Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə14/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   10   11   12   13   14   15   16   17   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
41 
M
əlumdur ki, M.F.Axundzadənin bütün ədəbi-elmi 
f
əaliyyətində, ictimai-siyasi həyatında xalqa dərindən bağlılıq, adət-
ənənələrə, milli dəyərlərə  həssas münasibət duyulur: “Axundov 
xalqdan öyr
ənir,  xalq  tamaşalarına  tez-tez müraciət edir, xalq 
satiralarının formalarından bəhrələnmişdir [1, s.83]. “Onun ədəbi-
t
ənqidi görüşləri, fəlsəfi yaradıcılığı, şeirləri və dramaturgiyasında 
Az
ərbaycan folkloru ilə bağlı məsələlər kifayət qədərdir” [2, s.81]. 
R
əşid  bəy  Əfəndiyev 1928-ci ildə  çap etdirdiyi “Mirzə 
F
ətəli barəsində  bildiklərim və  eşitdiklərim” məqaləsində  böyük 
ədibin folkloru dərindən bildiyini bir daha təsdiq etmişdir: “Mirzə 
F
ətəli zarafatcıl bir adam idi. Xalq arasında hələ indiyə qədər onun 
dediyi l
ətifələr  yaşamaqdadır”  [3,  s.311].  Firidun  bəy Köçərli də 
Mirz
ə Fətəli Axundzadə yaradıcılığına folklor motivlərinin təsirini 
ədibin bu nümunələrdən yüksək sənətkarlıqla  istifadə  etməsində 
görürdü: “Onun dilind
ən (M.F.Axundzadənin  –  Y.Y.Aslanov) 
söyl
ənən lətifələri və  türfə  sözləri cəm etsək, gözəl bir kitabça 
əmələ gəlir” [3, s.39]. 
Böyük müt
əfəkkirin  yaradıcılığının  mövzu  problematikası 
çox geniş və rəngarəng olduğundan bunların tədqiqinə də müxtəlif 
aspektl
ərdən yanaşılmış, tənqidi-bioqrafik oçerklər, dissertasiyalar, 
monoqrafiyalar, kitab v
ə məqalələr yazılmışdır.  
Ə.Haqverdiyev,  A.Şaiq,  F.Köçərli,  H.Zeynallı,  Ə.Abid, 
M.Quliyev t
ərəfindən söylənmiş  nəzəri fikirlər, əldə  edilmiş  elmi 
n
əticələr  F.Qasımzadə,  Ə.Şərif,  Ə.Sultanlı,  C.Xəndan, M.Arif, 
M.R
əfili,  Ş.Qurbanov,  Ə.Mirəhmədov,  Ə.Dəmirçizadə,  H.Araslı, 
Y.Qarayev, M.M
əmmədov, M.C.Cəfərov, C.H.Cəfərov, M.İbrahi-
mov, B.N
əbiyev, A.Abdullayev, H.Məmmədzadə, S.Murtuzayev, 
K.M
əmmədov, M.Allahverdiyev və  başqa  ədəbiyyatşünas,  dilçi, 
teatrşünas alimlər tərəfindən davam etdirilmiş, maraqlı tədqiqatlar 
aparılmışdır.  
Axundzad
ənin çoxcəhətli ictimai fəaliyyəti və elmi yaradı-
cılığı, dünyagörüşü, fəlsəfi düşüncələri, estetik qənaətləri, mübariz 
ateizmi  d
ə  filosofların  tədqiqat obyektinə  çevrilmiş,  folklor 
ənənələrinin təsiri məsələləri ilə bağlı maraqlı fikirlər söylənmişdir. 


Yusif Aslanov 
 
 
42 
Bu  baxımdan  Heydər Hüseynov, Firidun Köçərli,  Mehbalı 
Qasımov,  Şeyda  bəy Məmmədov,  Ənvər  Əhmədov,  Şəmsəddin 
S
əfərov və İzzət Rüstəmovun tədqiqatları daha çox maraq doğurur, 
faktların zənginliyi baxımdan diqqəti cəlb edir.  
Elmi-n
əzəri aspektlərdə aparılan tədqiqatlarda Axundov və 
xalq  yaradıcılığının  bəzi məqamlarına  münasibət bildirilsə  də, 
ancaq bu m
əsələ xüsusi araşdırma tələb edən bir problemdir. Ədəbi-
n
əzəri  fikrin  çağdaş  durumu  ilə  folklor tədqiqatlarının  əlaqəsi 
z
əminində Axundzadənin xalq ədəbiyyatı ilə bağlılığının müəyyən 
aspektl
ərinin həlli  yollarını  müəyyənləşdirmək mümkündür. 
Görk
əmli folklorşünas alimlərdən Paşa Əfəndiyev, Azad Nəbiyev 
v
ə  Vaqif Vəliyevin nəzəri-metodoloji  konsepsiyaları,  yazıçının 
yaradıcılığında folklor ənənələri ilə bağlı fundamental tədqiqatların 

əllifləri  Ə.Sultanlının,  M.Arifin,  M.C.Cəfərovun, C.H.Cəfəro-
vun, filologiya elml
əri namizədi  Əli  Saləddinin, pedaqoji elmlər 
namiz
ədi  Şamxəlil Məmmədovun və  başqalarının  fikirləri də  bir 
daha t
əsdiq  edir  ki,  dramaturgiyanın  təşəkkül  və  inkişafına  xalq 
yaradıcılığı  qaynaqlarının  təsiri  imkanlarını  tədqiq etmək öz 
t
ədqiqatçısını gözləyir.  
XX 
əsrin əvvəllərindən başlayaraq folklorun yazılı ədəbiy-
yata t
əsiri ilə bağlı məqalələr çap edilməyə başladı, XXI əsrin ilk 
onilliyin
ə qədər zəngin mənbələr ortaya qoyuldu. Monoqrafiya və 
dissertasiyalarda folklor motivl
ərinin  yazılı  ədəbiyyata təsiri xalq 
yara
dıcılığına bağlılıqda, mövzu, süjet oxşarlığı, dil və üslub xüsu-
siyy
ətləri, forma planında, yazıçının xalq yaradıcılığına yaradıcı ya-
naşma mövqeyində, novatorluğunda  axtarıldı,  araşdırıldı. K.Ələk-
b
ərli, T.Xalısbəyli, C.Abdullayev, P.Əfəndiyev, Ə.Saləddin, A.Və-
fa
lı, S.Rüstəmxanlı, B.Abdulla, T.Əfəndiyev, C.Quliyev, N.Xəlilov, 
M.C
əfərov, K.Əliyev və başqalarının tədqiqatlarında konkret olaraq 
folklor motivl
ərinin yazılı ədəbiyyata təsiri tədqiq edildi. Bu tədqi-
qat
lar, şübhəsiz ki, folklor motivlərinin dramaturgiyanın yaranması, 
t
əşəkkül  tapması  və  inkişaf  etməsinə  təsirini müəyyənləşdirmək 
baxımından da böyük maraq doğurdu.  


Ədəbi axtarışlar və tədris 
 
 
43 
Folklorşünas  alim  prof.  P.Əfəndiyev Axundov və  xalq 
yara
dıcılığı  problemini  nəzəri  baxış  müstəvisindən  araşdıranda 
yazır ki, ədibin komediyalarında külli miqdarda atalar sözü, məsəl 
v
ə aforizmlərdən istifadə edilmişdir. Bu əsərlərdə xalqımızın adət-
ənənə, etiqad, milli xüsusiyyətlərinə aid bolluca materiallar toplan-
mışdır [4].  
Prof. V.V
əliyevin Axundzadə və xalq taradıcılığı problemi-
nin h
əllində üç istiqamət üzrə tədqiqatın aparılmasını məqsədəuy-
ğun  hesab  edirdi:  birincisi,  böyük  mütəfəkkirin bilavasitə  folklor 
haq
qında mülahizə və görüşləri; ikincisi, Axundov yaradıcılığında 
xalq  yaradıcılığından  istifadə; üçüncüsü, Axundovun  həkimanə, 
ibr
ətamiz sözlərinin Azərbaycan  folklorunda  kollektiv  yaradıcılıq 
m
əhsulu kimi istifadə olunması [2, s.81].    
Araşdırmalar göstərir ki, M.F.Axundzadənin xalq yaradıcı-
lığı ilə bağlı konkret əsəri olmasa da, ancaq ədibin şeirlərində, nəs-
rind
ə, ədəbi-tənqidi məqalələrində, komediyalarında, fəlsəfi trakta-
tında folklora böyük maraq və bağlılıq duyulur. Onun komediya-
larının dili “son dərəcə sadəliyi, parlaqlığı və obrazlığı ilə seçilir” 
[5, s.22]. Komediyalarının maraqla oxunması, süjet xəttinin bir-biri 
il
ə  qırılmaz  tellərlə  əlaqəsi, oxucu və  ya  tamaşaçını  intizarda 
saxlamaq bacarığı folklordan, xüsusən məzhəkə, qaravəlli və xalq 
teatr  tamaşalarının  dramaturgiyaya  təsiri ilə  bağlılıqdan,  lətifə, 
atalar sözl
əri, məsəllər,  nağıl  və  dastanlardakı  təhkiyəçilikdən, 
axıcılıqdan, şirinlikdən irəli gəlirdi.   
H
əlli zəruri  sayılan  məsələləri  araşdırmaq  Axundzadə 
komediyalarına  müxtəlif mövqelərdən  yanaşmaq,  tədqiq etmək 
z
ərurətini  ortaya  çıxarır:  birincisi,  Axundzadənin  komediyalarının 
mövzu problem
atikası,  süjet  xətti ilə  mifologiya və  folklorda 
işlənən mövzuların bağlılığı, dramaturqun sənətkarlıq axtarışlarının 
araşdırılması;  ikincisi,  folklor  janrlarının,  dini-mifoloji motivlərin, 
obrazların  dramaturgiyaya  gətirilməsinin,  ondan  yaradıcılıqla 
istifad
ə  etmək sisteminin tədqiqi;  üçüncüsü,  xalq  yaradıcılığı  və 
teatr  tamaşalarının,  rus  və  Avropa  dramaturqlarının  əsərlərinin, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə