Kitaba maddi və mənəvi dəstək göstərdiyinə görə
həyat yoldaşım Əli Abdulla Əli oğluna minnətdaram.
Redaktoru və Korrektoru: Əli Abdulla
Tərtibatçı: Əli Abdulla
Şirin Xanım Kərimbəyli Şadiman
YOL GEDİRİK
Bakı, Qanun Nəşriyyatı, 2018, 596 səh., 500 tiraj
Çapa imzalanmışdır: 16.01.2018
Şirin xanım Kərimbəyli Şadiman Azərbaycan ədəbiyyatında öz dəsti
xətti olan sənətkarlardan biridir. Onun yaradacılığı təkcə Vətən
məhdudiyyətində qalmır. O, öz ürəklər fəth edən yaradıcılığı ilə çoxdan
Azərbaycan sərhədləlrini aşıb. Dünyanın harasında bir ağrı-acı varsa,
Şirin xanımın ilhamlı qələmi orda olur və o ağrıları nəzmə çəkir. Şair
istər şeiriyyəti, istərsə də publisist düşüncələri ilə oxucu ürəyini riqqətə
gətirən sənətkardır. Nəşriyyatımız adından müəllifə yeni-yeni yaradıclıqlıq
zirvələri arzulayırıq.
ISBN 978-9952-36-471-2
© Qanun Nəşriyyatı, 2018
© Şirin Xanım Kərimbəyli Şadiman, 2018
www.shirinxanim-shadiman.net
3
Y
ol gedirik
•
YOL GEDİRƏM – HAQQA YETİM
Yeni çapdan çıxacaq kitabıma yazacağım fikirlərin başlığını yol
gedirəmlə başlamağım söz gəlişi ifadə deyil. İnsan doğulan gündən dünya-
sını dəyişənə qədər yol gedir. Bu Yaradanın ona bəxş etdiyi ömür yoludur.
Təsadüfü deyil ki, kitabın adı da 03.02.1992- ci il tarixində yazılmış «Yol
gedirik» adlı şerimin adından götürülmüşdür. «Yol gedirik» adlı kitabın çap
olunmasıyla bağlı verdiyimiz qərar nədən qaynaqlanır?! Bax bu məqsədin
isbatına ehtiyac duyduğum üçün istəyirəm bunu yetərincə açıqlayım. Bu
vaxta qədər çap olunmuş geniş həcimli kitablarımdan yığılan seçmələrin
seçməsi bu topluda öz əksini tapmışdır. Yəni yaradıcılığıma maraq
göstərən geniş oxucu kütləsi, sözə dəyər verən insanlar bu kitab vasitəsi
ilə asanlıqla mənim bu illər ərzində yazdıqlarımın nəbzini tuta biləcəklər.
Bu həm ədəbi tənqiddə bu yerə qədər yazdıqlarım haqqında öz fikrlərini
demiş və demək istəyən söz adamlarının yazacaqlarına kömək vasitəsi,
həm də poeziyasevər insanların mütaliyəsi üçün ərmağan olacaq. Çox
saylı kitabların arasından müxtəlif məzmunlu şeirləri arayıb axtarıb tapmaq
günlərlə, aylarla vaxt aparır. «Yol gedirik» kitabı bütün bu məsələlərə çıraq
tutmaq üçün meydana gəldi.
Düzdü, bir müəllif olaraq bilirəm ki, yaradıcı insan üçün yaratdıqlarının
hamısı doğma, hamısı əzizdir. O, gözlərinin nurunu vərəqlər üstə səpələyir.
Yaxşı mənada yaradılan nə olursa olsun ağılın və təfəkkürün məhsuludur.
Hər biri yazan adamın ruhundan doğur, bir bala kimi ona vazkeçilməz olur,
amma bir həqiqət də var ki, istər oxucu, istərsə tədqiqatçı müəllifin çoxsaylı
kitablarını axtarıb aramaq peşində olmur. Ümid edirəm ki, bu kitabın hazır-
lanıb çapa verilməsi ədəbi ictimayyətə və oxucu əhlinə ümumi yaradıcılı-
ğım üçün dəyərli ünvan olacaq. Sözün ovqatına köklənib bütün ağrı-acıları,
dünyada, cəmiyyətdə baş verən haqlı və haqsız olayları nəzm diliylə izhar
etmək o qədər də asan başa gələsi məsələ deyil, yaradıcı insanın ruhu
çeşmə təki qaynamasa o heç bir hadisəyə, faciyəyə bədii sözün qüdrəti
ilə yanaşa bilməz, onda da olsun nəzm, şerin möcüzəli dili…O dili açmaq,
o dillə pıçıllaşmaq hər qələm sahibinin də bacardığı iş deyil. Əgər bu yerə
qədər yazdıqlarımla oxucu ürəyinə yol tapmışamsa, Allahıma min şükür…
Əslində «Yol gedirik» kitabı həyat yoldaşım Əli Abdullanın ideyası-
dır. Bu yerə qədər çapdan çıxan kitablarıma maddi və mənəvi cəfakeşlik
etməkdən usanmayan, mənəviyyata inkaredilməz dəyər verən bu insanın
aylarla çəkdiyi əziyyətlər hesabına kitab artıq çap ərəfəsindədir.
Kitabda şerin hər janrında yazılmış maraqlı nümunələr toplanmışdır.
Nəzmin heca, əruz, sərbəst şeir növləri ilə cilanmış səhifələrlə bərabər
nəzm hekayələr, rəvayətlər, dramlar, dördlüklər, rubailər, bayatılar, yanğı-
lar, ikiliklər, deyimlər, məsəllər topluda özünə yer almışdır.
4
Şirin x
anım Kərimbə
yli Şadiman
•
Bu kitabda sıralanmış bölgələr əvvəlki çapdan çıxan kitabların bölgə
adlarıyla eynidir.
Nəzm hekayələr bölməsində «Tağayım», «Ağı dastan», «Burdan bir
atlı keçdi», «Dükan adamın hekayəsi», «Quzey elin güney elə məktubu»,
«Xocalı soyqırımı» adlı mənzum əsərlər var.
Rəvayətlər bölməsində «Qismət Allahdandı», «Üç qisimdə olan insan»,
« Qazi və zina qadının hekayəti», «Ruzisinə asi olan kişinin rəvayəti»,
«Ana leyləyin hekayəsi» sıralanıb.
Dramlar bölməsində isə «Kahada ölüm hökmü» və « Sevgi vara satıl-
maz» özünə yer alıb.
Kiçik həcmli şeir növlərinə dördlüklər, rübailər, bayatılar, yanğılar,
ikiliklər, deyimlər, məsəllər göstərmək olar.
Bu kitabda təkcə publisistik əsərlər yoxdur. Beləliklə kitab kimin əlinə
düşsə müəllifin ümumi yaradıcılığı barədə müfəssəl məlumat ala biləcək.
Bu baxımdan kitabın içindəkilərin toplanıb araya-ərsəyə gəlməsi əvəzsiz
zəhmətin bəhrəsidir. Bu zəhməti çəkən Əli Abdullaya xüsusi minnətdarlıq
düşür.
Ruhumdan qopub gələn fərəhli və qəmli duyğularımın beşiyi olan,
illərin eniş-yoxuşunu içində daşdıran «Yol gedirik» kitabı bu vaxta qədər
çapdan çıxmış on yeddi çox səhvəli kitabların içindən seçilib yığılmış top-
ludur. Bu topluyla tanış olan hər bir kəs bədii yaradıcılığımın aşıb-daşan
təbii çalarlarıyla bəhrələnəcək. Mən də bir müəllif olaraq oxucunu bədii
ovqatıma kökləyə bilmişəmsə, demək yazdıqlarımla doğulduğum Vətənə,
onun ədəbiyyatına hansısa töhfə verməyi bacarmışam. Bəli biz, doğulan
gündən ölənə qədər yol gedirik. Bu yolun enişi, yoxuşu olur. İnsan özüylə
çarpışa-çarpışa, döyüşə-döyüşə ömrünü başa vurur. Öz ağılı, düşüncəsi
sayəsində uğurları, uğursuzluqları olur. Bir yaradıcı insan kimi mən özü-
mü uğursuz müəllif saymıram. İnanıram ki, yazdıqlarım zamanın ələyindən
keçəcək və zaman rəfində özünün dəyərli yerini tutacaqdır.
Sözə , bədii yaradıcılığa qiymət verənlər, üz tutanlar sizlərə isə ünvan-
lamaq istəyirəm ki, bu kitabla tanış olmaq heç də pis olmazdı. Pis odur ki,
müəllifin yaradıcılığıyla tanış olmamış onun haqqında fikir söyləsinlər. Hər
birimizə sağlıq dolu günlər diləyirəm.
Müəllif.
07.09.2017.