Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə129/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   121   122   123   124   125   126   127   128   129

Yusif Aslanov 
 
 
390 
oğlunun, İlqar Əlfioğlunun, Sabir Mustafanın, Hamlet İsaxanlının, 
Zey
dulla Ağayevin, Natiq Səfərovun, Cavanşir Yusiflinin və baş-
qal
arının əməyini unuda bilmərik. Yeni nəşr olunmuş dünya ədə-
biyya
tı  antologiyası  müəlliflərinin, xüsusilə  Kamal  Abdullanın 
xidm
ətlərini qeyd etməliyik.  
Bu  adlarını  çəkdiyimiz alim –  tədqiqatçılar  arasında 
profess
or  Əmirxan  Xəlilovun da böyük zəhməti olmuşdur.  Onun 
2012-ci ild
ə  “Araz” nəşriyyatında  566  səhifə  həcmində  çap 
etdirdiyi “Dünya 
ədəbiyyatı” dərs vəsaiti ali məktəblərin humanitar 
fakült
ələri üçün nəzərdə tutulmuşdur. Dərin tədqiqatçılıq qabiliyyə-
ti, iti z
əkası, elmi səviyyəsinin yüksək olması, 1970-ci ildən BDU-
nun Dünya 
ədəbiyyatı kafedrasında dosent, professor vəzifələrində 
işləməsi, müxtəlif ali məktəblərdə  oxuduğu  məruzələr, Moskva, 
Peterburq, Tbilisi, Riqa v
ə  Daşkənd  şəhərlərində  elmi-ədəbi 
konfranslardakı  məruzə  və  çıxışları,  “Sənət və  sənətkar” (1974), 
“Rus sovet 
ədəbiyyatı tarixi” (müəlliflər kollektivi, 1976), “Sergey 
Yesenin v
ə Azərbaycan” (1977), “Aleksandr Blok” (1980), “Ədəbi 
üfüql
ər” (1985), “Poeziya, həyat və mənəviyyat” (1989), “XX əsr 
rus 
ədəbiyyatı  tarixi”  (1992),  “Sənət həyata bələdçidir” (1994), 
“Sergey Yesenin: M
ərdəkanın qızıl payızı və yazı” (1996), “Günəşi 
içirik, gün
əşlənirik” (2001), “Məmməd  Araz  dühası”  (2002), 
“Əliağa Kürçaylı” (2003), “Olimpə gedən yolda” (2005), “Həyata 
müdrik baxış” (2009), “Dünya ədəbiyyatı – I cild” (2011) kitabları, 
200-d
ən çox elmi-tənqidi məqalələri “İti qələm” və “Qızıl qələm” 
mükafatları  laureatı  professor  Əmirxan  Xəlilova  şübhəsiz ki, 
“Dünya 
ədəbiyyatı – IV cild” fundamental dərs vəsaitini yazmağa 
imkan yaratmışdır.  
Əmirxan Xəlilovun təhlil və tənqid üslubu müxtəlif istiqa-
m
ətlərdə  -  klassik irs, müasir və  dünya  ədəbiyyatının  müxtəlif 
probleml
ərinin elmi-nəzəri məsələlərinin  araşdırılmasında  forma-
laşmışdır. Bunu biz mühazirələr, ədəbi oçerk və portretlər əsasında 
yazdığı dərs vəsaitinin məzmun və strukturunda, ayrı-ayrı sənətkar-
la
rın əsərlərinin struktur poetikasının müəyyənləşdirilməsində, süjet 
v
ə  mövzu motivlərinin  Şərq və  Qərb kontekstində  ümumiləşdir-


Ədəbi axtarışlar və tədris 
 
 
391 
m
əyi bacarmasında, hər bir sənətkarın həyat və yaradıcılığını özü-
n
əməxsus bir formada işləməsində, müəllifin tərcümə etdiyi mate-
riallarda da görürük.  
D
ərs vəsaitinin elmi və təcrübi əhəmiyyəti, XX əsr dünya 
ədəbiyyatını  öyrənməkdə  əvəzsiz bir mənbə  olması  barədə  geniş 
danışmaq  mümkündür.  İlk  öncə  dərs vəsaitinin strukturu, burada 
əhatə olunan mövzular haqqında müəllifin düşüncələrini, yanaşma 
mövqeyini oxuculara çatdıraq. 
D
ərs vəsaiti iki hissədən ibarətdir. Birinci hissədə XX əsr 
Q
ərb  ədəbiyyatının  (Amerika,  Fransa,  Almaniya,  İngiltərə, 
İspaniya) ən məşhur ədiblərinin həyat və yaradıcılığı təhlil olunur, 

əllifin özünün tərcümə  etdiyi və  dünya  ədəbiyyatı  antolo-
giyasında verilmiş bədii nümunələr dərsliyə daxil edilməklə müasir 
baxış  müstəvisindən  araşdırmalar  aparılır,  ayrı-ayrı  sənətkarların 
yaradıcılığında Şərqlə bağlı, müasir Azərbaycan ədəbiyyatında da 
işlənən motivlər müqayisə  olunur, nəticələr  çıxarılır.  Amerika 
ədəbiyyatından Jorji Amadu, Pablo Neruda, Frensis Fiscerald Skot, 
Uilyam Folkner, Tomas Vulf, Qabriel Qarsia Makes, Tomas Eliot, 
Ernest Heminquey, Teodor Drayzer, Fransa 
ədəbiyyatından Romen 
Rolland, Albert Kamü (Camus), Fransua Moriak, Lui Araqon, Jan 
Pol Sartr, ingilis 
ədəbiyyatından  Vilyam Somerset  Moyem,  ispan 
ədəbiyyatından  Federika  Qarsia  Lorka  kimi  ən məşhur  ədiblərin 
yaradıcılığı  ilə  bağlı  professorun  Azərbaycan, rus və  xarici ölkə 
aliml
ərinin fikirlərinə əsaslanaraq orijinal yol seçməsi, nəzəri təhlil 
v
ə mühakimələri, tarixilik və müasirlik mövqeyindən çıxış etməklə 
f
əlsəfi-estetik ümumiləşdirmələr  aparmağı  bacarması  onun    elmi 
diapozonunun  geniş  olması,  Azərbaycan və  dünya  ədəbiyyatını 
d
ərindən bilməsini,  tanınmış  ədəbiyyatşünas  alim  olmasını  sübut 
edir.  
Əmirxan Xəlilovda rus ədəbiyyatına sevgi və maraq hissi 
olduqca güclüdür. Bunu mü
əllifin rus ədəbiyyatına  həsr etdiyi 
d
ərslik və monoqrafiyalarda da duymaq, hiss etmək mümkündür. 
O,  daim  arayır,  axtarır,  Azərbaycan-rus-dünya ədəbiyyatı  kontek-
stind
ə müqayisələr aparmaqla ədəbi əlaqələri öz tədqiqat əsərlərinin 


Yusif Aslanov 
 
 
392 
n
əticələri ilə  zənginləşdirir,  maraqlı  faktlarla  dolğunlaşdırır.  Buna 
gör
ə də müəllif “Dünya ədəbiyyat” dərs vəsaitinin II hissəsini XX 
əsr rus ədəbiyyatının Aleksey Maksimoviç Qorki, Aleksandr Alek-
sandroviç Mayakovski, Sergey Aleksandroviç Yesenin, Aleksandr 
İvanoviç Kuprin kimi görkəmli ədiblərin həyat və yaradıcılığı haq-
qında  ədəbi portretlərin verilməsinə  həsr  etmişdir.  Onu  da  qeyd 
ed
ək ki, dərs vəsaitinin müəllifi əvvəllər də bu ədiblərin yaradıcılığı 
bar
ədə  qiymətli fikirlər söyləmiş,  yeni  faktlar  ortaya  çıxarmışdır. 
Ancaq d
ərs vəsaitində verilmiş ədəbi portretlər heç də əvvəllər nəşr 
olunduğu  kimi  buraya  daxil  edilməmiş,  çağdaş  ədəbi aspektdə 
yenid
ən işlənmiş və təhlil predmetinə çevrilmişdir.  
D
ərs vəsaitinin müsbət məziyyətlərindən biri də  disser-
tasiyaların  nəticələri, zəngin  ədəbiyyatlar, dərslik, dərs vəsaiti, 
m
əqalələrə istinad edilməklə yazılmasıdır. Bununla yanaşı, müəllif 
it
tifaq miqyasında çap olunmuş jurnallardan, “Azərbaycan”, “Uld-
uz”, “Qobusnam
ə”, “Dünya ədəbiyyatı”, “Xəzər” və s. dərgilərdə 
veri
lmiş  ədəbi materiallardan, tərcümə  və  müsahibələrdən, avto-
bioqrafik m
ənbələrdən, memuarlardan da istifadə  etməklə  dərs 
v
əsaitinin oxunaqlı və elmi səviyyəsinin yüksək olmasını təmin et-
m
əyi bacarmışdır. 
Son zamanlar d
ərsliklərin yazılması ilə bağlı ciddi nöqsan-
lara yer verildiyi t
ənqid hədəfinə çevrilir. Haqlı olaraq ali məktəb-
l
ərdə də seminar məşğələlərinin keçirilməsinə də bunun mənfi təsiri 
özünü göst
ərir.  Yaxşı  dərslik  yazılmayanda,  mətn daxilində 
h
əddindən  artıq  rəqəmlər veriləndə  ədəbiyyat dərsliyi tarix 
d
ərsliyini sanki əvəz edir. Ədibin həyatında mühüm rol oynayan, 
yaradıcılığına müsbət təsir göstərən fakt və hadisələrə geniş yer ve-
rilm
əməsi təəssüf doğurur, seminar məşğələlərinə mənfi təsir göstə-
rir. Onlar düşünürlər ki, yazıçının həyatından çox yaradıcılığını öy-
r
ənməyə üstünlük verilməlidir. Professorun dərs vəsaitində bu cür 
nöqsanlara yol verilm
əməsi də müəllifin tədris prosesini, tələbələrin 
müzakir
ələrdə  fəal  iştirakını  təmin etməyin  imkanlarını  dərindən 
bilm
əsindən irəli gəlmişdir.  O,  dərs vəsaitini elə  yazmışdır  ki, 
oxucu s
ənətkarın həm həyatının, həm də yaradıcılığının əsas ideya-


Ədəbi axtarışlar və tədris 
 
 
393 
estetik t
ərəflərini,  ədibin təbliğ  etdiyi  ideyaların  bəşəriliyini dərk 
etm
əkdə  çətinlik çəkməsin. Dərs vəsaitində  təqdim edilən 
s
ənətkarın ədəbiyyat tarixindəki mövqeyini açmaq məqsədilə başqa 
görk
əmli sənətkarların həmin ədib haqqında söylədikləri fikirlərin 
verilm
əsi də  dünya  ədəbiyyatının  korifeylərini öyrətməkdə  əsas 
vasit
ələrdən biri kimi qiymətləndirilməlidir.  
D
ərs vəsaitinə yazıçının dövrü, ədəbi mühiti, ictimai-siyasi 
v
əziyyətin təhlilinin də  daxil edilməsi müəllifin  düzgün  yanaşma 
mövqeyi kimi d
əyərləndirilməlidir. 
Bu ümumil
əşdirmələr belə qənaətə gəlməyə əsas verir ki, 
professor  Əmirxan  Xəlilov nəinki Azərbaycan  ədəbiyyatşünas-
lığında, hətta dünya ədəbi-nəzəri fikir tarixində də özünə layiqli yer 
tutmuşdur. Onun monoqrafiya və dərslikləri, “Dünya ədəbiyyatı – 
IV cild” d
ərs vəsaiti haqqında da müsbət fikir söyləməkdən şərəf və 
m
əmnunluq duyuram.  
Dahi şəxsiyyət, böyük ustad Hüseyn Cavid müəllimi Ağa 
M
əşədi Tağı Sidqini həmişə yada salardı və ondan məktub alanda 
dey
ərdi:  “İşıqsız  gözümə  nur və  kədərli könlümə  şüur  gəldi”. 
Hüseyn Cavid üçün mü
əllimi həm də  bir müdriklik zirvəsi, 
yaşatmağın yolunu göstərən bir mayak idi: 
  
Şagirdinəm mən hər zaman diləyirəm,  
O şən dodaqlarından bir təbəssüm öyrənəm. 
 
Bu müdrik fikirl
əri təsadüfi nümunə  çəkməmişəm. 

əllimim  professor  Əmirxan  Xəlilovda  ziyalılığa  məxsus  
keyfiyy
ətlər, saf qəlb, səmimiyyət, dərin düşüncə, iti qələm, çətin 
anda insana köm
ək  əlini  uzadan  qayğıkeş  müəllimə  xas olan 
xüsusiyy
ətlər ehtiva olunduğuna görə ona minnətdaram.   
 
“Yeni yol” q
əzeti, 31 iyul 2012-ci il  
 
 


Yusif Aslanov 
 
 
394 
 
TƏRTİB ETDİYİ FƏNN PROQRAMLARI: 
 
1.
 
“Ali t
əhsilin bakalavr pilləsində pedaqoji təcrübənin təşkili və 
keçirilm
əsi”. Azərbaycan  Respublikası  Təhsil Nazirliyinin 
16.05.2008-
ci il tarixli 579№-li əmri, Sumqayıt, 2008, 16 səh. 
H
əmmüəllif: S.X.Xəlilov 
2.
 
 
Magistr  hazırlığı  üçün  “Ədəbiyyatın  tədrisi  metodikası”. 
Az
ərbaycan Respublikası Təhsil Nazirliyinin 30.04.2009-cu il 
tarixli 502№-li əmri, Sumqayıt, 2009, 12 səh. 
3.
 
 
Bakalavr  hazırlığı  üçün  “Ədəbiyyat tədrisi metodikası”. 
Az
ərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2009-cu il 
tarixli 674№-li əmri, Sumqayıt, 2009, 16 səh. 
4.
 
 
Magistr hazırlığı üçün “Azərbaycan dilinin tədrisi metodika-
sı”. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2009-
cu il tarixli 
674№-li əmri, Sumqayıt, 2009, 18 səh. 
5.
 
 
Bakalavr  hazırlığı  üçün  “Azərbaycan dilinin tədrisi 
metodikası”.  Azərbaycan  Respublikası  Təhsil Nazirliyinin 
10.06.2009-
cu  il  tarixli  674№-li  əmri,  Sumqayıt,  2009,  26 
s
əh. Həmmüəllif: R.Q.Əşrəfov 
6.
 
 
Magistr hazırlığı üçün “Ədəbiyyat tədrisinin müasir problem-
l
əri”. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.05.2010-
cu il tarixli 689№-li əmri, Sumqayıt, 2010, 10 səh.  
7.
 
 
Magistr  hazırlığı  üçün  “Azərbaycan  onomologiyası”. 
Az
ərbaycan Respublikası Təhsil Nazirliyinin 27.05.2010-cu il 
tarixli  689№-li əmri,  Sumqayıt,  2010,  12  səh. Həmmüəllif: 
A.Ə.Bayramov 
8.
 
 
Magistr  hazırlığı  üçün  “Azərbaycan  dilinin  orfoqrafiyası”. 
Az
ərbaycan Respublikası Təhsil Nazirliyinin 27.05.2010-cu il 
tarixli  689№-li  əmri,  Sumqayıt,  2010,12  səh. Həmmüəllif: 
A.Ə.Bayramov 
9.
 
 Bakalavr pill
əsi üçün “Orfoqrafiya və orfoepiya”. Azərbay-
can Respublikası Təhsil Nazirliyinin 27.05.2010-cu il tarixli 


Ədəbi axtarışlar və tədris 
 
 
395 
689№-li  əmri,  Sumqayıt,  2010,11  səh. Həmmüəllif: 
A.Ə.Bayramov 
10.
 
Magistr hazırlığı üçün “Azərbaycan ədəbiyyatının tədrisi tari-
xi”. Az
ərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.2012-
ci il tarixli 1424 №-li əmri, Sumqayıt, 2012, 16 səh.  
11.
 
Bakalavr  hazırlığı  üçün  “İfadəli oxudan praktikum”. 
Az
ərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.2012-ci il 
tarixli 1424 №-li əmri, Sumqayıt, 2012, 16 səh. 


Yusif Aslanov 
 
 
396 
 
 
Münd
əricat 
 
Юн сюз. Ядяби-нязяри дцшцнъяляр, методик ахтарышлар ......3 
 
I. 
Ядяби дцшцнъяляр 
Щ.Ъавид поeзийасынын хцсусиййятляри ...............................8 
Hüseyn  Cavid  çağdaş  ədəbi  fikirdə .......................................... 15 
H.Cavid yarad
ıcılığına yeni ədəbi-estetik baxış .......................... 22 
Poeziyada 
əbədiləşən  ömür - Cavid əbədiyyəti .......................... 24 
Dramaturgiyada Şərq-Qərb folklor motivləri .............................. 30 
Milli dramaturgiyan
ın xalq yaradıcılığı ilə əlaqəsinin  
b
ədii-estetik dərki (M.F.Axundzadə - 200) ................................. 40 
Mirz
ə Fətəli Axundzadənin şeirlərində xalq yaradıcılığı  
ənənələri (Axundzadə – 200) ........................................................ 51 
M.Ə.Sabir ədəbiyyatşünaslıqda və ədəbi tənqiddə ..................... 64 
 
II. Ənənədən müasirliyə 
Dram 
əsərlərinin tədrisində texniki vasitələrdən istifadə  
yollar
ı haqqında .............................................................................. 75 
Dram 
əsərlərinin tədrisində ifadəli oxu ........................................ 77 
“Sevil” pyesinin t
ədrisi təcrübəsindən .......................................... 78 
Dramatiklik, komiklik v
ə faciəvilik anlayışlarıniın öyrədilməsi 82 
H.Cavidin “S
əyavuş” mənzum faciəsinin  
s
ənətkarlıq xüsusiyyətlərinin öyrədilməsi .................................... 89 
V-VII sinifl
ərdə dramatik əsərlərin tədrisi (metodik tövsiyə) ..... 95 
Dramatik 
əsərlərin öyrədilməsinin əsas prinsipləri  .................... 123 
H.Cavidin “
İblis” faciəsinin öyrədilməsi sistemi ........................ 130 
H.Cavidin dram 
əsərlərinin sənətkarlıq xüsusiyyətlərinin  
öyr
ədilməsi  ..................................................................................... 147 
Molla N
əsrəddin” və XX  əsr Azərbaycan pedaqoji fikri .......... 157 
XXI 
əsrin məktəbi, təhsili, Azərbaycan dili və ədəbiyyat  

əllimlərinin hazırlığı məsələləri ............................................... 168 


Ədəbi axtarışlar və tədris 
 
 
397 
Cavid 
əbədiyyəti ............................................................................. 171 
T
ərcümeyi-hal materiallarının tədrisi ........................................... 176 
Ümumt
əhsil orta məktəblərində Mir Cəlal 
yarad
ıcılığının tədrisi  ..................................................................... 186 
Ümumt
əhsil məktəblərində folklorun tədrisi ............................... 190 
Ədəbiyyat dərslərində fənlərarası əlaqədən istifadə yolları ....... 193 
Ədəbi irsin öyrənilməsində ədəbiyyat dərslərinin rolu  
v
ə onun inkişaf mərhələləri ........................................................... 203 
Qlobal t
əhsil sistemi: ədəbiyyat dərslərinin təşkili problemləri . 214 
“Koroğlu” dastanının tədrisi müasir baxış müstəvisində ........... 228 
Ədəbiyyat dərslərinin tipləri və formaları .................................... 236 
Ədəbiyyat dərslərində yeni təlim metodlarından istifadə ........... 251 
Ədəbiyyat müəllimi hazırlığında  innovasiya və 
texnologiyalardan istifad
ə .............................................................. 264 
Bioqrafik materiallar
ın  öyrədilməsi imkanları ........................... 267 
B
ədii əsərlərin öyrədilməsində fəal/interaktiv iş üsullarının 
 t
ətbiqi .............................................................................................. 278 
VIII-IX sinifl
ərdə həyat və yaradıcılıq materiallarının tədrisi ... 293 
Ənənədən müasirliyə ..................................................................... 308 
İnnovasiyalardan istifadə ədəbiyyat təlimində mühüm vasitə 
kimi .................................................................................................. 313 
 
III. Ədəbi-metodik axtarışlar 
Ür
əklərdə yaşayan misralar ........................................................... 322 
Ədəbiyyat proqramlarının bəzi məsələləri ................................... 323 
M
əktəblilərdə mənəvi gözəlliyin formalaşdırılması ................... 327 
M
ənəvi-estetik tərbiyə .................................................................... 331 
Az
ərbaycan dilini dərindən öyrədək ............................................. 335 
D
ərs: problemlər, vəzifələr ............................................................ 339 
Dil t
ədrisi və qəbul imtahanlarının bəzi məsələləri ..................... 343 
Ədəbiyyat dərslərində mənəvi – estetik dəyərlərin 
formalaşdırılması ............................................................................ 347 
H.Cavidin “
İblis” faciəsinin öyrədilməsi ..................................... 353 
Sözünd
ən dönməyən Türk oğlu .................................................... 358 


Yusif Aslanov 
 
 
398 
Alimin sözü – m
əntiqin gücü ........................................................ 365 
Folklorumuz  v
ə  taleyimiz ............................................................ 368 
Nurlu  ömrün işığı .......................................................................... 371 
Göyç
ədən gələn səs ........................................................................ 376 
Dramaturgiyada ideall
ıqla reallığın bədii-estetik dərki .............. 380 
Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından  
faydalanma vasit
ələri ..................................................................... 382 
Şərəfli ömür yolu ............................................................................ 386 
Çağdaş təhsilimizə yeni töhfə ....................................................... 388 
T
ərtib etdiyi fənn proqramları ....................................................... 394 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Ədəbi axtarışlar və tədris 
 
 
399 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Елм вя Тящсил» няшриййатынын  директору: 
профессор Надир МЯММЯДЛИ 
 
Компцтер дизайнери: Zahid M
əmmədov
 
Техники редактор: Рювшаня Низамигызы
 
 


Yusif Aslanov 
 
 
400 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Йыьылмаьа верилмиш 25.01.2013 
Чапа имзаланмыш 23.01.2013 
Шярти чап вяряги 25. Сифариш № 09 
Каьыз форматы 60х84 1/16. Тираж 500 
 
Китаб «Елм вя Тящсил» няшриййат-полиграфийа 
мцяссисясиндя сящифяляниб чап олунмушдур. 
E-mail: elm_ve_tehsil@box.az 
Тел: 497-16-32; 050-311-41-89 
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 
 

Document Outline

  • Ədəbİyyat
  • “Elmi xəbərlər” jurnalı, Sumqayıt,
  • 2011, №4, cild 7,  səh. 35-41
  • C.Məmmədquluzadə
    • Nurlu  ömrün İşığı
    • Nurlu  ömrün işığı 371

Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə