Yer kürəsinin təbiəti uzun müddətli inkişaf mərhələsi keçməklə, çox



Yüklə 206 Kb.

səhifə5/8
tarix02.01.2018
ölçüsü206 Kb.
1   2   3   4   5   6   7   8

nazik  bazalt  qatının  yaranması  ilə  başlanmışdır.  Bu  zaman  onun  səthində 

temperatur 100°S-dən yüksək olmuşdur. Su tutarlar, deməli, su eroziyvsı yox idi. 

Fiziki asınma intensiv gedırdı. 

Yer  qabığında  yaranmış  ilk  materik  qabığının  (Pangeya)  yeri  dəqiq  məlum 

deyildir.  Ümumiyyətlə  mantiyanın  deformasiyası  hər  yerdə  eyni  ilə  getməmişdir. 

Yerin  bir  tərəfində  ağır  maddələr  dərinliyə  enmiş  və  böyük  okean  çökəkliyi 

(Pantalas)  əmələ  gəlmişdir.  lkin  bazalt  qatı  təqribən  geoloji  inkişaf  mərhələsinin 

ə

vvəlində  materik  və  okean  qabığına  bölünmüyə  başlamışdır.  Okeanların  əmələ 



gəlməsi  ilə  yer  kürəsində  rütubət  dövranı  başlamışdır.  Materiklərdə  axar  sular 

meydana  gəlmiş  və  denudasiya  prosesi  başlamışdır.  Suda  fiziki  və  kimyəvi 

proseslər  güclənmiş,  ovuntuların  (qırıntı  məhsulların)  daşınması  sürətlənmişdir. 

Ə

vvələr vulkan prosesləri ilə yaranmış çökəkliklərdə çökmə süxurların toplanması 



prosesi  sürətlənmişdir.  Bazalt  qatı  aşağı  basılmış,  çökmə  süxurlar  yüksək 

temperatur  və  təzyiq  şəraitinə  düşərək  metomorfikləşməyə  məruz  qalmışdır. 

Qranitin  mənşəyi  yəni  əmələ  gəlmə  şəraiti  mübahisəlidir  (intruziv  və  ya 

metamorfik) 

Bizim  üçün  vacibi  odur  ki,  okean  dibində  qranit  yoxdur.  Qırışıqların 

bünövrələri qranit nüvvələri üzərində əmələ gətmişdir. 

ndiki  dövrdə  yer  qabığı  materik  və  okean  tipli  yer  qabığından  ibarətdir. 

Okean tipli yer qabığının palınlığı 5-15km (rif dərələrində 1-4km)-dir. Üst təbəqə 

dəniz mənşəli çökmə süxurlardan ibarətdir (1-1,5km). Bazalt təbəqəsinin qalınlığı 

(1-25km). Ondan aşağıdakı alt və ya qabbro təbəqəsinin qalınlığı 5km-ə qədərdir. 

Materik  tipli  yer  qabığının  qurulusu  daha  mürəkkəbdir.  Onun  qılınlığı  orta 

hesabla 35-40km-dir. Maksimal qalınlığı isə 70-90km arasındadır. Qalanlığı 20km-

dək  olan  alt təbəqənin  bazaltdan  təşkil olunduğu guman  olunur.  Materik  tipli  yer 

qabığının əsas qatı şərti daraq «qranit təbəqəsi» adlanır. Onun qranit və qneysdən 

təşkil  olunduğu  iddia  olunur.  Üst  təbəqə  isə  qalınlığı  3-10km  arasında  dəyişən 

çökmə süxur layıdır. Platforma qalxanlarında bu lay yox olur. Qranit lay bazaltdan 

Konrad  sərhədi  ilə  ayrılmışdır.  Burada  seysmik  dalğaların  sürəti  6,4km/sandən 

7,6km/san  qədər  artır  Yer  qabığı  ilə  mantiya  arasında  sərhəd  olan  Moxoroviç 

Melikov Behruz



sərhədində seysmik davlğaların sürəti 8km/san –dək artır. 

Yer qabığında keçid tipli sahələr də mövcuddur. Onlar materik dayazlıqlarına 

və  ya  şelf  zonalarına  ayrılırlar.  Orta  okean  sıra  dağlarında  isə  yer  qabığı  ilə 

mantiya  arasındakı  sərhəd  yəni  Moxo  sərhədi  yoxdur.  Burada  mantiyanın  ərimiş 

maddələri rift dərələrilə yer səthinə maksimum yaxınlaşırlar. 

Müasir  elm  yer  qabığını  və  astanosferə  qədər  ən  üst  mantiyanı  litosfer 

adlandırır. Dərinliyə getdikcə temperaturun hər 100m – dən bir artma kəmiyyətinə 

«geotermik  qradiyent»  deyilir.  Temperaturun  1°I  artması  üçün  lazım  olan 

məsafəyə isə «geotermik pilə» deyilir.Litosferin quruluşu, orada baş verən üfuqi və 

ş

aquli  hərəkətlərin  mexanizmi  və  onların  nəticəsi  litosfer  tavaları  nəzəriyyəsi 



tərəfindən izah olunur. Bildiyimizə görə yer qabığı üst mantiya ilə birlikdə litosferi 

ə

mələgətirməklə  yer  səthində  baş  verən  bütün  endogen  prosesləri 



istiqamətləndirirlər. 

Ayrı-ayrı  hissələrdən  materik  və  okean  tipli  tavalardan  ibarət  olan  bu 

təbəqənin  tərkib  hissələri  astanosfer  üzərində  nüvədən  qalxan  ərimiş  maddələrin 

güclü  təsiri  ilə  üfuqi  hərəkət  edərək  «konvergent»  və  «divergent»  zonaları 

yaradırlar.  Bu  tavaların  inkişaf  tarixinin  bərpa  edilməsinin  nəticəsində  ilkin  quru 

sahəsindən  –  Pangeyadan  başlayaraq  bugünkü  materiklərə  qədər  quru  və  okean 

sahəsinin inkişaf tarixi aşkarlanmışdır. 

Geosinklinalların inkişafında üç mərhələ ayrılır: 

1.

  lkin mərhələ – ərazi tektonik əyilmə yə məruz qalır. Bu mərhələdə ərazi 



dəniz altında qalır və dəniz mərhələsi də adlanır. 

2.

  vulkan püskürmələri mərhələsi. Bu mərhələdə güclü vulkanizm prosesləri 



baş verir. Həm quruda, həm də suda vulkanlar püskürür. 

3.

  Orogen (dağ əmələ gəlmə mərhələsi) Bu mərhələdə nəhəng dağlar əmələ 



gəlir. Dağ əmələ gəlmə zamanı süxurlar müxtəlif cür yatım forması alırlar: 

 1.Fay,  2.Horst,  3.Qraben,  4.antiklinal-sinklinal,  (qırışıqlıq)  5.pilləli,  6 

üstəgəlmə və s. 

Qırımızı  və  ölü  dənizin,  Baykal,  Tanqanika,  Nyasa  göllərinin  çökəklikləri 

qrabendə yerləşir. 

Melikov Behruz




Platformalar  geosinklinallarda  fəalıq  dayandıqdan  sonra  əmələ  gəlir.  Bu 

sahələrdə  əmələ  gəlmiş  dağlar  zaman  keçdikcə  denudasiya  prosesinə  məruz  qalır 

düzənliyə  çevrilir.  Yəni  platformalara  düzənlik  sahələr  uyğun  gəlir.  Platformalar 

kristallik  bünövrə  və  çökmə  süxur qatından ibarət olur.  Kristallik  bünövrənin  yer 

səthinə  çıxmasına  qalxan  və  ya  sipər  deyilir.  Məsələn:  Şərqi  Avropada  Baltik 

Ukrayna qalxanı, Sibir platformasında Aldan, Anabar qalxanı və s. 

Platformalar geoloji yaşlarına görə 2 yerə bölünürlər: 

1.Qədim  platformalar:  arxey,  qisməndə  proterozoyda  əmələ  gəlmişdir. 

Məsələn:Şimali Amerika, Sənubi Amerika, Afrika-Ərəbistan, .şərqi Avropa, Sibir, 

Avstraliya, Antarktida, Hindistan, Çin-Koreya, Cənubi Çin, Tarım. 

2.  Cavan  platformalar  –  Paleozoy-Mezozoy  eralarında  yaranıblar.  Əsasən 

qədim  platformaların  kənarında  və  ya  onların  arasında  yerləşir.  Məsələn:  Qərbi 

Sibir, Turan ovalığı, Ön Qfqaz düzənliyi, Braziliya, Anadolu  ran yaylası. 

Qalxma sahələrə antekliz, çökmə sahələrə sinekliz deyilir.  

 

Melikov Behruz






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə