Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə9/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   5   6   7   8   9   10   11   12   ...   154

34

Şirin x

anım Kərimbə

yli Şadiman



 



QARA FİKİRLƏR OLMASA... 

Qara fikirlər olmasa...

Heç ürəklərə dolmasa,

Ağıla zəfər çalmasa,

Adamlar olar silahsız, 

Dünya sayılar günahsız.

Gəlməsə başdan sorağı,

Sönməsə haqqın çırağı,

Paslanar qırğın yarağı,

Qalar gecəsi sabahsız,

Dünya sayılar günahsız.

Qara fikirlər dağılsa,

Şərin evinə yığılsa,

Haqqını qucan ağılsa,

Özünü görməz Allahsız,

Dünya sayılar günahsız.

Körpə gözləri güləndə,

Aləm sevincə gələndə,

Şər pisliyindən öləndə,

Ömürdən keçər gün ahsız,

Dünya sayılar günahsız. 

 

22.04.2011

 

KÖRPƏ GÜLÜŞÜ 

Tağına şeh dəymiş qönçəyə bənzər,

Canlara dərmandı körpə gülüşü.

Könüllər oxşayan baxışları tər,

Hər evə loğmandı körpə gülüşü.

Hiylədən uzaqdı o pak çöhrələr,

Hələ lap fidandı zərif pöhrələr,

Unutsan dünyanı qəmlə qəhr elər,

Ahıyla yamandı körpə gülüşü.

Kiçik varlığıdı bəşərin o da,

Atılsa, tuş olar atan fəryada,

Bizdən sonra qalır hələ dünyada,

Gələcək zamandı körpə gülüşü.



35

    Y

ol gedirik

İlahi, hökm edən yalanlara de,



Dünyanı fitnəyə salanlara de,

Savaşda günahı olanlara de,

Bəşərə ümmandı körpə gülüşü.

İnsan başdan-başa feilsə, qansa,

Bir körpə qurğuşun odunda yansa,

O pak təbəssümü dodaqda donsa…

O zaman divandı körpə gülüşü.

 

25.04.1997

 ƏLƏMİN ÖMÜRÜ ZAMANDAN UZUN 

Ələmin ömürü zamandan uzun, 

Onu talelərə yazan kim oldu?

Çoxu qəmlə dolu bəxt yolumuzun,

Bu yolda yorulub azan kim oldu?

Hər günün acısı ürəyə zəhər,

Yapışar boğazdan ikəlli qəhər,

Qəlb dərdə düşəndə qəm verər bəhər,

Ona öz könlünü qızan kim oldu?

Bədəndən ayrılıb uçduqca hər can,

Dondu damarlarda dövran edən qan,

Ölüm ayağında şirin ikən an…

Bir çarə arayıb, yozan kim oldu?

Hər insan dünyanın bir gülüstanı,

Payızı yetəndə solar bostanı,

Bütöv bir bəşərin ömür dastanı

Qaldı sinələrdə, ozan kim oldu?

Bəşər bir-birinə yağıdır nədən?

Torpaq, ölənlərlə dolukən mədən,

Köçəndə bir parça yerindi bədən,

Ona gec məzarı qazan kim oldu?

Şadiman fələyin önündə sail,

O qoyduğu yola gedənlər qail,

Verdiyi əmrə Əzrayıl nail…

Onun fərmanı pozan kim oldu?

 

20-21.10.1998



36

Şirin x

anım Kərimbə

yli Şadiman



YA LAN DÜN YA



 

 Şəh ri ya rın «Ya lan dün ya» şe‘rinə nəzirə

 

Nəş ə ye yib kə dər qus dun, 

Hər ad dım da haq qı pus dun,

Şər önün də sən də sus dun

Hər şe yə kor olan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Ağ la ma yan bir göz ha nı?

Hey yan dır dın tən də ca nı,

Ha çan olar haqq di va nı?

Boş ye rə saç yo lan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Al bə şər dən ca nı bir yol,

Sə va bı az, gü na hı bol,

Ha ra ge dir söy lə bu yol?...

Sa vaş lar da so lan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Əl lə ri ni yu ma qan la,

Ba ca rır san haq qı an la,

Kə dər il lə, se vinc an la,

Hər ad dı mı ta lan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Əza bı na tu tu şan biz,

Qəm lə ri nə qa tı şan biz,

Sə nin lə hey atı şan biz,

Zur na sın boş ça lan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Göy lə ri ni qə min sa ğır,

Qəlb da mı na kə dər ya ğır,

Yü kün sən dən min qat ağır,

Da lın da çul, pa lan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Sax la ma heç o gö də ni,

Doy dur ma dı tən mə də ni,

Can dan alıb hər bə də ni...

Boş mə za ra sa lan dün ya!

«Ya lan dün ya, ya lan dün ya».




37

    Y

ol gedirik

Di li nin hər əm ri be lə...



Çıx maz sə si-səm ri be lə,

Bu beş gün lük öm rü be lə

Əli miz dən alan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Sol du ne cə gül bə dən lər,

Əz ra yıl hər tə ni dən lər,

Doy ma dı ki, heç ge dən lər?

Özü so na qa lan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Hə yat gü lün dər mə dim ki,

Qə min qo lun gər mə dim ki,

Mən ki, heç gün gör mə dim ki,

Əza bıy la ka lan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Ana sın dan ba la al dın,

Qə bi ri nə nə tez sal dın?

Gu ya ki, sən zə fər çal dın,

Sə nin ki, yox ba lan, dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Əz ra yıl dan nə yin əs kik?

Çox dam, sa ray yı xıq, sö kük,

Hü nə rin var bir yu va tik,

Va rın mı heç da lan dün ya?

«Ya lan dün ya, ya lan dün ya».

Çox zir və də olan tax tı,

Tə pə sin dən ye rə çax dı,

Tə bim ki mi co şan vax tı,

Xə yal la ra da lan dün ya,

«Ya lan dün ya, ya lan dün ya».

Atı nı şər evi nə çap,

Haq qı onun əlin dən qap,

Ya bir cə yol sə adət tap,

Ya od la ra qa lan dün ya!

«Ya lan dün ya, ya lan dün ya».

Şa di ma nın əsir özü,

Tu tu lan da qəm dən üzü,

Bu lud tə ki ağ lar gö zü,

Kön lüm ki mi do lan dün ya!...

«Ya lan dün ya, ya lan dünya». 

 22-23/01.2000



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə