“Yol hərəkəti haqqında“ qanun


Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi



Yüklə 0,57 Mb.
səhifə9/10
tarix26.11.2017
ölçüsü0,57 Mb.
#12919
1   2   3   4   5   6   7   8   9   10

Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi

  1.           Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq köstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər.

  1.           Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat vasitələrinin sürücülərini sür'əti azaltmaq və yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir.

  1.            Sutkanın qaranlıq vaxtı tunellərdə və məhdudiyyətli görünmə şəraitində hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır:

  1.           təhcizatından asılı olaraq nəqliyyat vasitələrində - faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları;

  2.           qoşqularda - qabarit işıqları.

  1.            Uzaq işıq yaxın işığa:

  1.           yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə;

  2.           sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalmışsa;

  3.          yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolagını dəyişmədən sür'əti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır;

  4.           irəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə, ötməzdən əvvəl qısa müddətə faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq siqnalı vermək olar.

  1.           Faranın yaxın işıqları sutkanın işıqlı vaxtında:

  1. motosiklet, moped;

  2.           uşaq dəstələri daşıyan avtobus və mikroavtobus;

  3.           mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələri;

  4.           digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələri;

  5.           təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələri;

  6.           xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən isə, hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə duman faraları da yandırılmalıdır.

  Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər:

    • məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə;

    • sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və ya uzaq işıqları ilə birlikdə.

  1.           Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza siqnalı və sıradan çıxmış nəqliyyat vasitələri və onların yedəyə alınması işarəsi ilə nişanlanmalıdır.

  1.           Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və ya dumana qarşı fənərlər yandırıla bilər.

  Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər:

    • işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə;

    • yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda;

    • akkumulyatorla təhciz olunmamış motosikletlər yaşayış məntəqəsində yolun hərəkət hissəsinin qırağında saxlandıqda;

    • yaşayış məntəqələrində hərəkət gərginliyi az olan küçələrdə.

  1.           Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər.

  1.           Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır.

  1.           "Avtoqatar" tanınma nişanlı avtoqatar hərəkət edərkən, sutkanın qaranlıq vaxtı isə, həm də məhdud görünmə şəraitində, bundan əlavə, dayandığı və ya durduğu müddətdə yanmalıdır.

  1.           Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:

  1. yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;

  2. yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.

  1.            Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı - faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq işığ keçirməkdən ibarətdir.

Maddə 74. Xüsusi siqnalların tətbiqi

  1.           Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxa bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır.

  1.           Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər.

  1. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları yolun hərəkət hissəsini boşaldaraq idarə etdikləri nəqliyyat vasitəsini dayandırmalıdırlar.

  1.           Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə gücü dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır.

  1.           Narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitələrinin sürücüləri yolda tikinti, tə'mir və ya təmizlik işləri görərkən hərəkət təhlükəsizliyini tə'min etmək şərtilə, yol nişanlarının və nişanlama xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücülər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və ya sarı rəngli işartılı məşəl, hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar etməyə xidmət edir.

  1.           Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir.

  1.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sür'əti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təhciz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məs'uliyyət daşıyırlar.

Maddə 75. Yolayrıcılarının keçilməsi

  1.           Saga və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

  1.           Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmaga məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadagandır.

  1.           Hərəkətin növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir.

  1.           Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıclarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər.

Maddə 76. Nizamlanan yolayrıcıları

  1.           Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və saga gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.

  1.           Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

  1.           Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

  1.           Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır.

  1.           Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir.

Maddə 77. Nizamlanmayan yolayrıcları

  1.           Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir.

  1.           Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar.

  1.           Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sagdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir.

  1.           Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya saga hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.

  1.           Əgər sürücü yolun örtüyünün olub-olmadığını tə'yin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır.

Maddə 78. Sürmə tə'limi

  1.           Nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin tə'lim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir.

  1.           Yollarda sürmə tə'liminə yalnız tə'lim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir.

  1.           Sürmə tə'limi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini sürmə tə'limi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqə olmalıdır.

  1.           Sürmə tə'limi keçirilən mexaniki nəqliyyat vasitəsi "Tə'lim nəqliyyat vasitəsi" tanınma nişanı ilə işarələnməli və sürmə tə'limi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təhciz olunmalıdır.

  1.           Siyahısı müəyyən edilmiş qaydada e'lan olunan yollarda sürmə tə'limi qadağandır.

FƏSİL VI

Maddə 79.

30 dekabr 2003-cü il tarixli qanunla Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 79-cu Maddəsi çıxarılmışdır.



Maddə 80.

30 dekabr 2003-cü il tarixli qanunla Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 80-ci Maddəsi çıxarılmışdır.



Maddə 81. Yol hərəkəti qaydalarını pozmaga görə məs'uliyyət

          Bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məs'uliyyət daşıyırlar.



Maddə 82.

30 dekabr 2003-cü il tarixli qanunla Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 82-ci Maddəsi çıxarılmışdır.



FƏSİL VII

Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin tə'min edilməsində nəzarətin həyata keçirilməsi

  1.           Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər.

  1.           Yollarda hərəkət təhlükəsizliyinin tə'min edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir.

  1.           Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü tə'sir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir.

Maddə 84. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri

  Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri aşağıdakılardır:

  1.           bu Qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək;

  2.           yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları üçün müəyyən edilmiş müvafiq formalı geyimdə olmaq;

  3.           xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, eləcə də inzibati cərimənin yerində ödənilməsi barədə qəbz blanklarını) özündə saxlamaq;

  4.           yol hərəkəti iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etmək, onlarla münasibətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməmək;

  5.           yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutuldugunu onlara bildirmək, habelə inzibati məs'uliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək;

  6.           tərəfindən aşkar edilmiş yol hərəkəti qaydalarının bütün pozuntularını qeyd etmək, onların dəqiq uçotunu aparmaq və bu barədə tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxslərinə raportla mə'ruzə etmək;

  7.           nəzarət etdiyi yol sahəsində yol hərəkəti təhlükəsizliyinin tə'min edilməsi üçün lazımi tədbirlər görmək;

  8.           cinayət törətmiş şəxsləri təqib etmək, tutub saxlamaq və müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına təhvil vermək (bu mümkün olmadığı halda, tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqibi təşkil etmək təklifi ilə müraciət etmək).

Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri

          Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı:



  1.           Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir;

  2.           qaydanı pozan və ya nəqliyyat vasitəsini idarə edən şəxslərdən, onların sənədlərini yoxlamaq məqsədi ilə fit və ya jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə dayanmağı tələb edir;

 Qeyd: Bu tələb sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi və dövlət qeydiyyat nişanı göstərilməklə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə dərhal radiocihaz vasitəsilə mə'lumat və bundan sonra yazılı formada raport verilməlidir. Nəqliyyat vasitəsinin təqib olunması yalnız onu idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhəli olunması haqqında dəqiq mə'lumat olduqda həyata keçirilə bilər.

  1.           nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanunun 37-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi tələb edir;

Qeyd: Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Baş Nazirinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz.

  1.           nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmamışdırsa, ona hərəkəti davam etməyə icazə verir;

  2.           Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləci ilə cərimə müəyyən edilmiş pozuntulardan hər hansı birini və ya bir neçəsini törətmiş şəxs ona qarşı tətbiq edilən inzibati tənbehlə razıdırsa və cəriməni pozuntu baş verdiyi yerində ödəmək imkanına malikdirsə, həmin pozuntuya görə cərimə edir və bu barədə qaydanı pozana, kötüyündə ona qol çəkdirməklə ciddi hesabat sənədi olan və nömrə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarına verilən blank üzrə doldurulmuş qəbz verir;

  Qeyd: Nəqliyyat vasitəsinin sahibi müəyyən edilmiş hərəkət sür'ətinin həddini saatda 10 kilometrdən çox aşdıqda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən sür'ətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparılmalıdır (əgər nəqliyyat vasitəsinin sahibi müəyyən edilmiş hərəkət sür'ətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məs'uliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sür'ətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raport nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərilməlidir.

  1.           aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati protokol tərtib edir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir);

  Qeyd: Yol hərəkəti qaydalarının pozuntusu haqqında inzibati protokol həmin pozuntu və qaydanı pozan şəxs barəsində mə'lumatları əks etdirən əsas sənəddir. Protokol xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına ciddi hesabatla verilən blank şəklində tərtib edilir. Protokolda baş vermiş pozuntunun xarakteri konkret olaraq Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləcinin hansı maddəsində nəzərdə tutulması, qaydanı pozan şəxs barəsində mə'lumatlar, pozuntunun aşkar edilməsində istifadə olunmuş texniki nəzarət etmə vasitələri və onların göstəriciləri qeyd olunur. Yol hərəkəti qaydalarının pozulması nəticəsində maddi zərər vurulmuşdursa və ya bədənə yüngül xəsarət yetirilmişdirsə, bu hallar inzibati protokolda mütləq öz əksini tapmalıdır. Protokolda, həmçinin qaydanı pozmuş şəxsin qeydləri üçün ayrılan yerdə onun qısa izahatı yazılır inzibati məs'uliyyətə cəlb edilən şəxsin hüquq və vəzifələrinin ona e'lan edilməsi barədə müddəa göstərilir. Protokol tərtib edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı və qaydanı pozan şəxs tərəfindən imzalanır və inzibati xəta haqqında inzibati icraatın həyata keçirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Nəqliyyat vasitəsinin sahibi yol hərəkəti qaydasını pozmuşdursa, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı həmin şəxsin sürücülük vəsiqəsini götürüb haqqında tərtib edilmiş inzibati protokola əlavə edir. Bu halda eyni zamanda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən qaydanı pozan şəxsə bir ay müddətinə sürücülük vasiqəsini əvəz edən xüsusi hazırlanmış və nömrə üzrə  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarına ciddi hesabat blankı olan müvəqqəti icazə vərəqi verilməlidir.

  1.           qaydanı pozan şəxs yol-nəqliyyat hadisəsi yerini tərk etmişsə, bu haqda şahidlər barədə mə'lumatları göstərməklə raport tərtib edir və onu tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqdim edir;

  2.           şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü tə'sir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir;

  Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir.

  1.           dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, habelə həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda; nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda (saxta və ya qeyri standart olduqda); dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi onu idarə edən şəxs tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; dayandırılmış nəqliyyat vasitəsi Azərbaycan Respublikasında bu Qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə; dayandırılmış nəqliyyat vasitəsi alkoqol, narkotik vasitələr və ya güclü tə'sir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda, nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılır və göstərilən səbəblər aradan götürülənədək müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracaqlarında saxlanılması üçün nəqliyyat vasitələrini müəyyən edilmiş qaydada oraya göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati protokola əlavə edilir, sur'əti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir);

  Qeyd: 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

          3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir.

          Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya pozuntuya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur.

          Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.



  1.           Bu Qanunun 52-ci maddəsinin dördüncü və altıncı hissələrində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsini müəyyən edilmiş qaydada müvəqqəti olaraq saxlanılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir;

  Qeyd: Nəqliyyat vasitəsinin sahibi inzibati pozuntuya görə müəyyən edilmiş cəriməni verdikdən və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına nəqliyyat vasitəsinin gətirilməsi və onun orada saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödədikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır.

          Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.



  1.           Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu yol hərəkəti qaydalarını pozduğu haqda, ümumi qaydada inzibati protokol tərtib edir (bu maddənin 9-cu bəndində nəzərdə tutulmuş hallar varsa, hərbi hissənin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal mə'lumat verir);

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə