Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə126/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   121   122   123   124   125   126   127   128   129

Ədəbi axtarışlar və tədris 
 
 
381 
onlarla bir s
əviyyədə, hətta bəzi məqamlarda onlardan yüksəkdə 
dayan
dığını müqayisələr aparmaqla əsaslandırır. 

əllif  haqlı  olaraq  belə  bir nəticəyə  gəlir ki, ənənə  və 
novator
luğun vəhdətindən yaranan zəngin dramaturji janr üslubları 
usta
lıqla yaradan H.Cavid, C.Cabbarlı və S.Vurğun dramaturgiyası-
nın cazibədar fəlsəfi-romantik konflikləri və fövqəladə ehtiraslı xa-
rakterl
əri, fantastik, şərti-simvolik obrazları, dramatik boyaları, qüd-
r
ətli xarakterləri, mürəkkəb-psixoloji kolliziyaları, zəngin dramatur-
ji  priyomları,  bədii  konstruksiyaları,  aforizmlərlə  dolu dramatik-
poe
tik  dialoqları,  mənzum  dramatik  janr  poetikasına  məxsus ro-
mantik vüs
əti, ehtirasların toqquşması... və s. poetik xüsusiyyətləri 
indi d
ə sənətsevərləri heyran qoyur. 
Aparılan  ümumiləşdirmələr,  geniş  elmi  vüsət,  inandırıcı 
arqumentl
ər  əsasında  polemika  aparılması  monoqrafiyanın  elmi 
d
əyərini və sanbalını şərtləndirən amillərdəndir. 
I f
əsildə dramatik əsərlərin janr özəllikləri, forma çalarları, 
dramatik m
əqam, tragik an, problemli gerçəklik, polemik dramlar 
t
ədqiqat obyektinə  çevrilir. Bu fəsildə  qəbul olunmuş  elmi-nəzəri 
düşüncəyə yeni baxış müstəvisindən yanaşılaraq belə bir nəticəyə 
g
əlinir ki, Hüseyn Cavid, Cəfər Cabbarlı və Səməd Vurğun yaradı-
cılığında dramatik növün iki janrı – dram və faciə olsa da, bu əsər-
l
ərdə  komik məqamlar, yumoristik stuasiyalar, kəskin eyhamlar
ifşaedici, öldürücü anlar da vardır.  
Faci
ə  və  dram  janrının  poetikasının  ideallıq  və  reallıq 
kontekstind
ə müəyyənləşdirilməsi monoqrafiyanın aparıcı motivlə-
rind
ən biridir. 
G
ərgin əməyin, zəngin tədqiqat əsərlərinin nəticələri əsasın-
da yazılmış monoqrafiyada bəzi nöqsanlara da təsadüf olunur. Bu 
nöqsanlar daha çox orfoqrafik s
əhvlərlə bağlıdır. Məsələn, S.Vur-
ğunun yarımçıq pyesi bir yerdə “İki sevgi”, digər yerdə “İlk sevgi” 
(s
əh.  91),  Aqşin  əvəzinə  Afşin  (səh. 301), H.Cavidin “Uçurum” 
əsərinin 429-cu səhifədə həm heca vəznində, həm də əruz vəznində 
yazılmış  əsər, “məcazi” sözü əvəzinə  “mcəazi” və  s.  Əlbəttə, bu 
irad
lar monoqrafiyanın dəyərini azaltmır. Ancaq müəllifin bəzi təd-


Yusif Aslanov 
 
 
382 
qi
qatçıların fikirlərinə əsaslanaraq, həm də özünün məntiqi dəlilləri 
il
ə “1905-ci ildə” əsərini “tarixi-fəlsəfi faciə”, “Vaqif”i faciə janrı-
nın parlaq nümunəsi (səh. 88) adlandırmasına haqq qazaqndırmaq 
h
əqiqətə uyğun deyildir 
Dosent  Ramin  Əhmədovun “Azərbaycan  dramaturgiyası: 
idel
lıqlla  reallığın  vəhdəti”  (H.Cavid,  C.Cabbarlı  və  S.Vurğunun 
pyesl
əri əsasında)” monoqrafiyası dramaturgiyanın tədqiqi sahəsin-
d
ə dəyərli tədqiqat əsəridir. 
 
“Az
ərbaycan müəllimi” qəzeti, 25 sentyabr, 
 2009-
cu il, №37 (8350) 
 
 
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ YENİ TƏLİM 
TEXNOLOGİYALARINDAN FAYDALANMA 
VASİTƏLƏRİ 
 
Qabaqcıl təcrübə əsasında zənginləşən “ənənəvi təlimi bir 
k
ənara atmaq, tamamilə  gərəksiz saymaq qeyri-mümkündür. 
Ənənəvi təlimdə bu gün, eləcə də sabah üçün çox şey var; bunları, 
sad
əcə  olaraq,  yaşatmağı,  yeni  təlimi  yanaşmalarla  uzlaşdırmağı 
bacar
maq  lazımdır”  (S.Hüseynoğlu.  Ədəbiyyat dərslərində  yeni 
texnologiyalar: f
əal/interaktiv təlim. B., 2009, səh. 30). Nəticəsi 
eksperiment vasit
əsilə  yoxlanılmayan,  özünü  doğrultmayan  iş 
üsulları  haqqında  danışmağa  heç  bir  metodistin  mənəvi  haqqı 
çatmır. Təcrübə göstərir ki, elmi-nəzəri düşüncə tərzi ilə qabaqcıl iş 
t
əcrübəsinin sintezi əsasında hazırlanan metodik tövsiyə daha güclü 
v
ə inandırıcı olur, müəllimlərin gündəlik tələbatına cavab verir. 
Bu gün mü
əllimləri belə  bir  sual  düşündürür:  Ədəbiyyat 
d
ərslərində  yeni təlim  texnologiyalarının  hansı  formalarından,  iş 
üsullarından istifadə olunmalıdır? Bu məsələlərə aydınlıq gətirmək 
üçün pedaqoji 
ədəbiyyatdakı  ümumiləşdirilmiş  fikirlərə  diqqət 
yetir
ək: “Təlim  texnologiyası  təhsilin müvafiq mərhələsinə, məz-
mu
nuna, formasına və təlimin (dərs) tipinə görə müxtəlif ola bilər... 


Ədəbi axtarışlar və tədris 
 
 
383 
Üsul, vasit
ə  və  tərzlər,  faktik  yanaşmalar bu prosesdə  öyrədənin 
ustalığından  asılı  olaraq  öyrənənlə  əməkdaşlıq  şəraitində  yerinə 
gör
ə seçilir və tətbiq olunur. Dərsi optimallaşdırma, əyaniləşdirmə, 
intensivl
əşdirmə, fənlər və  mövzulararası  əlaqə  yaratma, məntiqi, 
t
ənqidi,  yaradıcı  təfəkkür,  şagird  müstəqilliyi və  şəxsiyyətini 
inkişafetdirmə və formalaşdırma məqsədilə verilən biliyin məzmu-
nunu ötürm
ək məqsədilə  fəal/interaktiv metodlardan-debatlardan, 
müzakir
ə və diskussiyalardan, qruplarla, cütlərlə işdən, əqli hücum-
dan, didaktik oyunlardan v
ə digər yaradıcı işlərdən istifadə olunur 
ki, bütün bunlar t
əlim texnologiyalarından istifadə prosesinə daxil-
dir v
ə bu, prosesdə həllini tapan metodlardır” (A.Həsənov, Ə.Ağa-
yev. Pedaqogika. 2007, s
əh. 248-249). 
Dem
əli, fəal/interaktiv təlimdə irəli sürülənlər heç də yeni 
tipli  üsullar  kimi  qavranılmamalı,  başa  düşülməməlidir. Burada 
istifad
ə olunan üsullar, iş formaları ənənəvi təlimdə də istifadə olun-
muş, təlim, təhsil və tərbiyənin dərindən öyrənilməsinə zəmin yarat-
mışdı. Ancaq fəal/interaktiv təlimdə bu iş sistemi dərinləşdirilmiş, 
f
əal iş üsullarından istifadyə kompleks yanaşılaraq yeni təlim texno-
lo
giyalarından  dərsin müxtəlif mərhələlərində  istifadənin müasir 
sis
temi yaradılmış, dərsin təşkili yeni məzmun və mahiyyət kəsb et-
mişdir. 

əllimlərin daha çox metodik köməyə ehtiyac duyduqları 
m
əsələ  fəal/interaktiv təlim  əsasında  dərsləri  aparmağa  istiqamət 
ver
ən metodik vəsaitlərin azlığıdır. Açığını etiraf edək ki, bu haqda 
pedaqoji t
ədqiqatlarda, metodik araşdırmalarda çox az danışılmış-
dır. Bu sahədə professor Ş.Mikayılovun, dosent B.Həsənlinin, do-
sent F.Yusifovun, habel
ə  Aydın  Paşayevlə  Esmira Cəfərovanın 
araşdırmalarını müsbət addım kimi qiymətləndiririk. 
Bügünkü d
ərsin modeli müəllim və şagird fəallığı zəminin-
d
ə qurulur, yeni pedaqoji prinsiplərə əsaslanır. Səmərəli nəticənin 
əldə  edilməsi pedaqoji tədqiqatlara, metodik vəsaitlərə  istinad et-
m
ək, şəxsi təcrübə ilə bu tövsiyələrin sintezini yaratmaqla şərtlənir. 
Başqa sözlə, ənənəvi və müasir dərs modellərini əlaqələndirmək və 
ədəbiyyatı da bu zəmində öyrətmək haqqında düşünmək vacibdir. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə