Yunis Əmrə Tarixi Şəxsiyyətinin Azərbaycanda İzləri



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
tarix22.10.2018
ölçüsü3,19 Mb.
#75300


Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması 

 

255 



 

ALİEKBERLİ,  Aziz  (2014).  “



 

Yunis  Əmrə  Tarixi 

Şəxsiyyətinin  Azərbaycanda  İzləri  ”.  Türk  Dünyası 

Bilgeler  Zirvesi:  Gönül  Sultanları  Buluşması.  26-28 

Mayıs  2014.  2013  Türk  Dünyası  Kültür  Başkenti 

Ajansı (TDKB). Eskişehir  

(

http://bilgelerzirvesi.org/bildiri/pdf/eziz-



elekberli.pdf), ss.255-263

 

Aziz ALİEKBERLİ



*

 

 



YUNİS ƏMRƏ TARİXİ ŞƏXSİYYƏTİNİN  

AZƏRBAYCANDA İZLƏRİ 

 

unis 



Əmrə 

Türk 


dünyasının 

elə 


böyük 

şəxsiyyətlərindən,  mənəviyyat  və  ruh  sahiblərindəndir 

ki, yeddi yüz il keçməsinə baxmayaraq, onun həyatı və 

irsi,  düşüncəsi  və  kəlamları  bu  gün  də  Türk  insanı  üçün  örnək, 

Yaradana  və  Yaradılana  sevgi  mənbəyidir.  Bu  yeddi  yüz  il  ərzində 

Yunis Əmrə bütün Türk dünyasında, o cümlədən Azərbaycan türkləri 

arasında  da  kifayət  qədər  tanınıb  və  müəyyən  dini  mərasimlərdə, 

xüsusilə  Mövlud  mərasimlərində  son  illərə  qədər  də  onun  şeirləri 

İlahilər kimi oxunmuşdur (Ali Şamil Hüseyinoğlu, 2009:12). 

Lakin  bizim  bu  yazıdakı  məqsədimiz  bu  böyük  şairin, 

övliyanın yaradıcılığını izləmək, onun poetik incəliklərini aşkarlamaq 

yox,  Yunis  Əmrə  tarixi  şəxsiyyətinnin  Azərbaycandakı  izlərini 

araşdırmaqdır.  

 

 



Oğuz məzarlığında Şeyx Yunis və Hacı Tapdıq ziyarətgahı 

                                                           

*

 

Doç.Dr. Azerbaycan Milli Bilimler Akademisi.



 




Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı 

 

256 



 

 

Yunis Əmrənin Azərbaycanla bağlılığını təsdiq edən ən tutarlı 



faktlardan  biri  onun  Azərbaycan  Respublikasının  Qax  rayonunun 

Torpaqqala  adlanan  qədim  yaşayış  məskənində  –  Oncallı  kəndi 

yaxınlığındakı  Oğuz  qəbiristanlığında  yerləşən  məzarıdır.  Bu 

qəbiristanlıq  Yevlax-Balakən  magistral  yolunun,  eləcə  də  Oncallı 

kəndinin içərisinə doğru gedən kənd yolunun sol tərəfində, meşəlikdə 

geniş  bir ərazini əhatə edir və Hacı  Tapdıq  Baba və ondan bir qədər 

yuxarıda  yerləşən  Şeyx  Yunis  qəbirləri  ilə  başlayır.  El  arasında  ən 

mötəbər  ziyarətgahlar  hesab  edilən  hər  iki  məzar  təqribən  bir  metr 

hündürlükdə çay daşlarından ibarət hörgüyə alınmışdır. 

 

 



Şeyx Yunis və Hacı Tapdıq məzarlarının yaxından 

görünüşü 

 

Bu  qəbirlərin  böyük  övliya  Yunis  Əmrəyə  və  onun  mürşidi 



Tapdıq Əmrəyə aid olması barədə ilkin fikir söyləyənlərdən biri İlisu 

sultanları nəslindən Sələddin Sultanov olmuş və o, müvafiq məqalə ilə 

Qax rayonunun “Şəlalə” qəzetində çıxış etmişdir.  

Daha sonra görkəmli tarixçi alim, epiqrafik yazılı abidələr üzrə 

tanınmış  mütəxəssis,  professor  Məşədixanım  Nemət  hər  iki  məzar 

üzərindəki  ərəbcə  kitabələri  oxumuş  və  tərcümə  etmişdir. 

Kitabələrdən  məlum  olmuşdur  ki,  məzarlardan  biri  Şeyx  Yunisə, 

digəri isə Hacı Tapdıqa məxsusdur. 




Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması 

 

257 



 

Şeyx  Yunisin  məzarı  üzərindəki  kitabədə  yazılmışdır:  “Biz 

torpaqdan  günahsız  yaranmışdıq,  torpağa  isə  günahkar  qayıdırıq.  Bu 

qəbri  mərhum  Şeyx  Yunisin  xatirəsini  əziz  tutmaq  üçün  Mirzə  ibn 

Çələbi  Soltan  ibn  Saleh  ibn  Məhəmməd  ibn  Məhəmmədzaman  ibn 

İmam Əli – Allah onları bağışlasın – 821-ci il tarixdə bina etdi”.  

 

 

Şeyx Yunisin məzarı və məzarüstü kitabəsi 



 

Hacı  Tapdıqın  məzarı  üzərindəki  kitabədə  isə  yazılmışdır: 

“Rəhimli  və  mərhəmətli  Allahın  adıyla.  Hər  iki  dünyanın  Rəbbunə 

həmd  olsun.  Onun  yaratdığı  Məhəmmədə  və  onun  nəslinin  hamısına 

salam və salavat. Bu evi (qəbr evini) Şeyx Mirzə ibn Çələbi və Şeyx 

Salman ibn Saleh 1207-ci ildə bina etdirmişdir”. (M.Nemət, səh 98) 




Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı 

 

258 



 

 

Hacı Tapdığın məzarı  



 

 

Hacı Tapdığın məzarının yaxından görünüşü 

 

Beləliklə,  birinci  kitabədən  məlum  olur  ki,  Şeyx  Yunisin 



məzarı  üzərindəki  kitabə  miladi  tarixlə  təxminən  1417/1418-ci  illər, 

Hacı  Tapdıqın  məzarı  üzərindəki  kitabə  isə  1791-ci  ildə  yazılmışdır. 

Birinci məzarın Mirzə Çələbi, ikinci məzarın isə Mirzə Çələbi və Şeyx 

Salman adlı başqa bir şəxs tərəfindən götürülməsi isə sübut edir ki, hər 

iki  məzar  eyni  vaxtda  –  1417/1418-ci  illərdə  eyni  bir  şəxs  –  Mirzə 



Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması 

 

259 



 

Çələbi  tərəfindən  abadlaşdırılmış,  Hacı  Tapdıqın  məzarı  isə  1791-ci 

ildə  Şeyx  Salman  tərəfindən  yenidən  bərpa  edilmiş  və  bu  zaman 

məzarın  kitabəsi  yenidən  yazılaraq  Mirzə  Çələbinin  adı  saxlanmış, 

məzarın yeni xeyriyyəçisinin adı da ona əlavə edilmişdir. 

Professor  Məşədixanım  Nemət  də  əldə  etdiyi  məlumatları 

təhlil  edərək  abidələrin  inşa  tarixləri  arasındakı  fərqin  böyüklüyünə 

baxmayaraq, hər iki şəxsin eyni vaxtda yaşaması fikrini irəli sürmüş, 

Şeyx Yunusun böyük türk ozanı və şairi Yunus Əmrə, Hacı Tapdığın 

isə onun mürşidi Şeyx Tapdıq olması qərarına gəlmişdir.  

Biz  Məşədixanım  Nemətin  belə  bir  fikri  ilə  də  tamamilə 

razıyıq  ki,  hər  iki  övliyanın  məzarları  onların  müridləri  tərəfindən 

abadlaşdırılmış və sonrakı yüzillərdə də daim bərpa olunmuşdur.  

Lakin etiraf edirik ki, bütün bu faktlar həmin məzarların Yunis 

Əmrəyə  və  onun  mürşidi  Tapdıq  Əmrəyə  aid  olması  fikrini  qəti 

şəkildə irəli sürmək və qeyd-şərtsiz isbatlamaq üçün hələ yetərli deyil. 

Buna 

görə 


də 

biz 


başqa 

sübutlarımızı 

irəli 

sürmək 


məcburiyyətindəyik.  

 

Birincisi.  Tarixdən  bildiyimiz  kimi,  Yunus  Əmrə  xalq  ozanı, 

təkkə  şerinin  yaradıcılarından,  “vəhdəti  vücud”  fəlsəfəsinin  ardıcılı, 

türkdilli  mütəsəvvüflərdən  biri,  Oğuz  şeirinin  ilk  böyük  şairidir. 

Oğuzların  böyük  bir  hissəsinin  İslamı  qəbul  edib,  Türkman 

subetnosunun  tərkibinə  daxil  olduğu,  digər  bir  hissəsinin  isə  İslamı 

qəbul  etməyib  öz  əski  inanclarını  və  Oğuz  adlarını  saxladığı  bir 

zamanda  İslamı  qəbul  etmiş  Oğuz-Türkmanların  boynuna  böyük  bir 

tarixi  missiya  düşmüşdü:  qeyri-müsəlman  Oğuzların  və  digər  Türk 

boylarının, o cümlədən xristian qıpçaqların İslama dəvət olunması. Bu 

missiyanın  əsas  icraçıları  isə  sufi  dərvişlər,  xüsusilə  də  şair-ozanlar 

idi.  Yunis  Əmrə  də  belələrindəndi.  Təsadüfi  deyil  ki,  o,  Qul  Yunis, 

Aşıq  Yunis,  Yunis  Əmrə,  Miskin  Yunis,  Dərviş  Yunis,  Yunis 

təxəllüsü  ilə  heca  vəznli  qoşma,  gəraylı,  ilahilər  yazmış,  əruz  vəznli 

qəzəl və məsnəvilərdə sufi fəlsəfəsini sadə xalq dilində təbliğ etmiş və 

çox-çox sonralar da istər Türkiyə, istərsə də Azərbaycan və Türkmən 

ədəbiyyatına  öz  əhəmiyyətli  təsirini  göstərmişdir.  Deməli,  qədimdən 

Oğuz  və  Qıpçaq  türklərinin  sıx  məskunlaşdığı,  çiyin-çiyinə  yaşadığı 

Şəki-Qax-Zaqatala-Balakən  bölgəsində  həmin  dövrdə  Oğuz-sufi-

dərviş  xanəgahının  mövcudluğu  və  Tapdıq  Əmrə  kimi  bir  piri-

mürşidin  bu  xanəgahda  fəaliyyət  göstərməsi  tamamilə  təbii  idi.  Belə 

olan surətdə, dərviş libasında Anadolunu, Azərbaycanı və Şamı kənd-

kənd  gəzib  dolaşdığı  tarixdən  bəlli  olan  (Y.Əmrə,  səh  9)  Yunis 

Əmrənin gəlib Tapdıq Əmrə xanəgahında bu böyük övliyanın müridi 



Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı 

 

260 



 

olması  da,  burada  qərar  tutub,  vəfat  etdikdən  sonra  isə  mürşidi  Hacı 

Tapdığın məzarı yanında dəfn olunması da mümkün idi.  

O  da  maraqlıdır  ki,  bu  xanəgah,  onun  yerləşdiyi  meşə  və 

ətrafındakı qəbiristanlıq bu gün də Oğuz adını daşıyır. Qəbiristanlığın 

yanındakı  Oncallı  kəndinin  öz  adını  Qıpçaq  türklərinin  Ancaoğlu 

soyunun  adından  götürməsini  də  nəzərə  alsaq,  onda  belə  bir  fikirlə 

razılaşmağa məcburuq ki, bu yerə Oğuz adını aralarındakı soy fərqinə 

görə məhz qonşuluqdakı  qıpçaqlar vermişlər. Çünki  bu dövrdə Oğuz 

etnos adı artıq tarix səhnəsindən çıxır, yerini türkman, türk, müsəlman 

adına tərk edirdi. 

 

İkincisi.  Yunis  Əmrə  yüzillər  boyu  Türkiyədə  nə  qədər  çox 

sevilsə  də,  əslində,  onun  harada  vəfat  edib,  harada  dəfn  olunduğu 

dəqiq bəlli deyil və görünür, elə buna görə də xalq sevimli övliyasına, 

şairinə  hər  bölgədə  bir  məzar  yaratmışdır  və  bu  səbəbdən  də 

Türkiyədə  bu  gün  Yunis  Əmrənin  adına  nişan  verilən  və  hər  biri 

insanlar tərəfindən müqəddəs tutulan 20-dən çox məzar var. Əslində, 

bir  məmləkətdə  Yunis  Əmrə  kimi  tanınan  və  sevilən  bir  adama  bu 

qədər  məzarın  olması  elə  həmin  məmləkətdə  onun  əsl  məzarının 

olmaması  deməkdir.  Və  belə  olan  surətdə  xalqın  öz  sevimli  şairinə, 

pirinə,  övliyasına  hər  addımda  bir  məzar  tikdirməsi  təbiidir.  Lakin 

Azərbaycanda  Yunis  Əmrənin  cəmi  bir  məzarı  var.  Üstəlik,  nəinki 

Qax kimi  ucqar bir rayonda, heç bütöv  Şimali Azərbaycanda son iki 

yüz il ərzində bölgədə gedən siyasi-mədəni proseslər nəticəsində son 

zamanlara qədər çox az tanınan, hətta ziyalılarımızın özünə belə yaxşı 

məlum olmayan, deməli, ucqar, şeirdən-sənətdən bir qədər də uzaq bir 

rayonun  yerli  əhalisinə  məlum  olması  mümkün  olmayan  bir  Türk 

şairinə adamların saxta qəbir yapması, onu ziyarətgaha çevirməsi qəti 

olaraq imkan xaricindədir.  



 

Üçüncüsü.  Yunis  Əmrə  haqqındakı  məlum  tarixi  rəvayətlərlə 

(Yunis  Əmrənin  Tapdıq  Əmrənin  müridi  olması,  bu  müridlik 

dövründə ona hər gün meşədən çoxlu odun yığıb gətirməsi, bu işdən 

çiyinlərində  və  belində  yara  əmələ  gəlməsi,  onun  bu  zəhmətinə  və 

sədaqətinə  görə  Tapdıq  Əmrənin  öz  müridi  Yunisin  məzarının  onun 

məzarının baş tərəfində və hündürdə qazılması barədə vəsiyyət etməsi, 

“mənim qəbrimi ziyarətə gələnlər əvvəl Yunusu ziyarət etsinlər, sonra 

məni”  –  deməsi    və  s.)  Oğuz  qəbiristanlığındakı  müvafiq  qəbirlərin 

yerləşməsi 

arasında 

ciddi 

şəkildə 


uyğunluq 

var. 


Oğuz 

qəbiristanlığında,  doğrudan  da,  Yunisin  qəbri  Tapdıq  babanın 

qəbrindən  hündürdədir  və  ziyarətə  gələnlər  mütləq  əvvəl  Yunis 



Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması 

 

261 



 

babanın  məzarını,  sonra  isə  onun  mürşidi  Tapdıq  babanın  məzarını 

ziyarət etməli olurlar.  

 

Dördüncüsü.  Oğuz  qəbiristanlığına  Yunis  baba  və  Tapdıq 

baba  məzarlarını  ziyarət  etməyə  gələnlərin,  buraya  yolu  düşənlərin 

özləri  ilə  çır-çırpı,  yaxud  odun  parçası  gətirməsi  də  ciddi  maraq 

doğurur.  Burada  zəvvarların  gətirdikləri  ağac  qırıntıları  Yunisin 

mürşidi  Tapdığın  evində  yandırmaq  üçün  odun-çırpı  daşımasına 

işarədir.  İllərlə  yığılmış  ağac  yığınları bu  gün də diqqəti  çəkir. Yenə 

də bütün bunlar Yunis Əmrə ilə bağlı Türkiyədə yayılmış rəvayətlə – 

Yunisin mürşidi Tapdıq Əmrə üçün meşədən odun daşıması  rəvayəti 

ilə üst-üstə düşür. Daha bir müəmma – Türkiyədə yayılmış rəvayət və 

Qaxda onun ritual təsdiqi! 



 

Beşincisi.  Türkiyədə  Yunis  Əmrəyə  aid  edilən  qəbirlərin  heç 

birinin  yanında  və  ya  yaxınlığında  onun  mürşidi  Tapdıq  Əmrənin 

məzarı  yoxdur.  Bu  isə  onlar  haqqında  elə  Türkiyənin  özündə  geniş 

yayılmış  tarixi  rəvayətlərə qəti olaraq uyğun  gəlmir. Bizcə, bu qədər 

ehtiram  sahibi,  müridləri  və  xanəgahı  olan  bir  övliyanın  vəsiyyətinə 

əməl  olunmaya  bilməzdi  və  üstəlik,  əgər  olunmasaydı,  yüzillər  boyu 

bu  barədəki  rəvayət  yeddi  yüz  il  yaşayıb  günümüzə  qədər  gəlib 

çatmazdı.  Oğuz  qəbiristanlığı  isə  həmin  rəvayətə  uyğun  olaraq  Şeyx 

Yunusun mürşidi Hacı Tapdıqla bir yerdə olan yeganə məzardır.  

 

Altıncısı. Yunis Əmrənin Azərbaycanla bağlılığını təsdiq edən 

fakt  təkcə  onun  məzarının  burada  yerləşməsi  ilə  məhdudlaşmır. 

Bildiyimiz  kimi,  Yunis  Əmrə  uzun  müddət  vətənindən  ayrı  düşmüş, 

qürbət  acısı,  iztirabı  çəkmişdir.  Bunu  onun  “Rumu,  Şamı  və  bütün 

yuxarı elləri” dolandığını söyləməsində də görmək olar. Türk alimləri 

özü  də  etiraf  edir  ki,  “burada  Rum  –  Anadolu,  Şam  –  Suriya  olaraq 

düşünülə  bilər.  “Yuxarı  ellər”  deyəndə  isə  Azərbaycan  və  İran 

(Cənubi  Azərbaycan  –  Ə.Ə.)  nəzərdə  tutulur”  (Yunis  Əmrə,  səh.9). 

Lakin bununla da məsələ bitmir. Ortada bir Molla Qasım amili də var. 

Yunis  Əmrə  mürşidi  Tapdıq  Əmrə  qarşısında  bir  mürid  məsuliyyəti 

daşıyırsa,  Molla  Qasım  qarşısında  da  bir  ozan-aşıq  məsuliyyəti 

daşıyır: 

Dərviş Yunus, bu sözü əyri-büyrü söyləmə,  

Səni siygəyə çəkər bir Molla Qasım gəlir.  

(Salman Mümtaz, səh.354) 

Yunis Əmrə ilə Molla Qasımın yaxın münasibətləri təkcə 

bununla bitmir, bunu Yunis Əmrənin Molla Qasımın “Gördüm” rədifli 



Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı 

 

262 



 

gəraylısına nəzirə yazması da təsdiq edir. Şeirlərdən bəzi bəndləri 

müqayisə edək. 

 

Molla Qasımda: 



Yumulmuş şol ala gözlər,  

Qiyamət yolunu gözlər. 

Hanı şirin-şəkər sözlər, 

Dəhani bizəban gördüm. 

 

Kimi eyş ilə işrətdə



Kimi zövq ilə söhbətdə. 

Kimi rəng ilə möhnətdə, 

Qatı halin yaman gördüm. 

 

Yunis Əmrədə: 



Soluxmuş şol ala gözlər, 

Pozulmuş ay kimi üzlər. 

Qarışmış qara torpağə 

Gül dərən əlləri gördüm. 

 

Kimi zövqiylə işrətdə,  



Kimi eyşü bəşarətdə. 

Kimi əzabü möhnətdə 

Dün olmuş günləri gördüm. 

 

Bu  fakt  da  təsdiq  edir  ki,  Türk  dünyasının  böyük 

şəxsiyyətlərindən olan Yunis Əmrənin Azərbaycanla bağlılığı təsadüfi 

səciyyə  daşımır.  Bizcə,  Yunis  Əmrənin  və  onun  mürşidi  Tapdıq 

Əmrənin  gerçək  məzarlarının  Azərbaycanda  olması  Ortaq 

Keçmişimizin həm də Ortaq Gələcəyimizə bir körpü olmasının rəmzi 

kimi qəbul edilməlidir.  

 

Ədəbiyyat: 

 

Y.Əmrə. Güldəstə. Bakı, Yazıçı, 1992,  



Ali  Şamil  Hüseyinoğlu.  Emin  Abid  Yunus  Emre  hakkında.  I 

Uluslararası  Yunus  Emre  sempozyumu  bildiri  kitabı  (8-10  Ekim 

2008), Aksaray Üniversitesi Yayınları № 1, Aksara, 2009, seh. 12 

Əziz Ələkbərli. Qax: folklor-etnoqrafik etüdlər. Bakı, “Ağrıdağ” 

nəşriyyatı, 2005.  



Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması 

 

263 



 

Natiq  Abbasov.  Qədim  Oğuz  yurdu  –  Qax.  Bakı,  “Ağrıdağ” 

nəşriyyatı, 2000. 

Məşədixanım Nemət. Azərbaycan pirləri. Bakı, 2000. 

Hikmət Əzimov, Piri Məmmədov. Oğuz meşəsində düşüncələr, 

“Kommunist” qəzeti, 18 iyun 1991-ci il. 

Nadir Ziyadlı. Yunus Əmrənin 11-ci qəbri. 

Hikmət  Əzimov,  Şahmərdan  Əhmədov.  Qaxın  tarixi  və 

abidələri, “Qafqaz” jurnalı, oktyabr 2006-cı il, № 2. 

Salman  Mümtaz.  Azərbaycan  ədəbiyyatının  qaynaqları,  Bakı, 

Yazıçı, 1986, səh. 354. 

 

 



 

 

 



 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə