Yol hərəkəti qaydaları Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait Müəllif: Ərəstun Məcidov Buraxılış



Yüklə 166,43 Kb.
səhifə5/7
tarix26.11.2017
ölçüsü166,43 Kb.
#12922
növüQaydalar
1   2   3   4   5   6   7

Velosiped sürmə qaydaları





          1867-ci ilə Parisdə müasir velosipedə oxşayan mexanizm sənaye sərgisində nümayiş etdirildi. Sonralar bu təzə mexanizm bütün dünyada geniş yayıldı.
          İki təkərli velosipedi asanlıqla sürmək olur. Lakin asanlıqla da aşır. Yolda gözlənilməz bir nahamarlıq olduqda, qəflətən tormozladıqda bu, müvazinətin itməsinə gətirir və təhlükə yaradır. Velosiped ən təhlükəli və müvazinətsiz nəqliyyat vasitəsidir.
          Velosipedi  avtomobil kimi ani saxlamaq olmur. Onun tormoz yolu  avtomobilin tormoz yolundan uzundur. Deməli, təhlükəli zona uzundur. Tormoz vaxtı müvazinəti itirmək olar.
          Hesablamalar göstərir ki, velosiped avtomobildən 10 dəfə təhlükəlidir. Buradan nəticə çıxır ki, velosipedi idarə etmək üçün ağıl və böyük vərdiş tələb olunur. Velosipedçi yol hərəkəti qaydasını yaxşı bilib yerinə yetirməlidir ki, onunla və ya başqa  birisi ilə heç bir bədbəxt hadisə baş verməsin. Azərbaycan Respublikasında 14 yaşdan aşağı oğlan və qızlara avtomobil yollarında velosiped sürmək qadağandır. Asma mühərrikli velosipedi 16 yaşdan sonra sürməyə icazə verilir.
          Velosipedi sürməyə başlamazdan əvvəl müvazinətini saxlamağı öyrənmək lazımdır. Velosipedlə yavaş getmək tez getməkdən çətindir. Yavaş getməyi öyrənmək lazımdır. Yavaş getməyi öyrənəndən sonra  sürətlə getməyi öyrənməli, tormozları yoxlamalı, lakin birdən tormoz etməməlidir ki, yıxılmasın. Sonra tək əl ilə velosipedi sürməyi öyrənmək lazımdır.  Növbə ilə gah sağ əli, gah da sol əli buraxıb, velosipedi idarə  etməyi öyrənmək lazımdır. Bu ona görə vacibdir ki, döngələrdə bir əl ilə siqnal vermək lazım gəlir. Bir çox uşaqlar öz «igidlik»lərini göstərmək üçün  sükandan iki əlini də buraxırlar. Lakin belə «akrobat»ları küçə sevmir.
          Ən aşağı sürətlə velosipedi sürmək onu  sürməyi bacarmağın ən yaxşı göstəricisidir.
          Velosipedi sürməyə başlamazdan əvvəl onun sazlığını yoxlamaq lazımdır.
          Velosipeddə aşağıdakılar olmalıdır:
          - Tormoz- hər bir velosipeddə ayaq tormozu olmalıdır.
          - Səs siqnalı, adətən, zəng olur. Vaxtlı-vaxtında zəngin qapağını açıb ora yağ tökmək lazımdır.
          Bir çox uşaqlar elə hesab edirlər ki, fit və ya qışqırıq zəngi əvəz edir. Lakin küçədə fit çalmaq və ya qışqırıq ayıb sayılır, ona görə də bunlar səs siqnalını əvəz edə bilməz.
          Velosiped texniki cəhətdən saz olmaqla bərabər lazımınca təhciz olunmalıdır.
          Velosipedin qabaq tərəfində ağ işığı olan fanar,  arxasında isə qırmızı işığı olan fanar və ya işıq  əks etdirən qırmızı rəngli şüşə ilə təhciz olmalıdır. Günün qaranlıq vaxtında yanmayan fanarla velosipedi idarə etmək qadağandır. Velosipedin qırmızı rəngli arxa işıq əksetdirəni günün qaranlıq vaxtı və pis görünüşlü hava şəraitində sürücülərə imkan verir ki, vaxtında qarşıda gedən velosipedi görə bilsinlər.
          Yan tərəflərində qırmızı rəngli və ya sarıya çalan işıq əks etdirənləri olmalıdır ki, velosipedçi yaxşı görünsün.
          Pis olmaz ki, velosipeddə arxanı görmək üçün güzgü olsun.
          Yolun hərəkət hissəsi ilə velosipedlərin bir sıra ilə  hərəkət etməsinə icazə verilir. Bu zaman yolun sağ tərəfindən 1 m-dən çox olmayan  məsafə saxlamaq lazımdır.
          Sağa və sola dönərkən, ötmə əməliyyatı apararkən velosipedçi 30-40 m məsafədən xəbərdarlıq siqnalı verməlidir.
          Sağa dönərkən sağ əl, sola dönərkən sol əl müvafiq olaraq çiyin bərabərində qaldırılır. Manevr qurtaranadək əl qaldırılmış vəziyyətdə olmalıdır. Ən təhlükəli manevr sola və geriyə dönməkdir. Velosipedçi daha  çox bu halda yol hərəkəti qaydasını pozur və nəticədə qəza baş verir.
          Velosipedçiyə getdiyi istiqamətdə bir hərəkət zolağı olduqda sola və geriyə dönməyə icazə verilir. Adətən, avtomobilin bir hərəkət zolağının eni 3,5 m olur. Deməli, yolun eni 7-8 m olduqda velosipedçiyə sola dönmək olar. Sola dönərkən mərkəz xəttinə yaxın vəziyyət tutmaq lazımdır. Əgər bir istiqamətdə bir neçə hərəkət zolağı varsa, velosipedçi sola və geriyə dönmək üçün ondan düşüb piyadaların yol kəsişməsini keçərkən əməl etdiyi yol hərəkəti qaydasına  uyğun hərəkət etməlidir.
          Bütün təhlükəsizlik qaydalarına əməl etmək velosipedçinin xeyrinədir. Kim ki, yoldadır bu atalar sözünü yadından çıxarmamalıdır: «Yeddi dəfə ölç, bir dəfə biç».
          Yadda saxlayın:
          - Yolun hərəkət zolaqlarının sayından asılı olmayaraq velosipedçiyə yol kəsişməsini keçərkən düz istiqamətdə, ya da sağa dönməyə icazə verilir.
          - Velosipeddən düşmədən sola dönməyə o vaxt icazə verilir ki, yolda ancaq bir hərəkət zolağı vardır.
          Velosipedçiyə aşağıdakılar qadağandır:
          - Bulvar, bağ, parkların piyada yollarında, səkidə velosiped sürmək;
          - Sükanı tutmadan sürmək;
          - Dartılmaq üçün hərəkət edən nəqliyyatdan yapışmaq;
          - Avtobus, trolleybus və başqa avtomaşınların arxası ilə bilavasitə sürmək. Çünki həmin avtomaşın tormozladıqda toqquşma qaçılmazdır;
          - Velosipedi idarə etməyə mane olan yük və sərnişin daşımaq;
          - Texniki cəhətdən nasaz və lazımınca təhciz olunmayan velosipeddən istifadə etmək;
          - Velosipedi yol hərəkət qaydasını bilməyən başqa şəxsə vermək;
          - Günün qaranlıq vaxtlarında velosipedin qabaq və arxa fanarları olmadan sürmək;
          - Xəstə və çox yorğun vəziyyətdə velosiped sürmək.

Sürücülərin, svetoforun və nizamlayıcının verdiyi xəbərdarlıq işarələri





          Müasir  avtomobillər səs və işıq xəbərdaredici vasitələri ilə təhciz edilmişdir ki,  bunların köməyi ilə sürücü digər nəqliyyat vasitələrinə və piyadalara yaxınlaşdığını, hansı istiqamətdə hərəkət edəcəyini  qabaqcadan xəbər verir.
          Yaxınlaşmanı bildirmək üçün səs siqnalından, hərəkətin istiqamətinin dəyişdirilməsi üçün «dönmə» göstəricilərindən, sürətin azaldılması isə  «dayan» işarəsindən istifadə edilir.
          Sürücü sola dönməzdən, yaxud maneəni sol tərəfdən keçməzdən əvvəl «sola dönmə»  işığını  yandırmalı, əgər bu göstərici yoxdursa və ya işləmirsə, sol qolunu yana uzatmalıdır.
          Motosikl, motoroller, moped, velosiped və arabaların sürücüləri də sol qolunu yana uzatmalı, yaxud sağ qolunu dirsəkdən yuxarı qatlamalıdır.
          Sağa dönməzdən qabaq nəqliyyat vasitələrinin göstəriciləri yoxdursa  və ya işləmirsə, onda sağ qolu yana uzatmaq lazımdır. Sağa dönməzdən qabaq sol qolu dirsəkdən yuxarı qatlamaqla da işarə vermək olar.
          Tormozlama zamanı «dayan» işarəedicisi yandırılır. «Dayan» işarəsi olmaqdıqda, yaxud nasaz olduqda tormozlama  əməliyyatı aparmazdan əvvəl sürücü qolunu yuxarı qaldırmalıdır.
          Sürücülərin xəbərdarlıq işarələri  vermələri, heç də onlar üçün hərəkət üstünlüyü vermir. Bu işarələr ən azı manevrdən 5 saniyə əvvəl verilməlidir.
          Yaşayış məntəqələrində sürücülərə səs siqnalı vermək, bəzi xüsusi hallar  istisna olmaqla qadağan edilir.
          Sürücülər xəbəredici işarələr verərkən piyadalar bu işarələrə diqqət  yetirməlidirlər. Əgər sürücü bu işarələrə uyğun manevrə başlamışdırsa, ona bu hərəkəti sona çatdırmağa  şərait yaratmalıdırlar.
          Yol hərəkətinin  nizamlanması, texniki nizamlama vasitələri və nizamlayıcı vasitəsilə həyata keçirilir.
          Texniki nizamlama vasitələrinə svetoforlar, yol nişanları, nişanlanma xətləri, piyada çəpərləri və s. aiddir.
          Texniki nizamlama vasitələrinin bir növü svetoforlardır. Svetoforlar vasitəsilə yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkəti nizamlanır.
          Svetoforlar vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ sarımtıl rənglər tətbiq olunur.
          Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar) piyadanın və ya velosipedin silueti şəklində və «X» formalı ola bilir.
          Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır:
          1) Yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir.
          2) Yaşıl rəngli işığın yanıb sönməsi - bu siqnal hərəkətə icazə verir və  bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər).
        3) Sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir.
        4) Sarı rəngli işığın yanıb-sönməsi hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada  keçidinin olduğunu bildirir, təhlükə barədə  xəbərdarlıq edir.
        5) Qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi-bu siqnal hərəkəti  qadağan edir.
        6) Qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması-bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir.
          Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətlərə şamil edilir. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər. Həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir.
          Əlavə bölmənin işığının sönməsi və bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir.
          Svetoforun  işığı piyada (velosiped)  silueti şəklindədirsə, onun qüvvəsi yalnız  piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların  (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların  hərəkətini qadağan edir.

          Piyadaların hərəkətinin təşkilində  istifadə olunan əlavə avadanlıqlar

          Respublikamızda baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, onların xeyli hissəsi piyadaların vurulması ilə bağlıdır. Bu cür hadisələrin sayının azaldılması və piyadaların  təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif üsul və vasitələrdən istifadə edilir.
          İstifadə edilən üsul və vasitələr əsasən piyadaların küçəni, yolu istədiyi yerdən keçməsinin qarşısını almaq məqsədi üçündür.
          Bunlara «piyada keçidi» yerini, yeraltı və yerüstü piyada  keçidləri, çağırış svetoforlarını, piyada çəpərləri və müxtəlif konstruksiyalı maneələri misal göstərmək olar.
          - «Piyada keçidi» yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahədir. Bu sahə xətlərlə nişanlanır.
          - Böyük şəhərlərdə piyadaların və nəqliyyat vasitələrinin ən çox hərəkət etdikləri küçələrin kəsişmələrində piyadaların  təhlükəsizliyini təmin etmək məqsədilə yol ayrıcının şəraitindən asılı olaraq yeraltı və ya yerüstü piyada keçidləri tikilir.
          - Çağırış svetoforlarından bir çox yerlərdə, xüsusən,  təhsil ocaqlarının qarşısında istifadə  edilir. Belə svetoforda nəqliyyat vasitələri üçün daimi yaşıl işıq yanır ki, lazım gəldikdə küçəni keçməzdən qabaq səkidə qoyulmuş sütundakı düyməni basaraq svetoforda qırmızı işıq yandırılır və nəqliyyat vasitələri dayanır. Qırmızı işığın yanma müddətində piyadalar yolu rahat keçə bilirlər.
          - Hərəkətin şəraitindən asılı olaraq, piyadaların küçənin və yolun işlək hissəsinə qəflətən çıxması ehtimalı olan və çox təhlükəli yerlərdə səki boyunca çəpərlər və ya müxtəlif konstruksiyalı maneələrdən istifadə olunur.

           Nizamlayıcının siqnalları, onların əhəmiyyəti  və yolayrıcını keçmək qaydaları 



          Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyini aradan qaldırmaq məqsədilə nizamlayıcı tərəfindən verilən siqnallardan istifadə olurur.
          Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır:
          1. Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar:
            a) «Diqqət. Hərəkət dayandırılsın» siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir,
            b) «Müəyyən istiqamət üzrə hərəkət» siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin və  piyadaların hərəkətini qadağan edir. Sol və sağ tərəfindən gələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa  hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə  icazə verir.
            v) «Sola dönmə» siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz nəqliyyat vasitələrinə bütün istiqamələrdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən  piyadalara hərəkət hisssini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin hərəkətini isə qadağan edir.
          2. Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar:
            a) «Sürəti azaldın» siqnalı nizamlayıcı  əli ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətinin azaldılmasıni tələb edir.
            b) «Sürəti artırın» siqnalı nizamlayıcı əli ilə üfüqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sürətini  artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir,
            v) «Dayanın» siqnalı nizamlayıcı tərəfindən hər hansı  nəqliyyat vasitəsinə tərəf yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırmasını tələb edir.
          Nizamlayıcı siqnalları verərkən fitdən də istifadə edə bilər.
          Nizamlayıcı yol ayrıcında elə yerdə dayanmalıdır ki, bütün hərəkət iştirakçıları onu görsünlər. Sutkanın qaranlıq vaxtı nizamlayıcı işıq düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır.
          Yol hərəkətinin nizamlanması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları (müfəttişləri) vasitəsilə həyata keçirilir.

Yüklə 166,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə