Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə14/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   10   11   12   13   14   15   16   17   ...   154

53

    Y

ol gedirik

Vətən bütövləşib şadlıq içində...



Dərdi baş götürüb qəlbdən köçündə,

Dillər alışmayır niyə-neçində?

Silinib sinədən əbədi təlaş,

Bu gecəki yuxum çin olaydı kaş!

Günahsız qanlara son qoyulubdu,

Yalanlar, hiylələr lap oyulubdu,

Dünya günahlardan tam yuyulubdu...

Bəxtəvər qocalır hər ömür, hər yaş,

Bu gecəki yuxum çin olaydı kaş!

Bu gecəki yuxum çin olaydı kaş! 



 

24.01.1987

 ŞAD ETDİN KİMİ DÜNYA? 

Haqla dövran eylədin,

Canda cövlan eylədin,

Ömrü viran eylədin,

Hər könlün simi dünya,

Şad etdin kimi dünya?

Ağlatdın can yiyəsin,

Sındırdın an tiyəsin,

Bilmədin şər mayəsin,

Fələyin himi dünya,

Şad etdin kimi dünya?

Diləkdə hiss yaşatdın,

Başda nəfs yaşatdın,

Ürəyi pis yaşatdın,

Uddu kim-kimi dünya?

Şad etdin kimi dünya?

Ağılda üsyan etdin,

Damladan leysan etdin,

Bədənlə ehsan etdin,

Vaxtın həkimi dünya,

Şad etdin kimi dünya?

Şadimanı sorma gəl,

Ürəyini yorma gəl,

Canla ara vurma gəl,

Rəbbin tilsimi dünya, 

Şad etdin kimi dünya? 



 

14.07.2005


54

Şirin x

anım Kərimbə

yli Şadiman



TA MA ŞA DÜN YA 

Ki mi nə şi rin di, ki mi nə acı,

Ki mi nin ba şın da şan-şöh rət ta cı,

Mən hus ölü mü nə tap maz əla cı,

Bən zər qa na dıy la bir qu şa dün ya,

Ha mı ya bir seyr, ta ma şa dün ya.

Heç kəs dən va rı nı həs lə mə di ki,

Əbə di kim sə ni bəs lə mə di ki,

Ge də ni ge ri yə səs lə mə di ki,

Sul tan tək çə kil di hey ba şa dün ya,

Ha mı ya bir seyr, ta ma şa dün ya.

Ağ la yan göz lər dən ya şı qo partdı, 

Uca sa ray lar dan da şı qo partdı,

Əz ra yıl əliy lə ca nı apardı...

Bə lən di qat ba qat daş-qa şa dün ya,

Ha mı ya bir seyr, ta ma şa dün ya.

Şa hı gə da et di, gə da nı sa şah,

Na lə siz, sa vaş sız gəl mə di sa bah,

Bə şə rin kök sün dən qo pan fə qan, ah,

Dön dü bə bək lər də qan-ya şa dün ya,

Ha mı ya bir seyr, ta ma şa dün ya.

Mə zar lar üs tün də mə zar ya rat dı,

Ca va nı, qo ca nı mə za ra at dı,

Ölən lə əbə di qə bir də yat dı...

Dön dü mü ürə yin de da şa, dün ya?

Ha mı ya bir seyr, ta ma şa dün ya.

Kim sə nin ha lı nı sor ma dı ki, heç,

Atı nı yol lar da yor ma dı ki, heç,

Bir yer də əbə di dur ma dı ki, heç,

Doy ma dı bax maq dan göz-qa şa dün ya,

Ha mı ya bir seyr, ta ma şa dün ya.

Bo ya dı min rən gə göz də ki ya şı,

Da şı dı tor bay la tor pa ğı, da şı, 

Ömür lük ol ma dı dos tu, sir da şı,

Qa lıb ta ley  ilə baş-ba şa dün ya,

Ha mı ya bir seyr, ta ma şa dün ya.

Kim sə ni özün dən in ci dən de yil,

Nə də ki, bi zim tək can gü dən de yil,

Özü nü bə şər tək xar edən de yil,




55

    Y

ol gedirik

Vur maz bir gü nü nü boş-ba şa dün ya,



Ha mı ya bir seyr, ta ma şa dün ya.

Ha mı dan uca dır Tan rı qü ru ru,

Tu tub du alə mi gö zü nün nu ru,

Çox do lu bos ta nı ey lə yər uru,

Gə lən lə, ge dən lə, ey qo şa dün ya,

Ha mı ya bir seyr, ta ma şa dün ya.

Yo rar yol la rın da o, Şa di ma nı,

Tu tub əl lə rin də bu şi rin ca nı,

Gə lib-ge də nin he sa bı ha nı?

Do nu nu bü rü yüb qu ma şa dün ya,

Ha mı ya bir seyr, ta ma şa dün ya.

 01.06.2001

 

BU DÜNYA MƏNİMDİ 

Ruhumdan alışan odum, közüm var,

Həyatdan doymayan könlüm, gözüm var,

Hələ deyiləsi çoxlu sözüm var,

Məcnunu olmadım heç boş xülyanın,

Bu dünya mənimdi, mən də dünyanın. 

Ovqatım köklənib xoş məramlara,

Ürəyim yatmayır heç haramlara,

Cığırlar açıram canda kamlara,

Qanadlı quşuyam, sanki hər yanın,

Bu dünya mənimdi, mən də dünyanın. 

Sevda yolçuları canımdan keçir,

Eşqi şəfa təki qanımdan keçir,

Bütün səadətlər anımdan keçir,

Gözüm qonağıdır şirin röyanın,

Bu dünya mənimdi, mən də dünyanın. 

Şadiman qələmi sözə calayır,

İçində gah sevinc, gah qəm ulayır,

Dilin zəhəri də könül bulayır,

İnsan, gün ışığı olsun həyanın,

Bu dünya mənimdi, mən də dünyanın. 

 

16.02.1986

 



56

Şirin x

anım Kərimbə

yli Şadiman



BİLMƏDİN DÜNYA 

Səndə kədər gördüm, səndə qəm gördüm,

Heç məni sevdirə bilmədin, dünya.

Gözdə çəpərlənmiş gizli nəm gördüm,

Könlümü güldürə bilmədin, dünya.

Pünhan alışmağım gecələr nalan,

Dolu dərdlərimi tutmayır palan,

Nə etdim önündə hamısı yalan,

Özümü bildirə bilmədim, dünya.

Mən ki, hər addımda səni səslədim,

İçimdə sevdalı istək bəslədim,

Bütün ağrılardan canı həslədim,

Adımı sildirə bilmədin, dünya.

Batdın tikan təki hər gün gözümə,

Elə qərar verdim yenə dözümə,

Heç gələ bilmədim bir dəm özümə,

Hər addım sevdalar saldın izimə,

Sən məni öldürə bilmədin, dünya.

 

19.05.2013

 

 BU DÜNYA NƏ SƏNƏ, NƏ MƏNƏ QALMAZ 

 

Eşq ilə bəşərin könlünü alar,



Puluyla başlara qələbə çalar,

Köçəndən xatirə bir məzar qalar…

Əbədi heç kəsi qoynuna almaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.

Sevdası şirindi, ömrə bəs etməz,

Sonadək kimsəylə yola da getməz,

Varından bir zərrə heç kimə yetməz,

Gözü qamaşdıran bir parlaq almaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.

Dağların, daşların tarixin açmaz,

Zamantək anlara qoşulub qaçmaz,

Can təki bədəni tərk edib uçmaz,

Ömrün son nəğməsin fələksiz çalmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə