Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə7/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   2   3   4   5   6   7   8   9   10   ...   154

25

    Y

ol gedirik



 



DÜNYA MƏNƏ TANIŞ GƏLİR 

Qəmi boldu, sevinci az,

Hər payıza bir qış gəlir.

Hər taledə bir dəfə yaz,

Dünya mənə tanış gəlir.

Çiçəyinin arısı bol,

Küpəgirən qarısı bol,

Hər ömürün yarısı yol…

Dünya mənə tanış gəlir. 

Cığırının izi ləkə,

Yerində min bir mərəkə,

Ceyranını qovur təkə,

Dünya mənə tanış gəlir.

Buludların dolan vaxtı,

Külək saçın yolan vaxtı,

Bənövşəsi solan vaxtı,

Dünya mənə tanış gəlir.

Yollarını keçəndə də,

Çeşməsindən içəndə də,

Əzrayıl can biçəndə də,

Dünya mənə tanış gəlir.

Fələk alın yazanda da,

Əl məzarı qazanda da,

Yuxularım azanda da,

Dünya mənə tanış gəlir.

Son, əvvəlin hey təkrarı, 

Əvvəl - axır təkdə yarı,

Rəbb ovcunda bəşər darı…

Dünya mənə tanış gəlir.

Can cisimin içində sirr,

Bu cisimi sirr də kəsir,

Hər öləni yerə həsir,

Dünya mənə tanış gəlir.

Ey Şadiman, adamıyla,

Dərdlə dolu hər damıyla,

Həm fərağı, həm kamıyla,

Dünya mənə tanış gəlir.

Dünya mənə tanış gəlir.



 

10.12.1997


26

Şirin x

anım Kərimbə

yli Şadiman



 



GÖZLƏMƏ 

Naqisdən doğruluq, namərddən düzlük,

Özünü sevəndən peyman gözləmə.

İkiüzlü adamdan saflıq, təmizlik,

Yolundan azandan iman gözləmə.

Çox «mənəm» deyənlər özündən dedi,

Min-min günahsızın başını yedi,

Özgə əməyilə zərxara geydi, 

Əyri əməllərə zaman gözləmə.

Kişilər az gəlib qoca dünyaya,

Qanmazlar qananı verib fənaya,

Çox dil pəhləvanı yetərək «haya»,

Başına ələyər duman, gözləmə.

Özündən razılar tutub dünyanı,

Bir qara qəpiyə satıb dünyanı,

Alovun köksünə atıb dünyanı,

Vicdanı yoxsuldan, aman, gözləmə.

Düzlükdən danışdı çox kələkbazlar,

Ağıl da öyrətdi ağlıdayazlar,

Suyun çirkabına baş vurar qazlar,

 «Düzəm», deyəndən qaç, yaman gözləmə.

Çox, əyri əllərdə söndü min ocaq,

Çox tale, çox ürək oldu oyuncaq,

Dost əli sinənə saplasa bıçaq…

Döz ağrı-acına, dərman gözləmə.

Şirin, sən boşalıb-dolma buludtək,

Bəmdə haray çəkmə, yanıqlı udtək,

Ömrün tufanına döz bir palıdtək…

Yaxşıya baş endir, fərman gözləmə!

 

19.10.1989

 

BU QƏR BƏ BƏRƏKƏLLAH 

 

Köm pü te rin əsi ri,



Ro bot la rın qə si ri,

San ki yox du kə si ri,

Rö ya dı, Al lah, Al lah,

Bu Qər bə bə rə kal lah.




27

    Y

ol gedirik

Ürə yi qı şın bu zu,



Öl kə lər əl də qu zu.

Nə par laq dı ul du zu?

Qan tö kür, say mır gü nah,

Bu Qər bə bə rə kal lah.

Yal nız dil də bir lə şir,

Get dik cə se hir lə şir,

Be-em-te-si sir lə şir,

ATƏT-lə me hir lə şir,

Sa vaş do ğur hər sa bah,

Bu Qər bə bə rə kal lah.

Ürə yi ro bot olub,

Min bir yer dən çat olub,

Hiy lə si min qat olub,

Dün ya ba ta bat olub,

Nə ve ci nə na lə-ah,

Bu Qər bə bə rə kal lah.

 

Ca han qey lü qal la şır,



Ağa lar cı ğal la şır,

Bə zi xalqlar bal la şır,

Yar dım la rı yal la şır...

Ətək lər dən sal la şır,

Ac lar sanır qib lə gah,

Bu Qər bə bə rə kal lah.

Şe ri də ro bot la şır,

Sey ri də ro bot la şır,

Xey ri də ro bot la şır,

Dün ya ne cə qat la şır?

Öz-özü nə yad la şır

Söz lə ri ça lır gah-gah,

Bu Qər bə bə rə kal lah.

Fır la dır Yer kür rə sin,

Gös tə rir fil nə rə sin,

Təy ya rə sin, bə rə sin

Ro bot edib ma şal lah,

Bu Qər bə bə rə kal lah.

Ağa olub ha mı na,

Çə kir haq qı ka mı na,

Çı xır gö yün da mı na,

Daş atır ada mı na,

Sa lır mə rə kə, val lah,

Bu Qər bə bə rə kal lah.

 



28

Şirin x

anım Kərimbə

yli Şadiman

Alə mi qa rış dı rır,



Ha mı nın vu ruş du rur,

Din lə ri ya rış dı rır,

Dol la rı sı rış dı rır,

Olub dün ya da Al lah,

Bu Qər bə bə rə kal lah.

Svi li za si ya de yə rək,

Özü nü hey öyə rək,

Tə rə zi ni əyə rək,

Ba şı mı za dö yə rək,

Əzir ha mın in şal lah,

Bu Qər bə bə rə kal lah.

Yad səyyarədən gə lib,

Ay rı he yət dən gə lib,

Han sı qüd rət dən gə lib?

Baş aç maq ol mur bil lah,

Bu Qər bə bə rə kal lah.

Bu Qər bə bə rə kal lah.

 

31.10.2001

.

  

Sİ YA SƏT Dİ, Sİ YA SƏT 

Ca han da hey mə rə kə,

Ev-ev gə zir sək sə kə,

Qeyzlə nir hər öl kə,

Qır ğın lar alır vüsət,

Si ya sət di, si ya sət.

Nə qə dər ölüm qa da,

Sa kit lik yox dün ya da,

Ge dir vic dan lar ba da,

İn di ən yax şı sə nət,

Si ya sət di, si ya sət.

 

Din lər əl də oyun caq



Sön dü rü lür çox ocaq,

Qan için də hər bu caq,

Ar tır il bə il zil lət,

Si ya sət di, si ya sət.

Hö küm dar lar dil lə şir,

İman la kin əl lə şir,

Axan qan lar sel lə şir,

Dü şür ara ya hə şir,

Ya lan çı hör mət, iz zət,

Si ya sət di, si ya sət.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə