Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə11/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   7   8   9   10   11   12   13   14   ...   129

Yusif Aslanov 
 
 
32 
v
ə qədim ədəbiyyatlar bilavasitə mifoloji ənənələrlə bağlıdır, daha 
doğrusu, mifologiyadan qida almışdır” (14.42). 
Folklor v
ə  yazılı  ədəbiyyatın  qarşılıqlı  əlaqə  və  təsirinin 
t
ədqiqi poeziya və  nəsrdə  öyrənilmiş,  maraqlı  nəticələr  əldə 
edilmişdir.  Ancaq  folklor  ənənələrinin dramaturgiyaya təsirinin 
istiqam
ətlərini öyrənmək  ayrı-ayrı  monoqrafiya  və  məqalələrdə 
əksini tapsa da, sistemli tədqiqat obyekti kimi seçilməmişdir. Eyni 
zamanda b
ədii təfəkkürün  formalaşması,  milli  düşüncə  tərzinin 
öyr
ənilməsi, mənəvi dəyərlərin  qorunması,  tarixə  yeni  baxışın 
yaranması  da  folklor  ənənələrinin  dramaturgiya  qaynaqlarını 
d
ərindən öyrənməyə əsas verir.  
Müxt
əlif dövrlərdə dramaturqların xalq ədəbiyyatına müna-
sib
əti, onlardan istifadə  yolları  və  üsulları  haqqında  tədqiqatlar 
aparılsa da, bunlar problemi tam əhatə edə bilməmişdir. 
K.Ələkbərlinin Nizami, T.Xalısbəylinin Nizami, C.Abddul-
la
yevin S.Vurğun, P.Əfəndiyevin S.Vurğun, Ə.Saləddinin M.Ə.Sa-
bir, A.V
əfalının M.Füzuli, S.Rüstəmxanlının C.Məmmədquluzadə, 
B.Abdullayevin Y.V.Ç
əmənzəminli,  T.Əfəndiyevin  M.İbrahimov, 
C.Quliyevin S.R
əhimov, N.Xəlilovun  Ə.Haqverdiyev,  M.Cəfəro-
v
un  O.Sarıvəlli,  K.Əliyevin  H.Cavid  yaradıcılığına  həsr etdikləri 
t
ədqiqatlar  yazılı ədəbiyyatda folklor qaynaqlarından istifadə haq-
qında elmi-nəzəri təfəkkür işığında yeni mərhələ kimi qiymətlidir.  
Mifologiya v
ə folklor ənənələrindən istifadə dünya təcrübə-
sind
ə, Şərq və Qərb kontekstində dramaturqların sənətkarlıq axtarış-
la
rının istiqamətləri kimi tədqiq olunur, problem iki istiqamət üzrə 
araşdırılır: 
a)
 
mifologiya v
ə  folklorda işlənən mövzulardan, ideyalardan 
istifad
ə, obrazların dramatik əsərlərə gətirilməsi; 
b)
 
folklordan g
ələn janr, üslub, poetik xüsusiyyətlərin drama-
tik 
əsərlərdə verilmə sistemi. 
Apardığımız araşdırmalar bizə əsas verir ki, dramaturgiya-
nın folklor qaynaqlarının tədqiqini üç istiqamətdə aparaq, xalq yara-
dıcılığından istifadənin bədii-estetik dərkinin görünməyən qatlarını 
açaq. Bu imkanlardan birincisi mifologiya v
ə  folklorda  işlənən 


Ədəbi axtarışlar və tədris 
 
 
33 
möv
zuların  yazılı ədəbiyyata – dramaturgiyaya gətirilməsi, nəzəri 
fikrin, b
ədii düşüncənin obyektinə çevrilməsidir.  
Az
ərbaycan  dramaturgiyasında  folklor  qaynaqlarından 
istifad
ənin ikinci yolu xalq yaradıcılığının ayrı-ayrı janrlarının bədii 
əsərdə verilmə sistemi və bu nümunələrin məqamında işlədilməsi, 
poetik gücü v
ə tamaşaçıya təsir qüvvəsi ilə ölçülür. “O sənətkarlar 
öz yaradıcılığı ilə dünya mədəniyyəti xəzinəsini zənginləşdirmişlər 
ki, onlar ilk növb
ədə mənsub olduqları xalqın həyatını, mənəviyya-
tını, ideallarını yüksək poetik şəkildə ifadə etmişlər” (4.21). 
M.F.Axundzad
ə, C.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haq-
verdiyev, N.N
ərimanov, Ü.Hacıbəyov, H.Cavid, C.Cabbarlı, S.Vur-
ğun, S.Rəhman və başqalarının yaradıcılığında bu motivlər yüksək 
s
ənətkarlıqla verilir. Milli tarixi gerçəkliyi, mifologiya və folkloru 
d
ərindən öyrənən bu dramaturqların dünyanın tanınmış sənətkarları 
il
ə  bir səviyyədə  tədqiq  olunmasına  mənəvi  haqqı  vardır.  Bu 
s
ənətkarları eyni amal, məfkurə birləşdirir: vətənə və xalqa bağlılıq, 
mifologiya v
ə folklor qaynaqlarından istifadə etməklə yüksək sənət 
əsərləri yazmaq. 
Dramaturgiyada folklor 
ənənələrindən istifadənin üçüncü 
yolu s
ənətkar axtarışları, xalq yaradıcılığından istifadə etməklə yeni 
aforizm, hikm
ətli söz və  ifadələrin  yaradılması,  əsərə  atalar söz-
l
ərini ad seçməsi ilə əlaqədardır. “Ağızda yaranan ədəbiyyatın ənə-
n
ələri qələmi ədəbiyyatda davam və inkişaf etdirilmişdi” (7.31-32). 
Dünya 
ədəbiyyatına və həmçinin dramaturgiyaya təsir edən 
amill
ər, mövzu kimi seçilən süjetlər Qərbdən çox Şərqlə bağlıdır. 
“Avropa 
ədəbiyyatı və mədəniyyətinin  yaranmasında  qədim Şərq 
xalqları bilavasitə iştirak etmiş, həm də Şərqdə antik dövrün tarixi 
yunan v
ə  romalılardan  daha  qədimdir”  (10.8).  Şumer-akkad 
ədəbiyyatında olan əsatir, folklor süjetləri, müxtəlif ədəbi janrlar bir 
daha sübut edir ki, dünya 
ədəbiyyatının beşiyi antik yunan və qədim 
Roma m
ədəniyyətləri deyil, məhz bu ədəbiyyat olmuşdur (11.103). 
Dem
əli, mifologiya və  folklor motivləri  Şərqdən  Yunanıstana, 
oradan Romaya, buradan is
ə  Avropaya  keçmiş,  klassik  dram 
əsərlərində bu ənənələrdən istifadə olmuşdur. Eyni zamanda xalqlar 


Yusif Aslanov 
 
 
34 
arasındakı qarşılıqlı əlaqələr zəminində də dünya ədəbiyyatı və mə-
d
əniyyəti zənginləşmiş,  ədəbiyyatşünaslıq  milli  dramaturgiyanın 
dünya 
ədəbi prosesində tarixi yerini təyin etmək imkanı qazanmış-
dı. 
Az
ərbaycan dramaturgiyasının folklor qaynaqları mifologi-
ya v
ə  folklora,   dünya klassiklərinin istifadə  etdikləri  ənənələrə 
əsaslanmaqla fərqlənmiş, fərdi xüsusiyyətləri, üslubu ilə seçilmiş-
dir. “Kitabi-D
ədə  Qorqud”  eposunun  Şərq və  Qərb  eposları  ilə 
müqayis
əli  araşdırılması  bir  daha  təsdiq  edir  ki,  Şərqdən  alınmış 
əsatir və mifoloji motivlər dünya dramaturgiyasında da əksini tapır. 
Professor M.R
əfili də  “Azərbaycan  ədəbiyyatı”  (1941),  prof. 
Ə.Sultanlı “Antik ədəbiyyat tarixi” (1957), F.Əlimirzəyeva “Kitabi-
D
ədə Qorqud dastanları alman tədqiqatlarında” (Bakı, BDU nəşriy-
yatı,  1998)  əsərlərində  Odiseylə  Basatın,  Polifemlə  Təpəgözün 
arasında oxşarlıq olduğunu göstərir və bunun Şərq mifoloji ünsürü-
nün Q
ərbə  təsiri kimi qiymətləndirirlər. Prof. P.Xəlilov da “Dəli 
Domrul” boyu il
ə  “Mahabharata”  adlı  məşhur  hind  eposundakı 
“Savitri haqqında poema” arasında mövzu yaxınlığı, oxşarlıq görür. 
“Savitri  haqqında  poema”  da  qədim Hind ədəbiyyatı  ilə 
bağlıdır. Burada da məhəbbət və ölüm mövzusu əsas götürülmüş, 

əsatiri süjet əsasında  yüksək əxlaqi kontekstdə istifadə olunmuş-
dur” (11.365). M
əlum olur ki, Savitri sürgün olunmuş kor hökmda-
rın oğlu Satyavana ilə ailə həyatı qurur. Satyavananın ölümünə bir il 
qal
mışdı. Onlar meşədə yaşayırdılar. Savitri həyat yoldaşının ölüm 
m
əqamının çatmasını gözləyirdi. O, ərinin başını dizləri üstünə alıb 
ölüm  tanrısı  Yamanı  qarşıladı.  Savitrinin  məhəbbətə  sadiq qal-
dığını, ağıllı, dərrakəli olduğunu, cəsarətlə Yamaya müraciət etdiyi-
ni n
əzərə alaraq, Satyavananın canını almır, Savitrinin qaynatasının 
gözl
ərini açır, Savitraya və atasına  yüz oğul vəd edir,  yüz qırx il 
yaşamasına imkan yaradır.  
Yunan  dramaturgiyasının  görkəmli  şəxsiyyəti Evripid 
“Alkesta” 
əsərində  də  bu motivi əsas  götürmüş,  yaşamaq,  həyat 
sevgisi il
ə ölüm dəhşətini qarşı-qarşıya qoymuş, Admet və Alkesta 
nümun
əsində konflikti açmağa çalışmıdır. Dəli Domrul da, Admet 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə