Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə127/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   121   122   123   124   125   126   127   128   129

Yusif Aslanov 
 
 
384 
Bu baxımdan ədəbiyyat dərslərində fəal/interaktiv təlimin imkanla-
rının öyrənilməsi aktualdır və S.Hüseynoğlunun 2009-cu ildə çap-
dan çıxmış “Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interak-
tiv t
əlim” vəsaiti də müəllimlər üçün dəyərli bir mənbədir. 
V
əsait iki hissədən ibarətdir. Birinci hissədə fəal/interaktiv 
t
əlimin mahiyyəti, başlıca xüsusiyyətləri, tətbiqi imkanları araşdırıl-
mış, mübahisə doğuran məsələlərə aydınlıq gətirilmişdir. İkinci his-
s
ədə isə tərcümeyi-hal materiallarının, epik, lirik, dramatik növdən 
olan 
əsərlərin,  icmal  mövzuların  fəal/interaktiv təlimin tətbiqi ilə 
öyr
ədilməsi yolları işıqlandırılmışdır. 
M
əktəb təcrübəsində  tez-tez gündəmə  gətirilən, müəllim-
l
ərin  izahına  ehtiyac  duyduqları  məsələlərdən biri fəal/interaktiv 
t
əlimlə  aparılan  dərsin  quruluşu,  mərhələləridir. Bəzi müəllimlər 
düşünürlər ki, fəal təlimdə əsas iş şagirdlərin qruplara bölünməsi
problemin qoyuluşu, tədqiqatın aparılması, nəticələrin müzakirəsi, 
qiym
ətləndirmə  və  ev  tapşırığının  verilməsidir. Fəal/interaktiv 
t
əlimlə aparılan dərslərə hansı işlə başlamaq, ev tapşırıqlarının icra 
v
əziyyətini,  keçmiş  mövzunun öyrənilmə  səviyyəsini necə  yoxla-
maq lazımdır? Adı çəkilən vəsaitdə bu suallara cavab tapmaq olur. 
V
əsaitdə  maraq  doğuran  məsələlərdən biri motivasiya, 
proble
min qoyuluşu ilə bağlı fikirlərin ümumiləşdirilməsidir. Peda-
qoji v
ə  metodik  ədəbiyyatda fəal/interaktiv dərsin mərhələlərində 
bunun müst
əsna əhəmiyyət kəsb etdiyi əsaslandırılır.  Təcrübə  də 
göst
ərir ki, psixoloji vəziyyətin nəzərə alınması, əhvali-ruhiyyənin 
f
əallığa nail olunması əsasında təşkil olunan dərslər sevinc, ilham 
m
ənbəyinə  çevrilir. Rəmzi (simvolik) materiallardan, suallardan, 
problemin müxt
əlif yollarla həlli vasitəsilə motivasiya mərhələsinin 
s
əmərəli təşkili vəsaitdə dəqiq və ətraflı şərhini tapır. 

əllifin diqqət mərkəzində saxladığı məsələlərdən biri də 
“açar sözl
ər”in seçilməsidir. Tədqiqatçı  “açar  sözlər”in kim 
t
ərəfindən seçilməsinə  ikili münasibət bildirir, əvvəlcə  müəllimin 
özünün, sonra is
ə  artıq  təcrübə  qazanmış  şagirdlərin  bu  işə  cəlb 
edilm
əsi mövqeyində  dayanır.  Unudulmamalıdır  ki,  “açar  sözlər” 
t
əlim  materiallarının  mahiyyətini  açmaq  üçün  seçilmiş  ayrı-ayrı 


Ədəbi axtarışlar və tədris 
 
 
385 
sözl
ər əsasında müəyyənləşdirilir. Müəllif əsaslandırmağa çalışır ki, 
pedaqoji 
ədəbiyyatlarda xassələr, xüsusiyyətlər, növlər, tiplər, rol, 
əhəmiyyət, səbəb, nəticə,  əlaqə,  qarşılıqlı  əlaqə, nöqsanlar və 
uğurlar,  varislik,  yenilik,  qayda,  quruluş  və  s. kimi sözlər “açar 
sözl
ər” kimi qəbul edilə bilər. Vəsait bizdə belə bir təsəvvür yaratdı 
ki, o, h
əqiqətən müəllimlərin praktik işini xeyli asanlaşdıracaqdır, 
buradakı  dərs nümunələrini diqqətlə  nəzərdən keçirən müəllim 
öyr
əndiklərini digər  mövzuların  tədrisində  tətbiq edə  biləcəkdir. 

əllifin  hazırladığı  metodik  işin  bir  hissəsi tərcümeyi-hal 
materiallarının  öyrənilməsini  əhatə  edir. Epik əsərlərin tədrisi 
yolları  V  sinifdə  S.Rəhimovun “Qara torpaq və  sarı  qızıl”,  VIII 
sinifd
ə C.Məmmədquluzadənin “Qurbanəli bəy”, Ə.Haqverdiyevin 
“Mirz
ə  Səfər” hekayələri nümunələrində  izah olunur. V sinifdə 
S.Vur
ğunun “Ceyran” və IX sinifdə Ə.Cavadın “Göy göl” qoşma-
la
rının  əsasında  lirik  əsərlərin öyrədilməsi  üsullarından  danışılır. 
Dramatik 
əsərlərin öyrədilməsi üçün XI sinifdə  C.Cabbarlının 
“Oqtay Eloğlu” əsəri nümunə kimi təqdim olunur. 
İcmal materiallarının tədrisi metodikasını hazırlamaq üçün 
XI sinifd
ən “Ən yeni dövr Azərbaycan ədəbiyyatı (XX əsrin 10-cu 
ill
ərinin  sonlarından  50-ci illərə  qədər)” mövzusu tədqiqata cəlb 
edil
mişdir. 
Seçilmiş  mövzuların  müxtəlif  ədəbi növləri  əhatə  etməsi, 
ayrı-ayrı siniflərdə tədrisi üsullarından danışılması, dərsin fəal/inte-
rak
tiv üsulların tələblərinə uyğun təşkili və aparılması vəsaitin də-
y
ərini, müəllimlər  üçün  faydalı  olduğunu  təsdiqləyir. Müəllifin 
eksperiment
ə cəlb etdiyi mövzuların tədrisinə proqramda ayrılmış 
saatlardan s
əmərəli istifadə etmək, ədəbi əsərlərin məzmununu əha-
t
əli mənimsətmək, təhlilini yüksək səviyyədə  aparmaq,  şagirdləri 
t
ədqiqata istiqamətləndirmək üçün tədqiqat suallarını müəyyənləş-
dirm
ək, qrupları müzakirəyə cəlb etmək və s. bağlı mövqeyi hər bir 

əllim üçün metodik örnək ola bilər.     
 
“Az
ərbaycan dili və ədəbiyyatı tədrisi”, 
 
Bakı, 2011, №1, səh. 31-33 


Yusif Aslanov 
 
 
386 
 
ŞƏRƏFLİ ÖMÜR YOLU 
 
H
ər  insanın  həyatında  sevinc  dolu  xoşbəxt anlar  olur. 
Ancaq el
ə  insanlar var ki, ömründə  bu  cür  anları  bir  neçə  dəfə 
yaşayır. Belə insanlar çətin və keşməkeşli ömrün acısını da, şirinini 
d
ə ləyaqətlə daşıyırlar. Xüsusilə, elm adamları bu yolda daha ağır 
z
əhmətə qatlaşır. SDU-nun filologiya fakültəsinin dekanı, filologiya 
elml
ər doktoru Aslan Bayramov belə ziyalılardandır.  
Novruz bayramı ərəfəsində Aslan Bayramova ömrünün iki 
sevincli  anının  yaşamaq  nəsib  olmuşdur.  Bu  günlərdə  istedadlı 
türkoloq – 
alimin 65 yaşı tamam olur. Bu sevincə yeni bir sevinc də 
əlavə  olunmuşdur.  Respublika  Prezidenti  yanında  Ali  Attestasiya 
Komissiyasının  qərarı  ilə  filologiya elmləri  doktoru  adına  layiq 
görülm
əsi Aslan müəllimin gərgin  elmi  axtarışlarının  sevindirici 
b
əhrəsini bir daha aydın göstərir.    
Aslan Bayramovun h
əyatı və fəaliyyəti çoxşaxəli, geniş və 
əhatəlidir. Onun müəllimlik  peşəsini sevən  pedaqoq,  tanınmış 
t
ədqiqatçı,  bacarıqlı  təşkilatçı,  gözəl ailə  başçısı  olması  kollektiv 
arasında nüfuzunu yüksəltmiş, pedaqoji ictimaiyyətə tanıtmışdır.  
Ağbaba  mahalının  Təpəköy  kəndində  dünyaya göz açan 
Aslan Bayramov h
əyatda  enişli-yoxuşlu  inkişaf  yolu  keçmiş, 
kolxozda 
əmək fəaliyyətinə  başlamış,  hərbi xidməti layiqincə 
yerin
ə yetirərək “əsgəri rəşadətə görə” medalı ilə təltif olunmuşdur.  
T
əhsil aldığı məktəbdə vaxtilə ona dərs deyən müəllimlərlə birlikdə 
çalışmış, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.   
Elmi araşdırmalar, sonsuz həvəs, yazıb-yaratmaq eşqi onu 
Bakı  Dövlət  Universitetinin  (keçmiş  ADU-nun) filologiya 
fakült
əsinə gətirdi. Mir Cəlal, Tofiq Hacıyev, Saməd Əlizadə kimi 
görk
əmli şəxslərdən elmin sirlərini öyrənən və onların məsləhəti ilə 
universitetd
ə dissertantı kimi saxlanılan Aslan müəllim gərgin zehni 
əməyə qatlaşdı. 
Dissertant  olmamışdan  öncə  “Azərbaycan”, “Ulduz”, 
“Az
ərbaycan təbiəti”, “Qobustan” jurnallarında çap olunan məqalə-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə