Yol hərəkəti qaydaları Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait Müəllif: Ərəstun Məcidov Buraxılış


Yol hərəkəti qaydalarının yaranma tarixi



Yüklə 166,43 Kb.
səhifə2/7
tarix26.11.2017
ölçüsü166,43 Kb.
#12922
növüQaydalar
1   2   3   4   5   6   7

Yol hərəkəti qaydalarının yaranma tarixi





          Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi problemi hələ qədimdən də mövcud olmuşdur.
          İlk dəfə yol Roma imperiyasında eramızdan 312 il əvvəl salınmışdır və ona Sezar Apiy Klavdiy adı verilmişdir. Elə o vaxtlar “bütün yollar Romaya aparır” ifadəsi yaranmışdır. Romaya aparan yolların örtüyü daşdan olmaqla, onun kənarında  hər 1 km-dən bir daş dirək qoyulurdu.
          Yolda hərəkətin sadələşməsi məqsədilə onlar tarix boyu təkmilləşdirilmiş, yolların müvafiq örtük və digər elementlərlə təhciz edilməsi məsələləri yaranmışdır.
          Yolların və körpülərin tikintisi üçün ilk inşaat-mühəndis korpusu 17-ci əsrdə fransız kralı IV Henrix tərəfindən təşkil edilmişdir.
          Hələ ilk vaxtlardan yollarda hərəkət sol tərəfli olmuşdur. Bunun da yaranma səbəbi ta qədimdən yolla gedən atlıların və ya piyadaların qarşı-qarşıya rastlaşdıqları anda özlərini müdafiə etmək üçün sağ əllərinə daha çox sərbəstlik şəraiti yaradılması olmuşdur. Belə ki, insan öz silahını (qılınc, nizə və.s) əsasən sağ əlində gəzdirmişdir. Hətta Roma Papasına ziyarətə gedən zəvvarlara da yolun sol tərəfi ilə getmək tövsiyə olunurdu.
          İlk dəfə 1756-cı ildə Britaniya Parlamenti London körpüsündən sol tərəfli keçidi qanuniləşdirmişdir. Bu qaydanı pozan şəxs 1 gümüş funt məbləğində cərimə olunurdu. Bundan 20 il sonra yollarda hərəkət edən arabaların sayının artması ilə əlaqədar yollar barəsində tarixi akt qəbul edilmişdir.
          1798-ci ildə Fransız imperatoru Napaleonun hakimiyyəti dövründə Fransada ilk dəfə sağ tərəfli hərəkət qəbul olunmuşdur. Sonradan sağtərəfli hərəkətə Avropanın digər dövlətləri də tədricən qoşulmuş və bu proses Avropada Britaniya istisna olmaqla || Dünya müharibəsi ərəfəsində başa çatmışdır.
          ABŞ-da isə sağ tərəfli hərəkətə keçid avtomobilləşmənin inkişaf etdiyi 1920-ci illərə təsadüf edir.
          Cəmiyyətdə gedən elmi-texniki inkişaf yollarda hərəkət edən at arabalarından  təkmilləşmiş özü hərəkət edən qurğulara keçilməsi zərurəti yaratdı.
          Dünyada ilk dəfə avtomatik hərəkət ideyası hələ  XV əsrdə yaşamış Leanordo Da Vinçiyə məxsusdur.
          XVII əsrdə İsaak Nyuton avtomobil barədə ilk anlayış vermişdir. “Avtomobil” latın və yunan sözlərindən ibarət olub “özü yeriyən” deməkdir.
          XVIII-ci əsrdə, yəni 1769-cu ildə fransız alimi  Nikolas Cozef Nyutonun anlayışları əsasında ilk buxarla işləyən  avtomobil quraşdırmışdır. 
          1875-ci ildə Amedey Bolle çəkisi  4800 kq, buxar mühərriki ilə təhciz olunmuş oturacaq yeri 12 nəfərdən ibarət avtomobildə  Parislə La-Manş arasındakı məsafəni 18 saata qət etmişdir.
          1859-cu ildə fransız mühəndisi Etyen Lenor avtomobildə tətbiq olunacaq ilk daxiliyanma mühərriki hazırlamışdır.
          1876-cı ildə alman klerki Nikolas Otto Lenorun hazırladığı mühərriki təkmilləşdirərək prinsipcə  bu günkü formaya çatdırmışdır.
          1886-cı ildə alman mühəndisləri Kerl Bens və Qotlib Daymler ilk dəfə olaraq daxiliyanma mühərrikli avtomobili icad etmişlər. Daymler-Bens adlandırılan bu  avtomobilin mühərrikinin gücü (400 dövr/dəqiqə) 0,89 at qüvvəsi, sürəti 15 km/saat olmuşdur.
          Bens və Daymler avtomobillərinin satışı üçün öz dostu çex taciri Yelinekə müraciət etmişlər. 1900-ci ildən etibarən «Daymler-Bens» Yelinekin qızı Mersedesin adı ilə satışa çıxarılaraq alıcılara Mersedes-Bens  markası ilə təklif edilmişdir.
          İlk avtomobilin sürəti 15 km/saat idi. Mersedes-Bens  1900-cü ildə artıq 76 km/saat sürətlə hərəkət edə bilirdi. 1909-cu ildə Bensin avtomobili 102 km/saat sürət həddinə çatdı. Bu gün isə Mersedes-Bens idman avtomobillərinin  hərəkət sürəti  320 km/saat-dır. 
          Təbii ki, avtomobildə təkmilləşmə getdikcə onun konstruksiya hissələrində də yeniləşmələr yaranmışdır.
          Birinci praktiki akkumlyatorla işləyən avtomobil 1887-ci ildə Türk sultanı Abdul Həmidin sifarişi ilə hazırlanmışdır.
          XX əsrdə avtomobilləşmənin inkişafı amerikalı  Qenri Fordun adı ilə bağlıdır.1908-1927-ci illər onun «Ford-T» markalı 15 min ədəd avtomobili buraxılmışdır. Bu avtomobillərin bir ədədinin qiyməti 250-900 dollara qədər idi.
          Bu gün bacarıqlı argentinalı Korsi, bütün köhnə fordları alıb, yenidən bərpa edərək hər birini 30 min dollara satır.
          İlk hidravlik tormoz sistemi avtomobillərdə 1923-cü ildə tətbiq edilmişdir.
          İçərisinə hava doldurulmuş ilk rezin təkər 1895-ci ildə Mişelin qardaşları tərəfindən tətbiq olunmuşdur.
          Avtomobilləşmə inkişaf etdikcə artıq yollarda hərəkətin  təhlükəsizliyinin təmin olunması  tədbirlərinə ehtiyac yaranırdı. Bu cür tədbirlərin həyata keçirilməsi zərurəti hələ keçmişdən də mövcud olmuşdur. 
          Avtomobil və onun hərəkəti zamanı təhlükəsizlik problemləri üzrə   birinci beynəlxalq konfrans 1909-cu ildə Paris şəhərində açılmışdır. Bu konfransda ilk avtomobil Konvensiyası qəbul edilmişdir. Konfransda müzakirə olunan əsas məsələlər  avtomobillərin təhlükəsiz istismarı üçün beynəlxalq tələblər, yol nişanlarının tətbiqi və avtomobillə sərhədlərin keçilməsi barədə olmuşdur.
          Konfrans avtomobilin istismarı üçün ilk  tələblərdən biri kimi  onun texniki baxışdan keçməsini tövsiyə etmişdir. Bu məsələnin həlli əksər dövlətlərdə avtomobilin sahibi və polis orqanlarına  tapşırılmışdır. Buraxılan avtomobilin şassi nömrəsinin və istehsalçı firmanın adının həkk olunması da tələb olunmuşdur.
          Konfransda qəbul olunmuş qaydalara əsasən sürücülərin yaşı 18 olmalı idi. Beynəlxalq Yol hərəkətində iştirak edən sürücünün avtomobili sürmək hüququ texniki baxışdan keçəndən sonra bir il uzadılırdı.
          Həmin konfransda ilk dəfə olaraq yol hərəkətini tənzimləyən 4 yol nişanı qəbul edilmişdir. Bunlar  yol ayrıcı, şlaqbaum, nahamar yol və əyri yol nişanları idi . Bu nişanlar maneələrdən 250 metr qabaqda qurulmalı idi.
          Fransada ilk Yol hərəkəti qaydaları 14 avqust 1893-cü ildə qəbul olunmuşdur. İlk qaydaları pozan adam Hersoqinya De Yuzes olmuşdur. O, Bulon meşəsində avtomobili 13 km/saat sürətlə idarə etmişdir.
          Polis tərəfindən hərəkətin  jezl ilə nizamlanması  ilk dəfə 1908-ci ildə Peterburqda tətbiq olunmuşdur. Onu yuxarı qaldıranda hamı dayanmalı, aşağı buraxdıqda  hərəkət davam etdirilməli idi.
          Hərəkətin svetoforla nizamlanması ilk dəfə  Amerikada 1914-cü ildə tətbiq edilib, o vaxt iki siqnal (qırmızı və yaşıl siqnal) nəzərdə tutulmuşdur.
          Avtomobillərin sayının durmadan artması 20-ci əsrin ortalarında  artıq onun təhlükəsizliyinin təmin olunmasını  problemə çevirmiş və onun hamılıqla həlli yollarının araşdırılmasını tələb edirdi. Odur ki, 1949-cu ildə Cenevrə şəhərində Yol hərəkəti ilə bağlı Beynəlxalq Konvensiya qəbul olunmuş, dünyanın əksər ölkələri bu Konvensiyaya qoşulmuşdur.
          Keçmiş  Sovetlər Birliyi 1959-cu ildə həmin Konvensiyaya qoşulmuşdur.
          1968-ci ildə  Vyanada yol hərəkəti sahəsində növbəti Konvensiya qəbul olunmuş, Azərbaycan müstəqil dövlət kimi 1997-ci ildə həmin konvensiyaya qoşulmuşdur.
          Yol hərəkəti sahəsində beynəlxalq norma və qaydaların qəbul edilməsi onların yerinə yetirilməsinə nəzarət mexanizminin yaradılmasını tələb edirdi. Bu məqsədlə keçmiş SSRİ-də 1935-ci ildə Dövlət Avtomobil Müfətişliyi yaranmış, 1936-cı ildə Daxili İşlər Xalq Komisarlığının tərkibinə verilmiş və Dövlət Avtomobil Müfəttişliyinin ilk Əsasnaməsi 1936-cı ilin 3 iyun tarixində təsdiq edilmişdir.
          Hal-hazırda hərəkətin təhlükəsizliyi problemi ümumdünya xarakteri almışdır. Bütün sivil dövlətlər bu sahədə  regional dövlət proqramlarını qəbul edir, öz normativ bazalarını möhkəmləndirirlər.
          Müstəqil Azərbaycan dövlətində də bu məsələ ümummilli səviyyəyədək yüksəldilmiş, 1998-ci ildə "Yol hərəkəti haqqında" Qanun qəbul edilmişdir.  
          Bu gün ABŞ-da və Avropanın 55 dövlətində 492 mln avtomobil istismar olunur. Dünyada son zamanlar hər ildə 57 milyon avtomobil istehsal olunur.
          Hal-hazırda dünyanın bir çox ölkələrində  yüksək səviyyəli yük,  minik və xüsusi təyinatlı avtomobillər istehsal edilir. İndiki avtomobillərin bir çoxu hərəkət sürətini saatda 200 km-ə qədər artırmaqla yanaşı,  avtomobilin texniki sazlığına nəzarət edən,  eləcə də sürücü və sərnişinlərin təhləkəsizliyini təmin edən kompüter sistemləri ilə təhciz edilmişlər. Almaniyanın «Mersedes-Bens»,  «BMV», «AUDİ», «Folksvaqen», Böyük Britaniyanın «Yaquar», «Rols-Roys», «Rover», İtaliyanın «Fiat», «Lyança», «Ferrari», «Alfa-Romeo», Yaponiyanın «Toyota», «Subaru», «Nissan», «Mazda»,  Amerikanın «Ceneral-Motors» «Ford», «Kraysler» və s. markalı avtomobilləri dünya bazarında özünə xüsusi yer tutur. Yaddan çıxarmaq olmaz ki nəqliyyat vasitələri, xüsusilə avtomobil həyatımızda mühüm yer tutmaqla yanaşı, eləcə də təhlükə mənbəyidir. Xeyli sayda avtomobillərin gündəlik həyatımıza daxil olması ilə bir sıra  problemlər də qarşıya çıxır. İldən-ilə  dünyada yol-nəqliyyat qəzalarında ölən və yaralanların sayının artması ciddi narahatlıq doğurur. III minilliyin astanasında dünyada hər il avtomobil qəzaları nəticəsində 260 mindən çox insan həlak olur, ondan 30 dəfə artıq isə xəsarət alır. 
          Hazırki dövrdə yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması, ətraf mühitin və əmlakın mühafizəsi,  yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması kimi ümumdövlət və sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində heç kəs kənarda qala bilməz. Yadda saxlamalıyıq ki, küçə və yollarda hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarına əməl etməklə intizamlı olmaqla özünün və digərlərinin həyatını qorumuş olur. Yolda bizə onlarca gözlər o cümlədən uşaqlar baxır. Onlar həmişə böyüklərdən  nümunə götürürlər. Uşaqların kiçik yaşlarından yol hərəkəti qaydalarını öyrənməsi və onlara əməl etməsi çox vacib məsələdir.

Yüklə 166,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə