“Yol hərəkəti haqqında“ qanun



Yüklə 0,57 Mb.
səhifə1/10
tarix26.11.2017
ölçüsü0,57 Mb.
#12919
  1   2   3   4   5   6   7   8   9   10

Yol hərəkəti haqqında“ qanun

FƏSİL I
Maddə 1. Əsas anlayışlar

Maddə 2. Qanunun təyinatı

Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik

Maddə 4. Yol hərəkəti sahəsində dövlətin vəzifələri

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri

FƏSİL II
Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca və əsas istiqamətləri

Maddə 8. Yol hərəkətinin təşkil zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

Maddə 9. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi yenidən qurulması və təmiri

zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi



Maddə 10. Avtomobil yollarının saxlanması və abadlaşdırılması zamanı yol hərəkəti

təhlükəsizliyinin təmin edilməsi.



Maddə 11. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti

təhlükəsizliyinin təmin edilməsi.



Maddə 12. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

Maddə 13. Küçələrin, meydanların və ya dəmiryol keçidlərin tikilməsi, saxlanılması və

istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi.



Maddə 14. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması

Maddə 15. Yol hərəkətinin nizama alınması

Maddə 16. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılmasının

təşkili


Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün

lazımı əmək şəraitinin yaradılması



Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi

Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı

Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin

təşkili


Maddə 21. Ətraf mühitin mühafizəsi

Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları

Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlər

Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəriciləri

Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət ucotu sistemi

Maddə 26. Layihə və elmi işlərin aparılması
FƏSİL III
Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı

Maddə 28. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi

Maddə 29. Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı

Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan

keçirilməsi



Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması

Maddə 32. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası

FƏSİL IV
Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ

Maddə 34. Sürücülük vəsiqəsi

Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi

FƏSİL V
Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri

Maddə 38. Velosipedçinin vəzifələri

Maddə 39. Mal-qara ötürənlərin vəzifələri

Maddə 40. Piyadanın vəzifələri

Maddə 41. Sərnişinin vəzifələri

Maddə 42. Hərəkətə başlama, manevr etmə

Maddə 43. Avtomagistrallarda hərəkət

Maddə 44. Dəmiryol keçidlərində hərəkət

Maddə 45. Yaşayış zonalarında hərəkət

Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər

Maddə 47. At arabalarının sürülməsi və mal-qaranın ötürülməsi

Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar

digər sürücülərin vəzifələri



Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi

Maddə 50. Hərəkət sürəti və nəqliyyat arasında ara məsafəsi

Maddə 51. Ötmə və qarşılıqlı keçmə

Maddə 52. Dayanma və durma

Maddə 53. Parklanma

Maddə 54. Payada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması

Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması

Maddə 56. Adamların daşınması

Maddə 57. Yüklərin daşınması

Maddə 58. Nizamlayıcının siqnalları

Maddə 59. Svetoforun siqnalları

Maddə 60. Svetoforun və Nizamlayıcının siqnallarının yerinə yetirilməsi

Maddə 61. Yol nişanları

Maddə 62. Xəbərdarlıq nişanları

Maddə 63. Üstünlük nişanları

Maddə 64. Qadağan nişanları

Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları

Maddə 66. Məlumatverici-göstərici nişanları

Maddə 67. Servis nişanları

Maddə 68. Əlavə məlumat nişanları

Maddə 69. Yolun nişanlanması

Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması

Maddə 71. Yol işlərində istifadə olunan işarələr

Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları

Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq

cihazlarından istifadə edilməsi



Maddə 74. Xüsusi siqnalların tətbiqi

Maddə 75. Yolayrıcılarının keçilməsi

Maddə 76. Nizamlanan yolayrıcıları

Maddə 77. Nizamlanmayan yolayrıcıları

Maddə 78. Sürmə təlimi

FƏSİL VI
Maddə 79.

Maddə 80.

Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət

Maddə 82.

FƏSİL VII
Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi

Maddə 84. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan

Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri



Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan

Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri



FƏSİL VIII

Maddə 86. Beynəlxalq aktların hüquqi qüvvəsi

Maddə 87. Qanunun qüvvəyə minməsi


Əlavə

Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı



FƏSİL I

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

  1. yol hərəkəti - xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur;

  2. yol hərəkətinin təşkili - nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sür'ətini tə'min etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir;

  3. yol hərəkətinin təhlükəsizliyi - yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir;

  4. beynəlxalq yol hərəkəti - bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir;

  5. avtomobil yolu - yol hərəkəti qaydalarına, dövlət standartlarına
    və digər normativ - hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur;

  6. avtomagistral - nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki:

    • həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti tə'yinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz;

    • ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallardan başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolagın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur;

    • dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;

  7. yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər);

  8. yol çiyini - yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, "yol çiyini" digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır;

  9. baş yol - kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir);

  10. piyada keçidi - yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur;

  11. yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir;

  12. nizamlanan yolayrıcı - hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır;

  13. nizamlanmayan yolayrıcı - nizamlayıcının olmadıgı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır;

  14. ayırıcı zolaq - yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin, piyadaların hərəkəti və ya dayanması üçün nəzərdə tutulmayan hissəsidir;

  15. hərəkət zolağı - yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır;

  16. səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir;

  17. nəqliyyat vasitəsi - yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür);

  18. mexaniki nəqliyyat vasitəsi - asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir;

  19. avtomobil - yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir);

  20. operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, tə'cili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi  avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təhciz edilmiş avtomobillərdir;

  21. qoşqu - mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir;

  22. yarımqoşqu - avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur;

  23. uzun ölçülü nəqliyyat vasitəsi -uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir;

  24. özügedən maşınlar - tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir;

  25. təkərli traktor - yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və konstruksiyasına görə, maksimum sür'əti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsidir;

  26. motosiklet - mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (tam ləvazimatlı vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan üç və dörd təkərli mexaniki nəqliyyat vasitələri
    də motosikletlərə bərabər tutulur);

  27. moped - iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sür'əti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər, motosiklet və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur);

  28. velosiped - əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir;

  29. nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir;

  30. məcburi dayanma - texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır;

  31. nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi
    durmuş hesab edilir;

  32. parklanma - nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış, müvafiq qaydada işarələnmiş yerdə durmasıdır;

  33. yol hərəkəti iştirakçısı - hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol
    keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir;

  34. sürücü - hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil tə'limatçısı da sürücüyə bərabər tutulur;

  35. sərnişin - nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir;

  36. piyada - nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur);

  37. velosipedçi - əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxsdir;

  38. mal-qara ötürən - mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir;

  39. ötmə - qarşı hərəkət zolağına (hərəkət hissəsinin qarşı tərəfinə) çıxmaq və əvvəlki zolağa (hərəkət hissəsinin əvvəlki tərəfinə) qayıtmaq üsulu ilə bir və ya bir neçə nəqliyyat vasitəsini keçməkdir;

  40. üstünlük - nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur;

  41. yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sür'əti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;

  42. məhdudiyyətli görünmə - duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsidir;

  43. yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat
    vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir.

Maddə 2. Qanunun tə'yinatı

          Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.



Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik

          Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.



Maddə 4. Yol hərəkəti sahəsində dövlətin vəzifələri

 

  Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:



  1. dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti, habelə yol hərəkəti standartlarını müəyyən etmək və onları həyata keçirmək;

  2. yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin tə'min edilməsi, ətraf mühitinmühafizəsi, yol hərəkəti qaydalarının, habelə onların pozulmasına görə məs'uliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ-hüquqi aktlar qəbul etmək, onların icrasını həyata keçirmək;

  3. yol hərəkətinin inkişafının və təhlükəsizliyinin tə'min edilməsinə dair ölkə və onun inzibati ərazi vahidləri üzrə proqramları və planları qəbul etmək, onların icrası üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini tə'min etmək;

  4. yol hərəkətinin inkişafına və təhlükəsizliyinə dair proqramları və planları, avtomobil yolları şəbəkəsinin saxlanılması və inkişaf etdirilməsi, yollarda təhlükəsiz hərəkətin, habelə yol hərəkətinə dair ekoloji tələblərin tə'min edilməsi sahəsində həyata keçirilən tədbirləri dövlət yol fondundan və dövlət büdcəsindən maliyyələşdirmək;

  5. yol hərəkətinin təşkili üzrə ixtisaslaşdırılmış xidmətləri təşkil etmək, o cümlədən texniki vasitələrin və avtomatlaşdırılmış sistemlərin qurulmasını və istifadəsini, qəza-xilasetmə işləri görülən və kütləvi tədbirlər keçirilən yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təhlükəsizliyini tə'min etmək;

  6. avtomobil yollarının tikintisinə, yenidən qurulmasına, tə'mirinə, saxlanılmasına və mühafizəsinə dair, habelə Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyasına və texniki vəziyyətinə dair vahid tələbləri müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;

  7. avtomobil yollarının tə'miri və saxlanılması ilə bağlı fəaliyyətin, yol hərəkətinin təhlükəsizliyinə tə'sir göstərən digər növ fəaliyyətin həyata keçirilməsi, nəqliyyat vasitələrinin tə'miri və istismarı, daxili və beynəlxalq sərnişin və yük daşımaları, təhlükəli yüklərin daşınması qaydasını müəyyən etmək;

  8. nəqliyyat vasitəsinin qeydiyyat şahədətnaməsinin, dövlət qeydiyyat nişanının və sürücülük vəsiqəsinin nümunələrini müəyyən etmək;

  9. ekoloji təhlükəsizlik tələblərinə əməl etməklə, yol hərəkəti iştirakçılarının ehtiyaclarının tə'min olunması məqsədilə avtomobil yollarının saxlanılmasını, tə'mirini, yenidən qurulmasını və tikintisini təşkil etmək və onların həyata keçirilməsinə nəzarət etmək, yolların qəza təhlükəli sahələrini aradan qaldırmaq;

  10. yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olaraq dövlət yollarında texniki xidmət sahələri təşkil etmək;

  11. yol hərəkəti iştirakçılarının tibbi tə'minatını, o cümlədən yolnəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardımın göstərilməsini təşkil etmək;

  12. sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına razılıq vermək, onların fəaliyyətinə nəzarət etmək, nəzəri və təcrübi imtahanlar qəbul etmək, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu aparmaq;

  13. əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsini və yol hərəkəti təhlükəsizliyinin təbligi işini təşkil etmək, yol hərəkəti təhlükəsizliyi sahəsində bu Qanunla müəyyən olunmuş tələblərə hüquqi və fiziki şəxslər tərəfindən əməl olunmasını tə'min etmək;

  14. yaşayış məntəqələrinin baş planlarına, müfəssəl planlaşdırılması və tikintisi layihələrinə, kompleks nəqliyyat sxemlərinə və yol hərəkətinin təşkili sxemlərinə uyğun olaraq rayon (şəhər) ərazilərində yol hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemlərini təşkil etmək;

  15. pullu duracaqlarda, qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydasını müəyyən etmək;

  16. yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək;

  17. yol hərəkət təhlükəsizliyini tə'min etmək və ya hərəkət şəraitini yaxşılaşdırmaq məqsədilə, yollarda tə'mir-tikinti işləri aparılarkən, zəruri olduqda, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ümumi istifadədə olan nəqliyyatın müntəzəm hərəkəti marşrutlarının açılması qaydasını müəyyən etmək və onun həyata keçirilməsini təşkil etmək;

  18. nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, dövri texniki baxışları həyata keçirmək, konstruksi yası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək;

  19. nəqliyyat vasitələrinin  konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək;

  20. Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair müvafiq rəylər vermək, onların sınaqlarında iştirak etmək, bu tələblərə cavab verməyən nümunələrin (mə'mulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar vermək;

  21. nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, girov müqaviləsinin qeydiyyata alınması barədə şəhadətnaməni, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək;

  22. yollarda nəqliyyatın və piyadaların təhlükəsiz, səmərəli və rahat hərəkətini təşkil etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müqavilələr əsasında nəqliyyat vasitələrinin müşayiətini təşkil etmək;

  23. yol hərəkətinə nəzarət funksiyalarını yerinə yetirmək məqsədilə stasionar postların siyahısını və dislokasiyasını müəyyənləşdirmək və təşkil etmək, bu postları texniki vasitələrlə, habelə binalarla, nəqliyyat və rabitə vasitələri ilə, yol-nəqliyyat hadisələrində zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün tibbi ləvazimatla və dava-dərmanla tə'min etmək, insanın adi həyati ehtiyaclarının ödənilməsi üçün lazımi şəraitlə tə'min etmək;

  24. yol nişanlarının və göstəricilərinin quraşdarılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin, xüsusi məhsulların (sürücülük vəsiqələrinin  blanklarının,  nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla tə'min etmək;

  25. hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, yol-nəqliyyat hadisələri ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət işləri üzrə təhqiqatın aparılmasını və inzibati işlər üzrə icraatın həyata keçirməsini təşkil etmək;

  26. zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılmasını və sahibsiz qalmış əmlakın mühafizəsini, habelə qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, yol-nəqliyyat hadisəsi yerlərindən qaçıb gizlənmiş yol hərəkəti iştirakçılarının axtarılmasının iştirakını tə'min etmək;

  27. yol-nəqliyyat hadisələrinin, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş vətəndaşların, yol hərəkəti qaydaları pozuntularının, bununla əlaqədar görülmüş tədbirlərin uçotunu aparmaq;

  28. hərəkət üçün ayrılmış yollara nəzarət etmək, hərəkət sür'ətinin məhdudlaşdırıldığı zonaları müəyyənləşdirmək, orada müvafiq yol nişanları qurmaq, habelə təhlükəli yüklərin daşınmasını və nəqliyyat dəstələrinin şəhərlərdən və digər yaşayış məntəqələrindən keçməsini təşkil və tə'min etmək;

  29. bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə