Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə2/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   154

5

    Y

ol gedirik



BÖYÜK YARADANA



 

Ey böyük Yaradan, ey qadir Allah!

Doğulduq…İşlətdik nə qədər günah.

Coşdu içimizdə saysız diləklər,

İblis hiylələrlə doldu ürəklər.

Öncə nizə, qalxan, qılınc yaratdıq,

Ovtək bir-birinin köksünə atdıq.

Əsirlər ötdükcə coşdu ehtiras, 

Vəhşi əlimizlə quruldu min yas.

Bizə Əzrayılla əcəl göndərdin,

Miskin cəsədləri torpağa sərdin.

Böldün bəndələri neçə qisimə,

Sonda məzar qıydın yalnız cisimə.

Anlaya-anlaya öləriyik biz,

Tanrı hüzurunda qatlamadıq diz.

Vəhşitək hey qırdıq biri-birini,

Sən bizdən qorudun haqqın sirrini.

Böyük Yaradanım, səbirlə yerə, 

Hey dinlər göndərdin inansın hərə.

Sonuncu dininsə oldu pak İslam!

Müqəddəs peyğəmbər Mühəmməd-salam.

O gül çöhrəsinə nur bəxş eylədin,

Quranı köksünə Sən nəqş eylədin.

Ərəb səhraları, Məkkə, Mədinə,

Tapındı rəhminə, tapındı dinə. 

İslamın işığı dünyanı tutdu,

Diz çöküb səcdənə, özün unutdu.

Fəqət, parçalandı cahanda dinlər,

İnsan da bu sitəm içində inlər…

Xaçpərəst, müsəlman, yəhudi, yezdi…

Torpaq, su üstündə el-eli əzdi.



6

Şirin x

anım Kərimbə

yli Şadiman

Böyük Yaradanım, töküldü qanlar, 



Məzara gömüldü əcəlsiz canlar.

Sənsə yüksəklikdən baxıb bəndənə,

Saldın ölərləri çox çəndən-çənə.

Qopartdın yerlərin min yol bağrını,

Məzara döşədin acı, ağrını.

Neçə yurd torpağın altında qaldı,

Hökmünlə bəndələr min yol alçaldı.

Gah sellər yaratdın, gahsa zəlzələ,

Qurdun ölərlərə, ey Tanrım, tələ.

Unudub qəzəbi, coşdular yenə,

Bəzən xor baxdılar Haqqa və Dinə. 

Qılınclar gülləylə əvəz olundu,

Tanklarla, toplarla qeyrət alındı.

Basıldı vicdanlar raketlər ilə,

Cahanda hökm etdi iblis və hiylə.

Sənsə qəh-qəh çəkdin ünsüz fələkdən,

Güldün bəndələrə min yol ürəkdən.

İnsanlar dinlərlə fitnə qurdular,

Savaşa yollandı saysız ordular.

Qanlar su yerinə axdı dünyada,

Atdılar namusu, qeyrəti oda,

İsanın, Musanın müqəddəs ruhu,

Böyük Mühəmədin(s) naləsi, ahı.

Qırdı dünyamızı hey qəzəb ilə,

Məzara göndərdi min əzab ilə.

Bizsə unutqanlıq yolunu tutduq,

Allahı, Quranı, Haqqı unutduq.

Özümüzü səndən qüdrətli bildik,

Sildik içimizdən inamı, sildik.

Namus da, qeyrət də qiymətdən düşdü…

Bəndənin ayağı hər dəm sürüşdü.



7

    Y

ol gedirik

Ölüm qapımızda gülləyə döndü,



Söndü evimizin çırağı, söndü.

Böyük Yaradanım, adil hökmünlə,

Döndərdin ağılı, ürəyi külə.

Allahım, ey Tanrım, yuvam-məmləkət,

Başının üstündə qara fəlakət.

Yağı evimizə tökür gülləni,

Qurur torpağıma min bir hiyləni…

Yanır diri-diri ana, bacılar,

Dolaşır yurdumda ağrı-acılar.

Sitəmdən usanmış, könlümüz talan,

Yenə taxtı-tacda oturub yalan.

Hökmüylə namərdi bütə döndərir

Tülkünü quduza, itə döndərir.

Adilim, Kərimim, Haqqım, İlahi,

Qoyma məhkəməsiz naleyi-ahi,

Müqəddəs hökmünlə özün divan qur,

Yalanın, fitnənin sən boynunu vur.

Bir azca işıq ver qaranlıq yurda,

Amandır, quzunu tapşırma qurda.

Hökmü-fərmanınla zülmət nur olsun,

Yetər, içimizə halallıq dolsun.

Böyük Yaradanım, ümidim sənə,

Şahlıq quşu göndər sadiq ölkənə.

Ayılıb binəva millət yuxudan,

Özün qurtar onu qara-qorxudan.

Bu Şadiman sənə sadiq bəndədi,

Özün də görürsən yaman gündədi.

Gəl qoluzorluğu vermə yetənə,

Son qurbanlıq eylə məni Vətənə!

Hazıram, cismimi məzara göndər,

AZƏRBAYCANIMA AZADLIQ GÖNDƏR!!!

 

13.12.1991 




8

Şirin x

anım Kərimbə

yli Şadiman

 



QURANDA ŞAİRLƏR HAQQINDA AYƏ 

Şairlər surəsi şəfəqdi Ayə,

İki yuz iyirmi yeddi ayəbəayə.

***


Quranda şairlər haqqında ayə –

Deyir haqq yolunda düşsəndə vayə,

Əgər salmasalar sözünü sayə,

Zənn etmə gedibdi əməyin zayə,

Ol, düzlük yolunda sağ ikən dayə,

Axsa da göz yaşın, dönsə də çayə,

Yetişər çaldığın qələmin hayə,

Mən sənə vermişəm ilhamı qayə,

Eylə ömrün boyu haqqı himayə!

Əyrini vəsf edən şeytandır, ayə,

Şərdən yoğrulubdu kökündə mayə!

Səvabı, günahı vur günə, ayə,

O haqq dünyan üçün dönəcək sayə.

Yükləmə günahı belinə tayə,

Yüklədin nə qalar səndən dünyayə?!…

Şadiman, dönübdü qəm oxa, yayə,

Haray sal, ahını aləmə yayə!

Saldığın harayın tutar daş-qayə,

Dirikən zavallı, yetiş ah-vayə! 

 

06.12.2006

 

YA RA DA NIM 

Can sə nə bağ lı dır, ey Ya ra da nım,

Əm rin lə öl çü lür də qi qəm, anım.

Bü tün ka ina tı sən ver din bi zə,

Sən işıq ve rir sən ge cə, gün dü zə.

Sən gö yə qal dır dın mə nə viy ya tı,

Sə nin əlin də dir in san hə ya tı.

Aç haq qın üzü nə kor gö zü mü zü,

Ta nı yaq, qı na yaq öz-özü mü zü.

Qay tar bu dün ya nı tan rı yo lu na,

İb lis lər vur ma sın zən cir qo lu na.

Sə nin lə bağ lı dır sə adə ti miz.

Öc alır eş qin dən hə qi qə ti miz.

Sən dən ulu sa yan özün, ey Xa liq,

Yal nız lə nə ti nə ola caq la yiq.

Sə nin işı ğın dır dün ya nı tu tan,

O bö yük rəh min dir biz lə rə ça tan.

Şə rə fə yetirik mər hə mə tin lə,

Dün ya dan kö çü rük biz rəh mə tin lə.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə