Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə124/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   121   122   123   124   125   126   127   128   129

Yusif Aslanov 
 
 
374 
üçün, g
ələcək nəsillər üçün dərslik  kitabıdır”  (H.Əliyev), “Öz 
qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Ca-
v
id yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənə-
n
ələri ilə bağlı olmuşdur” (İ.Əliyev), “Sözümüzdə, düşüncəmizdə 
Cavi
din yeri çox ucadır” (R.Hüseynov), “Hüseyn Cavid Azərbay-
can xal
qının Şekspiridir” (M.Müşfiq), “Cavidi teatrsız, teatrı Cavid-
siz düşünmək olmaz” (Cəfər Cəfərov). 
Aşağıdakı şeir parçasının da ifadəli oxusunun təşkili şagird-
l
ərin böyük marağına səbəb olur: 
 
Ç
ətin ki, Cavid ustadı unutsunlar, çətin, ustad!  
Az
ərbaycanımız durduqca parlar sənətin, ustad! 
                                                            Rafiq Z
əka 
 
Hüseyn Cavidi şagirdlərinə sevdirməyi bacaran müəllimlər-
d
ən biri də Sumqayıt şəhər 25 saylı məktəbin ədəbiyyat müəllimi 
Quliyeva Dilbazidir. O, d
ərslərində  ənənəvi üsullarla fəal təlimin 
sintezini yaratmaqla, müxt
əlif imkanlardan istifadə  etməklə tədris 
prosesini yüks
ək səviyyədə  qurur, qruplarla səmərəli  iş  aparır. 
Dilbazi mü
əllim  əvvəlcə  problemi seçdi: “Hüseyn Cavidin ömür 
yolu insanlar üçün böyük t
ərbiyə  məktəbidir”.  Sonra  qrupları 

əyyənləşdirdi,  Hüseyn  Cavidin  ömür  yolunu  tam  əks etdirən 
istiqam
ətlər müəyyənləşdirdi,  fərziyyələr iərli sürdü: 1-ci qrup: 
Naxçıvan  ictiami-siyasi və  ədəbi-mədəni mühitinin səciyyəsi, 
Cavidin t
əhsil illəri; 2-ci qrup: Cavid müəllimlik fəaliyyətində və 
görk
əmli  şəxsiyyətlərin  əhatə  dairəsində; 3-cü  qrup:  Yaradıcılıq 
yolu v
ə  Cavid  teatrı;  4-cü  qrup:  Repressiya  dövrü,  haqsızlıqlar, 
Cavid
ə  yaxınlaşan  ölüm  kabusunun  günahkarları;  5-ci qrup: 
Cavidin 
ədəbiyyat tarixindəki  mövqeyi,  ideyalarında  milli  və 
b
əşəriliyin vəhdəti, Cavid irsinə verilən qiymət. 
Qabaqcıl  təcrübə  bir daha təsdiq edir ki, əvvəlcə  bütün 
qruplar üzr
ə  şagirdlərin öyrəndikləri fakt və  hadisələrin  aşkara 
çıxarılması,  cavabların  dəqiqləşdirilməsi, nəticələrin dinlənilməsi 
şagirdlərin fəallığını  artırır,  təlimə  müsbət təsir göstərir. Elmi 


Ədəbi axtarışlar və tədris 
 
 
375 
ədəbiyyatlardakı  faktlarla  şagirdlərin  cavablarının  müqayisə 
edilm
əsi və nəticələrin dəqiqləşdirilməsi müəllimin nəzarəti altında 
d
əqiqləşdirilməlidir. 
Faktlar 
əsasında  şagirdlər dərk etməlidirlər ki, Hüseyn 
Cavidd
ə hər bir ideya yenidir, təkrarolunmaz bir aləmdir. O, nəinki 
m
əfkurəcə və həm də əsərləri ilə dünyanın məşhur sənətkarlarına 
örn
ək və  nümunə  olan  misilsiz  söz  ustasıdır.  Qlobal  problemləri, 
əbədi və əzəli mövzuların mahiyyətini yüksək sənətkarlıqla açması, 
idey
alarında  orijinallıq  Cavid  sənətinin qüdrəti və  dünyəviliyini 
sübut etm
ək üçün böyük bir filosofun həyat və  kainat  haqqında 
söyl
ədikləri fəlsəfi fikirlərdir: 
 
Ölüm var ki, h
əyat qədər dəyərli, 
H
əyat var ki, ölümdən də zəhərli… 
Yaxud: 
H
ər qaranlıqda çırpınır bir nur, 
H
ər həqiqətdə bir xəyal uyuyur. 
 
Cavid dünyası hikmətli söz və aforizmlərlə, şah beytlərin-
d
əki məna dərinlikləri ilə zəngin olan bəşəri dəyərlərdir. Mübaliğə-
siz dem
ək olar ki, əsərlərini oxuduqca fikirlərin dərinliyinə  hey-
r
ətlənirsən, mənəvi dünyanın  estetik  gözəlliyinin  açarını  tapırsan. 
F
əlsəfi fikirlərini duymaq, dərk etmək, görmək və düzgün qiymət-
l
əndirmək  insanların  xislətində,  əxlaqında,  mənəviyyatında  olan 
daxili göz
əlliyi,  əqli  düşüncəyə  qida verən “mərifət nurunu” 
zinn
ətləndirməkdir: 
 
Kims
ədən gözləmə yardım əsla, 
Yalnız kəndinə kəndin ağla. 
 
Cavidin h
əyat amalı xalqını azad və xoşbəxt görmək, türk 
dünyasının birliyi istəyidir. Ədibin fikrincə, yaşamaq nə qədər gözəl 
olsa da, yaratmaq v
ə həyatda, tarixdə əbədi qalmaq daha gözəl və 
ön
əmlidir: 


Yusif Aslanov 
 
 
376 
 
Yaşamaq gərçi xoş əməl! 
Yaşatmaq daha gözəl!… 
 
Cavidin lirik şeirləri, poemaları və dram əsərlərinin daxili 
göz
əlliyini, poetik duyumunu açmaq və  şagirdləri bu ideyalar 
z
əmnində  həyata hazırlamaq müəllimləri  düşündürməli, böyük 
əhəmiyyəti olan problem kimi özünə cəlb etməlidir. 
Hüseyn Cavid
ə  bu günün fövqündən baxanda onun 
yaradıcılığı daha geniş, əzəmətli və mənalı görünür. Buna görədir 
ki,  hazırda  yazıb-yaradan sənət  adamlarımız  üçün  onun  zəngin 
yaradıcılığı  bir  ülvilik,  qüdsiyyət məbədidir.  Bütün  insanların 
M.Müşfiqin dediyi kimi “Açarı qeyb olan bir xəzinə”dən – Hüseyn 
Cavid ideyalarından bəhrələnməsi böyük səadətdir, kamilliyə gedən 
yolun sirl
ərini açmaq üçün bir mayakdır.  Müəllimlərin yüksək 
elmi-n
əzəri  hazırlığı  ilə  pedaqoji-metodik  ustalığının  sintezi  zəm-
nind
ə bu ucalıq, zirvə dərk oluna bilər, fəth edilər. 
 
“Az
ərbaycan müəllimi” qəzeti, 26 oktyabr, 2007 
 
 
GÖYÇƏDƏN GƏLƏN SƏS 
 
Sözlü-
sazlı  bir  məclisdə  iştirak  edirdim.  Göyçə  ədəbi 
m
əktəbinin nümayəndələrindən birinin –  Aşıq  Xanların 
yaradıcılıq  gecəsi  keçirilirdi.  Sazın  sinəsində  köz  bağlamışdı, 
ulu D
ədə  Qorqud,  Aşıq  Qurbani  ocağından  qor  götürən 
m
əmmədhüseynlər,  alılar,  ələsgərlər, növrəs  imanlar,  aşıq 
n
əcəflər kimi ədəbiyyat tariximizdə  özünə  layiqli yer tutan 
aşıqların  söz  inciləri  respublikanın  məşhur  sənətkarlarının, 
inc
əsənət  ustalarının  ifasında  səslənirdi.  Respublikamızın 
əməkdar  artisti  Ədalət Dəlidağın  sazının  sehrini  duymamaq 
mümkün deyildi. H
əqiqətən, simlər  tarıma  çəkilmişdi, 
“Ruhani”, “C
əngi”  çalınırdı,  natiqlər çıxış  edirdilər. Belə  bir 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə