olaraq başqa cür qurulur, fırlanan planetdəki zonal zolaqlar 

və  meridional  sektorlar  tektonik  cəhətdən  istər-istəməz  eyni  qiymətli  olmur, 

yerdaxili  proseslərin  törətdiyi  tektonik  gərginliklərə  müxtəlif  fəallıq  dərəcəsində 

reaksiya verirlər. 

Yuxarıda sadatanan I-si nəzərə alınmır Yer qabığının əmələ gəlməsi əvvəlcə 

Melikov Behruz






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə