Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində Azərbaycan Respublikası Milli Məclisinin rolu



Yüklə 67,88 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü67,88 Kb.
#9846


 

 



MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, 

parlamentarizmin inkişafının və vətəndaşların seçki 

hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq 

institutunun Bakı filialı  

 

 

 

YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ 

FƏALİYYƏTİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI 

MİLLİ MƏCLİSİNİN ROLU 

 

 

 

Seminarın materialları, 

Bakı, 22 aprel 2014-cü il 

 

 

 

 

Bakı - 2014 


 

 



MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, 

parlamentarizmin inkişafının və vətəndaşların seçki 

hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq 

institutunun Bakı filialı  

 

 

 

 

 

 

YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ 

FƏALİYYƏTİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI 

MİLLİ MƏCLİSİNİN ROLU 

 

 

 

 

 

 

 

 

Seminarın materialları, 

Bakı, 22 aprel 2014-cü il 

 

 

 

 

 

 

Bakı - 2014 


 

 



MÜNDƏRİCAT 

 

Giriş……………………………………………..……… 





Elman İmaməliyev 

 Yerli  özünüidarəetmə  institutunun  yaranmasının  qısa 

tarixi………………………………………………............ 



Arif Rəhimzadə  

Onbeşillik astanasında....................................…………… 

10 


Rafael Qafarov  

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətini 

tənzimləyən normativ sənədlər...........................………… 

13 


Bəyalı Ataşov  

Yerli özünüidarəetmə orqanlarının idarəedilməsi............  

25 

Sübhan Namazov  

Azərbaycan 

Respublikasında  yerli  özünüidarəetmə 

orqanlarının inkişaf mərhələləri..............................…........ 

28 

Teymur Muradov  

Milli  Məclisin  regional  məsələlər  üzrə  komitəsinin  Yerli 

özünüidarəetmə orqanlarının fəaliyyətində rolu................. 

34 


Fazil Abbasov  

Bələdiyyələrin özünüidarəetmə sistemi.............................. 

43 

Samir Muradov  

Yerli  vergi  və  ödənişlər  bələdiyyələrin  maliyyəsinin 

əsasını təşkil edir.....................…………...……………..... 

51 


Rəmzi Yusifov  

Ölkədə bələdiyyələrin fəaliyyətinə dair statistik 

göstəricilər........................................................................... 

55 


Nərmin Mahmudova  

Yerli  özünüidarəetmə  orqanlarının  fəaliyyətində  Milli 

Məclisin və Ədliyyə Nazirliyinin qarşılıqlı fəaliyyəti........ 

66 


Vüsalə Nağıyeva  

Yerli özünüidarəetmədə beynəlxalq təcrübə....................... 

69 



 

 



Giriş 

 

Müstəqil  Dövlətlər  Birliyinin  iştirakçısı  olan  dövlətlərin 

Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamen-

tarizmin  inkişafının  və  vətəndaşların  seçki  hüquqlarına  riayət 

olunmasının  monitorinqi  Beynəlxalq  institutunun  Bakı  filialı 

təsdiq olunmuş plana uyğun olaraq Azərbaycanda yerli özünü-

idarəetmə  sahəsində  görülən  işləri  daha  dərindən  öyrənmək 

üçün  bu  sahədə  geniş  elmi  –  tədqiqat  işi  həyata  keçirmişdir. 

Dörd  ay  ərzində  aparılan  araşdırma  gedişində  Azərbaycanda 

Bələdiyyə institutunun yaranmasının qısa tarixi, Milli Məclisin 

Regional  məsələlər  üzrə  komitəsinin  bu  sahədə  rolu,  bələdiy-

yələrin  fəaliyyətində  Milli  Məclisin  və  Ədliyyə  Nazirliyinin 

qarşılıqlı  fəaliyyəti,  bu  sahəni  tənzimləyən  normativ  sənədlər 

araşdırılaraq öyrənilmişdir.  

Tədqiqat  işi  nəticəsində  əldə  olunmuş  materialların 

müvafiq  sahəyə  aidiyyatı  olan  tərəflə  bölüşülməsi  məqsədilə 

Bələdiyyə  idarəetməsi  üzrə  ekspertlərin,  AR  Milli  Məclisinin, 

müxtəlif  QHT-lərin  nümayəndələrinin,  gənclərin,  həmçinin 

MDB  PAA  DİMBİ  Bakı  filialının  əməkdaşlarının  iştirak 

etdikləri seminar keçirilmişdir.  

 

 

 

 

 

 

 

 

 



 

 



 

 

 

 

 

 

 

 

Elman İmaməliyev 

MDB PAA DİMBİ Bakı filialının direktoru

t.e. fəlsəfə doktoru  

 

Hörmətli qonaqlar, müəllim və tələbə heyəti, sizi ilk öncə 

salamlayıram  və  bu  tədbirdə  iştirak  etdiyiniz  üçün  təşəkkür 

edirəm.  Bildiyiniz  kimi  Azərbaycan  Respublikasında  yerli 

özünüidarəetməni bələdiyyələr həyata keçirir. Ölkəmizdə bələ-

diyyələrin yaranması, formalaşması və hüquqi bazası Ümummilli 

lider  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Bələdiyyələrin  hüquqi 

statusunun  qanun  çərçivəsində  müəyyənləşdirilməsi  ilk  dəfə 

olaraq  məhz  Ümummilli  lider  Heydər  Əliyevin  fəaliyyəti 

dövründə  –  12  noyabr  1995-ci  ildə  qəbul  edilən  Azərbaycan 

Respublikasının  Konstitusiyasında  öz  əksini  tapdı.  Dövlətçilik 

tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 

1999-cu  ilin  dekabrında  ilk  bələdiyyə  seçkilərinin  keçirilməsi 

ilə  bu  institut  formalaşmağa  başladı  -  bələdiyyələrin  hüquqi 

bazasını formalaşdıran normativ aktlar qəbul edilməyə başladı. 

Bu  aktlarda  bələdiyyələrin  bir  qurum  olaraq  hüquqi  statusları-

nın müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və 

digər məqamlar öz əksini tapdı.  




 

 



Respublikada  yerli  özünüidarəetmə  sisteminin  hüquqi 

bazasının  yaradılması  Milli  Məclisin  işinin  tərkib  hissəsi  ol-

muş, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə 

edən mühüm qanunlar işlənib hazırlanmış və qəbul edilmişdir. 

Bu  qanunlar,  hüquqi-normativ  aktlar,  əsasnamələr  bələdiyyə 

həyatının bütün sahələrini əhatə edir. 

Qanunvericilikdə  yerli  özünüidarəetmənin  çox  mühüm 

məsələləri -  yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, 

yerli  vergi  və  ödənişlərin  müəyyən  edilməsi,  yerli  sosial  mü-

dafiə,  yerli  iqtisadi,  ekoloji  proqramların  işlənib  hazırlanması 

və  reallaşdırılması,  mülkiyyət  münasibətlərinin  formalaşdırıl-

ması, ərazi məsələləri və s. öz əksini tapmışdır. 

Azərbaycanda  bələdiyyələr  müstəqil  fəaliyyət  göstərən 

orqan olsalar da, ancaq onlara verilmiş bu müstəqillik bələdiy-

yələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qal-

ması  demək  deyil.  Bələdiyyələr  ölkədə  vətəndaş  cəmiyyətinin 

bir  forması  olmaqla  dövlət  və  cəmiyyət  qarşısında  məsuliyyət 

daşıyırlar.  Onlar  yerli  əhəmiyyətli  sosial-iqtisadi  məsələlərin 

həllinə bilavasitə cavabdehdirlər. 

Yerli  özünüidarəetməyə  Seçkilər.  Yerli  ozünüidarə-

etmənin  həyata  keçirilməsinin  mühüm  formalarından  biri  də 

bələdiyyə  seçkiləridir.  Seçkilər  xalqın  öz  iradə  bildirməsinin 

daha  kütləvi  formasıdır.  Yerli  özünüidarəetmə  orqanları  seç-

kilər vasitəsilə yaradılır. Bu zaman yerli özünüidarəetməyə rəh-

bərlik  edən  şəxslər  öz  səlahiyyətlərini  seçkilər  yolu  ilə  bila-

vasitə  əhalidən  alırlar.  Seçkilər  həm  də  yerli  özünüidarəetmə 

orqanlarının fəaliyyətinin əhali tərəfindən qiymətləndirilməsinə 

və  istiqamətləndirilməsinə,  vaxtı  çatmış  problemlərin  aşkara 

çıxarılıb həll olunması üçün tədbirlər görülməsinə imkan verir, 

əhalinin  sosial  fəallığının  artmasına  kömək  edir.  Yerli  özünü-



 

 



idarəetmənin  həyata  keçirilmə  forması  kimi  seçkilər,  demək 

olar ki, bütün demokratik dövlətlərdə geniş tətbiq olunur. Res-

publikamızda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas 

hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul 

olunmuş  “Bələdiyyələrə  seçkilərin  qaydaları  haqqında”  Azər-

baycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan 

Respublikasının Seçki Məcəlləsi təşkil etmişdir. 

Bələdiyyə seçkiləri 5 ildən bir ümumi, bərabər və birbaşa 

seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə 

keçirilir. Siyasi partiyaların, siyasi partiya bloklarının da bələ-

diyyə  seçkilərində  iştirakı  qanunvericiliklə  müəyyən  olun-

muşdur. 


Azərbaycan Respublikasında bələdiyyələrə seçkilərin ha-

zırlanmasını  və  keçirilməsini  əsasən  Mərkəzi  Seçki  Komissi-

yası, dairə seçki komissiyaları və məntəqə seçki  komissiyaları 

təmin edirlər.  

Müstəqil  Azərbaycan  Respublikasında  1999,  2004  və 

2009-cu illərdə bələdiyyə seçkiləri keçirilmişdir.  

Azərbaycan  Respublikasında  ilk  bələdiyyə  seçkiləri  12 

dekabr  1999-cu  ildə  keçirilmişdir.  Bu  seçkilərdə  74  dairə  və 

4683  məntəqə  seçki  komissiyası  yaradılmışdır.  Seçkilərin  təş-

kili  ilə  90,5  min  insan  məşğul  olmuşdur.  Ədliyyə  Nazirliyi 

tərəfindən qeydiyyatdan keçən bir sıra partiyalar bu seçkilərdə 

aktiv  iştirak  etmişlər.  Məntəqə  seçki  komissiyalarının  tərkibi 

18% və 30%, uyğun olaraq siyasi partiyaların və ictimai təşki-

latların nümayəndələrindən tərtib edilmişdi. Məntəqə seçki ko-

missiyalarına 21 siyasi partiyanın 5 mindən çox namizədi daxil 

edilmişdir. 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min in-

san  qeydiyyata  alınmışdı.  Səsvermədə  4.312.265  ölkə  seçi-

cilərindən 52,6% iştirak  etdi. Seçkilər nəticəsində  20456 bələ-



 

 



diyyə  üzvü  seçildi.  Bəzi  dairələrdə  seçkilərin  nəticələri  seçi-

cilərin fəallığının zəifliyinə və  ya qanunvericilik pozuntularına 

görə ləğv olundu. 

26 mart 2000-ci ildə 26 seçki dairəsində 75 bələdiyyəyə 

təkrar seçkilər – 74 bələdiyyəyə 566 üzv seçildi. 



25  iyun  2000-ci  ildə  Bakı  şəhəri  Nərimanov  rayon 

bələdiyyəsinə təkrar seçkilər keçirildi. 



2  noyabr  2002-ci  ildə  bir  neçə  bələdiyyələrə  seçkilər 

keçirildi.  Bu  seçkilərin  keçirilməsi  bəzi  bələdiyyələrin 

birləşməşi,  ləğv  edilməsi  ilə  bağlı  idi.  Seçkilər  963  seçki 

məntəqəsində keçirildi.  



17  dekabr  2004-cu  ildə  növbəti  bələdiyyə  seçkiləri  ke-

çirildi.  Bu  seçkilər  dövründə  4.551.346  insan  səsvermə  hüqu-

quna malik idi. Bunlardan bələdiyyə seçkilərində 2 milyon 109 

min 267 nəfər – 46,34% səs verdi. Bələdiyyə seçkilərində 2731 

bələdiyyədə  21613 vakansiyaya 38041 qeydə  alınmış  namizəd 

seçildi. Bələdiyyələrdə çox yeri hakim partiya olan Yeni Azər-

baycan Partiyasının nümayəndələri aldı. 

2009-cu  ilin  dekabrında  keçirilmiş  növbəti  bələdiyyə 

seçkilərində fərqli xüsusiyyətlər müşahidə edildi. Belə ki, əksər 

ərazilərdə  bələdiyyələrin  “iriləşdirilməsi”  prosesi  baş  verdi, 

yeni  bələdiyyə  bölgüsü  “sovet”  dönəmindəki  yerli  ərazi  inzi-

bati vahidlərin miqyasına yaxınlaşdırıldı. Bunun nəticəsində bir 

neçə kənd bələdiyyə şurası sədrinin və onun aparatının maliyyə 

məsrəflərinin  əvəzində  yalnız  ümumiləşdirilmiş  bələdiyyə 

şurasının sədri və aparatının maliyyə məsrəfi saxlandı. 



2009-cu il bələdiyyə seçkilərində 31 minə yaxın namizəd 

1718 bələdiyyə üzrə 15 min 682 yer uğrunda mübarizə apardı. 

Namizədlərin  16  min  755-i  siyasi  partiyaların  siyahıları  üzrə, 

14  min  73-ü  fərdi  qaydada,  147  nəfəri  isə  təşəbbüs  qrupları 




 

 



tərəfindən irəli sürüldü. Seçkilərdə 1 milyon 466 min 734 seçi-

ci  səs  verdi.  Bu,  ümumi  seçicilərin  32,04  faizini  təşkil  et-

di. Bələdiyyə üzvü seçilmiş namizədlərin sayı 15 591 nəfər təş-

kil etdi. 

Növbəti bələdiyyə seçkiləri 2014-cü ildə keçiriləcək. Bə-

lədiyyələrin təşkilindən sonrakı dövrdə qanun yaradıcılığı işləri 

dayandırılmamışdır.  2000-ci  ildən  etibarən  bir  sıra  qanunlar, 

Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları qəbul edil-

mişdir. Respublikamızda yeni cəmiyyət quruculuğu prosesində 

1995-ci  ildən  etibarən  bələdiyyələrin  nəzəri  və  praktiki 

əsaslarını  qurmaq  istiqamətində  Milli  Məclis  tərəfindən  ciddi 

işlər aparılmışdır. Respublikamızın parlament tarixində ilk dəfə 

olaraq  formalaşdırılmış  Yerli  özünüidarəetmə  və  regional 

məsələlər  üzrə  daimi  komissiya  bələdiyyələrə  aid  çoxsaylı 

qanunlar  paketi  hazırlamış,  “Bələdiyyələrin  nümunəvi 

Nizamnaməsi”,  “Bələdiyyə  qulluğu  haqqında”,  “Bələdiyyə 

mülkiyyətinə  əmlakın  verilməsi  haqqında”,  “Bələdiyyələrin 

maliyyəsinin  əsasları  haqqında”,  “Bələdiyyə  üzvünün  statusu 

haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” və 

s. qanunlar qəbul edilmiş, Azərbaycan Respublikasının Torpaq, 

Su,  Seçki,  Vergilər,  İnzibati  Xətalar,  Mülki  və  s.  məcəllərinə 

bələdiyyələrlə bağlı müvafiq müddəalar daxil edilmişdir.  

Diqqətinizə görə minnətdaram. 



 

 

10 



 

Arif Rəhimzadə 

Milli Məclisin regional məsələlər  

üzrə Komitəsinin sədri 

 

2014-cü  ilin  dekabr  ayında  Azərbaycan  Respublikasının 

yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilməsinin 15 

ili  tamam  olur.  Bu  müddət  ərzində  bələdiyyələr,  həmçinin 

respublika  ictimaiyyəti  bələdiyyələrin  əhəmiyyətini  dərk  et-

məkdən,  bizim  həyatımızda  onların  rolu  və  yerindən,  ölkənin 

inkişafı üçün konkret töhfə verməsinə kimi böyük bir yol keç-

mişlər. Baxmayaraq ki, cəmiyyət onların fəaliyyətini birmənalı 

qiymətləndirmir, yerli özünüidarəetmə orqanlarının Azərbaycan-

da  hüquqi  demokratik  dövlət  yaradılmasında,  ölkədə  iqtisa-

diyyatın və sosial həyatın dinamik inkişafında, dayanıqlı ictimai-

siyasi şəraitdə müsbət rolu barəsində tam əsasla danışmaq olar.  

Respublikada  yerli  özünüidarəetmə  orqanlarının  forma-

laşması məsələlərini, bələdiyyələrin hüquq və vəzifələrini, gəlir 

mənbələrini,  onların  fəaliyyətinin  bütün  sahələrini  nizamlayan 

qanunverici baza yaradılmışdır. 

Bizim  qanunvericiliyə  görə  yerli  özünüidarəetmə  orqan-

ları  istənilən  sayda  əhali  və  istənilən  yaşayış  məntəqəsi  sahə-

sində  yaradıla  bilər.  Bu  ümumilikdə  demokratik  norma  olaraq 

bələdiyyələrin effektiv fəaliyyətinə müəyyən təhlükələri özündə 




 

 

11 



gizlədir.  Ötən  illərin  təcrübəsi  göstərdi  ki,  belə  vəziyyətdə 

məhdud  sayda  əhalisi,  torpaq  sahəsi  və  digər  resursları  olan 

çoxsaylı  bələdiyyələr  yaranır.  Onlar  dolğun  büdcələr  formalaş-

dıra və yerli problemlərin həlli üzrə lazımi işi təşkil edə bilmir, 

seçicilərin  etimadını  doğrultmur,  çox  hallarda  isə  yerli 

özünüidarə ideyasının özünü etibardan salırlar. Belə ki, 1999 və 

2004-cü  il  seçkilərindən  sonra  təxminən  45  faiz  bələdiyyələrin 

əhalisinin sayı min nəfərdən çox deyildi. Onlar arasında bir çox 

bələdiyyələrin əhalisinin sayı hətta 500 nəfərə də çatmırdı.  

2009-cu il seçkiləri öncəsi cəmiyyət belə bir qənaətə gəldi 

ki, azsaylı bələdiyyələri birləşdirmək yolu ilə iriləşdirmək lazım-

dır.  1600-dən  çox  yerli  özünüidarəetmə  orqanları  seçicilərin 

ümumi yığıncaqlarında birləşmək istəklərini bildirmiş və 29 may 

2009-cu  il  tarixli  müvafiq  qanunverici  aktla  onların  bazası 

əsasında  1716  bələdiyyə  yaradılmışdır.  Bələdiyyələrin  ümumi 

sayı 37,7 faiz, əhalisinin sayı min nəfərədək olan bələdiyyələrin 

xüsusi çəkisi 45 faizdən 12,7 faizədək azaldı. İriləşdirilmiş yerli 

özünüidarəetmə orqanlarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə 

yaxşılaşdı.  Bələdiyyələrin  birləşdirilməsi  prosesi  davam  edir. 

Artıq,  respublikanın  21  rayonundan  204  bələdiyyə  birləşmək 

istəklərini  bildirmişlər.  2014-cü  il  seçkilərinə  kimi  azsaylı 

bələdiyyələrin sayı əhəmiyyətli dərəcədə azaldılacaqdır. 

Bələdiyyə  qurumlarının  intellektual  potensialı  və  resurs-

larının  konsolidasiyası  həmçinin  bələdiyyə  strukturlarının  ya-

ranması yolu ilə həyata keçirilir.  

Beynəlxalq əməkdaşlıqda, qanunverici və digər təşəbbüs-

lərin  təqdimi  və  formalaşmasında,  bələdiyyələrin  fəaliyyət 

məsələlərinin həllində yerli özünüidarəetmə orqanlarının səylə-

rini birləşdirən şəhər, kənd və qəsəbə bələdiyyə assosiasiyaları 

2006-cı ildən yaranmış və uğurla fəaliyyət göstərirlər. 




 

 

12 



Regional məsələlər komitəsində və Milli Məclisin plenar 

iclasında  bələdiyyələrin fəaliyyətinə  inzibati  nəzarətin  həyata 

keçirilməsi üzrə  Ədliyyə  Nazirliyi  Mərkəzinin  illik  məruzəsi 

müzakirə olunur. Baxmayaraq ki, nazirlikdən fərqli olaraq ko-

mitə  inzibati  nəzarəti  daha  geniş  planda  gözdən  keçirir,  məru-

zənin  müzakirəsi  istər  bələdiyyələrin  fəaliyyətində,  istərsə  də 

nazirlik  tərəfindən  nəzarətin  özünün  həyata  keçirilməsində 

çatışmazlıqları,  özünüidarəetmə  orqanlarının  hüquqlarının 

məhdudlaşdırılması faktlarını aşkara çıxara bilir, mövcud çatış-

mazlıqların aradan qaldırılması üçün tədbirlər görür. 

Müasir  Azərbaycan  dövlətinin  qurucusu  və  ideoloqu 

Heydər  Əliyev,  yerli  özünüidarəetmə  haqqında  danışarkən,  bu 

strukturun  bizim  ölkəmizdə  demokratik  proseslərin  vacib  his-

səsi, vacib istiqaməti olduğunu xüsusi qeyd edirdi. Özünüidarə-

etmənin səlahiyyətli, müstəqil orqanları demokratiyanın inkişaf 

şərti  və  eyni  zamanda  dövlətin  idarə  edilməsində  vətəndaşlar 

üçün imkanlar yaradılmasının göstəricisidir.  

Azərbaycan  Prezidenti  İlham  Əliyev  tərəfindən  ölkənin 

demokratik,  sosial-iqtisadi  inkişafı  üzrə  aparılan  ardıcıl,  məq-

sədyönlü iş bələdiyyələrin inkişafı, yerlərdə onların demokratik 

prinsiplərin  daşıyıcısı  kimi  təsdiqi  üçün  lazımi  şərait 

yaradılması vətəndaş cəmiyyətinin vacib elementidir. 

Ümid  edirəm  ki,  MDB  PAA  Demokratiyanın,  parla-

mentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına ria-

yət  olunmasının  monitorinqi  Beynəlxalq  institutunun  Bakı 

filialı  tərəfindən  təşkil  olunmuş  seminar  yerli  özünüidarəetmə 

orqanlarının  fəaliyyətində  müsbət  təcrübənin  yayılmasına, 

Azərbaycan Parlamentinin bələdiyyələrlə işində yeni yanaşma-



lar aşkar edilməsinə xidmət edəcəkdir. 

 

Yüklə 67,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə