Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə5/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   154

17

    Y

ol gedirik

Bizi təkləyərək, dənləyəcəklər,



Bir olub birləşsək, inləyəcəklər,

Bizi də insantək dinləyəcəklər!

Şəri hissə-hissə çap, ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Gör başın üstündə gəzən qadanı,

Burax bir-birinə çürük ədanı,

Birlik ilə başla qəlbə sevdanı,

İltifat qırılan sap, ey müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Bu necə Qurana, imana sevgi?

Rəbbin göndərdiyi fərmana sevgi?

Gəlib qırğınlardan dərmana sevgi,

Olub ayaqlara top, ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Şadiman bu dərdi vərəqə saldı,

Bizim ağlımızı yağılar çaldı,

Qapımız ağzını gəlib şər aldı,

Dərdimiz kağızda çap, ay müsəlman,

Məzhəb acısından qop, ay müsəlman.

Məzhəb acısından qop, ay müsəlman.



 

03.02.2012

 

ALLAH 

Sorulur hər yanda məzlumun qanı,

Dünyada hökm edir min suç, min günah.

Sən öz qüdrətinlə bəndən insanı,

İçi boş başlardan uzaq et, Allah.

Baş kəsən yüzdürsə, baş kəsdirən min,

Oyuncaq edilib hər etiqad, din,

Salınır bəxtlərə gündə yüz düyün,

Hardasan, bircə yol dada yet, Allah.

Ürəklər, diləklər yoxsullanıbdı,

Vicdanlar, qeyrətlər lap qullanıbdı,

Dünyanın belinə qəm çullanıbdı,

Qalx, zülmün evinə bir yol get, Allah.

 

24-25.11.1990 



18

Şirin x

anım Kərimbə

yli Şadiman



DİN ADI ALTINDA BU VƏHŞİLİKLƏR 

Tökülən qanlara bəs deyən yoxdu, 

Dil deyən yalana kəs deyən yoxdu,

Bunlar Yaradana – qəsd, deyən yoxdu,

İnləyər beyinlər, sızlar iliklər,

Din adı altında bu vəhşiliklər.

İlahi bunumu əxz etdi bizə?

Yerisin qan-qırğın, dərd evimizə,

Artır fitnə-feil, boş-boş moizə

Hiylə qəlbə girər, vicdanı təklər,

Din adı altında bu vəhşiliklər.

Dağılır, viranə olur şəhərlər,

Boğazdan yapışıb acı qəhərlər,

Mövhumat kök atar, beyni zəhərlər,

Açar ürəklərdə min bir dəliklər,

Din adı altında bu vəhşiliklər.

Heç kəs ayranına turş deməyir ki,

Axan göz yaşına yaş deməyir ki,

Hissin törətdiyin baş deməyir ki,

Haqqa xain çıxar qəlbi dönüklər,

Din adı altında bu vəhşiliklər.

Dünyanın xilası yalnız elmdə,

İlahi kəlməsi dua bilimdə,

O öz yuvasını qurub könlümdə,

Nadan silahını sinəyə diklər,

Din adı altında bu vəhşiliklər.

Allahın varlığı savada bağlı,

Bəxtiyar o kəsdir işlədir ağlı,

Ehkama uyanlar uydurar nağlı,

İnsanın xilası yalnız biliklər,

Din adı altında bu vəhşiliklər.

Ey din kitablarla qırğınlar salan,

Allah yaradansa, sevərmi talan?!

Bəsdir İlahiyə söylədiz yalan,

Tapdanır namuslar, enir mənliklər,

Din adı altında bu vəhşiliklər.

Müsəlman ölkələr bir-bir dağılır,

Sərvəti talanır, yurdu sağılır,

Köçkünü, qaçqını küncə sıxılır,




19

    Y

ol gedirik

İndi yasxanaya dönüb şənliklər,



Din adı altında bu vəhşiliklər.

Adəmə davamı öyrətdi tanrı, 

Bəlkə şüurlara illətdi tanrı,

Qana susayana alətdi tanrı,

Dünyanı savaşla titrətdi ilklər,

Din adı altında bu vəhşiliklər.

Tükənib dünyada, qalmayıb səbir,

İnsana nə qalır? Bir quru qəbir!...

Şadiman, həllini tapmayır cəbir,

Cavabsız suala dönüb tənliklər,

Din adı altında bu vəhşiliklər.

Din adı altında bu vəhşiliklər.



 

3.08.2015

 UTANIRAM İLAHİ 

İnsan olmaqdan utanıram, İlahi,

Qulaq dələn ah-uflardan yanıram, İlahi.

Su yerinə torpaq suvarır qanlar,

Xarabaya dönür ünvanlar.

Hamımız bir ömür yaşayırıq,

Adam adı daşıyırıq.

Adam da adamı öldürərmi?

Allah verən ömrü gərərmi?

Qanlara, qırğınlara rəng verənlər,

Bu dünyanın işlərini cəng görənlər,

Aləmi qatır bir-birinə,

Başım şişir gedəndə dərinə.

Vəhşi niyyətləri beyinlərdən siləsən bəlkə,

Yıxırıq bir-birimizi düşəndə bərkə.

Ömürlər qırılır yarıda,

Axı dünyada qalır dünyanın varı da.

Bu müsibətləri qanıram, İlahi,

İnsan olmaqdan utanıram, İlahi…

 

22.10.2014

 *** 

Sənə açılıbdı əllər, İlahi,

Sənin hüzuruna gələsiyik biz.

Səni soraqlayır dillər, İlahi,

Günün bir günündə öləsiyik biz.

 

 



15.12.2009


20

Şirin x

anım Kərimbə

yli Şadiman



ƏNCAM ET 

Daş-qənbər ürəklərə,

Ey Tanrım, sərancam et!

Puç olan istəklərə,

Ay Allah, bir əncam et!

Minüzlü sifətlərə,

Hiyləgər niyyətlərə,

O vəhşi silqətlərə,

Ay Allah, bir əncam et!

Axıdılan qanlara, 

Yandırılmış canlara,

Köməksiz insanlara,

Ay Allah, bir əncam et!

Hissi boğmalayırlar,

Haqqı damğalayırlar,

 Eli yağmalayırlar,

Ay Allah, bir əncam et!

Qan ağlayan ellərə,

Ağı deyən dillərə,

Bu bəlalı illərə,

Ay Allah, bir əncam et!

Bu sinəsi daşlara,

Bu üzülmüş başlara,

Bu şəhid olmuşlara,

Ay Allah, bir əncam et! 

Dərddən qovrulanlara,

Ömrü sovrulanlara,

Yanıb qovrulanlara,

Ay Allah, bir əncam et!

Bu fitnə-fəsadlara,

O qana həsadlara,

Ağıldan kəsadlara,

Ay Allah, bir əncam et!

Qandallanmış qollara,

Səd çəkilmiş yollara,

Darda mərd oğullara, 

Ay Allah, bir əncam et!




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə