Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə6/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   154

21

    Y

ol gedirik

Qaralmış gündüzlərə,



Bu ağlayan gözlərə,

Qaysaqlanmış közlərə,

Ay Allah, bir əncam et!

Bu matəmli çağlara,

Bu sinəsi dağlara,

Şirin Xanım ağlara,

Ay Allah, bir əncam et!

 

08.04.1990

NƏ OLA YETİŞƏM SƏNƏ, ALLAHIM 

Gecədən sübhədək səcdələrimlə,

Dualar içində gələr sabahım.

Sinəmdə alışan müjdələrimlə

Nə ola yetişəm sənə, Allahım.

Bu başsız dünyanın qəmini atıb,

Gözdə yuva salan nəmini atıb,

Ah, nalə gətirən dəmini atıb 

Nə ola yetişəm sənə, Allahım.

Ən uca dağların qalxam başına,

Baxam buludların axan yaşına,

Dönüb bircə anda Simurq quşuna,

Nə ola yetişəm sənə, Allahım.

Alışan bağrımın odundan çıxıb,

Adəmin insanlıq adından çıxıb,

Dünyanın biryolluq yadından çıxıb

Nə ola yetişəm sənə, Allahım.

Bəşər dönük olub, İlahi, sənə,

Çoxu səcdədədir yalandan dinə,

Yuxuda olsa da gələm Kəbənə, 

Nə ola yetişəm sənə, Allahım.

Gəlmir bu dünyadan Haqqın qorxusu,

Yoxdu heç Adəmin səndən qorxusu,

Gələ gözlərimə ölüm yuxusu…

Nə ola yetişəm sənə, Allahım. 

 

27.09.1998



22

Şirin x

anım Kərimbə

yli Şadiman



 



EY XUDA

 

 Mum etdin hər sirini,

 Açmadın heç birini,  

 Həm ölü, həm dirini,

 Qoydun qəflət yuxuda,

 Ey Xuda.

 Bizi Məcnun eylədin,

 Eşqə cunun eylədin,

 Təni unun eylədin,

 Sındı dünya oxu da,

 Ey Xuda.

 Hökmündə bəşər ömrü,

 Dilində haqq əmiri,

 Yuğurursan xəmiri,

 Qalıb əldə çoxu da,

 Ey Xuda.

 

 Hər bədən açmış gülün,



 Aləm gözünə tülün,

 Oxur həyat bülbülün,

 Burnu min bir qoxuda, 

 Ey Xuda.

 İtirib bəşər özün,

 Boyayıb şərlə üzün,

 Qapına dizin-dizin… 

 Gələr qara-qorxuda,

 Ey Xuda.  

 Gecəmi şam eylədin,

 Təbimlə kam eylədin,

 Əhdi ilham eylədin,

 Əqlimi tam eylədin,

 Ərşə qaçıb yuxu da,

 Ey Xuda.

 Şadimanı var etdin,

 Canın qəmə zar etdin,

 İlhamıyla yar etdin,

 Bu aləmə car etdin,

 Eşqin könlümə qida,

 Ey Xuda…

 

19.02.2003



23

    Y

ol gedirik



 NİYƏ ŞAİRLƏRİ YARATDIN, ALLAH? 

Dünya ağrısıyla yoğurub məni,

Ruhumu göylərdən qopartdın, Allah.

Ana bətinindən doğurub təni,

Niyə şairləri yaratdın, Allah?

Zamanın acısı sinəyə yağı,

Süzülür ürəkdən dodağa ağı,

Həyat da, dövran da, gün də bayağı,

Niyə şairləri yaratdın, Allah?

Biz Tanrı deyilik boğaq dərdləri,

Yıxaq sərhədləri, qıraq sədləri,

Namərdlər cəngindən alaq mərdləri,

Niyə şairləri yaratdın, Allah?

Ağlayan gözlərdə yaş inilləyir,

Hər şeyi düşünən baş inilləyir,

Torpaq əsir düşür, daş inilləyir,

Niyə şairləri yaratdın, Allah?

Qandallı dillərin sorğusumu var?

Yalan kəlmələrin doğrusumu var?

Fitnənin, fəsadın oğrusumu var?

Niyə şairləri yaratdın, Allah?

Dərdlərdən sinəyə tonqal qalanır,

Haqq şişə çəkilir, manqal qalanır,

Yollara, izlərə qanqal qalanır,

Niyə şairləri yaratdın, Allah?

Milli çəkişmələr, dini bölümlər,

Şahların taxtında sultan zülümlər,

Danışsaq, boğazdan tutar ölümlər,

Niyə şairləri yaratdın, Allah?

Canımıza yağı hər düz sözümüz,

Zindan sinəmizə dustaq özümüz,

Bir yol ölənədək gülmür üzümüz… 

Niyə şairləri yaratdın, Allah?

Madam ki, kəlməmiz boğazda qalır,

Hər dilin üsyanı ağızda qalır,

Hər yazılan misra kağızda qalır…

Niyə şairləri yaratdın, Allah?



 

03.08.1996


24

Şirin x

anım Kərimbə

yli Şadiman



 



DÜNYA

 DÜNYA, SEVİNCDƏN DOLDU YA KƏDƏRDƏN GÖZLƏRİN?

Baxışından min əsrin dərdi-səri tökülür, 

Gündüzünün əliylə min bir zülmət sökülür,

Gözlərinə gecənlə, sanki sürmə çəkilir,

O göz yaşın deyilmi çayların, dənizlərin?

Dünya, sevincdən doldu, ya kədərdən gözlərin? 

İdrakla çarpışmada bu yöndəmsiz duyğular,

Pak sinəndən çəkilməz dərdi-sərlər, qayğılar,

Yenə baş alıb gedir çarpışmalar, sayğılar,

Bu həyat meydanında bükülmədi dizlərin…

Dunya, sevincdən doldu, ya kədərdən gözlərin?

Tamah həddin aşanda ağıl gələr haraya,

Bəzən elə olar ki, ağ deyərlər qaraya,

Çox gəlib-gedən oldu bu bəşəri saraya,

Saxladın hafizəndə gedənlərin izlərin,

Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Əsər çılğın küləklər bağrında sağa, sola,

Min ağrı-acı dolar köksündəki haqq yola, 

Atın çapar sinəndə min-min tale dördnala…

Ömrünü başa vurar şahların, kənizlərin,

Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Başında min bir qovğa, əsirlər yola saldın,

Hər günü ötürəndə bir mərhələ qocaldın,

Namərd əlində enib, mərd əlində ucaldın,

Sinəndə köçün sürdü çirkinin, təmizlərin,

Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

İdrakıının əliylə alim verdi kəşfini,

Tamah düşdü araya hey qıcıtdı dişini, 

Hey döndərdin düz yola zamanın gərdişini,

Naqislər qulağına çatmayanda sözlərin,

Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Şadimanın köksündə tükənməzdir məhəbbət,

Haqsız haqqına çatar gec-tez qoynunda əlbət,

Gül açsın sinən üstə xoş məramlar, xoş niyyət,

Çox-sox « mənəm » dedilər, incitdilər özlərin,

Dünya, sevincdən doldu, ya kədərdən gözlərin? 



 

16-17.03.1986


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə