Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə123/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   119   120   121   122   123   124   125   126   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
371 
 
 Hüseyn Cavid - 125 
 
NURLU  ÖMRÜN 
İŞIĞI 
 
H
əyat və yaradıcılığı, əsərləri və ədəbi mövqeyi ədəbiyyat-
şünaslıqda, ədəbi-estetik fikir tarixində, dərslik, metodik vəsait və 
m
əqalələrdə geniş tədqiq olunan, öyrənilən böyük şəxsiyyətlərdən 
biri d
ə  Hüseyn Caviddir. O, XX əsr Azərbaycan və  dünya 
romantizminin görk
əmli nümayəndəsi və  gözəlliyi, həqiqəti dərk 
etdir
ən,  yaşamaqla  yanaşı  yaşatmağın  sirlərini öyrədən Nizami, 
Füzuli, M.F.Axundzad
ə, Sabir, C.Cabbarlı, S.Vurğun kimi dahilərlə 
bir  sırada  adı  çəkilən, millətin tərəqqi və  nicat  yolunu sənəti və 
idrakı  ilə  dərk edən,  çıxış  yolunu  göstərməyi bacaran 
s
ənətkarlardandır.  Cavidin  əsərləri qədər həyatında  da  insanların 
m
ənəvi tərbiyəsinə  təsir göstərən amillərin  olması  da  yüksək 
m
ənəviyyat xəzinəsidir, insanları haqqa,  ədalətə,  doğruluğa və  ən 
əsası  ruhani  yüksəkliyə  aparan yolun istiqaməti kimi dəyərli və 
qiym
ətlidir. Mərhum prezidentimiz Heydər  Əliyev  və  dünya 
şöhrətli liderimiz İlham Əliyevin sərəncamları Hüseyn Cavid irsinin 
d
ərindən öyrənilməsinə,  ideyalarının  fəlsəfi dərinliyi və  tərbiyəvi 
əhəmiyyətinin Şərq və Qərb kontekstində geniş tədqiq edilməsinə, 
milli-m
ənəvi dəyərləri bəşəri problemlər zəminində  qiymətləndir-
m
əyə  istiqamət verən tarixi qərarlar kimi ədəbiyyata, elmə, mə-
d
əniyyətə olan qayğının bariz nümunəsidir. 
T
ədqiqatlar göstərir ki, H.Cavidin həyat və  yaradıcılığı 
1923-cü ild
ən ümumtəhsil məktəblərində tədris olunur. Bu dövrdə 
çap olunmuş ədəbiyyat proqramının “Türk ədəbiyyatı” bölməsində 
üç s
ənətkarın - M.Ə.Sabir, A.Səhhət, H.Cavidin adı çəkilir. 1930-cu 
ild
ən sonra  ədibin  adı  proqramlardan  çıxarılır,  ona  qarşı  qərəzli 
hücumlar başlanır və nəhayət repressiya qurbanına çevrilir. 6 mart 
1956-
cı  ildə  Cavid bəraət  aldıqdan  sonra  ədibin həyat və 
yaradıcılığı  geniş  tədqiq olunur. 1960-cı  ildən sonra həyat və 


Yusif Aslanov 
 
 
372 
yaradıcılığı,  “Azər”  poeması,  “Səyavuş”  və  “İblis”  əsərləri 
ədəbiyyat proqramlarında öz əksini tapır. 
Ümumt
əhsil məktəblərinin V-XI siniflərinin  ədəbiyyat 
proqramının  (B.,  2003)  tələbinə  uyğun  IX  və  XI siniflərdə 
H.Cavidin h
əyat və  yaradıcılığının,  “Ana”,  “İblis”  və  “Səyavuş” 
m
ənzum  dramlarının  tədrisi nəzərdə  tutulur. IX sinfin (Bilal 
H
əsənli, Nəcəf Nəcəfov. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin IX 
sinfi üçün d
ərslik.  B.,  “Əlfərul” nəşriyyatı,  2007)  və  XI sinfin 
(Nizami C
əfərov,  İsa  Həbibbəyli,  Nurlana  Əliyeva,  Afət  Bakıxa-
nova.  B.,  “Çaşoğlu” nəşriyyatı, 2006)  ədəbiyyat dərsliklərində də 
proq
ramın  tələbləri nəzərə  alınmış  və  H.Cavid  haqqında  geniş 
m
əlumatlar verilmişdir. 
T
əcrübə göstərir ki, Cavidi sevdirmək və onun əsərlərinin 
asan d
ərk  olunmasına  zəmin yaratmaq müəllimlərin elmi-nəzəri 
hazırlıq  səviyyəsi,  pedaqoji  ustalığı,  yaradıcılıq  fəaliyyəti ilə  sıx 
bağlıdır. Bu həqiqəti inkar etmək olmaz ki, elmi-nəzəri, pedaqoji-
psixoloji, ictimai elml
ərin və  dilçiliyin nailiyyətlərindən istifadə 
etm
ədən  ədəbiyyat dərslərini müasir tələblərə  uyğun  qurmaq 
ç
ətindir. Bu baxımdan da H.Cavidin ideyalarını dərindən duymaq 
v
ə  əsərlərini müasir tələblərə  uyğun  tədris etmək üçün filoloji 
istiqam
ətdə aparılan tədqiqatların nəticələrini, əsərlərinin məzmun 
v
ə  mahiyyətini,  əsas  ideyalarını  qavramaq,  təhlil etmək və 
öyr
ənməklə  bilik,  bacarıq  və  vərdişlərin  aşılanması  yolları 

əyyənləşdirilməlidir. Cavidşünaslıqda  fikir  və  arqumentləri ilə 
f
ərqlənən H.Zeynallı, Ə.Hüseynzadə, M.Cəfər, C.Cəfərov, M.Arif, 
Ə.Cəfər,  Ə.Şərif, M.Məmmədov,  M.Ağamirov,  Ə.Sultanlı, 
A.Zamanov, Y.Qarayev, B.N
əbiyev, T.Kərimli, R.Hüseynov, 
S.X
əlilov,  T.Əfəndiyev,  V.Osmanlı,  M.Əlioğlu,  Ə.Ağayev, 
Ə.İbadoğlu, Ə.İsmayılov, Z.Əkbər, K.Əliyev, A.Əliyeva, R.Z.Xən-
dan, Ş.Alışanlı və başqalarının dünya romantizm ənənələri və Azər-
baycan romantizminin n
əzəri-estetik  konsepsiyası,  XX  əsr Azər-
baycan romantikl
ərinin  türkçülük  ideyaları,  milli-mənəvi prob-
leml
ərin bəşəri dəyərlər zəminində  qiymətləndirilməsi,  Şərq və 
Q
ərb kontekstində müqayisəli təhlil və s. problemlərlə bağlı apar-


Ədəbi axtarışlar və tədris 
 
 
373 
dıqları tədqiqatların nəticələrinə əsaslanmadan Cavid yaradıcılığının 
düny
əviliyi və fəlsəfi dərinliyini duymaq, şagirdlərin mənəvi tərbi-
y
əsinə göstərdiyi təsiri açmaq müsbət nəticə verə bilməz.  
Metodik m
ənbələrdə və məktəb təcrübəsində Cavidin həyat 
v
ə yaradıcılığının tədrisi zamanı müxtəlif problemlərin nəzərə alın-
ma
sının təlim prosesinə effektli təsir göstərdiyi müəyyənləşdirilir: 
a)  Ədibin  yaşadığı  dövr  və  ictimai-siyasi mühitin səciyyəsi; b) 
Ədəbi-mədəni mühitin Hüseyn Cavidin həyat və  yaradıcılığına 
göst
ərdiyi təsir; ç) Bədii yaradıcılığı ilə tərcümeyi-halının vəhdətdə 
öyr
ədilməsi;  c)  Əmək fəaliyyəti və  bunların  yaradıcılığına 
göst
ərdiyi təsir; d) Dərsin əyaniləşdirilməsi, emosional vəziyyətin 
yaradılması. 
T
əlim  zamanı  bunların  nəzərə  alınması  ilə  yanaşı  Cavidi 
şagirdlərə  hansı  xüsusiyyətlərinə  görə  və  necə  təqdim etmək 
haqqında  düşünmək  lazımdır.  Bizcə, Cavidin həyat və  yaradıcı-
lığında önəmli yer tutan məsələləri ümumiləşdirib şagirdlərə bilik 
verm
ək onlarda sənətkara məhəbbət hissi oyadır və bu ideyalar ilə 
yaşamağa imkan yaradır: 1) Sözündən, əqidəsindən dönməz insan 
oldu
ğu;  2)XX  əsr Azərbaycan və  dünya romantizminin görkəmli 
nümay
əndəsi, istedadlı şair, mənzum faciənin banisi; 3) Milli-mə-
n
əvi və ədəbi dəyərləri bəşəri problemlər səviyyəsində qiymətlən-
dirm
ək bacarığı; 4) İstedadlı pedaqoq, böyük şəxsiyyət olması; 5) 
D
ərslik tərtibatçısı;  6)  Böyük  ictimai  xadim;    7)  Türkçülük, 
islamçılıq mücahidi; 8) Qayğıkeş ailə başçısı, gözəl insan. 
Hüseyn Cavidi sevdirm
əyi  bacaran  qabaqcıl  ədəbiyyat 

əllimlərinin dərslərinin  giriş  məşğələsi iki xüsusiyyətinə  görə 
dig
ər müəllimlərin iş üsullarından fərqlənir. Bu imkanlardan birin-
cisi t
əlim prosesində əyanilikdən və təlimin texniki vasitələrindən 
istifad
ə ilə bağlıdır. Belə dərslərdə şagirdlər Cavidi sinifdə “görür”, 
şeirindən müəyyən  parçaların  səsləndirilməsini böyük həyəcanla 
dinl
əyirlər. Giriş məşğələsinin maraqlı qurulmasının ikinci imkanı 
Cavid  haqqında  söylənilmiş  qiymətli fikirləri, ona həsr  edilmiş 
şeirlərin sinifdə  səsləndirilməsi ilə  əlaqədardır:  “Hüseyn  Cavidin 
yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə