Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə128/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   121   122   123   124   125   126   127   128   129

Ədəbi axtarışlar və tədris 
 
 
387 
l
əri elmi axtarışlarının başlanğıcı kimi dəyərlidir. Azərbaycan ono-
mastikasına həsr edilmiş bütün konfranslarda fəal iştirak etməsi onu 
bir ziyalı kimi daha da şöhrətləndirdi.  
Aslan mü
əllimin taleyi 1988-ci ildən  Sumqayıt  şəhəri ilə 
bağlanır. O, 1995-ci ildə “Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin 
türkm
ənşəli toponimləri” mövzusunda namizədlik  dissertasiyası 
müdafi
ə  edərək alimlik dərəcəsi  adı  almışdı.  Pedaqoji  fəaliyyətə 
şəhərimizdəki 18 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat 

əllimi  kimi  başlamış,  ADPU-da,  Müəllimlər  İnstitutunun 
Sumqayıt filialında pedaqoji fəaliyyətini davam etdirmişdir. 2003-
cü ild
ən SDU-da kafedra müdiri, filologiya fakültəsində  dekan 
v
əzifəsində işləməsi və hazırda da bu vəzifədə çalışması ona imkan 
yaratmışdır  ki,  elmi-pedaqoji  kadrların  hazırlanmasında  səmərəli 
f
əaliyyət göstərsin, tədqiqat işini davam etdirsin. 
Pedaqoji f
əaliyyəti dövründə  Aslan müəllimin  əməyi 
yüks
ək qiymətləndirilmiş,  “Ali  kateqoriyalı  Azərbaycan dili və 
ədəbiyyat müəllimi”,  “Sumqayıt  şəhər Təhsil  Şöbəsinin fəxri 
f
ərmanı”,  “Azərbaycan  Respublikasının  Təhsil Nazirliyinin 
“Qabaqcıl  təhsil  işçisi”  döş  nişanı,  “Azərbaycan  Respublikası 
Beyn
əlxalq Diaspor Mərkəzinin fəxri fərmanı” ilə təltif olunmuş və 
Az
ərbaycan müəllimlərinin VII qurultayına nümayəndə seçilmişdir.  
A.Bayaramovun elmi f
əaliyyətində  Qərbi Azərbaycan 
toponiml
ərinin tədqiqi, “Dədə  Qorqud”dakı  adların  Qafqaz 
ərazisində toponimləşməsinin araşdırılması, “Kitabi-Dədə Qorqud” 
ensiklopediyasının müəlliflərindən biri olması, Ağbaba, Şörəyel və 
P
əmbək bölgələrinin yer-yurd adlarının, folklorunun toplanması və 
toponiml
ərinin araşdırılması, 2 dərs vəsaiti, 2 monoqrafiya, 12 fənn 
proqramının  hazırlanması,  180-dən çox elmi məqaləinin çap 
edilm
əsi əsas yer tutur. Ukrayna, Türkiyə, İran, Qazaxıstan, Rusiya 
v
ə başqa ölkələrdə çap etdirdiyi məqalələr də onun elmi fəaliyyə-
tinin geniş və əhatəli olduğunu təsdiq edir.  
Aslan Bayramovun geniş elmi dünyagörüşü, dərin tədqiqat-
çılıq  bacarığı  ona  “Kitabi-Dədə  Qorqud” toponimləri və  Qafqaz 
arealı”  monoqrafiyasını  yazmağa  imkan  yaratmışdır.  Bu  tədqiqat 


Yusif Aslanov 
 
 
388 
əsəri Azərbaycan dilçiliyinin yüksək nailiyyəti, qorqudşünaslığın el-
mi müdd
əalarla zənginləşməsinə  təsir göstərən monoqrafik mən-
b
ədir.  
Alimin Az
ərbaycan  Yazıçılar  Birliyinin  və  Azərbaycan 
Jurnalistl
ər  Birliyinin  üzvü  olması,  elmi-publisistik  yazılar  çap 
etdirm
əsi onun həyat səlnaməsinin  uğurlu  səhifələridir. Folklor, 
etnoqrafiya, dilçilik v
ə onomastikaya aid çoxlu axtarışları vardır.   
Aslan mü
əllimin ümumiləşdirdiyimiz  elmi  axtarışlarının 
n
əticələri, pedaqoji sahədəki fəaliyyətinin bəzi məqamları göstərir 
ki, o, t
ədqiq etdiyi problemi bütün incəliyinə, dərinliyinə qədər və 
geniş  aspektdə  araşdırmaq,  tədqiq etmək  bacarığına  malik  olan, 
qorqudşünaslığı yeni müddəalarla zənginləşdirən yaradıcı ziyalıdır. 
Bunun n
əticəsidir ki, Aslan Bayramov “Kitabi-Dədə  Qorqud”da 
adlar v
ə  Qafqaz  ərazisində  onların  toponimləşməsi” mövzusunda 
dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri 
doktoru alimlik d
ərəcəsi almağa layiq görülmüşdür. Bizə isə o qalır 
dey
ək ki,  Aslan müəllim, sənə  bu  şərəfli  yolda  yeni  yaradıcılıq 
uğurları diləyir və ad gününü təbrik edirik. Sonda dahi Azərbaycan 
şairi Nizami Gəncəvinin bir müdrik fikrini xatırlamağı özümə borc 
bilir
əm:  
 
“H
ər uca rütbədən bilinir fəqət, 
Alimin rütb
əsi ucadır, əlbət”. 
 
“Sumqayıt” qəzəeti, 21 mart  
2012-
ci il, №14 (7870)   
 
 
ÇAĞDAŞ TƏHSİLİMİZƏ YENİ TÖHFƏ 
 
XXI 
əsrin  başlanğıcı  dünyada  gedən dərin ictimai-siyasi, 
tarixi-m
ədəni hadisələrlə  epoxanın  yeni bir parlaq  səhifəsini  açdı. 
İndi  qloballaşmanın  həlli  yollarının  axtarıldığı,  inteqrasiyanın 
aparıldığı bir zaman çərçivəsində çoxəsrlik ədəbiyyatımızın, milli-


Ədəbi axtarışlar və tədris 
 
 
389 
m
ənəvi dəyərlərin bəşəri sərvətlər kontekstində, müstəqillik baxışı 
mövqeyind
ə, yeni təfəkkür müstəvisində  dərindən öyrənilməsi 
ədəbiyyatşünaslığımızın  ən mühüm problemlərinə  çevrilmişdir. 
Buna  uyğun  olaraq  “intellekt,  zəka”, “təhsil və  informasiya  əsri” 
adlanan XXI 
əsrdə fundamental tədqiqatların aprılması, dərslik və 
d
ərs vəsaitlərinin  yazılması,  ədəbi-mədəni  əlaqələrin tədqiqi və 
t
əhlilinə  yeni istiqamətlərdən  yanaşılması  milli  ədəbi təcrübə  ilə 
dünyanın  ədəbi-nəzəri fikrinin nəticələrinə  əsaslanır,  ədəbi-estetik 
inkişaf  qanunauyğunluqları  bu  nəzəri konsepsiyalar üzərində 
qurulur.  
Bu istiqam
ətlərdə  ədəbiyyatımızın  problemlərinin paralel 
şəkildə dünya ədəbiyyatı kontekstində öyrənilməsinə, Azərbaycan 
ədəbiyyatının yalnız Şərqdə deyil, dünya mədəniyyətinə göstərdiyi 
t
əsirin imkanlarının tələbələrə çatdırılmasına, Qərb mədəniyyətinin 
Şərq müdriklik, hikmət xəzinəsindən  qaynaqlanmasına  zəmin 
yaradan motivl
ərin  aşkara  çıxarılmasına  kömək edən “Dünya 
ədəbiyyatı” dərsliklərinin yazılması da bu zərurətdən yaranmışdır. 
Etiraf  olunmalıdır  ki,  müxtəlif vaxtlarda dünya ədəbiyyatının 
folklor  qaynaqları,  ayrı-ayrı  dövrlər üzrə  təkamül və  inkişaf 
m
ərhələləri ilə  bağlı  bu  gün  də  aktuallığını  qoruyub  saxlamış 
d
ərsliklər yazılmış və müntəxabatlar çap edilmişdir. Təbiidir ki, bu 
d
ərsliklərdə  son illərin elmi-tədqiqat  işlərinin nəticələri,  ədəbi 
prosesin  yeni  uğurları  öz  əksini tapa bilməmişdir.  Həm də  bu 
d
ərsliklərin  çapı  bizi  xeyli  zaman  məsafəsindən  ayırdığına  görə 
onları  əldə  etmək tələbələr üçün bir qədər çətinlik törədirdi. Bu 
problem XX 
əsr “Dünya ədəbiyyatı” dərsliyində də açıq-aydın hiss 
olunurdu.  
Son zamanlar 
ənənə, varislik və  müasirlik kontekstində 
ayrı-ayrı  dövrlər üzrə  “Dünya  ədəbiyyatı”  dərsliklərinin çap 
edilm
əsi uğurlu nəticədir, tələbələrin bu sahədəki ehtiyacını qismən 
d
ə  olsa ödəyən müsbət  addımlardır.  Biz  Əli  Sultanlının,  İsmayıl 
Şıxlının,  Əkbər  Ağayevin,  Cəlil  Nağıyevin,  Tərlan Növruzovun, 
N
ərgiz Paşayevanın, Qorxmaz Quliyevin, Vəkil Hacıyevin, Məm-
m
əd Qocayevin, Hamlet Qocanın, Afaq Məsudun, Səlim Babulla 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə