Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə13/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   9   10   11   12   13   14   15   16   ...   129

Yusif Aslanov 
 
 
38 
Plavtın  “Xəzinə”  əsəri folklordan gələn deyimlər, söz və 
ifad
ələr üzərində  elə  qurulmuşdur  ki,  söz  sözü,  fikir  fikri  ortaya 
çıxarır, tamaşaçını heyrətləndirə bilir. 
Evkilon: “İfritə, Yupiter sənin mənə verdiyin xeyri nəzərə 
alıb məni Filip kimi, Dara kimi varlı padşah edəcək. Mən istərdim 
ki, el
ə  sən hörümçək  torlarının  keşiyini  çəkəsən. Bəli, mən 
yoxsulam. Ancaq dözür
əm. Bu allahın əmridir. Get, qapıları bağla. 
M
ən indi qayıdaram. Yad adamlardan ehtiyatlı ol, evə buraxma. Od 
ist
əsələr dərhal  odu  söndür  ki,  qonşular  zəhləmizi tökməsinlər. 
G
əlib evə  od  tapsam  vayını  verərəm. Su istəsələr  de  ki,  su  axıb 
gedibdir.  Qonşular  da  adamın  zəhləsini tökürlər, gah onlara qab-
qacaq  ver,  gah  bıçaq  ver,  gah  balta,  gah  həvəng-dəstə. De ki, 
oğrular  gəlib hər  şeyi  aparıblar.  Sözün  qısası,  gələn kim olursa-
olsun, m
ənsiz cürət edib içəri buraxma. Möhkəm yadında saxla ki, 
b
əxtin özü bizə qonaq gəlsə belə, içəri buraxma” (13.59-60). 
Komediyanın  süjet  xətti də  folklordan gələn xəzinə, bir 
küp
ə qızıl tapmaq, bu puldan necə istifadə etmək motivi üzərində 
qurulmuşdur.  Dünya  dramaturgiyasında  yaradılmış  bütün  xəsis 
obrazları  bəzi xüsusiyyətlər birləşdirir:  pulu  harada  gizlətmək, 
simiclik etm
ək,  hamıya  oğru,  quldur  nəzəri ilə  baxmaq, özünü 
maddi ehtiyacı böyük olan insan kimi başqalarına tanıtmaq. Biz bu 
s
əciyyəvi xüsusiyyətləri Azərbaycan  dramaturgiyasının  klassik 
nümun
ələrində - “Hacı Qara”, “Yağışdan çıxdıq, yağmura düşdük”, 
“X
əsis”,  “Pul düşkünü Hacı  Fərəc”,  “Tamahkar”,  “O  olmasın bu 
olsun” v
ə b. komediyalarda daha aydın görə bilirik. Molyerin “Xə-
sis”, Puşkinin “Xəsis cəngavər” və s. əsərlərində də xəsislik özünə-
m
əxsus şəkildə işlənmiş, xarakterik xüsusiyyətləri ilə fərqlənmişdir. 
Dini mifoloji motivl
ər  –  fala baxmaq, əfsun, cadudan 
istifad
ə  dramatik  əsərlərin mətnini zənginləşdirmiş,  sənətkarlıq 
axtarışlarının nəticəsi kimi dəyərli olmuşdur. Esxilin “Evmenidlər”, 
Sofoklun “Tiran Edip”, “Antiqona”, M.F.Axundzad
ənin “Hekayəti-
Müsyö-Jordan h
əkimi-nəbatat və  Dərviş  Məstəli  şah  cadügüni-
m
əşhur”,  Ə.  Haqverdiyevin  “Dağılan  tifaq”,  “Pəri-cadu”, 
N.V
əzirovun “Vay şələkum məlakum”, S.S.Axundovun “Şeytan”, 


Ədəbi axtarışlar və tədris 
 
 
39 
C.M
əmədquluzadənin “Ölülər”,  H.Cavidin  “İblis”  əsərlərində  bu 
m
əqamlar yerli-yerində  işlədilmiş,  obrazların,  xarakterlərin 
açılmasında,  süjet  xəttinin  tamamlanmasında  ən  aparıcı  vasitə 
olmuşdur.  Avropa  və  rus  ədəbiyyatı  klassik  dramaturqlarının 
əsərlərində  də  dini-mifoloji motivlərindən də  istifadə  olunmuşdu. 
Bu faktlar bir daha t
əsdiq edir ki, söz sənətinin  beşiyi  folklor 
olduğundan  dramaturgiyanın  folklor  qaynaqları  da  bu  mənbələrlə 
bağlı olmuş, Şərq və Qərb mövqeyində dərinləşmiş, yeni məzmun 
v
ə forma kəsb etmişdir. 
 
ƏDƏBİYYAT  
 
1.
 
Antik 
ədəbiyyat  antologiyası.  2  cilddə.  I  cild.  Bakı,  Avrasiya 
press, 2006. 
2.
 
Aslanov Y. Cavidin söz dünyası. Bakı, “Elm”, 2007. 
3.
 
Alışanlı  Ş.  Tarixi  poetika  və  ədəbiyyatşünaslığın  müasir 
m
ərhələsi. Azərbaycan  ədəbiyyatının  tarixi  poetikası.  Bakı, 
“Elm”, 2006. 
4.
 
Əfəndiyev P. Səməd  Vurğun  və  xalq  yaradıcılığı.  Bakı, 
“Yazıçı”, 1992. 
5.
 
H
əsənov R.M. Azərbaycan  poemalarında  folklor  motivləri. 
Nam. dis. Bakı, 1998. 
6.
 
Hacıyev  T.  Yazıçı  dili  və  ideya-bədii təhlil.  Bakı,  “Maarif”, 
1979. 
7.
 
Köç
ərli F. Azərbaycan  ədəbiyyatı.  2  cilddə.  II  cild.  Bakı, 
“Elm”, 1981. 
8.
 
“Kitabi-D
ədə Qorqud” ensiklopediyası. I hissə. Bakı, 2000. 
9.
 
N
əbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I hissə. Bakı, “Turan”, 
2002. 
10.
 
 Novruzov T. Q
ədim dünya ədəbiyyatı tarixi. Bakı, ADPU-nun 
m
ətbəəsi, 2003. 
11.
 
 
Nağıyev  C.  Qədim  Şərq  ədəbiyyatı  tarixi.  Bakı,  Asiya 
n
əşriyyatı, 2009. 


Yusif Aslanov 
 
 
40 
12.
 
 
Сулейманов  О.  О  современной  прозе//Дружба  народов, 
1999, № 19. 
13.
 
 
Sultanlı  Ə.  Roma  ədəbiyyatı  tarixi.  Bakı,  Azərbaycan 
Universiteti n
əşriyyatı, 1959, 1995. 
14.
 
 
Şükürov A. Mifologiya. I kitab. Bakı, “Elm”, 1995.   
  

Elmi axtarışlar” jurnalı,  
Bakı, 2010, №1/02,  səh. 30-36 
 
 
MİLLİ DRAMATURGİYANIN XALQ YARADICILIĞI 
 
İLƏ ƏLAQƏSİNİN BƏDİİ-ESTETİK DƏRKİ  
(M.F.AXUNDZADƏ - 200) 
 
Az
ərbaycan dramaturgiyasının yaranması və təşəkkül tarixi, 
milli teatrın əsasının qoyulması XIX əsrin ən mühüm ədəbi-mədəni 
hadis
əsi kimi M.F.Axundzadənin adı ilə bağlıdır. Nasir, şair, mat-
erialist filosof, t
ənqidçi, publisist, maarifpərvər, yeni əlifba layihə-
sinin  mü
əllifi,  qadın  azadlığına,  cəhalətə,  nadanlığa,  mövhumata, 
ruhaniliy
ə, despotizm quruluşuna öz səsini ucaldan M.F.Axundza-
d
ənin xidmətləri bu gün də onun realizm məktəbi yarada bilməsi 
ənənəsi, sənətində  “xalq  üçün  azadlıq  və  səadət axtaran ürək” 
(S.
Vurğun)  gəzdirməsi ilə  ölçülür. Buna görə  də  ölkə  Prezidenti 
İlham  Əliyev  Mirzə  Fətəli Axundzadənin 200 illik yubileyinin 
keçirilm
əsi  haqqında  13  aprel  2010-cu il tarixdə  imzaladığı 
s
ərəncamda böyük Azərbaycan mütəfəkkiri, Azərbaycan 
dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçisinin 
h
əyat və  yaradıcılığını,  dünyagörüşünü,  ədəbi-nəzəri fikirlərini 
müasir  baxış  müstəvisində  araşdırmağı,  vətənə,  xalqa  bağlı 
olmasını, milli-mənəvi dəyərləri yaşatmaq bacarığını, elmi-mədəni, 
ictimai-siyasi m
əsələlərə  fəal münasibət bildirməsi mövqeyini 
d
ərindən tədqiq etmək və  araşdırmağı  ən mühüm vəzifə  kimi 
qarşıya qoymuşdur. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə