Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə15/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   11   12   13   14   15   16   17   18   ...   129

Yusif Aslanov 
 
 
44 
dram poetikasının elmi-nəzəri əsaslarının dərindən öyrənilməsinin 
Axundzad
ə yaradıcılığına təsirinin açıqlanması.    
Az
ərbaycan dramaturgiyasının  yaranmasına  təsir göstərən 
vasit
ələrdən biri xalq yaradıcılığında işlənən mövzuların müxtəlifli-
yi, janr 
əlvanlığından istifadə problemidir. Bu məsələ komediyala-
rın poetikasında, strukturunda, süjet oxşarlığında, mövzu bağlılığın-
da b
ədii-estetik ifadəsini tapır. Buna görə də M.F.Axundzadənin qə-
l
əmə aldığı mövzularda dərin müşahidə, iti zəka, həyat həqiqətlərini 
ümumil
əşdirmək bacarığı birləşir, yeni məzmun və formada oxucu 
v
ə tamaşaçılara çatdırılır.  
Xalq t
əfəkkürünün məhsulu olan mövzuları dramaturgiyaya 
g
ətirməklə “yazıçı xalqın geriliyini göstərən görüşlərə, onun möv-
huma
tına, xurafatına və cəhalətinə amansızcasına istehza edirdi” [1, 
s.83]. Akademik B
əkir Nəbiyev “Firidun Köçərli” monoqrafiyasın-
da Axundzad
ə dramaturgiyasında sənətkarlıq məsələlərindən, yeni-
lik  axtarışlarından,  mövzu  problematikasından  danışarkən  yazırdı 
ki, “Axundovun 
ədəbiyyatımız tarixindəki çox böyük xidmətlərini 
Köç
ərli bilavasitə  ədibin  yaradıcılıq  rəşadətində, xalq həyatı  ilə 
möhk
əm əlaqəsində, müasirlərinin həyatını əks etdirmək bacarığın-
da görürdü” [6, s.202-203].  
B
ədii gerçəkliyi,  reallığı  əks etdirən  mövzular  haqqında 
düşünən Axundzadə ilk öncə bunların mayasını xalq yaradıcılığın-
dan alaraq b
ədii-estetik dərki yollarını tarixi təkamül prosesinin nə-
tic
əsi kimi izləmiş və estetik məzmunun dinamikliyini dramaturgi-
yaya g
ətirmişdir. İkinci tərəfdən XIX əsrdə baş vermiş, olmuş hadi-
s
ələrə də mövzu obyekti kimi istinad etməsi ədibin komediyalarının 
ədəbi-estetik məzmun mündəricəsini,  mövzu  problematikasını 

əyyənləşdirdi.  
M.F.Axundzad
ənin M.P.Vaqif və  Q.Zakir  yaradıcılığına 
böyük qiym
ət verməsi də  onun  xalq  yaradıcılığına  nə  qədər  sıx 
bağlı olması ilə səsləşir. Bu ənənə komediyalarında da davam etdi-
rilir, XIX 
əsrin ictimai-mədəni mühitində  dramaturgiyanın  yaran-
ma
sında folklor mövzularından, motivlərindən istifadə ilə nəticələ-
nir.  


Ədəbi axtarışlar və tədris 
 
 
45 
Yazıçının ilk komediyasının – “Hekayəti-molla İbrahimxə-
lil kimyag
ər”in mövzusu həm xalq yaradıcılığı, həm də XIX əsrin 
30-cu ill
ərində Xaçmaz kəndində baş vermiş bir hadisə ilə bağlıdır. 
Ə.Haqverdiyev yazır ki, Molla İbrahimxəlil kimyagərin nəvəsi ilə 
m
ən özüm Tiflisdə tanış oldum [3, s.86]. Bu mövzular sadə insanla-
rı qəflət yuxusundan oyatmaqda, ictimai quruluşu dəyişməkdə, in-
sanla
ra öz hüquqlarını başa düşməkdə, əxlaqını saflaşdırmaqda düz-
gün yanaşma mövqeyidir.  
Yalançı kimyagərlərin iksirdən istifadə etməklə misi gümü-
şə, yaxud qızıla çevirmək motivi həm Şərq və dünya ədəbiyyatında, 
h
əm də  xalq  yaradıcılığında  işlənən maraqlı  mövzulardan  biridir. 
Bunun elmi 
əsası olmadığını Nizami Gəncəvi də sübut edirdi:  
 
Mis
ə qızıl vurmaq nəyə gərəkdir!? 
Mis yen
ə özünü göstərəcəkdir. 
 
Alman maarifçisi Lessinq d
ə  insanın  mənəviyyatına  təsir 
göst
ərən hadisələri də  tənqid edərək “Hamburq dramaturgiyası” 
əsərində  qeyd edirdi ki, “əxlaq” aləmindəki  bütün  gülünc  şeyləri 
aşkara çıxartmaqdan daha məntiqi, daha qüvvətli bir dərman yox-
dur [3, s.86].    
XVIII 
əsr Fransa maarifçiliyinin ilk nümayəndələrindən biri 
olan Alen Rene Lesaj “Çolaq şeytan” əsərində misi qızıla çevirmək 
üçün iksir axtaran kimyag
ərin dələduzluğunu,  saxtakar  olmasını 
ifşa edir.  
M.F.Axundzad
ənin yaratdığı Molla İbrahimxəlil kimyagər 
obrazı da saxta yolla varlanmaq, pul qazanmaq üçün fırıldaq yoluna 
– iksir vasit
əsi ilə misi gümüşə çevirməyə çalışır, “nuxuluları” tora 
salır.  Hacı  Nuru  şair  “nuxulular”ın  iç  üzünü  açır,  iksirlə  misi 
gümüşə  çevirməyin  mümkünsüz  olduğunu  söyləyir: “Molla 
İbrahimxəlili mən görməmişəm, amma fərasət ilə  bilirəm ki, 
haramzadalıq pəstahası açıbdır. Hərçənd bir neçə vaxt bundan irəli, 
bel
ə  ki, deyirlər o, Tiflisə  getmişdi,  amma  ona  kimya  qayırmağa 


Yusif Aslanov 
 
 
46 
kim icaz
ə verdi və kim gördü? İksirin aləmdə vücudu yoxdur” [7, 
s.32]. 
Bu m
əsələnin xalq arasında da variantının olduğu da göstə-
rilir [8], dramaturgiyada is
ə “əsil sirrin, yəni iksir vasitəsi ilə misdən 

müş qayırmağın fırıldaqdan başqa bir şey olmadığı” [9, s.95] tən-
qid h
ədəfi kimi seçilir. 
Komediyada verilmiş “meymunu yadınıza salmayın” məsə-
li d
ə xalq yaradıcılığı ilə səsləşən bir fikirdir. Bu, nağıllarda, lətifə-
l
ərdə  işlənmiş  hadisələrdən  götürülmüş  və  əsərə  daxil  edilmişdir. 
Güzgüy
ə, suya baxanda fikirdə başqa hadisələr canlandırılsa məq-
s
ədə nail olmaq olmaz, səni nə qədər çağırsalar da arxaya baxma 

şüncəsi də folklordan gəlir. Bu faktlardan yaradıcı şəkildə istifadə 
etm
ək, fikrə yeni məna vermək sənətkarlıq axtarışlarının nəticəsin-
d
ən  yaranmışdır. Bunların əsərə gətirilməsi oxucu və tamaşaçının 
mara
ğını artırır, əsərin dərindən qavranılmasına geniş imkan yaradır.  
Yaxud dramaturqun “Müsyö Jordan v
ə dərviş Məstəli şah” 
kome
diyasına  nəzər salaq. Bu komediya “süjetin əhatə  dairəsi, 

əllif fikrinin dərinliyi, dramaturji bütövlüyü və həyat hadisələri-
nin realist t
əsviri cəhətindən” [9, s.98] daha mürəkkəb, maraqlı sü-
jet x
ətti olan bir əsərdir. Ə.Haqverdiyev göstərirdi ki, bu komediya-
nın (“Müsyö Jordan və dərviş Məstəli şah”-Y.Y.Aslanov) süjetini 
ona Zakir vermişdir [3, s.86]. Cəhalətin, avamlığın içərisində yaşa-
yan Şəhrəbanu xanım Şahbazın Parisə getməsinin qarşısını almaqda 
çıxış yolunu dərviş Məstəli şahın cadusunun gücündə görürdü. Ca-
dunun t
əsirindən “Parij dağılır”, yerlə-yeksan olur. Ona bu işdə div-
l
ər, ifritələr “kömək edir”. Ancaq Şərəfnisə xanım “nə evlərin, ima-
r
ətlərin yıxılmasına”, nə də “Müsyö Jordanın boynunun vurulması-
na” razı olmur. Məstəli şahın dərviş libasında oxuya-oxuya cadu-
nun t
əsirindən danışması, Qulaməli ilə söhbətləri bir daha sübut edir 
ki, bu mövzu xalq nağıllarında işlənən mövzuların təsirindən yaran-
mış, dramaturgiyada dərviş, falçı, küpəgirən qarı, rəml atanlar, ca-
dug
ərlərin  fırıldaqla  məşğul  olmaları  tənqid atəşinə  tutulmuşdur: 
“Mirz
ə  Fətəlinin  komediyalarını  oxuyan  bəsirət  əhli bir tərəfdən 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə