Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə12/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   8   9   10   11   12   13   14   15   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
35 
d
ə ölüm pəncəsindən xilas olmaq üçün yollar axtarır. Onların hər 
ikisi  qoca  atasına  və  anasına  müraciət edir, ancaq rədd  cavabı 
alırlar. Ailəsini, övladlarını hər şeydən üstün tutan Dəli Domrulun 
halalı  “mənim  canım  qurban olsun  sənin  canına”,  Admetin həyat 
yoldaşı isə “mən sənin həyatını özümünkündən daha şərəfli hesab 
etdim v
ə sən yaşayasan deyə mən öz ruhumu təslim etdim” deyir. 
H
ər iki süjet xəttində mifoloji və əfasnəvi motivlər üstünlük təşkil 
edir. “D
əli Domrul”da ölüm hökmünü icra etməyə  Əzrayıl, 
“Alkesta”da is
ə  ölüm  İblisi  qərar verir. Hər iki əsərin sonunda 
q
əhrəmanların  igidliyi,  qoçaqlığı  sayəsində  yaşamaq  istəyi, həyat 
sevgisi ölüm üz
ərində qələbə çalır.  
Bu 
əsərlərdə diqqəti cəlb edən məsələlərdən biri Admetin 
Alkestanı, Dəli Domrulun halalını qurban verməyə münasibətidir. 
Admet  özünün  yaşamasına,  Alkestanın  ölümünə  razıdır.  Ancaq 
D
əli Domrul Allaha müraciət edərək: “Alırsan ikimizün canını bilə 
algil-
qorsan  ikimüzün  canını  bilə  qogil!” (8.79). Admet mən 
varamsa h
əyat vardır, mən yoxamsa həyat yoxdur – tezisi ilə çıxış 
edirs
ə, ancaq Dəli  Domrul  yaşayırıqsa,  ikimizdə  bir  yaşamalıyıq, 
ölürüks
ə də birgə ölməliyik – fikrini irəli sürür.  
Bu ail
ələrin taleləri  arasında  bir  oxşarlıq,  yaxınlıq  hiss 
olunur. H
ər ikisinin də qoca ata-anası, övladları vardır. Bunları bir-
birin
ə  bağlayan  sevgi,  qarşılıqlı  hörmət və  məhəbbət hissləridir. 
Əzrayılın  da,  İblisin  də  ölüm hökmünü Dəli  Domrulun  halalı, 
Admetin  Alkestası  qorxmadan,  cəsarətlə  qarşılayır.  Ancaq  Dəli 
Domrulun s
əmimi, ülvi hissləri halalının canını onun yerinə qurban 
verm
əsi oxucunu daha çox düşündürür. Çünki Dəli Domrul halalı 
il
ə  birgə  ölmək  üçün  Tanrıya  yalvarır,  imdad  istəyir. Admet isə 
Alkestanın  ölməsinə  razıdır,  ancaq  Alkesta  Admetə  əvvəlcə 
“Admetsiz h
əyat, yetimlərlə yaşamaq mənə lazım deyildir” fikrini 
bildirir, sonra onun n
əsihətlərinə  əməl etməyi  ondan  xahiş  edir: 
“Sev  bu  uşaqları,  mənim  kimi  sev!:  Uşaqlarımı  ögey  ana  əlinə 
verm
ə...  Evimi  bu  uşaqlar  üçün  hifz  et!:  İlan  ögey  anadan  daha 
m
ərhəmətlidir!” (1.304).  


Yusif Aslanov 
 
 
36 
B
ədii cəhətdən mükəmməl olan bu nümunələr Şərq motiv-
l
əri üzərində qurulmuşdur. Birmənalı qəbul etmək olar ki, yaşamaq, 
yoxsa ölm
ək fikrinə iki baxışın, mövqenin yaranması Şərq və Qərb 
b
ədii düşüncəsi, fəlsəfi fikirinin nəticəsi kimi qiymətləndirilməlidir.  
Eyni zamanda “D
əli Domrul” boyunun süjeti mifik 
t
əfəkkürlə, folklor motivləri ilə  bağlı  olub  çox  qədim dövrlərlə 
bağlanırsa,  ancaq  Evripid  mövzunu  müasir  dövrü  ilə  bağlayaraq 
Alkesta, Admet v
ə Herakl simasında yaşamaq və ölmək haqqında 
f
əlsəfi fikirləri verməyə  çalışmışdır.  Qədim  Şərq mədəniyyətinin 
Dünya m
ədəniyyətinə, xüsusilə  müasir Avropa mədəniyyətinin 
əsasını təşkil edən antik mədəniyyətə mühüm təsiri təkzibolunmaz 
faktdır (11.79).  
Bel
ə  motivlərin dramaturgiyaya gətirilməsi  əsərin bədii 
siql
ətini, dəyərini artırır, “yaşamaq gərçi xoş əməl, yaşatmaq daha 
göz
əl” (H.Cavid) fəlsəfi düşüncəni reallaşdırır. 
H.Cavidin “Şeyx Sənan” faciəsini yadımıza salaq. Burada 
da mifologiya v
ə folklordan gələn motivlər güclüdür. Bu əsərdəki 
f
əlsəfi düşüncələr ilahi eşqin romantik təsvirində, insanın qüdrəti və 
aliliyin
ə böyük inamın poetik ifadəsində təsdiqini tapır. Əsərin ilk 
p
ərdəsində  Zəhranı  təmiz məhəbbətlə  sevən  Şeyx  Sənan röyada 
gördüyü yuxunun t
əsiri ilə  başqalaşır,  eşq  yolunda  Xumarı 
sevm
əklə əfsanəvi ucalıq zirvəsinə yüksəlir, “böyük şeyx” “böyük 
aşiqə” çevrilir, dinlərin insanlar arasında yaratdığı dərin uçuruma, 
ayrılıq fərqinə öz haqq səsini ucaldır (2.70). 
Dramaturqun  Şərq  ədəbiyyatı,  mifologiya  və  folkloru 
d
ərindən bilməsi “Şeyx Sənan” kimi qiymətli faciənin yazılmasında 
öz müsb
ət təsirini göstərə  bilmişdi.  Aşiqin  röyada  sevgilisini 
görm
əsi, ona buta verilməsi, onun arxasınca gedərək min bir əzaba 
qatlaşması,  vüsalına  yetişməsi folklordan gələn  ən  maraqlı  Şərq 
motividir. Dig
ər tərəfdən  eşqin  aliliyinin,  müqəddəsliyinin 
t
ərənnümünə həsr olunmuş “Yusif və Züleyxa”, “Leyli və Məcnun” 
kimi aşiq və məşuqlarla bağlı yaranmış əfsanə, nağıl və rəvayətlər 
d
ə Şərqlə əlaqədardır, dastanlarda aparıcı motivə çevrilmişdir. 


Ədəbi axtarışlar və tədris 
 
 
37 
H
əsənov Rüstəm “Müasir Azərbaycan poemalarında folk-
lor motivl
əri” namizədlik dissertasiyasında (Bakı, 1998) folklorun 
t
əsir dairəsini iki istiqamətdə araşdırır: məzmun və forma planında. 
Bu müdd
əalar Azərbaycan dramaturgiyasının  folklor qay-
naql
arında da nəzərə alınmış, forma-poetik xüsusiyyətləri iki istiqa-
m
ətdə  ümumiləşməsini  tapmışdır:  a)  süjet,  kompozisiya  və  dra-
matik m
ətnin strukturunda; b) dil-üslub, bədii ifadə vasitələrində. 
T
ədqiqatçı belə bir nəticəyə gəlir ki, “Azərbaycan poemala-
rına folklorun təsiri bu məqam, yaxud sahələrdə güclüdür: 1) folklo-
run bütöv 
bir janrının (atalar sözü, bayatı, xalq şeiri və s.) olduğu ki-
mi, yaxud kiçik üslubi d
əyişikliklərlə alınması; 2) folklorun bütöv 
bir süjetinin (
əfsanə, nağıl, dastan və s.) alınıb işlənməsi; 3) bu və 
ya dig
ər folklor süjetindən poemanın müxtəlif yerlərində əsərin ide-
ya-b
ədii məzmununu gücləndirmək üçün istifadə edilməsi; 4) folk-
lor
da işlənib  hazırlanmış,  yaxud xalq dilinə məxsus ifadə-təhkiyə 
dilind
ən yararlanma; 5) folklordan personaj, tip, xarakter götürül-
m
əsi; 6) folklor süjet-kompozisiya modellərindən faydalanma və s.” 
(5.146). 
Az
ərbaycan  poemalarında  folklor  motivlərinin göstərilən 
istiqam
ətlərdə  araşdırılması  Azərbaycan  dramaturgiyasında  da 
müşahidə  edilir, müasir dövrümüzə  qədər  böyük  inkişaf  yolu 
keçdiyini t
əsdiq  edir.  İstər  Şərqdə, istərsə  də  Qərbdə  folklor 
motivl
ərindən istifadə zamanı hər bir dramaturqun yaradıcılığında 
t
əkamül fərdiliyi nəzərə  alınmalıdır.  Fərdi  yaradıcılıq  prosesində 
ənənənin rolunu və  sərhədlərini müəyyən etmək  tarixi poetikanın 
v
əzifəsidir (3.11). 
Dramaturgiyada daha çox müraci
ət olunan folklor motivlə-
rind
ən biri xəsislik mövzusudur. Nağıllarda bu motiv daha geniş yer 
tut
duğu kimi, dramaturgiyada da estetik dəyərlər ortaya qoyulmuş-
dur. Böyük Romanın milli dramaturqu Tit Makk Plavt yaradıcılı-
ğında “Xəzinə” əsəri bu baxımdan klassik komediya olmaqla də-
y
ərli sənət incisidir. Dünya ədəbiyyatının Şekspir, Molyer, Lessinq, 
Ostrovski kimi dramaturqları Plavtı başqa Roma dramaturqlarından 
üstün tutaraq onu ustad s
ənətkar adlandırmışlar (13.57). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə