Yol hərəkəti qaydaları Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait Müəllif: Ərəstun Məcidov Buraxılış


Ümumi istifadədə olan nəqliyyatdan istifadə etmək qaydaları



Yüklə 166,43 Kb.
səhifə4/7
tarix26.11.2017
ölçüsü166,43 Kb.
#12922
növüQaydalar
1   2   3   4   5   6   7

Ümumi istifadədə olan nəqliyyatdan istifadə etmək qaydaları





          Ümumi istifadədə olan nəqliyyat dedikdə,  sənişinlərin sərəncamında olan - tramvay, trolleybus, avtobus və taksi başa düşülür.
          Ümumi istifadədə olan nəqliyyatın ən qədim növü tramvaydır. Lap əvvəllər vaqonları atlar çəkərdi. Sonralar atları benzin ilə işləyən mühərrik əvəz etdi. Nə  vaxt sərnişin az olurdu, mühərrikin ağırlığından vaqonun qabaq tərəfi aşağı əyilirdi. Sərnişinlər çox olduqda isə qabaq tərəfi qalxıb, arxa tərəf aşağı enirdi.
          1831-ci ildə Böyük Britaniyanın parlamentində xüsusi Komissiya yaradıldı ki, buxar qüvvəsi ilə işləyən maşınla tanış olsunlar. Komissiya müəyyən etdi ki, bu avtobus kəskin olmayan yoxuşları keçir, rahat və təhlükəsizdir, saatda 16 mil (1 mil-1609 m) sürətlə gedir və 14 sərnişin tutur.
          Azərbaycanda ən çox yayılmış ictimai nəqliyyat növü avtobusdur.
          Trolleybus Bakının küçələrində son zamanlar geniş istismar edilən nəqliyyat növüdür. Tramvay kimi o da elektrik enerjisinin köməyi ilə hərəkət edir. Fərq ondadır ki, trolleybusa rels lazım deyil. O, səssiz hərəkət edir, ətraf mühiti işlənmiş qazlarla çirkləndirmir.
          Yol hərəkəti qaydalarına əməl etmək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının ən əsas amilidir. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün təkcə sürücülərin deyil, piyadaların və sərnişinlərin də yol hərəkəti qaydalarını bilmələri və ona riayət etmələri vacibdir.
          Çox zaman yalnız sürücülərin təqsiri üzündən deyil, piyadaların, sərnişinlərin xüsusilə də uşaqların, yol hərəkəti qaydalarının bilməmələri, yaxud onlara əməl etməmələri üzündən bəxbəxt hadisələr baş verir.
          Küçə və yollarda nəqliyyat vasitələri ilə piyadaların eyni zamanda hərəkət etməsi hərəkətin mürəkkəbləşməsinə səbəb olur. Odur ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi piyadaların diqqətli olmalarından, onların hərəkət qaydalarının bilmələrindən və bu qaydalara əməl etmələrindən çox asılıdır.
          Ümumi istifadədə olan nəqliyyatda, (yəni avtobus, trolleybus, tramvay və s.) müəyyən olunmuş qaydalara əməl olunması hər birimizin təhlükəsizliyinin qorunmasının əsas şərtlərindən biridir. İndi isə həmin bu qaydalarla tanış olaq.
          Bu qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 40; 41-ci maddələri ilə müəyyən olunmuşdur.
          Sərnişinlərin minib-düşməsi üçün sürücülər tramvay, avtobus və trolleybusu dayanacaq adlanan yerlərdə saxlayırlar. Dayanacaqlarda marşrutların nömrələri yazılmış göstəricilər asılır. Sərnişinlər avtobusu, trolleybusu, tramvayı yalnız minmə meydançalarında, onlar olmadığı yerdə isə səkidə və ya yol kənarında gözləməlidirlər.
Səkinin lap kənarında durmaq olmaz, çünki büdrəyib və ya qışda sürüşüb maşınların təkəri altına düşə bilərsiniz.
          Tramvaya oturmaq üçün əvvəlcə küçənin hərəkət hissəsini keçmək lazımdır. Relslərin küçədə yerləşməsindən və hərəkətin istiqamətindən asılı olaraq müxtəlif vəziyyətlərlə üzləşirsiniz.
          - Tramvay yolu və dayanacağı yolun hərəkət hissəsinin ortasındadır.
          Bu halda yolun hərəkət hissəsinə çıxmamışdan qabaq yolun sol tərəfinə baxmaq lazımdır ki, nəqliyyat vasitələri yaxınlaşır, ya yox.
          Əgər yolun hərəkət hissəsində iki tərəfli hərəkət varsa, küçəni keçmək üçün əvvəlcə sola, küçənin ortasında isə sağa baxmaq lazımdır.
          Ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında aparılır. Sürücü  dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən).
          İki qapılı avtobuslarda arxa qapıdan minib, qabaq qapıdan düşmək lazımdır. Bir çox böyük avtobuslarda, xüsusən, şəhərdaxili daşımalarda üç qapı olur. Belə halda orta qapıdan minib, arxa və qabaq qapıdan düşürlər. Axırıncı dayanacaqda bütün qapılardan minib düşməyə icazə verilir. Kənd yerlərində bir qapılı avtobuslardan daha çox istifadə olunur. Bü cür avtobuslarda minməyə düşmə tam qurtardıqdan sonra icazə verilir. 
          Avtobusa qabaq qapıdan minmək hüququna aşağıdakılar malikdirlər:
          a) hamilə qadınlar,
          b) əlillər,
          v) yanında 7 yaşına qədər uşaq olanlar,
          q) ibtidai sinif şagirdləri,
          d) qocalar.
          Tramvaydan sərnişinlər düşdükdən sonra birinci vaqonun qabaq qapısı istisna olmaqla bütün qapılardan minməyə icazə verilir.
          Trolleybusa minməyə ancaq arxa qapıdan icazə verilir.
          Ümumi istifadədə olan nəqliyyat növlərindən-tramvaydan, trolleybusdan, avtobusdan istifadə qaydalarına riayət etmək vacibdir. Onlardan minib düşərkən  tələsmək olmaz, sakit və mütəşəkkil olmaq lazımdır. Hansı qapıdan gəldi düşmək və ya düşmək istəyənlər vaqonlardan çıxmamış minmək bir-birinizə maneçilik yaradır, nəticədə avtobus, tramvay və trolleybus dayanacaqda xeyli vaxt itirir. Növbəti dayanacağa müəyyən edilmiş vaxtda çatmaq üçün sürücü sürəti artırmalı olur. Bütün avtobus, tramvay və trolleybusların  öz marşrut cədvəlləri olur. Gecikmədən vaxtında  dayanacaqlarda olub və oradan vaxtında yola düşməlidirlər.
          Biz küçələrdə gəzərkən piyada, lakin nəqliyyat vasitəsinə  mindikdə artıq sərnişin oluruq. Sərnişinlər qapıların bağlanmasına mane olmamalı, yaxud nəqliyyat vasitəsi tam dayanana kimi onları açmamalıdır. Avtobus, tramvay və trolleybusda yavaş-yavaş o qapıya tərəf yaxınlaşmalısan ki, oradan düşəcəksən. Hərdən sürücü  səs ucaldan vasitəsi ilə sərnişinlərdən qabaq tərəfə yaxınlaşmağı  xahiş edir.
          Aşağıdakı hallarda avtobus, tramvay və trolleybusda getmək qadağandır:
          - vətəndaş sərxoş vəziyyətdədirsə,
          - vətəndaş özü ilə tez alışan və zəhərli maddə aparırsa, daşınan əşyaların ölçüsü 100x60x60 sm-dən (tramvayda) və 100x50x30 sm-dən (avtobusda, trolleybusda) böyükdürsə,
          - vətəndaşın paltarı və ya apardığı əşya başqa sərnişinlərin paltarını və ya tramvay, avtobus və trolleybusun daxilini çirkləndirib korlayacaqsa.
          Ümumi istifadədə olan nəqliyyat vasitələrində aşağıdakılara icazə verilmir:
          - Siqaret çəkmək, zibilləmək;
          - Bədbəxt hadisə və qəzalar istisna olmaqla avtomaşının saxlanması üçün işarə verməyə;
          - Oturacaqda uşaqları ayaq üstə qoymağa;
          - Nəqliyyat vasitəsinin xarici hissələrində getməyə, qapı və pəncərələri sürücünün icazəsi olmadan açmağa, qapı və pəncərələrdən əl və ya başını çıxarmağa, qapıların bağlanmasına mane olmağa;
          - Hərəkət vaxtı minmə və düşməyə.
          Bunu hamı bilməlidir:
          - Dayanmış avtomobilin, trolleybusun və avtobusun yalnız arxasından, tramvayın isə qabağından adlayıb keçmək lazımdır. Bu qaydanı pozarkən siz yolu keçərkən düşdüyünüz nəqliyyatı ötüb keçən avtomaşını, yaxud qarşıdan gələn tramvayı görməz və nəticədə təhlükə ilə üzləşərsiniz.
          Bakının Zaqulba istirahət zonasında baş vermiş yol-nəqliyyat hadisəsi çox illər keçməsinə baxmayaraq, heç vaxt yaddan çıxmır. Zaqulba yolunda Daxili İşlər Nazirliyinin İstirahət evinin yanında «İkarus» markalı avtomaşın dayandı. Anasından tez düşən Nigar dayanmış avtobusun qabağından tələsik  yolun o biri tərəfində duran atasının yanına qaçmaq istədi. Bu vaxt avtobusu ötüb keçən göy rəngli «Jiquli» markalı avtomobil Nigarı vurub qarşıdan gələn başqa bir maşının təkərləri altına atdı. Köməyə gələn yol polisi əməkdaşları yaxınlaşdıqda Nigar artıq aldığı zərbədən ölmüşdü. O, ata-anasının tək balası idi. Anası nalə çəkib ağlayırdı. «Jiquli»nin sürücüsü isə özünü itirmişdi. Ana ona deyirdi: «Sizin günahınız yoxdur. Günah mənimdir». Nigar 4-cü  sinif şagirdi idi. Həqiqətən də bu hadisədə günahkar Nigar və onun anası idi. Ona görə də bütün valideynlərə müraciət edib deyirik.
 Hörmətli valideynlər!
          Yol hərəkəti qaydalarını həmçinin bu qaydaları pozmağın təhlükəsini öz uşaqlarınıza aydınlaşdırmaq Sizin ümdə vəzifənizdir. Uşaqlarınıza küçədə oynamağa icazə verməyin. Onları nəzarətsiz qoymayın.

Yüklə 166,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə