Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə4/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   154

13

    Y

ol gedirik

Tale qəndilləri bəxtdə şam kimi,



Hər ömür sonunda bir axşam kimi,

Alçaldır, ucaldır min yol kim-kimi?

Rəbbim, qol qoyduğun hökümlər ulu,

Bizlərsə əbədi Adilin qulu!

Şadiman yaş tökür bu miskin halə,

Ey Rəbb, neçə tale gəldi zavalə,

Zəhərlə doludu əldə piyalə,

Əzrayıl, Cəbrayıl qapıda hər gün,

Birinə yas qurur, birinə dügün. 

 

26.04.1994

 HƏR NƏ VARSA ALLAHDANDI 

Ərşi, kürşü ram eyləyən,

Acılarla kam eyləyən,

Hər ağrını dam eyləyən,

Yamanlıqlar günahdandı,

Hər nə varsa, Allahdandı.

Dizimizi bükən də O,

Gözdən yaşı tökən də O,

Biçən də O, əkən də O,

Bəlanı verən ahdandı, 

Hər nə varsa, Allahdandı.

Zülmətləri işıq edən,

Haqqı qaşıq-qaşıq edən,

Bu dünyanı aşıq edən –

Göyün nuru sabahdandı,

Hər nə varsa, Allahdandı.

 Bu Şadiman Tanrı qulu,

 Gəldi gedər üzüsulu,

 Atdan düşən ömür çulu –

 Əcəl açan silahdandı,

 Hər nə varsa, Allahdandı.

 

14.02.2003



14

Şirin x

anım Kərimbə

yli Şadiman



 



TANRI SAXLASIN 

Hər gözəl çöhrədən, hər gözəl üzdən,

Hər qəlbə ürəyə od salan közdən,

Hər könlü oynadan işvəli sözdən,

 

 

 



Tanrı saxlasın.

Hər addım toxunan hiylə torundan, 

Yağı ocağının düşən qorundan,

Qəlbə qış gətirən dostun qarından,

 

 

 



Tanrı saxlasın.

Ağızlar qapadan şərin dilindən,

Hər cür ehtirasdan, hər cür zülümdən,

Düşmənlər əliylə qəfil ölümdən,

 Tanrı saxlasın.

İnsanı əskildən hər cürə dərddən,

Yurdlar parçalayan sərhəddən, səddən,

Pis gündə kənarə çəkilən mərddən,

  

 

 



Tanrı saxlasın.

Şadiman bəxtinə düşən düyündən,

Ömrü ovsunlayan hər səsdən, ündən,

Qəlbə vay gətirən hər qara gündən,

  

 

 



Tanrı saxlasın.

 

29.04.1990

 DOLAŞIR YERİ-GÖYÜ 

 QƏM-QADALAR 

Dolaşır yeri-göyü qəm-qadalar,

Qoparır ürəkdə min bir nidalar.

Səhərin gözləri qan-yaşlı olub,

Canımız dərd ilə sirdaşlı olub.

İblisə bənzəri var çoxlarının,

Allahlıq iddası toxlarının.

İlahi, çarə elə qəmlərə bir,

Əlində açılmayan hər cürə sirr.

 

07.06.2008



15

    Y

ol gedirik



 



QORU, ALLAHIM 

Sənin tufanın da, küləyin də nur,

Sənin dünya adlı ürəyin də nur,

Göylərdən sütunlu dirəyin də nur,

Bizi izimizdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım.

Sənin dairəndə bu dünya üzük,

Sənə tövbə edib, suç edən bizik,

Sənin atəşinin oduna közük,

Bizi közümüzdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım.

Bizi əyri yoldan əyləyən də sən,

Adəmi imtahan eyləyən də sən,

Nizam tərəzidən söyləyən də sən…

Bizi gözümüzdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım.

İblisi içində bizləyir bəşər,

Haqqı, ədaləti dizləyir bəşər,

Üzünü min rənglə gizləyir bəşər,

Bizi üzümüzdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım. 

Dodaqlar əsirdi Haqq duasına,

Qaytar bu dünyanı öz yuvasına,

Şadiman qul olub söz havasına,

Bizi sözümüzdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım.



 

08.12.1997


16

Şirin x

anım Kərimbə

yli Şadiman



MƏZHƏB ACISINDAN QOP, AY MÜSƏLMAN 



Ya Rəsulum! Şübhəsiz ki, sənin firqə-firqə olub

dinini parçalayanlarla heç bir əlaqən yoxdur.

Onların işi Allaha qalmışdır. Allah sonra

(qiyamətdə) onlara nə etdiklərini xəbər

verəcəkdir!

                               Quran, 6 Surə, 159-ci ayə

Haqqına qurtuluş tap, ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Müsəlman elləri qanlar içində,

Ağrılar taxt qurub canlar içində,

Dilləri hıçqırır niyə-neçində.

Özün bu sitəmdən sap, ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Bizə hava təki birlik gərəksə,

Haqqın varlığına inam dirəksə,

Qurana səcdəyə gələn ürəksə…

Birliyə pak qala yap, ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Allah sevdalılar bir-birin qırır,

Xaça inanclılar bizə tor qurur,

Min bir hiyləsiylə arxadan vurur…

Bizi yerə soxur lap ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Yalnız xilasımız birliyə bağlı,

Hissi yox, qaldıraq ayağa ağlı,

İslam ölkələri lal, qolubağlı,

Aslan ol, şərini qap, ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Məhəmməd də bizim, Əli də bizim,

Qurbanam imana, paklığa özüm,

Türkə, kürdə, farsa, ərəbə çözüm…

Min iman atına çap, ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Baxın, ölkə-ölkə oda düşmüşük,

Sanki bir-birinə qada düşmüşük,

Avropada belə yada düşmüşük?!

Onların sevgisi gop, ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə