Yonca və onun becərilməsi



Yüklə 48,34 Kb.

tarix27.03.2018
ölçüsü48,34 Kb.


Yonca və onun becərilməsi 

 

Yonca paxlalılar fəsiləsinə aid  olub, əkinçilik sistemində geniş  yayılmış və 



qədimdən  becərilən  paxlalı  çoxillik  yem  bitkisidir.  Müəyyən  edilmişdir  ki,  yonca 

Orta  Asiya  və  Cənubi  Qafqaz  respublikalarında  bizim  eradan  5  min  il  əvvəl 

becərilmiş  və  heyvandarlıqda  yem  kimi  istifadə  olunmuşdur.  Respublikamızda 

əkin  sahəsinə  görə  yem  bitkiləri  içərisində  birinci  yer  tutur.  Yüksək  aqrotexnika 

tətbiq  edilən  suvarma  şəraitində  ildə  4-5  çalında  hər  hektardan  70-100  ton  yaşıl 

kütlə və ya 15-20 ton quru ot məhsulu verir. 

Yoncanın  əkin  sahələri  əsasən  aran  və  dağ  ətəyi  bölgələrdə  geniş 

yayılmışdır.

 

Yonca  quru  ot  halında,  yaşıl  halda,  ot  unu  halında  heyvandarlıqda 



geniş istifadə olunur.  

Yoncanın quru otunda çoxlu zülal, fosfor, kalsium və əvəzsiz amin turşuları 

(valin,  leysin,  izoleysin,  lizin,  metionin,  trionin,  triptofan,  fenilalanin,  arginin, 

histidin, pereonin və s.) olduğundan yüksək yemlilik dəyərinə görə fərqlənir. Quru 

otun hər kq-da 0,75 enerji yem vahidi vardır.  

Yoncanın yaşıl kütləsi, quru otu, senajı və ondan hazırlanmış ot unu yüksək 

qidalılığa malikdir. 

Yonca  bitkisi  güclü  kök  sistemi  əmələ  gətirərək  yaxşı  məhsul  verməklə 

yanaşı, torpağı azot və üzvi maddələrlə zənginləşdirir. Yoncanın kökləri üzərindəki 

kök yumrucuğu bakteriyaları hesabına bir hektar torpaq sahəsində 100-150 kq azot 

toplanır,  bu  da  fiziki  çəkidə  400-500  kq  ammonium-şorasına  və  ya  30-40  ton 

peyinə bərabərdir. Yonca bitkisi torpağın strukturunu da yaxşılaşdırır. Ona görə də 

yonca  əvəzolunmaz  sələf  bitkisidir.  Yoncadan  sonra  becərilən  bitkilərin 

məhsuldarlığı 15-30 %-ə qədər yüksək olur. 

Yonca  bitkisi  şorlaşma  və  eroziya  proseslərinin  də  qarşısını  alır.  Güclü 

kollanma 

qabiliyyətinə 

malik  olduğundan 

tarlaların  alaq  otlarından 

təmizlənməsində də bu bitkinin rolu böyükdür. 

Hazırda  dünya  əkinçiliyində  becərilən  bütün  mədəni  yonca  formalarının  6 

qrupu,  56  növü  məlumdur.  Ən  çox  yayılan  və  geniş  becərilən  səpin  (adi) 

yoncasıdır (Medicago sativa).  

Yonca  tarlada  10-25  il  qala  bilir.  Lakin  ilk  2-7-ci  illərdə  daha  çox  məhsul 

verir.  Qışda  yerüstü  hissəsi  məhv  olur.  Kök  və  onun  kollanma  zonası  qışlayıb 

yazda fəaliyyətini gücləndirir. 

Yonca toxumları 5-6

o

C temperaturda cücərir. Optimal cücərmə temperaturu 



isə  18-20

o

C-dir.  Qışlayan  bitkilər  havanın  temperaturu  7-9



o

C-yə  çatdıqda  oyanıb 

böyüməyə başlayırlar.  

Yonca  bitkisinin  yeraltı  hissəsi  əgər  torpaq  səthində  qar  örtüyü  olsa  40

o



şaxtaya tab gətirib məhv olmur. 




Yonca  quraqlığa  davamlı  olsa  da  suya  tələbkar  bitkidir.  Bitki  suya 

qönçələnmə fazasında və çiçəkləmənin başlanğıcında daha çox tələbkar olur. 

Yonca  müxtəlif  torpaqlarda  becərilə  bilən  bitkidir.  Lakin  nisbətən  yüngül 

mexaniki  tərkibli,  münbit,  neytral  və  ya  qələvi  mühitli  torpaqlarda  daha  yaxşı 

inkişaf  edir.  Torpaq  turşuluğuna  həssasdır.  Yalnız  əhəngləmədən  sonra  turş 

torpaqlarda becərilə bilər. 



Torpağın  səpinə  hazırlanması:  Yonca  üçün  yaxşı  sələflər  –  dənli  taxıl 

bitkiləri, qara herik, qarğıdalı, bostan bitkiləridir. Şəkər çuğunduru yonca üçün pis 

sələfdir,  ona  görə  ki,  torpağın  dərin  qatını  güclü  qurudur.  Suvarılan  torpaqlarda 

yoncanı  praktiki  olaraq  hər  hansı  bir  sələflə  növbələndirmək  olar.  Bundan  başqa 

onu dənli taxıl bitkilərinin örtüyünə də səpmək olar.  

Dənli  taxıl  bitkilərindən  sonra  (yonca  əkinləri  üçün),  sələf  bitkisinin 

məhsulu  yığılan  kimi  kövşənlik  4-6  sm  dərinlikdə  üzlənir.  Alaq  otu  toxumlarının 

cücərməsini sürətləndirmək üçün üzləmədən sonra sahənin suvarılması və torpağın 

səthi  quruduqda  malalanması  tövsiyə  olunur.  Təxminən  2-3  həftədən  sonra,  alaq 

otu  toxumları  cücərdikdə  ön  kotancıqlı  kotanla  28-30  sm  dərinlikdə  əsas  şum 

aparılır.  Pambıq  əkini  altından  çıxmış  tarlalarda  üzləmə  pambıq  gövdələrinin 

çıxarılması  ilə  əvəz  olunur  və  şumdan  qabaq  suvarma  tövsiyə  olunmur.  Çünki, 

pambıq  yığıldıqdan  sonra  torpaq  dondurma  şumu  etmək  uçun  kifayət  qədər 

rütubətli olur. Əsas şumun müddəti torpağın yetişməsindən ötrü böyük əhəmiyyətə 

malikdir.  Aran  rayonlarında  yoncanın  payız  səpinindən  ötrü  əsas  yay  şumunun 

müddəti  iyulun  axırı  –  avqustun  əvvəli  hesab  oluna  bilər.  Bu  zaman  şum  ilə 

yoncanın  səpilməsi  arasında  30-40  günə  qədər  fasilə  olur  və  bu  müddət  ərzində 

torpaq normal yetişir. Yaz səpinində isə dənli bitkilərdən sonra optimal dondurma 

şumu  müddəti  sentyabr–oktyabr  aylarıdır.  Dekabr–yanvar  aylarında  arat  edilməsi 

tövsiyə edilir.  



Torpağın  səpinqabağı  becərilməsi.  Yoncanı  payız  səpini  üçün  sentyabrın 

əvvəlində səpinqabağı kultivasiya və sonradan malalama keçirilir. Kultivasiyaya 3-

4 gün qalmış su ehtiyatı yaradan suvarma (arat) yaxşı nəticə verir. 

Yaz  səpini  üçün  erkən  yazda  səpin  qabağı  iki  dəfə  kultivasiya  və  onların 

ardınca  malalama  aparılır.  Torpaq  tamamilə  narın  vəziyyətə  gətirilməlidir.  Sahə 

dəqiqliklə hamarlanmalıdır. 

Yonca  inkişafının  əvvəllərində  zəif  böyüyür.  Ona  görə  də  yonca  bitkisini 

alaqlar tez basıb kölgələndirir. Bunu nəzərə alaraq yonca səpini üçün nisbətən alaq 

otları ilə az zibillənmiş torpaq sahələri ayrılır. Yonca səpiləcək torpağın becərilmə 

sistemi  sələflərdən  asılı  olaraq  dəyişir.  Əgər  sələf  payızlıq  taxıllar  olarsa  məhsul 

yığımından  sonra  kövşənlik  dərhal  6-8  sm  dərinliyində  üzlənir.  Əgər  torpaq 

quruyubsa  sahə  əvvəlcə  suvarılır,  alaq  otları  cücərdikdən  sonra  təkrar  üzləmə 

keçirilir.  Hər  hektara  100  kq  fosfor,  30  kq  azot,  30  kq  kalium  (təsiredici  maddə 



hesabı  ilə)  verib  28-30  sm  dərinliyində  şum  aparılır.  Ağır  torpaqlarda  səpindən 

qabaq arat keçirilir ki, cücərtilər qaysaq tərəfindən zədələnməsin. 



Səpin müddətləri, norma və üsulları:

 

Yoncanın bioloji xüsusiyyətləri onun 

toxumlarının payız və yazda səpilməsinə imkan verir. Azərbaycanın suvarılan aran 

zonalarında  yoncanın  payız  səpini  20  avqustdan  20  sentyabradək  başa 

çatdırılmalıdır

.  


Yoncanın  yaz  səpini  aran  rayonlarında  fevral  ayının  20-dən  martın  20-dək 

aparıldıqda yaxşı nəticələr alınır. Dağətəyi ərazilərdə  martın 1-dən 20-dək, dağlıq 

ərazilərdə isə  martın  20-dən  aprelin 10-dək səpin aparıla bilər.  

Yonca ot almaq məqsədilə becərilməsi nəzərdə tutulursa başdan-başa üsulla 

səpilməsi  məsləhətdir.  Yemlik  yonca  üçün  toxumun  səpin  norması  hektara  10-15 

kq götürülür.  

Səpin  üçün  taxıl  otlarını  səpən  SUT-47,  SZTN-47,  SZT-3,6  markalı 

aqreqatlardan istifadə olunur. Yonca toxumları 2-3 sm dərinliyə basdırılır. 

 

Suvarma    m



ü

dd

ə

tl

ə

ri  v


ə

  normas


ı

Yonca  bitkisi  suvarma  şəraitində 



həyatı nı n  birinci  ilindən  y

ü

ksək  ot  və  toxum  məhsulu  verir.  Bunun 



üçü

yonca  əkinləri  alaqlardan  təmiz  saxlanmalı ,  suvarma  vaxtları   və  onları n 



sayı   d

ü

zg



ü

n  m


ü

əyyən  edilməlidir.  Suvarılan  bölgələrdə  qrunt  suyunun 

səviyyəsindən,  torpağın  mexaniki  tərkibi  və  relyefindən,  torpaqda  olan  ehtiyat 

nəmlikdən və suvarma üsulundan asılı olaraq suvarmalar aparılır. 

Payızda  arata  səpin  apardıqdan  bir  ay  sonra  yonca  əkinləri  birinci  dəfə 

suvarılmalıdır. Bu müddət torpaq-iqlim şəraitindən asılı olaraq dəyişə bilər.  

Payız  səpinindən  sonra  yonca  şaxtalar  düşənə  qədər  2  dəfə  suvarılmalıdır.

 

Yonca  sahəsində  növbəti  suvarma  mart  ayında  aparılır.  Bununla  da  yoncanın 



birinci biçinədək suvarılmasına ehtiyac qalmır.  

Yaz  səpinindən  sonra  yonca  sahəsinin  2  dəfə  suvarılması  birinci  biçininin 

optimal vaxtda aparılmasını təmin edilir.  

Yoncanın  ən  intensiv  su  sərfi  birinci  çalımdan  sonra,  hər  çalım  müddəti 

daxilində  isə  yoncanın  intensiv  böyüməsi  dövründə,  yəni  qönçə  bağlamadan 

çiçəkləmənin  əvvəlinə  qədər  olan  dövrdə  müşahidə  olunur.  Buna  müvafiq  olaraq 

həmin dövrdə yonca əkinləri tez-tez suvarılmalıdır.  

Ümumiyyətlə,  yonca  sahələri  hər  biçindən  sonra  2  dəfə  suvarıldıqda  4-5 

dəfə biçin aparılması mümkün  olur. Hər biçindən 5-6  gün əvvəl  suvarma aparılır. 

Biçindən  sonra  tarladakı  quru  ot  çıxarıldıqdan  sonra  iki  iz  malalama  aparılır. 

Yoncanın suvarmalarının arası 15-25 gün intervalında tərəddüd edir.  

Yonca  sahələrinin  biçinlər  arası  vaxtlı-vaxtında  suvarılması  və  suvarma 

qabağı  yemləmə  gübrələrindən  (superfosfat)  istifadə  edilməsi  bol  məhsul  istehsal 

etməklə yanaşı bitkilərin fizioloji inkişafını təmin edir.  




Suvarma  normaları  torpağın  mexaniki  tərkibindən,  qrunt  sularının 

səviyyəsindən  və  s.  şərtlərdən  asılıdır  və  orta  hesabla  600-800m

3

/hektar  qəbul 



edilir. 

Azərbaycan  Elmi  Tədqiqat  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutunun 

təcrübələri  göstərmişdir  ki,  həyatının  ikinci  ilində  may  ayının  ortalarında  birinci 

məhsulu  ot  üçün  biçildikdən  sonra  yoncanın  disklənməsi  torpağın  su  tutumunu 

artırır.  Bitkilərin  zərərvericilərini  qismən  məhv  edir  və  bitkilərin  inkişafını 

sürətləndirir.  



Gübrələmə:  Yonca  bitkisi  gübrələrə  də  yüksək  tələbkarlıq  göstərir.  Yonca 

əkinlərinə şumun altına hektara 30-40 ton çürümüş peyin, 400-500 kq superfosfat, 

120-150  kq  kalium  gübrələri  verilməlidir.  Yonca  xüsusilə  öz  inkişafının  erkən 

dövrlərində fosforla qidalanmaya həssaslıq göstərir. Buna görə də toxumla birlikdə 

50 kq/ha dənəvərləşdirilmiş superfosfat verilməlidir. Bundan əlavə bitkilərin erkən 

yazda  hektara  100-200  kiloqram  superfosfat  və  50-100  kq  kalium  duzu  ilə 

yemləndirilməsi şaxtaya davamlılığını artırır. Payızda yoncalıqları fosfor və kalium 

gübrələri ilə yemləndirdikdə onların qışa davamlılığı artır və məhsuldarlığı 10-15 

sentner yüksəlir. Aparılmış təcrübələrə əsasən hər biçindən sonra hektara təsir edici 

maddə hesabı ilə 30-40 kq azot gübrəsinin verilməsi daha nyaxşı nəticə verir. 



Yoncanın xəstəlik və zərərvericiləri:  Yoncanın bir çox spesifik xəstəlik və 

zərərvericiləri vardır: 

Yoncada – unlu şeh, qonur ləkə, sarı ləkə, askoxitoz, pas və soluxma «vilt» 

xəstəlikləri mövcuddur.  



Mübarizə  tədbiri:  növbəli  əkin,  kalium  və  fosfor  gübrələri  ilə  yemləmə 

aparılması, yaxşı aqrotexniki fon. 



Zərərvericilərdən  –  yonca  birəsi,  fitonomuş,  yonca  yarpaqbükəni,  yonca 

taxtabitisi, yonca toxumyeyəni, noxud mənənəsi, yonca sovkası.  



Mübarizə  tədbiri:    zərərvericilərə  davamlı  sortların  əkilməsi,  növbəli  əkin, 

yüksək  aqrotexniki  qulluq,  zərərvericilərlə  sirayətlənmiş  sahənin  qısa  müddət 

ərzində biçib sahədən kənarlaşdırmaq və əlavə yemləmə gübrəsi verərək suvarmaq. 

Yonca  əkininə  düzgün  və  vaxtında  qulluq  edilməsinin  yüksək  quru  ot 

məhsulu alınmasında böyük əhəmiyyəti vardır.  

Yonca  otunun  biçilməsinin  və  qurudulmasının  xüsusiyyətləri:  Hava  şəraiti 

əlverişli  olduqda il  ərzində  yoncanı 4-5 dəfə quru ot üçün çalmaq  olar. Çox vaxt 

yonca sutkada 2-3 sm boy atır. Quru ot üçün yoncanı qönçələnmə fazasının axırı-

çiçəkləmənin  başlanğıcında  biçmək  zəruridir.  Biçin  gecikdirildikdə  otun  kimyəvi 

tərkibi pisləşir və keyfiyyəti aşağı düşür.  

Yoncanın  otunun  biçindən  sonra  qısa  müddətdə  yığılmasına  ciddi  fikir 

vermək  zəruridir.  Çünki  bu  biçimlər  arası  fasilənin  müddətinin  azaldılması  və 

çalınların sayının artırılması üçün əsas şərtlərdən biridir.  




Yonca  quru  otu  üçün  biçildikdə  onun  qurudulması  xüsusi  diqqət  tələb  edir. 

Yonca  otunun  qurudulmasında  əsas  məqsəd  onda  rütubəti  azaltmaq  və  uzun 

müddət  yaxşı saxlamaqdır.  Quru  otda qida maddələrinin  itkisinin qarşısını almaq 

və  onu  kəskin  surətdə  azaltmaq  üçün  otun  qurudulma  müddətini  minimuma 

endirmək lazımdır. Yoncanı qurudan zaman qiymətli qida maddələrlə daha zəngin 

olan  yarpaqların  saxlanmasına  çalışmaq  lazımdır.  Quraq  və  isti  rayonlarda  otu 

sərilmiş  (zolaqlarla)  halda  deyil,  tirələrdə  qurutmaq  məqsədəuyğundur.  Zərif, 

qiymətli  yarpaqların  tökülməsinin  qarşısını  almaq  üçün  biçindən  sonra  yoncanın 

zolaqlarda  4-5  saat  soluxduraraq  dırmıqlayaraq  tirələrə  vurulması  və  əlavə  olaraq 

tirələrdə qurudulması yonca otunun keyfiyyətinin itməsinin qarşısını alır.  

Biçin

 

müxtəlif  markalı  traktorlara  aqreqatlaşdırılmış  КSF-2,1  (КСФ-2,1), 



КDN-210 (КДН-210) və ya özüyeriyən Fortschritt E-302 ot biçənləri  ilə aparılır.

 

Dırmıqlama QBU-6 (ГБУ-6), QVK-6 (ГВК-6) aqreqatları, presləmə - PSB-1,6 və 



PPV-1,6 aqreqatları ilə həyata keçirilir.  

Tam  qiymətli  məhsul  toplamaqdan  ötrü  çalınma  hündürlüyünün  böyük 

əhəmiyyəti vardır. Otların biçilməsində bitkilərin çoxlu miqdarda plastik maddələr 

ehtiyatı  toplanan  gövdələrinin  alt  hissəsinin  saxlanması  zərurətini  nəzərə  alaraq 

yoncanı yerdən 7-8 sm yüksəklikdə biçmək məsləhətdir. Çünki, bu bitkilərin pöhrə 

vermə qabiliyyətini yüksəldir axırıncı çalımdan sonra isə yaxşı qışlamasına yardım 

edir.  

Yoncanın Azərbaycanda rayonlaşdırılmış sortları: 

AzNİXİ–262, AzNİXİ–5, 

ASXİ–1, 

Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik İnstitutu-16 və Yazçiçəyi  



 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə