Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə16/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   12   13   14   15   16   17   18   19   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
47 
gülürs
ə, bir tərəfdən də həzin-həzin ağlayaraq göz yaşı tökür” [3, 
s.30]. 
Xalq yaradıcılığında, xüsusən nağıl, lətifə və qaravəllilərdə 
maraqlı mövzulardan biri də padşahların divanı, məhkəməsi, üsul-
idar
əsinin təsviri ilə bağlıdır. Digər tərəfdən professor Əli Sultanlı 
yazır  ki,  “Sərgüzəşti-vəziri-xani Lənkəran”  komediyasının 
mövzusu Az
ərbaycanda xanlıqlar dövründən götürülmüşdür.  
Folklor araşdırmaları göstərir ki, “Quş dili bilən İskəndər”, 
“Loğmanla şəyird” nağıllarında ədalətsiz padşahların divanı, qanun-
qaydalara nec
ə  əməl etməsi satirik fonda öz bədii-estetik həllini 
tapır.  Bu  məsələlərə  Molla Nəsrəddin lətifələrində  də  geniş  yer 
verilmişdir.  Maraqlı  cəhət budur ki, Axundzadə  bu motivləri 
“S
ərgüzəşti-vəziri-xani Lənkəran” komediyasına gətirəndə “heç də 
uzun-
uzadı xanın ədalətsizliyi, kütbeyinliyi, zalımsızlığı, ağılsızlığı 
haq
qında sözlər danışmır” [4]. Konkret, yığcam, təsirli bir formada 
xalq yaradıcılığında işlənən iki lətifəni – “Vur atının bir gözünü çı-
xart”, “Get h
əkimə bir çuxa da ver” dramaturgiyaya gətirməklə əsə-
ri oxunaqlı edir, tamaşaçıları düşündürür, aydın, təsirli və yaddaqa-
lan süjet x
ətti qurur.  
Bacarıqsız, idarəetmə, məhkəmə işlərindən başı çıxmayan 
xa
nın verdiyi qərarlar da tənqid hədəfindən kənarda qala bilmir: “... 
a kişi sən də get vur bunun atının bir gözünü çıxart”, “A kişi həkimə 
bir çuxa da ver, onu razı elə”. Əlbəttə, bu məsələlər xalq məzhəkəsi 
süjetl
əri ilə oxşardır, üst-üstə düşür. Bunların xalq məzhəkələri ilə 
bağlılığı obrazların xarakterini, tipik xüsusiyyətlərini vermək üçün 
dramaturgiyaya g
ətirilmiş, əsərin müəyyən bir məqamında işlədil-
m
əklə tamaşaçıların diqqətini özünə cəlb edə bilmişdir. Buna görə 
d
ə Axundzadənin komediyalarında bədii ümumiləşdirmə, axıcılıq, 
realizm,  xarakterik  obrazların  yaradılması,  ideyanın  müasirliyi  və 
aktuallığı bugünki həyatla, gerçəkliklə də əlaqəlidir, tərbiyədə rolu 
böyükdür. Dra
maturqun komediyalarının bir də gücü ondadır ki, o, 
xalqdan öyr
ənir, mövzuları öz təfəkkür süzgəcindən keçirərək sənət 
əsərinə  çevirir və  yenidən  xalqa  qaytarmağı  bacarır.  Onun 
komediyaları  bu  cəhətdən  daha  çox  maraq  doğurur,  Azərbaycan 


Yusif Aslanov 
 
 
48 
xalq  teatrından  qidalanır,  dünya  teatrı  ənənələrindən istifadə  ilə 
z
ənginləşir.  
Yazıçının  komediyalarında  ictimai  həyatdakı  eybəcərliyə, 
var-dövl
ət hərisi olmağa kəskin etiraz duyulur, insan mənəviyyatına 
m
ənfi təsir göstərən hadisələrə top-tüfəngdən güclü atəş açılır. Belə 
mövzulardan biri d
ə xəsislik probleminin dramaturgiyaya gətirilmə-
sid
ir. Bu baxımdan həm dünya ədəbiyyatındakı ənənələrin, həm də 
mey
dan tamaşalarının Axundzadə dramaturgiyasına təsiri böyükdür. 
Lakin etiraf ed
ək ki, M.F.Axundzadəyə  Şekspir,  Molyer,  Puşkin 
yara
dıcılığı, xalq dramı “Xəsis” təsir etsə də, dostu Qasım bəy Zakir 
bu mövzuda şahid olduğu bir hadisəni ona göndərsə də, ancaq yazı-
çının mövqeyi, xəsislik problemini həll etmək məharəti tamamilə 
başqa istiqamətdə  qurulur,  orijinallığı  ilə  seçilir: “M.F.Axundov 
xalq  dramındakı  xəsisliyə  və  ona bənzər eybəcərliyə  ictimai nifrət 
oyat
maq üçün geniş həyat lövhələri, orijinal bədii ifadə tərzi tapmış-
dır” [8, s.225]. Nağıllarımızda xəsis obrazının verilməsi də dramatur-
qa t
əsir göstərməyə bilməzdi.  
XVIII 
əsr və XX əsrin əvvəllərində soyğunçuluq etmək, yol 
k
əsmək, quldurluqla varlanmaq motivi də xalq ədəbiyyatında işlən-
miş mövzularla bağlıdır. Bu mövzu Azərbaycan xalq komediyaların-
da, meydan tamaşalarında əsas məsələ kimi götürülürdü. Biz bunu 
“T
ənbəki oyunu”, “Zurnaçının gözünü çıxartdılar”, “Loğmanla şəy-
ird”, “C
əpik baldır bəy” kimi satirik xarakterli meydan tamaşalarında 
gör
ə  bilərik.  Şübhəsiz,  bu  mövzuların  xalq  nağıllarında  da  əksini 
tapması ilə M.F.Axundzadə tanış idi.  
Onun N
əcəfin dilindən verdiyi söhbətdən də məlumdur ki, 
dramaturq cin, şəyatin haqqında  insanların təsəvvürlərini əsərə daxil 
etm
əklə maraqlı və yaddaqalan süjet xətti qurmuşdur: “Nəcəf. Bizim 
obanın uşaqlarından bir neçəsi cahar şənbə günü arana taxıl sulamağa 
getmişdilər.  Şəyatin  yığınağına  rast  gəliblər.  şəyatinlər arabada 
gedirmişlər; bunlar axmaqlıq edib, araba sarı tüfəng atıblar ki, cinlər 
qorxub qaçsınlar” [7, s.88]. 


Ədəbi axtarışlar və tədris 
 
 
49 
Dramaturqun g
əldiyi qənaət budur ki, avam və  müti 
insanların  yaşayışı,  həyata  baxışı,  düşüncə  tərzi bu dini-mifoloji 
t
əsirlər üzərində qurulmuşdur.  
Dramaturqun  altıncı  və  axırıncı  komediyası  “Mürafiə 
v
əkilləri” əsəri də maraqlı süjet xətti üzərində qurulur. Müəllifin digər 
komediyalarından  fərqli olaraq onun bu əsəri məhkəmə  işlərinin 
gedişi  haqqında  təsəvvür  yaradır.  Burada  verilən ideyalar, süjet 
x
əttində də folklordan gələn motivlər üstünlük təşkil edir.  
Mövzu baxımından xalq yaradıcılığı ilə sıx əlaqənin olması 
il
ə  yanaşı  komediyalarda  atalar  sözlərindən, xalq dilindən və 
idiomlardan, and
,  alqış  və  qarğışlardan,  məsəllərdən, lətifələrdən, 
qarav
əllilərdən istifadə böyük yer tutur. Dramaturqun işlətdiyi atalar 
sözl
əri və məsəllər aforizmi kimi işlədilir, xalq həyatına daxil olur: 
“Kamal ata kürkü deyil ki, irsl
ə övlada yetişə” [7, s.34], “Doğru söz 
acı  olar”  [7,  s.35]  (“Hekayəti-molla  İbrahimxəlil kimyagər”); 
“Qurunun  oduna  yaş  da  yanar”  [7,  s.56],  “Saralıb  sapa  dönərsən, 
inc
əlib ipə” [7, s.50] (“Hekayəti-müsyö Jordan və  dərviş  Məstəli 
şah”); “Quşdan qorxan darı əkməz” [7, s.72], “Özgəyə quyu qazan 
özü düşər” [7, s.82], “Qorxaq həmişə özündən qorxağa rast gələr” [7, 
s.71] v
ə s.  

əllifin  işlətdiyi məsəllər də  mövzu cəhətdən çox 
r
əngarəng  olması  ilə  fərqləndiyi kimi tipikləşdirmə,  obrazlılıq, 
emosionallıq  yaratmaq üçün nümunələrlə də zəngindir. Məs.: “Qış 
tapsan yaz tapmazsan, yaz tapsan qış tapmazsan” [7, s.34], “İki atın 
arpasın bölə bilmir” [7, s.63], “Məcit tikilməmiş kor əsasını dayadı” 
[7, s.68], “P
əndiri  şüşəyə  qoyub çöldən  əppək  batırır”  [7,  s.38], 
“Avazın  yaxşı  gəlir,  oxuduğun  “Quran”  ola” [7, s.110], “Araz 
aşığındandır, Kür topuğundandır” [7, s.118], “Dəvə gördüm, qığın da 
görm
ədim” [7, s.126], “Qul xatasız olmaz, ağa kərəmsiz” [7, s.139], 
“Yüz qarğaya bir sapand daşı” [7, s.147] və s.  
Xalq danışıq dilini dramaturgiyaya gətirmək də M.F.Axund-
zad
ənin adı ilə bağlıdır. Məişət – danışıq frazeologiyası, dini frazeo-
lo
giya, folklor frazeologiyası istiqamətlərində komediyaların dilinin 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə