Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə10/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   6   7   8   9   10   11   12   13   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
29 
Cavid haqsızlığın, zülmün ərşə qalxdığı, düşünən beynlərin 
m
əhv edildiyi bir dövrün ittihamçısı, türk dünyasının döyünən ürə-
yidir. “Babam Cavid bir gün
əş  idi.  Yüksəldi,  parladı,  yarasaların 

zünü  kor  etdi.  Lakin  dumanlar  onun  qarşısını  aldılar”  (3, 
s
əh.109). 
Cavid repressiya qurbanı olsa da haqq-ədalət  yerini tapdı, 
ulu önd
ər Heydər Əliyev Cavid irsinə layiqli qiymət verdi, cəna-
z
əsinin Uzaq Sibirdən Azərbaycana gətirilməsinə,  Naxçıvanda 
əbədiyyətə  qovuşmasına  nail  oldu.  Cavid  eşqi  ilə  cövlan edən 
natiql
əri, pərəstişkarları,  heyranları,    Cavidsevərlər,  söz  xridarları 
Xalq şairi Zəlimxan Yaqub kimi Cavidə heyranlıqlarını bildirdilər: 
 
H
ər kimin ki, tanrısı “gözəllikdi, sevgidi” 
H
ər kim bu vətən üçün, torpaq üçün dəlidir
O Cavid düşüncəli, Cavid əqidəlidir! 
H
ər kimin ürəyində tükənməzdir həsrəti, 
Bakı vuran ürəyi, Təbriz yanan əlidir, 
O, Cavid düşüncəli, Cavid əqidəlidir! (3, səh.151) 
 
N
əticə olaraq deyə bilərik ki, bir məqalə çərçivəsində Cavid 
yaradıcılığına  qiymət vermək imkan xaricindədir. Ancaq həqiqət 
budur ki, Cavid s
ənətini dərindən tədqiq etmək, öyrənmək və 
ideyalarını  gənclərə  sevdirmək  romantik  dramaturgiyanın  ədəbi-
n
əzəri  konsepsiyasının  düzgün  dərki və  ədibin  söz  dünyasına 
vurğunluq,  heyranlıq  hissinin  aşılanması  ilə  bağlıdır.  “Cavid  diri, 
canlı  deməkdir. O, bizim hər birimizdən  çox  yaşayacaq,  canlı 
olacaq bir insandır” (3, səh.110). 
 
 


Yusif Aslanov 
 
 
30 
ƏDƏBİYYAT 
 
1. Əliyev H. 1996-cı il oktyabrın 29-da Naxçıvanda böyük 
ədib Hüseyn Cavidin məqbərəsinin təntənəli  açılışı  mərasimində 
nitqi. //Az
ərbaycan.-1996.-1 noyabr. 
2.  Əliyev  İ.  Hüseyn  Cavidin  125  illik  yubileyi  haqqında 
Az
ərbaycan Respublikası Prezidentinin Sərəncamı. //Azərbaycan.-
2007.-18 aprel. 
3. Aslanov Y.Cavidin söz dünyası. Bakı, “Elm”, 2007.-240 s. 
4. Aslanov Y. Hüseyn Cavid çağdaş ədəbi fikirdə. “Hüseyn 
Cavid irsi v
ə müasir dövr” beynəlxalq elmi konfransın materialları. 
26 oktyabr, 2007. 
5. M.C
əfər. Hüseyn Cavid. Bakı, “Azərnəşr”, 1960.-264 s. 
6. Hüseynov R. Vaxtdan uca. Bakı, “İşıq”, 1987.-363 s. 
7. Z
əka Rəfiq. Cavid sənəti. Bakı, “Bilik”, 1981.-7 s. 
 
“Dil v
ə ədəbiyyat” beynəlxalq elmi-nəzəri  
jurnal. Bakı, 2008, 2(62), səh. 89-91 
 
 
 
DRAMATURGİYADA ŞƏRQ-QƏRB  
FOLKLOR MOTİVLƏRİ 
 
B
ədii  düşüncənin, həyatı  dərk etmənin  başlanğıcı,  ilkin 
qaynağı  folklordur.  Klassik  olduğu  qədər də  müasir səslənən 
folklorun janr v
ə formalarını tarixi təkamül prosesində araşdırmaq, 
öyr
ənmək tükənməz xəzinəni dərk etməkdə örnəkdir, milli-mənəvi 
v
ə  bəşəri dəyərləri qavramaqda böyük bir tərbiyə  məktəbidir. 
Xalqın tarixi, milli və regional köklər, mədəniyyətin qədimliyi bu 
nümun
ələrin mətnaltı qatlarında, mövzu, məna dərinliyində verilir, 
“janrın tarixi inkişafı mövzu, süjet tiplərinə əsasən araşdırılır” (3.9). 
Folklor nümun
ələrini dərindən öyrənmək və  bu 
qaynaqlardan istifad
ə etməklə bədii əsərlər yazmaq sənətkar hünəri, 


Ədəbi axtarışlar və tədris 
 
 
31 
bacarığı və məharətinin nəticəsidir. Folklor öz poetik sisteminə görə 
o q
ədər mükəmməldir ki, ondan öyrənməyə həmişə ehtiyac vardır 
(6.32). 
K.D.Uşinski, L.N.Tolstoy, A.O.Çernyayevski, M.Mahmud-
b
əyov, S.S.Axundov, F.Ağazadə, A.Səhhət, N.Nərimanov, A.Şaiq, 
F.Köç
ərli tərəfindən tərtib olunmuş dərsliklərdə folklora geniş yer 
veril
miş  və  balaların  təlim-tərbiyəsinə  bunlardan  başlamağı  əhə-
miyy
ətli hesab etmişlər. 
Folklor v
ə  yazılı  ədəbiyyat bir-birilə  bağlıdır,  onların 
sintezind
ən kamil sənət əsərləri yaranır. Esxilə, Sofokla, Evripidə, 
Aristofana, Tit Makk Plavta, Molyer
ə,  Şekspirə,  Şillerə,  Puşkinə, 
N.G
əncəviyə, M.F.Axundzadəyə, H.Cavidə, C.Cabbarlıya, S.Vur-
ğuna şöhrət gətirən onların folklora, klassik ənənələrə bağlılığıdır.  
Dramatik 
əsərlərin də  tamaşaçıya  güclü  təsir etməsində 
folklorun müxt
əlif janr və  formalarından  yaradıcı  istifadənin də 
əhəmiyyətli olması təkzibolunmaz faktdır. Dram janrlarının poetik 
gücü, hadis
ələrin mahiyyət və  məzmunu, xarakterlərin  tamlığı, 
əsərin oxucunu öz təsiri altına salması da bu imkan və yollarla aşkar 
olunur, dramaturgiyada s
ənətkarlıq axtarışları kimi dəyərləndirilir. 
Görk
əmli folklorşünas alim – AMEA-nın müxbir üzvü Azad Nəbi-
yev yazır: “Yazılı ədəbiyyatla folklorun əlaqələrinin müxtəlif səviy-
y
əsi fərdi başlanğıcla kollektivin münasibətlərinin dərəcəsindən və 
estetik d
əyərlərin  qarşılıqlı  təsir  spesifikasından  asılıdır”  (9.102-
105). Bu, dramaturqda
n ciddi yaradıcılıq axtarışları, gərgin zəhmət 
t
ələb edən bir prosesdir. “Mənim milli düşüncəmdə azadlığı yayan, 
q
əbul edən, nəsildən-nəslə ötürən öz dəyərlərimiz var, o da dünən 
d
ə, bu gün də  mənim  xalqımın  nəsillər təbiyə  edən, pozulmaz 
folklor düşüncəsidir” (12.175). 
Dramatik 
əsərlərin fəlsəfi dərinliyi, təsir dairəsinin  geniş 
olması  da  xalq  yaradıcılığının  müxtəlif nümunələrindən  yaradıcı 
formada istifad
ə  olunması  ilə  sıx  bağlıdır.  Folklorşünaslıq  və 
ədəbiyyatşünaslıq araşdırmalarında əsaslandırılır ki, bədii əsərlərin 
maraqla oxunmasına,  şirinliyinə, oxucunun – tamaşaçının qəlbinə 
yol tapmasına da folklordan istifadə geniş imkanlar açır. “Folklor 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə