YüKSƏk məDƏNİYYƏTƏ malik olan xalq həMİŞƏ İRƏLİ gedəCƏK, HƏMİŞƏ yaşayacaq, HƏMİŞƏ İNKİŞaf edəCƏKDİR



Yüklə 2,12 Mb.
səhifə3/12
tarix18.04.2018
ölçüsü2,12 Mb.
#39377
1   2   3   4   5   6   7   8   9   ...   12

4. Elektron kadastr məlumat bazasının yaradılması
Daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması-Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə" yə uyğun olaraq hazırlanmışdır və mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlak obyektlərinin coğrafı informasiya sistemi bazasının yaradılması, onların inventarlaşdırılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi (bundan sonra - Mərkəz) və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra-Xidmət) ərazi idarələri tərəfindən həyata keçirilən daşınmaz əmlak obyektlərinin kadastr planlarının (bundan sonra - kadastr planı) tərtib edilməsi və elektron kadastr məlumat bazasının yaradılması işlərini nizamlayır və digər topoqrafık xəritə materialları əsasında tərtib edilir.

Kadastr planlarının tərtibi zamanı aşağıda qeyd olunan miqyaslara malik kartoqrafık plan və xəritələrdən istifadə olunur:

1:10 000 və böyük - yaşayış məntəqələrinin hüdudlarından kənarda olan daşınmaz əmlak obyektləri üçün;

1:2 000 və daha böyük - yaşayış məntəqələrinin hüdudları daxilində olan daşınmaz əmlak obyektləri üçün.

Kadastr planının tərtibi və elektron kadastr məlumat bazasının yaradılması zamanı aşağıdakı işlər yerinə yetirilir:


  • hazırlıq işləri;

  • daşınmaz əmlakın obyektlərinin eyniləşdirilməsi;

  • kadastr planının tərtib edilməsi məqsədi ilə çöl-müayinə və plan-ölçü işlərinin aparılması, sahələrin hesablanması;

  • kadastr planının tərtibi;

  • işlərin yoxlanılması və qəbulu;

  • daşınmaz əmlakın elektron kadastr məlumat bazasının yaradılması.

Hazırlıq işləri

Hazırlıq işləri- mətn və plan kartoqrafık materiallarının, ərazidə yerləşən daşınmaz əmlak obyektlərinin mülkiyyətçi, istifadəçi və icarədarları barədə hüquqmüəyyənedici sənədlərin toplanması, bütün məlumatların mövcud xəritə materialları üzərinə köçürülməsi və daşınmaz əmlak obyektlərinin yerdə (naturada) müayinəsinin keçirilməsi məqsədi ilə ərazidə mövcud olan bütün daşınmaz əmlak obyektləri, onların mülkiyyətçi, istifadəçi və icarədarları barədə siyahılarının çap olunması, ərazinin plan kartoqrafık materiallarından çıxarışların hazırlanmasından ibarətdir.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aparılan bu işlərə hələlik ilk olaraq Sumqayıtdan start verilib.


Belə ki, artıq Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsinin icrasına başlanılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, Azərbaycanda daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılmasına dair Texniki Tapşırığa əsasən, Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının yaradılması üçün açıq tender də elan edilib.Tenderin qalibi Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti olub və onunla müqavilə imzalanıb. Layihəyə əsasən, Sumqayıtın daşınmaz əmlakın kadastr xəritəsində bütün növ daşınmaz əmlaklar əks etdiriləcək. Layihə çərçivəsində şirkət tərəfindən kameral və çöl ölçümə işləri aparılacaq. Çöl ölçmə işlərində mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlak obyektlərinin, o cümlədən, tikintisi başa çatdırılmamış tikililərin, mühəndis kommunikasiya obyektlərinin coğrafi müəyyənləşmə vəziyyətləri müəyyən ediləcək. Bununla yanaşı, Sumqayıtda bütün yerüstü daşınmaz əmlak obyektlərinin faktiki istifadə vəziyyətlərinin sərhədləri dəqiqləşdiriləcək. Kameral şəraitdə isə stereomateriallar üzərindən daşınmaz əmlak obyektlərinin koordinatları müəyyənləşəcək. Komitədən qeyd edilib ki, layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, hüquqların qeydiyyatı prosesinin asanlaşdırılmasına, süni əngəllərin aradan qaldırılmasına və s. yardım edəcək.

Daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilməklə kadastr planı tərtib olunur. Ərazidə kənar torpaq istifadəçiləri mövcuddursa, kadastr planında kənar istifadəçilərə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr göstərilir.



5.Kadastr planının tərtib edilməsi məqsədi ilə çöl-müayinə və plan-ölçü işlərinin aparılması

Torpaq sahəsi üzərində yerləşən bina, tikili və qurğular, eləcə də mühəndis-kommunikasiya xətləri haqqında məlumatlar çöl-ölçmə işləri əsasında müəyyən edilməklə, tikililərin kadastr planı tərtib olunur . Torpaq sahəsinin, bina, tikili və qurğuların planlan tərtib edildikdən sonra kadastr planının elektron variantı icraçı tərəfindən hazırlanır.Kadastr planı özündə aşağıdakı məlumatları əks etdirir:



  • çöl planaalma işlərinin geodeziya məntəqələrinə bağlantısını;

  • plan layihəsinin miqyasını;

  • hər bir daşınmaz əmlak obyekti və onun yerləşdiyi torpaq sahəsinin sərhədlərini;

  • mövcud tikililərin qrafıki təsvirini;

  • hidroqrafıya elementlərini;

  • binaların poçt nömrələrini və hüquqi ünvanlarmı;

  • kartoqrafık planların nomenklaturasını;

  • daşınmaz əmlak obyektinin yerləşdiyi ərazinin situasiya planını;

  • daşınmaz əmlak obyektinin yerləşdiyi ərazinin topoqrafık planından çıxarışını;

  • iş icraçısının adını, işin yerinə yetirilmə tarixini.

Kadastr planlarının tərtib olunma keyfıyyəti işin bütün icra mərhələlərində Müəssənin aidiyyəti mütəxəssisləri tərəfindən yoxlanılır.

  1. Işlərin yoxlanılması və qəbulu

Tərtib olunmuş kadastr planı yoxlanıldıqdan sonra, məlumatlar elektron kadastr məlumat bazasına daxil edilir.

Daşınmaz əmlakın registr məlumat bazasında, əvvəllər qüvvədə olan qanunvericiliyə uyğun ayrı-ayrı daşınmaz əmlakların qeydiyyatı zamanı qeydiyyat orqanlarında, eləcə də texniki tapşırığa əsasən, yaradılmış daşınmaz əmlakın kadastr məlumat bazasında toplanmış məlumatlar təhlil edilərək sistemləşdirilir.

İş icraçısı yerinə yetirdiyi işin yoxlanılması məqsədi ilə Müəssisə aşağıdakı sənədləri təqdim edir:



  • plan ölçü işlərinin materiallarmı;

  • tərtib olunmuş abrisi;

  • daşınmaz əmlakın kadastr məlumat bazası üçün toplanmış materialları;

  • digər materialları.

Yoxlamanın yekununda yoxlamanı aparan şəxs tərəfindən iki nüsxədən ibarət akt tərtib olunur və bu akt iş icraçısı və yoxlamanı aparan şəxs tərəfindən imzalanır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Dövlət Aqrar Universiteti

Kafedra:Yerquruluşu

Fənn: Daşınmaz əmlakin qiymətləndirilməsi və qeydiyyatının əsasları


Mühazirə:4.

Daşınmaz əmlak obyektinin indentifikasiyası (eyniləşdirilməsi). Daşınmaz Əmlakın Kadastrı və

Texniki İnventarlaşdırılması Mərkəzi

B\m:Əliyeva D.T


.

GƏNCƏ-2017
PLAN:

1.Daşınmaz əmlak obyektinin identifıkasiyası (eyniləşdirilməsi);

2.Daşınmaz əmlak obyektlərinə kadastr nömrəsinin verilməsi, sahələrin hesablanması və kadastr planı layihəsinin tərtibi zamanı işlərin şəhadətləndirilməsi və qəbulu;

3.Daşınmaz Əmlakin Kadastri və Texniki İnventarlaşdirma Mərkəzi;

4.Mərkəzin təsisçisi;

5.Mərkəzin fəaliyyət istiqamətləri;

6.Mərkəzin vəzifələri;

7.Mərkəzin nizamnamə kapitalı və əmlakı;



8.Mərkəzin hüquqları;

9.Uçot və nəzarət;

10.Sığorta, vergi və əmək münasibətləri;

11.Mərkəzin yenidən təşkili və ləğv olunması, digər şərtlər.



Istifadə edilmiş ədəbiyyat

1.Azərbaycan Respublikasının Torpaq Qanunvericiliyi. Azər.

2.İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi.
Qafqaz Universiteti: Ayhan Erdal, Vasif Kərimov. İqtisad Universiteti. Bakı. 2002

3.Müasir əmlak bazarı və qiyməltəndirmə fəaliyyətinin


qanunvericilik təminatı. II beynəlxalq elmi-praktik konfransın
materialları. Бakı 2001.

4.Əmlakın qiymətləndirilməsinin aktual məsələləri. “Biləndər”


firması və İqtisadiyyat Nazirliyinin Qiymətlər idarəsinin rəisi
i.em.dok.prof. X.Kazımlının rəhbərliyi ilə. Bakı “Mütərcim” 1997.
5.Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin
müəyyən edilməsi barədə Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmişdir).

1.Daşınmaz əmlak obyektinin identifıkasiyası (eyniləşdirilməsi);

Daşınmaz əmlak obyektinin identifıkasiyasına (eyniləşdirilməsinə) dair işlərin məzmunu daşınmaz əmlak obyektlərinin hüquqi ünvanı, onların yerləşmə mövqeyi, sahəsi və digər kadastr məlumatları əks olunmuş hüquqmüəyyənedici sənədlərdəki, habelə plan kartoqrafık materiallardakı məlumatların yerdəki (naturadakı) məlumatlar ilə uyğunluq dərəcəsinin müəyyənləşdirilməsindən, dəqiqləşdirilməsindən və onların müqayisə edilməsindən ibarətdir.

Yaşayış məntəqələrinin hüdudları daxilində daşınmaz əmlak obyektinin identifıkasiyası (eyniləşdirilməsi) işləri yerinə yetirilərkən aşağıda göstərilən sənədlərdən istifadə olunur:


  • ortofotoxəritədən və ya 1:2000 miqyasında topoqrafık plandan;

  • daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərinin, istifadəçilərinin və icarədarlarının siyahısı əks olunmuş materiallardan və onların daşınmaz əmlak üzərində hüquqlarmı təsdiqləyən sənədlərin (dövlət aktı, şəhadətnamə, notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi və s.) surətlərindən;

  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən verilən artıq qeydiyyata alınmış daşınmaz əmlak obyektlərinin siyahısı, dəqiq ünvanları və yüklülüyünü özündə əks etdirən arayışdan.

Yaşayış məntəqələrinin hüdudları daxilində daşınmaz əmlak obyektlərinin yerdə (naturada) identifikasiyası (eyniləşdirilməsi) aşağıda qeyd olunan göstəricilərin dəqiqləşdirilməsi ilə aparılır:

  • hər bir daşınmaz əmlak obyektinin hüquqi ünvanı (poçt nömrəsi və küçələrin adları);

  • yerdə (naturada) torpaq sahəsi üzərində mövcud olan daşınmaz əmlak elementləri ilə topoqrafık plandakı məlumatların uyğunluq dərəcəsi;

  • daşınmaz əmlak obyektləri altında olan torpaq sahələrinin topoqrafık plan üzərində göstərilmiş sərhədlərinin hüquqmüəyyənedici sənədlərdəki sərhədlərlə, eləcə də yerdə (naturada) mövcud olan sərhədlərlə uyğunluq dərəcəsi;

  • daşınmaz əmlakın faktiki istifadəsinin qanunla müəyyənləşdirilmiş istifadə təyinatına uyğunluğu.

  • Topoqrafık plan üzərində hər bir identifıkasiya edilmiş (eyniləşdirilmiş) daşınmaz əmlak obyektlərinin yerləşdiyi torpaq sahələrinin ortasında torpaq sahəsinin kadastr nömrəsi (lazım gəldikdə binanın poçt nömrəsi) yazılır.

  • Topoqrafik plan üzərindəki məlumatlarla yerdəki (naturada) məlumatlar arasında uyğunsuzluq aşkarlanarsa, respublika ərazisində qüvvədə olan daşınmaz əmlak kadastrının aparılmasına dair qanunvericiliyə uyğun olaraq topoqrafık planda mövcud olan bütün uyğunsuzluqlar yerdə (naturada) icraçı tərəfindən müvafiq geodezik alətlər vasitəsilə aparılan plan ölçü işləri nəticəsində əldə olunan məlumatlara istinad edilərək dəqiqləşdirilir və düzəlişlər aparılır.

Əgər daşınmaz əmlak altında olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında heç bir hüquqmüəyyənedici sənəd yoxdursa onda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin sərhədləri tikintinin özülünün sərhədlərindən götürülür.

Daşınmaz əmlak obyektinin identifıkasiyası (eyniləşdirilməsi) üzrə çöl ölçmə işləri aparılarkən kadastr işlərinin aparıldığı ərazidə mövcud olan geodeziya məntəqələrinin vəziyyəti haqqında məlumatlar da toplanır.



2.Daşınmaz əmlak obyektlərinə kadastr nömrəsinin verilməsi, sahələrin hesablanması və kadastr planı layihəsinin tərtibi zamanı işlərin şəhadətləndirilməsi və qəbulu
İndentifikasiya (eyniləşdirmə) işləri sona çatdıqdan sonra kadastr planının layihəsi tərtib olunur. Planda əks olunmuş hər bir daşınmaz əmlak obyektinə qanunvericiliyə müvafiq olaraq kadastr nömrəsi verilir.

Kadastr planı üzərində əks olunmuş bütün daşınmaz əmlak elementlərinin, onların yerləşdiyi torpaq sahələrinin döngə nöqtələrinin koordinatları geodeziya məntəqələrinə bağlanma metodu ilə müəyyənləşdirilir.



Sahələrin hesablanması müəyyənləşdirilmiş koordinatlara uyğun olaraq analitik üsulla aparılır.

Tərtib edilmiş kadastr planı layihəsi aşağıdakı məlumatları özündə əks etdirməlidir;



  • geodeziya məntəqələrinin əsası;

  • plan layihəsinin miqyası;

  • inzibati-ərazi vahidlərinin sərhədləri;

  • yaşayış məntəqələrin hüdudlarının sərhədləri;

  • kadastr bölgü vahidlərinin sərhədləri;

  • hər bir daşınmaz əmlak obyektinin və onun yerləşdiyi torpaq sahələrinin sərhədləri;

  • mövcud tikililərin qrafıki təsviri;

  • nəqliyyat xətti və digər xətti obyektlər;

  • hidroqrafıya elementləri;

  • binaların poçt nömrəsi və hüquqi ünvanı;

  • torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin kadastr nömrələri;

  • kartoqrafik planların nomenklaturası;

  • kadastr planı tərtib edilən daşınmaz əmlak obyektini əhatə edən ərazinin təsviri;

  • kadastr planı layihəsini tərtib edən hüquqi şəxsin adı, işin yerinə yetirilmə tarixi.

Kadastr planı layihəsinin elektron variantı icraçı tərəfindən hazırlanır və məlumatlar elektron daşıyıcılarına köçürülür.

Kadastr planı layihəsinin tərtibi plan-kartoqrafık materialların tərtibi üçün müəyyən edilmiş tələblərə uyğun aparılmalıdır.



İşlərin şəhadətləndirilməsi

və qəbulu

Kadastr planı layihəsi icraçı tərəfindən tərtib edildikdən sonra şəhadətləndirilmək üçün aidiyyəti qaydada Mərkəzə təqdim olunur.Təqdim olunan bütün sənədlər təlimata uyğun olaraq standart formada tərtib olunur. Burada sənədlərin tərtibi tarixi, tərtib olunma yeri, müəssisənin adı, icraçının və yoxlama aparanın adları və imzaları əks olunur. İcraçı yerinə yetirdiyi işlərin şəhadətləndirilməsi məqsədi ilə Mərkəzə aşağıdakı sənədləri təqdim edir:



  • qəbul olunmuş təlimata uyğun tərtib olunmuş kadastr planının layihəsini;

  • geodeziya məntəqələrinin tədqiqat materiallarını;

  • plan ölçü işlərinin materiallarınıı (əgər aparılıbsa);

  • plan ölçü işləri layihə tapşırığında verilmişdirsə, daşınmaz əmlak obyektlərinin və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılmasına dair sənədləri;

  • elektron daşıyıcılarında qrafıki və mətn təsvir materiallarını.

İcraçı yerinə yetirdiyi işlərin şəhadətləndirilməsi məqsədi ilə Mərkəzə aşağıdakı sənədləri təqdim edir:

  • qəbul olunmuş təlimata uyğun tərtib olunmuş kadastr planının layihəsini;

  • geodeziya məntəqələrinin tədqiqat materiallarını;

  • plan ölçü işlərinin materiallarınıı (əgər aparılıbsa);

  • plan ölçü işləri layihə tapşırığında verilmişdirsə, daşınmaz əmlak obyektlərinin və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılmasına dair sənədləri;

  • elektron daşıyıcılarında qrafıki və mətn təsvir materiallarını.

Yerinə yetirilmiş kadastr işlərinin keyfiyyəti işin bütün icra mərhələlərində Mərkəzin mütəxəssisləri tərəfindən yoxlanılır. Əvvəlcə müvafiq şöbə müdiri (şöbə müdirinin müavini), sonra isə baş mühəndis işlərin yoxlanmasını həyata keçirir. Yoxlamanı aparan şəxs tərəfindən ümumi işin ən azı 10 %-i nəzarət qaydasında yoxlanılır. Yoxlamanı aparan şəxs tərəfindən yoxlama işləri aparılarkən icraçı tərəfindən buraxılmış qüsurlar müəyyən edilir və icraçının iştirakı ilə aradan qaldırılır.

Yerinə yetirilmiş kadastr işlərinin keyfiyyəti işin bütün icra mərhələlərində Mərkəzin mütəxəssisləri tərəfindən yoxlanılır. Yoxlamanı aparan şəxs tərəfindən yoxlama işləri aparılarkən icraçı tərəfindən buraxılmış qüsurlar müəyyən edilir və icraçının iştirakı ilə aradan qaldırılır.

Kadastr planı layihəsinin doğruluğu plan layihəsinin məlumatlarının yerdə (naturada) daşınmaz əmlak obyektinin, torpaq sahəsinin məlumatları ilə müqayisə edilməsilə aparılır. Bu məqsədlə aşağıdakı məlumatlar yoxlanılır:


  • yerdə (naturada) aparılmış dəyişikliklərin qanuni əsası, bu dəyişikliklər aparılarkən əvvəlki mövcud hüdudların nəzərə alınması;

  • daşınmaz əmlak obyektlərinin sərhədlərinin, küçələrin adlarının və tikililərin poçt nömrələrinin topoqrafık planda əksinin düzgünlüyü;

  • yerində sorğu vasitəsi ilə toplanmış mətn məlumatlarının kadastr planı layihəsindəki məlumatlarla uyğunluğu;

  • çöl planaalma işlərinin təlimata uyğun aparılma dərəcəsi;

  • ərazinin abrisinin kadastr planı layihəsinə uyğun tərtibi;

  • daşınmaz əmlak obyektlərinin və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması vəziyyəti;

    • kadastr nömrələrinin verilməsinin təlimata uyğunluğu;

  • kadastr planı layihəsinin tərtibi zamanı layihə tapşırığında qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı tədbirlərin yerinə yetirilmə vəziyyəti;

  • kadastr planı layihəsinin rəqəmsal elementlərinin kağız üzərindəki kadastr planı layihəsinin elementlərinə uyğunluğu;

  • qrafiki baza məlumatları ilə mətn baza məlumatlarının (daşınmaz əmlakın kadastr nömrələri, daşınmaz əmlakın ünvanları və s.) uyğunluğu..

Yoxlama işlərinin yekununda yoxlamanı aparan şəxs tərəfindən iki nüsxədən ibarət yoxlama aktı tərtib olunur və bu akt icraçı və yoxlamanı aparan şəxs tərəfindən imzalanır.
3.Daşınmaz Əmlakin Kadastri və Texniki İnventarlaşdirma Mərkəzi;

"Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi" Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan hüquqi şəxs kimi təsis edilmişdir. Mərkəz daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsi və aparılması, daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifə və funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılmışdır.

Mərkəz təsərrüfat subyekti olmaqla öz fəaliyyətini bu Nizamnamə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktları əsasında həyata keçirir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əmr və sərəncamlarını rəhbər tutur.

Mərkəz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olmaqla onun vahid sisteminə daxildir və ona hesabat verir. Mərkəzin hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 31.




4.Mərkəzin təsisçisi

Mərkəzin təsisçisi Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli 283 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (bundan sonra Komitə adlanacaq). Mərkəzin təsisçisi onun öhdəlikləri üzrə nizamnamə kapitalı həcmində məsuliyyət daşıyır.
5. Mərkəzin fəaliyyət istiqamətləri

Mərkəz daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsi və aparılması, daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində işləri həyata keçirir.

Mərkəz Komitə sədrinin əmr, sərəncam və göstərişləri, Komitənin razılığı ilə bağladığı müqavilələr, fıziki və hüquqi şəxslərin sifarişləri əsasında daşınmaz əmlakın kadastrı, monitorinqi və texniki inventarlaşdırılması sahələrində iş aparmaqla yanaşı, bu sahələrlə bağlı informasiya bazasının yaradılması, yeni geoinformasiya texnologiyasının əldə olunması və tətbiqi istiqamətində fəaliyyət göstərir. .

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin daşınmaz əmlakın inventarlaşdırılması, texniki pasportların və torpaq sahələrinin plan və ölçülərinin tərtibi sahələrində fəaliyyətini əlaqələndirir.



6. Mərkəzin vəzifələri;
Mərkəz fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

  • Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın vahid kadastrının tərtibi və aparılması;

  • daşınmaz əmlakın kadastrı məqsədilə monitorinq işlərinin yerinə yetirilməsi;

  • daşınmaz əmlakın kadastrı məqsədilə ərazi idarələrində daşınmaz əmlakın texniki inventarlaşdırma və ölçmə işlərinin təşkili ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;

  • daşınmaz əmlakın ayrı-ayrı növləri üzrə sahəvi kadastr aparan səlahiyyətli dövlət orqanları ilə işin əlaqələndirilməsi;

  • Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində daşınmaz əmlakın inventarlaşdırılması, texniki pasportların, torpaq sahələrinin plan və ölçülərinin tərtib olunması məqsədi ilə aparılan işlərin nəticələrinin toplanılması, ümumiləşdirilməsi, təhlil olunması və vahid kadastra daxil edilməsi;

  • daşınmaz əmlak barədə vahid məlumat bazasının yaradılması və istifadəsi;

  • ünvan reyestrinin tərtib edilməsi və aparılması, daşınmaz əmlak obyektlərinə ünvan verilməsi, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatların internet saytında yerləşdirilməsi;

  • ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin qanunvericilikdə müəyyən edilmiş qaydada hazırlanması və daşınmaz əmlak obyektlərində yerləşdirilməsi;

  • dövlət və yerli özünüidarəetmə orqanlarının, fıziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın vahid kadastrının məlumatlarının verilməsinin təmin edilməsi;

  • daşınmaz əmlakın kadastrı, girov qoyulması, dəyişdirilməsi, alqı-satqısı və sairə əməliyyatların, habelə daşınmaz əmlakın qeydiyyatının informasiya bazasının yaradılması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu informasiyadan istifadənin təmin edilməsi;

  • daşınmaz əmlakın kadastrı işlərinə texniki-istehsalat və sahəvi rəhbərliyin aparılması, texniki istehsalat işçiləri tərəfindən yerinə yetirilən işlərə nəzarət edilməsi;

  • fəaliyyət istiqamətləri üzrə göstərilən xidmət haqlarının tarifləri barədə aidiyyəti üzrə Komitəyə təkliflər verilməsi, müvafiq sahələrdə göstəricilərin ümumiləşdirilməsinin təmin edilməsi, statistikasının aparılması və məlumat bankının yaradılması;

  • müasir texnologiyaya uyğun olaraq dəqiqləşdirilmiş yerquruluşu planlarının və müxtəlif xəritəşünaslıq materiallarının elektron avadanlıqlarının köməyi ilə informasiya sistemlərinin yaddaşına köçürülməsi və tərtibi;

  • müasir avadanlıqlar vasitəsi ilə toplanmış məlumatlara əsasən elektron-kadastr xəritələrinin tərtibi, geoinformasiya sistemləri texnologiyalarının tətbiq edilməsi, müasir analitik stereo plotterdən istifadə etməklə elektron xəritələrin tərtibi və çapı;

  • dövlət, bələdiyyə və özəlləşdirilmiş daşınmaz əmlak və torpaqlar haqqında informasiyaların, daşınmaz əmlak və torpaq üzərində hüquqlar haqqında məlumatların toplanması;

  • daşınmaz əmlakın kütləvi inventarlaşdırılması və qiymətləndirilməsi ilə bağlı müəyyən edilmiş qaydada təkliflərin hazırlanması və bu sahədə əməli tədbirlərin həyata keçirilməsi;

  • daşınmaz əmlakın kadastrı xəritələrinin hazırlanması məqsədilə aero və peyk çəkilişlərdən əldə edilmiş məhsullardan istifadə edilməsi;

  • daşınmaz əmlakın məlumat bankının və avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması;

  • daşınmaz əmlak və torpaq sahələri, onların mülkiyyətçiləri, istifadəçiləri haqqında informasiyaların toplanması, sistemləşdirilməsi və onlardan istifadənin təmin edilməsi;

  • daşınmaz əmlakın kadastrının tərtibi və aparılmasına dair beynəlxalq təcrübənin öyrənilməsi, treninqlərdə iştirak edilməsi;

  • daşınmaz əmlakın kadastrının tərtibi və aparılması, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılması, texniki pasportlarının və torpaq sahələrinin planı və ölçülərinin tərtib olunması, geoinformasiya texnologiyasının tətbiqi və bu kimi sahələrdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin işçiləri üçün müəyyən edilmiş qaydada treninq və seminarların təşkil edilməsi.


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə